Məhkəmə qərarları › İş №2(103)-234/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-234/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-234/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "X6 İnvestisiya Korporasiyası” ASC-nə qarşı pul tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-102/2019 saylı işi üzrə xx.xx.2019-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "X6 İnvestisiya Korporasiyası” ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "X6 İnvestisiya Korporasiyası” ASC-nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 5626 saylı "Mənzilin alqı-satqı Müqaviləsinin icrası ilə əlaqədar ödənilmiş 22296,96 manat (iyirmi iki min iki yüz doxsan altı manat 96 qəpik) məbləğin, 12000 manat (on iki min) təmirə çəkilmiş xərcin, 30 manat dövlət rüsumunun, cəmi 34296,96 manat (otuz dörd min iki yüz doxsan altı manat doxsan altı qəpik) məbləğin və 30 manat (otuz) dövlət rüsumunun "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: "X6 İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 5626 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "X6 İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt Şossesi 7 km inşa etdiyi 1 saylı binanın 82-ci blokunun ümumi sahəsi 49,72 kv.m olan 1 otaqlı 6a saylı mənzilini alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri (qiyməti) tərəflərin razılğı ilə 89185,25 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini hər ay 300 manat məbləğində ödəniş etməklə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür (səh.8); Abşeron Rayon Məhkəməsinin 2(005)-2329/2015 nömrəli, xx xxxx 2015-ci il tarixli qətnaməsinin surətinə əsasən, "X3 Korporasiyası” ASC ilə cavabdeh İddiaçı arasında bağlanılmış xx.xx.2008-ci il tarixli, 5626 saylı müqavilənin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 7-ci km-də yerləşən 1 saylı binanın 82-ci blokunun ümumi sahəsi 49,72 kv.m olan 1 otaqlı 6 a saylı mənzilin boşaldılması və mənzilin cavabdeh "X3 Korporasiyası” ASC-nə təhvil verilməsi qət edilmişdir (səh.12); Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 14650 saylı ekspert rəyi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 7 km inşa etdirdiyi 1 saylı binanın 82-ci blokunun 6a saylı bir otaqdan ibarət ümumi yaşayış sahəsi 49.72 kv.m olan mənzil üzrə aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun təqribi qiymətinin 9872 manat məbləğində olduğu müəyyən edilir (səh.62); Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 14650 saylı ekspert rəyi ilə rəyinə əsasən, mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2012-ci ildə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 12250 manat məbləğində olduğu müəyyən edilir. Tədqiq olunan mənzil üzrə aparılmış müxtəlif növ işlərin dəyərinə dair ilkin ekspertiza ilə təkrar ekspertizanın nəticələri arasında artmağa doğru yaranmış 2378,0 manat (12250,0-9872,0) qiymət fərqi, hazırkı ekspertiza tədqiqatı zamanı tədqiq olunan mənzilin təmirinə çəkilmiş xərclərlə oağlı tərtib edilmiş aktda göstərilənlərin nəzərə alınması ilə izah olunur. mənzildə təmir işlərinin hansı dövrdə başlanıb yekunlaşdığı barədə məlumat mülki iş materiallarında olmadığından,mənzilin təmir işlərinin köhnəlmə (aşınma) faizini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də, amortizasiya - köhnəlmə nəzərə alınmaqla mənzilin təmirinə çəkilmiş xərclərin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır, aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir (səh.62); Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 13883 saylı ekspert rəyi ilə rəyinə əsasən, mənzildə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri 12250 manat məbləğində olduğu müəyyən edilir. Təmir işlərinin köhnəlmə əmsalının hesablanmasına dair metodika olmadığından bu suallar tədqiqat aparılmamışdır. Lakin tədqiq olunan mənzilə baxış keçirilən zamanı, həmin mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin normal vəziyyətdə olduğu, konstruktiv elementlər üzrə hər hansı qüsurlar yaranmadığı müəyyən edilir, aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir (səh.150). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-102/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "X7 İnvestısiya Korporasıyasi" ASC-dən Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt Şossesi 7 km inşa etdiyi 1 saylı binanın 82-ci blokunun ümumi sahəsi 49,72 kv.m olan 1 otaqlı 6a saylı mənzilin təmirinə çəkilmiş 12000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri bərabər qaydada "X7 İnvestisiya Korporasıyasi" ASC-dən 150 manat və "İddiaçı 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 157, 560, 1091-1094; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 119, 217-ci maddələrinə istinad edərək qeyd edilmişdir ki, "X6 İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 5626 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "X6 İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt Şossesi 7 km inşa etdiyi 1 saylı binanın 82-ci blokunun ümumi sahəsi 49,72 kv.m olan 1 otaqlı 6a saylı mənzilini alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri (qiyməti) tərəflərin razılğı ilə 89185,25 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini hər ay 300 manat məbləğində ödəniş etməklə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilmədiyinə görə cavabdeh "X6 İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti ona qarşı məhkəmədə iddia qaldırmış və cavabdehin iddiası Abşeron Rayon Məhkəməsinin 2(o05)-2329/2015 nömrəli, xx xxxx 2015-ci il tarixli qətnaməsinə əsasən təmin edilərək, X3 Korporasiyası” ASC ilə cavabdeh İddiaçı arasında bağlanılmış xx.xx.2008-ci il tarixli, 5626 saylı müqavilənin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 7-ci km-də yerləşən 1 saylı binanın 82-ci blokunun ümumi sahəsi 49,72 kv.m olan 1 otaqlı 6 a saylı mənzilin boşaldılması və mənzilin cavabdeh "X3 Korporasiyası” ASC-nə təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Bundan başqa iddiaçı həmin mənzilin təmirini də həyata keçirmiş və bu təmirin dəyəri müvafiq ekspert rəyinə əsasən 12250 manat məbləğində manat olduğu müəyyən edilmişdir, iddiaçı cavabdehə cəmi nağd şəkildə 22296,96 manat məbləğində pulun ödənildiyini qeyd edir. Ona görə də həmin pulun cavabdehdən alınıb ona ödənilməsini xahiş edir. Ancaq xx.xx.2018-ci il tarixli, 5626 saylı mənzilin alqı-satqı müqaviləsinin 5.8-ci bəndində göstərilir ki, müqavilə alıcının təşəbbüsü ilə ləğv edildiyi hallarda, Alıcı tərəfindən müqavilədən imtina edilməsi hallarında ilkin ödəniş istisna olunmaqla, ödənilmiş məbləğin əsas hissəsi yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarılır. Bu zaman satıcı alıcıya çatası həmin məbləğin ilkin ödənişini mənzilin satılması ilə əlaqədar çəkilən xərclərin əvəzi kimi tutulur. Bu səbəbdən iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməli, tələbinin "təmirə çəkilmiş xərclərin əvəzinin cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı mənzildə təmir işlərinin aparılmasına ümumilikdə 12000 manat məbləğində vəsait sərf etdiyini göstərməsinə baxmayaraq, məhkəmə tərəfindən təyin edilmiş əmtəəşünaslıq ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 13883 saylı ekspert rəyində mənzilin təmirinə 12250 manat məbləğində vəsaitin sərf edildiyi göstərilmişdir. Tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş və mənzil iddiaçı tərəfindən boşaldılaraq "X3 Korporasiyası” ASC-yə təhvil verilməlidir, daha sonra həmin mənzil başqa şəxslə müqavilə bağlamaq yolu ilə satıla bilər və bu zaman mənzilin qiyməti müəyyən edilərkən təbii ki, onun təmirli olması da nəzərə alınacaq və həmin münasibətlərdən bilavasitə "X3 Korporasiyası” ASC faydalanmış olacaqdır. Halbuki, iddiaçı həmin mənzildə yaşayıdığı müddətdə öz hesabına həmin mənzili təmir etmiş və bunun üçün vəsait sərf etmişdir, cavabdeh "X3 Korporasiyası” ASC hər hansı hüquqi əsas olmadan həmin mənzilin təmirinə sərf edilmiş vəsaitdən (artıq mənzilin dəyərini artıran bir amil olaraq) faydalanması və bu hal cavabdehin əsassız varlanması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 13883 saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, cavabdeh "X3 Korporasiyası” ASC hər hansı hüquqi əsas olmadan təmirin dəyəri qismində əldə etmiş 12000 manat məbləğində pulu İddiaçı qaytarmalıdır. Belə ki, iddiaçının iddia tələbi 12000 manat olmuş, iddia tələbinin həcmi artırılmamışdır. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən Aparılmış ekspertiza tədqiqatının dəyəri bərabər qaydada "X6 İnvestısiya Korporasıyasi" ASC-dən 150 manat və İddiaçı 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1 -ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-102/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən, iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddianin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14, 357, 384, 385, 386, 387, 389, 424, 448 maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının həmin mənzildə yaşadığı dövrü həmin ərazidə olan oda ayhq kirayə haqqı ilə hesablansa cavabdeh ə dəymiş maddi ziyan iddiaçının ödədiyi pui vəsaitindən və təmir xərcindən artıq çıxır, Həmçinin, müqavilənin şərtləri iddiaçı tərəfindən pozulduğundan, iddiaçı həmin mənzildə uzun müddət yaşadığından, iddiaçı tərəfindən ödənilmiş pu! məbləği və təmir xərci cavabdehə dəymiş maddi ziyan kimi hesablanaraq iddia tələbi rədd edilməlidir. İddiaçı mənzili təmir etsə də, həmin mənzildə yaşadığı müddət ərzində mənzildən istifadə etmiş və orada yaşamışdır, iddiaçı mənzili təmir edərkən təmirə çəkdiyi xərc üzrə özü risk daşıdığından təmir xərci cavabdehdən tutulmalıdır. Belə ki, hər bir şəxs mənzili istidəyi qiymətə təmir etdirə bilər və təmirə istənilən vəsait sərf edə bilər. Belə olan halda həmin vəsaiti sərf edirsə deməli iddiaçı bununla risk daşıdığı qabaqcadan görməli idi. Əks təqdirdə cavabdeh iddiaçının çəkdiyi xərc üzrə məsuliyyət daşımamalıdır. Məhkəmə qətnamə üzrə mübahisənin düzgün hə!il üçün mühiim əhəmiyyət kəsb edən və mübahisənin prosessual normaları üzrə istiqamətinə hüquqa aid olan bütün elementlərin və faktların tədqiqini təmin etməmiş, iş üçün zəruri sübutları əlaqəli şəkildə, heç bir səbəb göstərmədən işin hərtərəfli həlli məqsədi iiə sübutların qəbul edilib-edilməməsi səbəblərini obyektiv yanaşmaqla izah etməmişdir ki, bu nəticə etibarı ilə işin tam, hərtərəfli və qanuni normalar əsasında araşdırılması və çəkişmə prinsiplərinin pozulmasına gətirib çıxarmışdır. İddiaçı apellyasiya şikayəti verərək, Nərimanov rayon Məhkəməsinin 2(005)- 102/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən- iddia tələbinin təmin olunmayan hissəsində ləğv olunması, digər hissəsində dəyişdirilmədən saxlanılması, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 9, 88, 217, 560, 1092-ci maddələrinə; MPM-nin 386, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, müqavilə alıcının deyil, satıcının tələbi ilə pozulmuşdur. Həmçinin satıcı mənzilin təhvil verilməsi barədə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmişdir. "Satıcının" öz vəzifəsini layiqincə yerinə yetirmədiyi və kobud şəkildə aldadıldığımızı başa düşdüyümüz üçün, həmçinin sonradan satıcı "Cavabdeh"Açıq Səhmdar Cəmiyyətinin mənə qarşı Abşeron Məhkəməsində arasında "Müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması, geri qaytarılması tələbinə dair" iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etdiyi ona məlum olduğu üçün o da həmin mənzildən imtina etmişdir. Yəni, Abşeron rayonun ərazisində ümumi sahəsi 49,72 kv.m olan bir otqalı mənzilin 89185,25 manat qiymətləndirilməsi alıcını qəsdən aldatmaq, onu pis vəziyyətə salmaq deməkdir. Abşeron rayon Məhkəməsi iddiaçı "X6 İnvestisiya Korporasiyası" ASCnin cavabdeh İddiaçı qarşı "Müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və geri qaytarılması tələbinə dair" iddiasının təmin olunması barədə 2 (012) -2329/2015 saylı iş üzrə xx xxxx 2015-ci il tarixli qətnamə qəbul edilmiş və qətnamə icraya yönəldilsə də, bu günə kimi həmin mənzil satılmamışdır. Belə çıxır ki, həmin mənzil satılmasa pulu batmalıdır. Hətta həmin mənzilin satılmasına öz köməkliyini təklif etsə də, qarşı tərəf bundan imtina etmişdir. Belə çıxır ki, onların məqsədi istənilən vasitə ilə onu aldatmaqdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı öz apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, Abşeron Rayon Məhkəməsinin qətnaməsinin qüvvəyə mindiyini, mübahisəli evi qaytarmaq üçün könüllü olaraq dəfələrlə cavabdehə müraciət etdiyini, lakin Şirkətin onun təmirə xərclədiyi ödənişləri qaytarmağa razı olmadığını, 4 ildən çoxdur ki, ev üçün ödənişləri etmədiyini, Şirkətdə satış müdirinin 31000 manat təklif etdiyini, onun razılaşdığını, lakin müdiriyyətin razılaşmadığını, mənzilin onu sahibliyində olduğunu və təhvil vermədiyini bildirmiş, öz şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "X6 İnvestisiya Korporasiyası” ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və ərizə təqdim edərək, mənzilin təmirinə çəkilmiş xərc müəyyən edilərkən ekspertiza rəyində aşılanma nəzərə alınmadığını, 1999-cu il tarixli təlimata əsasən, aşılanma ilə 5 % müəyyən edilməli olduğu üçün mənzilin təmirinə çəkilmiş xərcə 40 % aşılanma tətbiq etməklə təmirə çəkilən 7200 manat tutulmanın təmin edilməsini, iddiaçının 2012-ci il tarixdən həmin mənzildə yaşadığını, iddiaçının həmçinin şirkətə maddi ziyan vurduğunu, 2014-cü ildən məhkəmə qətnaməsi çıxmasına baxmayaraq nə evi verdiyini, nə ödəniş etdiyini, iddiaçıya onun istədiyi məbləğdən aşağı məbləğ təklif edildiyini, lakin qəbul etmədiyini bildirmiş və öz apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21,324, 385-388, 144-146, 178.8, 752-776; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar sübuta yetirilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına tam uyğun gəlmədiyindən qətnamə təmin edilən hissədə dəyişdirilməli, "X7 İnvestısiya Korporasıyasi" ASC-dən mənzilin təmirinə çəkilmiş xərcə görə iddiaçıya ödənilməli məbləğ 40 % aşılanma tətbiq etməklə 7200 manat civarında müəyyən edilməldir. Belə ki, cavabdehin nümayəndəsi aşılanma nəzərə alınmaqla bu məbləğı qəbul edərək ödənilməsinə etiraz etməmiş, habelə ekspertiza ilə müəyyən edilmiş məbləğlər üzrə aşılanma nəzərə alınmadığından onların bu hissədə mötəbər sübut kimi qiymətləndirilməsi mümkün olmamışdır. Qeyd edilənlərdən əlavə diqqətə çatdırılmalıdır ki, iddiaçı mənzili cavabdehə təhvil verməmiş, sonuncu isə mənzili başqasının sahibliyinə və istifadəsinə verməmiş, habelə təhvil-təslim zamanı tərəflərin razılığa gəlmək imkanları tükənməmişdir. Ona görə, təmin edilməyən hissəsində iddianın və bununla da iddiaçının apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri tələb olunmadığından tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh "X6 İnvestisiya Korporasiyası” ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-102/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi (təmin edilən hissədə) dəyişdirilsin. "X6 İnvestisiya Korporasıyasi" ASC-dən Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt Şossesi 7 km inşa etdiyi 1 saylı binanın 82-ci blokunun ümumi sahəsi 49,72 kv.m olan 1 otaqlı 6a saylı mənzilin təmirinə çəkilmiş 7200 (yeddi min iki yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar