Məhkəmə qərarları › İş №2(103)-2339/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2339/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2339/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı icarə müqavilələrinə əsasən borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(003)-3130/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbi təmin edilərək, Cavabdeh ASC-dən 20000 (iyirmi min) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumun İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “icarə müqavilələri tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən İddiaçı xeyrinə 20000 (iyirmi min) manat məbləğində icarə haqqının, və ödənilmış 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "Cavabdeh” Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasıda iddiaçıya məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi111 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin "Cavabdeh" ASC-yə icarəyə verilməsi barədə xx xxxxxxxx 2018ci il tarixli "İcarə Müqaviləsi” bağlanmışdır və həmin müqavilə Bakı şəhəri 9 saylı Notariat kontorunda rəsmiləşdirilmişdir. Sözügedən "İcarə müqaviləsinin 2.1-ci bəndinə əsasən “İcarəyə verən” bu müqavilə ilə icarəyə verilmiş əmlakı xx xxxxxxxx 2018-ci il tarixindən xx xxxxxxxx 2020-ci il tarixədək 2 (iki) il müddətinə icarəyə vermişdir. “Cavabdeh" ASC müqavilə şərtlərini pozaraq əvvəlcədən heç bir xəbərdarlıq etmədən xx xxxxxx 2020-ci il tarixində iddiaçını dəvət edərək və icarədə olan əmlakı təhvil üçün hazır etdiklərini bildirdilər. Onlara müqavilənin şərtləri haqqında müqavilənin 2 (iki) il müddətinə bağlanması və müqavilənin ləğvi üçün 2 (iki) ay əvvəldən iddiaçını yazılı şəkildə xəbərdar etməli olduqlarını bildirsədə onlar iddiaçını fakt qarşısında qoydular və tez tələsik təhvil-təslim aktı bağladılar. Növbəti aylarda isə məlum pandemiya səbəbindən ölkədə elan olunmuş karantin rejimi ilə əlaqədar iddiaçının ailəsinin yeganə gəlir mənbəyi olan həmin obyekti icarəyə vermək mümkün olmamışdır. Belə ki, pandemiya şəraitində iqtisadiyyat durğunluq yaşamışdır, uzun müddət biznes, sahibkarlıq və iqtisadiyyatın digər sahələri zərər görmüşdür. Onun nəticəsidir ki, uzun müddət keçməsinə baxmayaraq həmin qeyri-yaşayış sahəsini icarəyə vermək mümkün olmamışdır. Müqavilənin vaxtından əvvəl pozulmasına görə müqavilədə nəzərdə tutulmuş 20000 (iyirmi min) manat kompensasiyanın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən Cavabdeh ASC-yə xx xxxxxx 2020- ci il tarixində pretenziya məktubu göndərilməsinə baxmayaraq bank müqavilədə nəzərdə tutulanlara əhəmiyyət verməmiş məktuba cavab yazmamışdır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunması xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddiatələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh ASC-nin X1 Elmir Həsənov apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia ərizəsinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh ASC-nin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında icarə müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan Cavabdeh ASC-i ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli, 3M-1108 nömrəli qeyri-yaşayış sahəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən ona məxsus olan Nəsimi rayonu, Nizami küçəsi 111 ünvanda yerləşən 334,00 kv/m ümumi sahəsi olan qeyri-yaşayış sahəsini cavabdehin/icarəçinin istifadəsinə verməyi, icarəçi isə Müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada İcarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılaşmasına əsasən vergilər də daxil olmaqla hər ay 9303.00 manat müəyyən edilmişdir. Müqavilənin 6.2.3-cü bəndinə görə “icarəçi” bu müqaviləni iki ay əvvəlcədən yazılı xəbərdarlıq etməklə, “icarəyə verən” dən asılı olmayaraq müqaviləni bir tərəfli qaydada pozması, müqavilənin 6.2.4-cü bəndinə görə “icraəçi” müqavilənin öhdəliklərini yerinə yetirmədiyi təqdirdə və aylıq icarə haqqını ardıcıl olaraq 3(üç) ay vaxtında ödəmədikdə “icarəyə verən” “icarəçini”nin razılığı olmadan müqaviləni vaxtından əvvəl pozub, “icarəçi”dən 20.000 manat məbləğində kompensasiya tələb edə bilməsi barədə tərəflər razılaşmışlar. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 3M-220 nömrəli qeyri-yaşayış sahəsinin icarə müqaviləsinə əlavədən görünür ki, müqavilənin 4.3-cü bəndinin məzmunu göstərilmiş mətn ilə dəyişdirilərək müqavilə ilə hesablaşmalar xx.xx.2019-cu il tarixdən aparılır kimi yazılmışıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya müqaviləsinin surətindən görünür ki, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, cavabdehdən 20.000 (iyirmi min) manat məbləğində borcun 3 (üç) gün ərizində ödənilməsi tələb olunmuşur. Əks təqdirdə iddiaçı öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət edəcəklərini qeyd etmişlər. İş materiallarında olan Cavabdeh ASC-i tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli icarə obyektinin təhvil-təslim aktından görünür ki, cavabdeh tərəf icarə obyektində əmlakın salamatlığına, aylıq icarə haqqlarının tam ödənilməsi və xx.xx.2020-ci il tarixə borcun olmaması, giriş qapısının açarının, kommunal xərclər üzrə borcun olmaması öhdəliyini öz üzərinə götürmüşdür İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı "Cavabdeh” Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasıda iddiaçıya məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi-111 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin "Cavabdeh" ASC-yə icarəyə verilməsi barədə xx xxxxxxxx 2018-ci il tarixli "İcarə Müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bıəndinə görə icarə haqqı hər ay üçün vergilər də daxil olmaqla 9303 manat müəyyən edilmişdir. Müqavilənin 6.2.3-cü bəndinə görə “icarəçi” bu müqaviləni iki ay əvvəlcədən yazılı xəbərdarlıq etməklə, “icarəyə verən” dən asılı olmayaraq müqaviləni bir tərəfli qaydada pozması, müqavilənin 6.2.4-cü bəndinə görə “icraəçi” müqavilənin öhdəliklərini yerinə yetirmədiyi təqdirdə və aylıq icarə haqqını ardıcıl olaraq 3(üç) ay vaxtında ödəmədikdə “icarəyə verən” “icarəçini”nin razılığı olmadan müqaviləni vaxtından əvvəl pozub, “icarəçi”dən 20.000 manat məbləğində kompensasiya tələb edə bilməsi barədə tərəflər razılaşmışlar. Həmin müqavilə Bakı şəhəri 9 saylı Notariat kontorunda rəsmiləşdirilmişdir. Sözügedən "İcarə müqaviləsinin 2.1-ci bəndinə əsasən “İcarəyə verən” bu müqavilə ilə icarəyə verilmiş əmlakı xx xxxxxxxx 2018-ci il tarixindən xx xxxxxxxx 2020-ci il tarixədək 2 (iki) il müddətinə icarəyə vermişdir. “Cavabdeh" ASC müqavilə şərtlərini pozaraq əvvəlcədən heç bir xəbərdarlıq etmədən xx xxxxxx 2020-ci il tarixində iddiaçını dəvət edərək və icarədə olan əmlakı təhvil üçün hazır etdiklərini bildirmiş və icarədara qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 6.2.3-cü bəndinin və 6.2.4cü bəndlərinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Həmin müqavilənin bəndlərinə görə “icarəçi” bu müqaviləni iki ay əvvəlcədən yazılı xəbərdarlıq etməklə, “icarəyə verən”dən asılı olmayaraq müqaviləni bir tərəfli qaydada pozması, habelə “icarəçi” müqavilənin öhdəliklərini yerinə yetirmədiyi təqdirdə və aylıq icarə haqqını ardıcıl olaraq 3 (üç) ay vaxtında ödəmədikdə “icarəyə verən” “icarəçini”nin razılığı olmadan müqaviləni vaxtından əvvəl pozub, “icarəçi”dən 20.000 manat məbləğində kompensasiya tələb edə bilməsi barədə razılaşmışlar. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçını əvvəlcədən yazılı xəbərdar etməsilə bağlı sübutları nə birinci instansiya məhkəməsində, nə də ki, kollegiyanın iclasında təqdim edə bilməmişdir. Bundan başqa cavabdeh tərəfin işə birinci instansiya məhkəməsində baxılarkən, məhkəmə iclasında təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli təhvil təslim aktından göründüyü kimi əmlakın salamatlığına, aylıq icarə haqqlarının tam ödənilməsi və xx.xx.2020-ci il tarixə borcun olmaması, giriş qapısının açarının, kommunal xərclər üzrə borcun olmaması barədə təhvil-təslim aktı tərtib etsələr də, həmin təhvil-təslim aktında icarədarın yazılı xəbərdar edilməsilə bağlı hər hansı bənd nəzərdə tutulmamışdır. Kollegıya hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəliklər cavabdeh tərəfindən lazımınca yerinə yetirmədiyindən, iddia tələbinı yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh “Cavabdeh" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar