Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2345/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4744/2022 saylı iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi, əmək kitabçasının bərpa olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4744/2022 saylı iş üzrə 18 noyabr 2022-ci il tarixli qərardadı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 94 nömrəli əmr ləğv edilməklə sonuncu işinə - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Laboratoriya bölməsinin həkim-mütəxəssisi (biokimyəvi üzrə) xx.xx.2022-ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanmaqla bərpa edilməsi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı məxsus əmək kitabçası bərpa edilərək (işə götürən tərəfindən geri qaytarılması mümkün olmadıqda) İddiaçı qaytarılması qət edilmişdir. Qətnamədən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(103)-8636/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4744/2022 saylı iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(006)- 4744/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022- ci il tarixli, 2(006)-4744/2022 saylı qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Daha sonra cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-4744/2022 saylı qətnaməsindən apellyasiya şikayəti və «apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair» ərizə daxil olmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(006)-4744/2022 saylı qərardadı ilə cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-4744/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Daha sonra cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən ərizəylə məhkəməyə müraciət edilərək, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(006)- 4744/2022 saylı qərardadı ilə cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının «apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair» ərizəsinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)- 4744/2022 saylı qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır Kollegiya hesab edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formada verilməmişdir. Ona görə də cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1 və 363.1.5 -ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə sonucunun apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Kollegiya qeyd edir ki, Əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Kollegiya qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(103)-8636/2022 saylı qərardadından görünür ki, cavabdeh tərəfindən əvvəlki verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilmədiyindən geri qaytarılsa da, cavabdeh təkrarən apellyasiya şikayəti verərkən həmin halı nəzərə almamış və vermiş olduğu apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formaya uyğun olmamışdır. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan müddətin bərpası barədə ərizəni təmin edərək apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4744/2022 saylı iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4744/2022 saylı iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2345/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2345/2023
24.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver