Məhkəmə qərarları › İş №2(103)-2340/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2340/2025

19.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2340/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Sabit Xanlar oğlu Bəhrəmzadədən ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(001)- 5364/2018 nömrəli qətnaməsindən Cavabdeh8 hüquqi varisi X20 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 5364/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MTK-nın cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2, Cavabdeh8 və qeyrilərinə qarşı “torpaq sahəsinin üzərində inşa edilmiş tikililərin dəyəri ödənilməklə sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 məxsus ümumi sahəsi 42,7 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 29150,0 manat, Cavabdeh3 məxsus ümumi sahəsi 19 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, Cavabdeh6 məxsus ümumi sahəsi 19,8 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13500,0 manat, Cavabdeh5 məxsus ümumi sahəsi 33,8 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 23100,0 manat, Cavabdeh7 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, Cavabdeh8 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, Cavabdeh10 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, Cavabdeh11 məxsus ümumi sahəsi 53,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 36150,0 manat, Cavabdeh12 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manaf, Cavabdeh13 məxsus ümumi sahəsi 19,0 kv.m. olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, Cavabdeh14 məxsus ümumi sahəsi 24,2 kv.m. olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 16.500,0 manat, Cavabdeh15 məxsus ümumi sahəsi 26,6 kv.m. olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 18.150,0 manat, X3 məxsus ümumi sahəsi 19,8 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13.500,0 manat, Cavabdeh18 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, Cavabdeh20 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, X21 məxsus ümumi sahəsi 24,5 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 16700,0 manat, X8 məxsus ümumi sahəsi 24,5 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 16700,0 manat, Cavabdeh21 məxsus ümumi sahəsi 24,5 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 16700,0 manat, X10 məxsus ümumi sahəsi 44,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 mana oİmaqla 30000,0 manat, X12 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, X16 məxsus ümumi sahəsi 18,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 12300,0 manat, X5 məxsus ümumi sahəsi 28,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 19100,0 manat, X1 məxsus ümumi sahəsi 18,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 12300,0 manat, Hüseynov Elmara 3hıəxsus ümumi sahəsi 18,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 12300,0 manat, X11 məxsus ümumi sahəsi 33,8 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 23100,0 manat, X18) məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, X7 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat və X4 məxsus ümumi sahəsi 18,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ödənildikdən sonra həmin qarajlar sökülsün və qarajların yerləşdiyi ərazi "xxxx" Mənzil-Tikinti Kooperativinə təhvil verilməsi, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 10 manat dövlət rüsumu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin taarif cədvəlinə müvafiq olaraq iş və xidmətlərin dəyəri olan 200 manat xidmət haqqı "xxxx" Mənzil-Tikinti Kooperativinə aid edilsin, iş və xidmətlərin dəyəri olan 200 manat xidmət haqqı "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab № AZN:AZ30GUNA********************, Bank: "xxxx" ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, Kod: 505594; SWİFT: GUNAAZ22) ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh8 hüquqi varisi X20 apellyasiya şikayəti vermişdir. Hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 18 mart 2025-ci il tarixli, 2(001)- 5364/2018 nömrəli məktubu ilə iddiaçı "xxxx" MTK tərəfindən məhkəmənin 24 fevral 2025-ci il tarixli qərardadından şikayət daxil olduğunu və həmin şikayətə baxılması üçün mülki işin baxışdan çıxarılaraq Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası məktubu nəzərə alaraq hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar