Məhkəmə qərarları › İş №2(103)-2351/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2351/2025

29.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2351/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1151/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Cavabdeh xx.xx.2020-ci il tarixli **********1 nömrəli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin X12 Filialının mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin İlk Həmkarlar təşkilatının xx.xx.2024-cü il tarixli Protokoluna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin X12 Filialının mütəxəssisi vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin e bəndinin tələblərinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə 70-ci maddənin ç bəndi ilə xitam verilməsinə razılıq verilməsi və protokolun surətinin aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 Komitəsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X4 Komitəsinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası ƏM-nin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən Nazirlik yanında Sosial Xidmətlər Agentliyinin tabeliyində X12 filialında mütəxəssis vəzifəsində çalışan İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsinə görə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi məsələsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X4 Komitəsinin Cavabdeh İdarə heyətinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh X12 Filialında mütəxəssis vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X4 Komitəsinin üzvlərinin iştirakı ilə müzakirə edilmişdir. Təqdim edilən xidməti məruzəyə əsasən X10 Regional Filialında mütəxəssis vəzifəsində çalışan İddiaçı əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-3/3-4-440/2024 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin X12 Filialının mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş İddiaçı ilə xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. ƏƏSMN tabeliyində SXA-nin X12 filialının xx.xx.2024-cü il tarixli aktında qeyd edilmişdir ki, Filialın mütəxəssisi İddiaçı 29 aprel 2024-cü il tarixində işdə olmamışdır. Həmin tarixdə əmək müqaviləsinə xitam verilməsi əmri və dövriyyə vərəqəsi ilə tanış edilmiş, lakin o, həmin əmrin surətinə və dövriyyə vərəqəsinə imza etməkdən imtina etmişdir. Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, onunla bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Əmək kitabçasını almağı üçün Sosial Xidmətlər Agentliyijnə gəlməsi xahiş olunur. Qanunvericiliyə əsasən rəsmi müraciəti əsasında onun əmək kitabçasını poçt vasitəsilə istədiyi ünvana göndərilməsini tələb etmək hüququ vardır. Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, İddiaçı “əmək mübahisəsi” barədə mediasiya prosesinin tətbiqi barədə təklifi Cavabdeh publik hüquqi şəxsinə xx.xx.2024-cü il tarixdə göndərmişdir. X5 iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/2-01207/2024 saylı arayışdan görünür ki, hər iki tərəf prosesin davam etdirilməsinə razılıq verməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, onun Cavabdeh publik hüquqi şəxsində mütəxəssis vəzifəsinə işə bərpa edilməsi, işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pulun Cavabdeh publik hüquqi şəxsindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2000-2001-ci illərdə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Yevlax rayon şöbəsinin Ahıl və tənhaların məişət sektorunda mütəxəssis, 2001-2002-ci illərdə həmin mərkəzdə mühasib, 2006-2011-ci illərdə mütəxəssis, 2011-2012-ci illərdə sektor müdiri və direktor müavini, 2012-ci ildən 2024-cü ilin 29 aprel tarixinə kimi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsində (bundan sonra cavabdeh) mütəxəssis vəzifəsində çalışmışdır. Onunla cavabdeh arasında 24 avqust 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. 24 avqust 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 29 aprel 2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrin surəti və əmək kitabçası hələ də ona təqdim edilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 29 aprel 2024-cü il tarixli əmrini əsassız və qanunsuz hesab etdiyi üçün cavabdehə qarşı “Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbi ilə Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Ona “X5n sonra prosesin davam etdirilə bilməməsi” barədə 02 dekabr 2024-cü il tarixli, MSB/2-01207/2024 saylı arayış təqdim edilmişdir. Cavabdeh onun əmək hüquqlarını, ƏM-nin bir çox maddələrini kobud şəkildə pozmuşdur. Onunla 24 avqust 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün heç bir əsas olmamışdır. Eyni zamanda, İddiaçı buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, “əmrin ləğv edilməsi və işə bərpa” tələbi barədə iddia ərizəsinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, işdən çıxarıldığı zaman anası beyindaxili qansızma keçirmişdir. Anasının səhhəti ilə məşğul olmalı olmuşdur. Anasının xəstə olduğu müddət onun üçün çox böyük gərginliklə keçmişdir. Anasını müayinə və müalicə üçün xəstəxanalara aparmış, lakin anasını itirmişdir. 23 iyun 2024-cü il tarixdə anası vəfat etmişdir. Anasının dəfni, yas mərasimləri ilə məşğul olmuşdur. Ona görə də qanunvericiliklə müəyyən olunmuş müddətdə pozulmuş hüquqlarının müdafiəsi üçün mediasiya təşkilatına və məhkəməyə müraciət edə bilməmişdir. Cavabdeh publik hüquqi şəxsinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, iddiaçının iddiası qanunvericilik baxımından tam əsassızdır və təmin olunmamalıdır. Belə ki, Sosial Xidmətlər Agentliyinin X12 filialının mütəxəssisi vəzifəsində işləmiş İddiaçı ilə bağlı vətəndaş X3 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı müraciətlə bağlı Sosial Xidmətlər Agentliyində də araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı xx.xx.2024-cü il tarixində Sosial Xidmətlər Agentliyinə dəvət edilmiş və izahatı alınmışdır. İddiaçı izahatında “sosial tərəfdaş” tərəfindən vətəndaşa tikilən evin müqabilində vətəndaşdan 500 manat məbləğində pul istədiyini, lakin sonradan əməlindən peşman olduğunu və vətəndaşdan heç nə istəmədiyini bildirmişdir. İddiaçı ilə Sosial Xidmətlər Agentliyi arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixində xitam verilmiş və bunun əsasında işçiyə son-haqq hesab ödənilmişdir. Eyni zamanda İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi heç bir üzrlü səbəb olmadan işə gəlməmişdir. İşçi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi onunla bağlanılmış əmək müqaviləsinin xitamı üçün əsasdır. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində qeyd edilən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda 1 təqvim ayı müddətində məhkəməyə müraciət etmədiyinə görə iddia müddətini ötürmüşdür. Eyni zamanda, Cavabdeh publik hüquqi şəxsinin nümayəndəsi “iddia müddətinin tətbiq edilməsinə dair” xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 29 aprel 2024-cü il tarixində xitam verilmişdir. Həmin tarixdə Sosial Xidmətlər Agentliyinin X12 filialında İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surəti təqdim edilsə də onu götürməkdən imtina etmişdir (bu hal müvafiq aktda öz təsdiqini tapmışdır). Bundan sonra 30 aprel 2024cü il tarixində İddiaçı əmək kitabçasını götürməsi ilə bağlı Sosial Xidmətlər Agentliyi tərəfindən məktub ünvanlanmışdır. 01 may 2024-cü il tarixində isə İddiaçı son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ödənilmişdir. Bundan sonra İddiaçı xx.xx.2024-cü il tarixində (yəni sonhaqq hesabın ödənildiyi dövrdən 5 ay sonra) mediasiyaya müraciət etmiş və həmin tarixdə iddia müddətinin axımı dayandırılmışdır. xx.xx.2024-cü il tarixində isə Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən tərəflərə X5n sonra prosesin davam etdirilə bilməməsi barədə tərəflərə arayış təqdim edildikdən sonra iddia müddətinin axımı davam etdirilmişdir. Bundan sonra İddiaçı xx.xx.2024-cü il tarixində Bakı şəhər Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əsassız tələb irəli sürərək yuxarıda qeyd edilən qanunvericiliklərdə nəzərdə tutulan iddia müddəti ilə (1 təqvim ayı) bağlı tələbləri pozaraq məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1151/2025 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh publik hüquqi şəxsi ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin X12 Filialının mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Hazırda İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, onun Cavabdeh publik hüquqi şəxsində mütəxəssis vəzifəsinə işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh publik hüquqi şəxsinin nümayəndəsi “iddia müddətinin tətbiq edilməsinə dair” xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti iddiaçı tərəfindən ötürüldüyündən iddia müddətinin tətbiq edilərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında hakimin işdən nə vaxt çıxarılmasından xəbərinin olması ilə bağlı ona verdiyi suala cavab olaraq bildirmişdir ki, işdən azad edildiyi barədə 2024-cü ilin iyun ayında məlumatlı olmuşdur. Buradan da müəyyən olunan odur ki, o hüquqlarının pozulduğunu 2024-cü ilin iyun ayından artıq bilmişdir. Əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş birinin 2024-cü ilin iyun ayına qədər işdən çıxarılmasını, hüquqlarının pozulmasını bilməməsi isə absurd məsələdir. Bundan əlavə iş materiallarında olan Mediasiya prosesinin tətbiqi barədə Təklifdən də görünür ki, İddiaçı mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya yalnız xx.xx.2024-cü il tarixdə, yəni özünün məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət (4 ay) sonra müraciət etmişdir. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin X12 Filialının mütəxəssis vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsi barədə işçi özünün deməsinə görə 2024-cü ilin iyun ayından məlumatlı olmuş və İddiaçı mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya yalnız xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə İddiaçı buraxılmış müddətin bərpası barədə ərizəsinə münasibət bildirib qeyd etmişdir ki, iddiaçı “əmrin ləğv edilməsi və işə bərpa” tələbi barədə iddia ərizəsinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etməklə, iddia müddətini ötürdüyünü özü də qəbul etmişdir. Lakin həmin ərizədə iddia müddətini ötürməsinin əsası kimi istinad etdiyi faktları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İşin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir, habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən hesab etmişdir ki, iddiaçının tələbi əsassızdır və İddiaçı Cavabdeh publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2, 296.3, 296.6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 1151/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ötürülmüş iddia müddətinin bərpa edilərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti müstəq tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024cü il tarixli əmrin ləğv edilməsi, onun Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsində mütəxəssis vəzifəsinə işə bərpa edilməsi və işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsindəki dəlillərə əsaslanaraq iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsinin iddia tələbi üzrə iddia müddəti ilə bağlı normaları düzgün tətbiq etməməsi nəticəsində məhkəmə ötürülmüş iddia müddətini bərpa etməyə əsaslar olduğu halda bunu etməməklə yanlış qənaətə gəlmiş və iddia tələbini rədd etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərkən məhkəməyə iddia ərizəsi ilə yanaşı ötürülmüş müddətin bərpasına dair ərizə də təqdim etmişdir. Həmin ərizə vasitəsilə iddiaçı məhz hansı səbəblərə görə iddia müddətinin ötürüldüyünü izah etmiş və məhkəmədən həmin səbəbləri qiymətləndirərək müddətin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsinin təsviredici və nəticəvi hissələrindən görünür ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş müddətin bərpasına dair ərizədə qeyd edilən məsələlərə ümumiyyətlə heç bir qiymət verməmişdir. Müddətin bərpasına dair ərizədən görünür ki, iddiaçı işdən çıxarıldığı zaman anasının beyindaxili qansızma keçirdiyini, təxirəsalınmadan anasının səhhəti ilə məşğul olmalı olduğunu, anasının xəstə olduğu müddətin iddiaçı üçün çox böyük gərginliklə keçdiyini, anasının həyatda qalması üçün çalışdığını, anasını müayinə və müalicə üçün Yevlax və Bakı şəhərlərində xəstəxanlara apardığını, həkimlərin səylərinə baxmayaraq anasının 23 iyun 2024-cü il tarixdə vəfat etdiyini, anasının dəfni və yas mərasimlərinin təşkili ilə məşğul olduğunu qeyd etmişdir. Anasının ölüm haqqında şəhadətnaməsinin surəti də əlavə edilmişdir. Birinci instansiya məhkəməsi isə müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün irəli sürülmüş qeyd edilən dəlili araşdırmaq, qeyd edilən xüsusatların həqiqətən mövcud olub-olmadığını müəyyən etmək əvəzinə çıxardığı qətnamədə formal olaraq heç bir əsaslandırma aparmadan iddiaçının müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün heç bir dəlil irəli sürmədiyini qeyd etmişdir. Bu da ona dəlalət edir ki, birinci instansiya məhkəməsi işə səthi və qeyri-obyektiv yanaşaraq yekun nəticəyə gəlmişdir. Məhkəmə yalnız cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini əsas götürərək işə mahiyyəti üzrə baxmadan, cavabdeh tərəfindən yol verilmiş çoxsaylı qanun pozuntularını heç bir əhəmiyyət vermədən hazırkı şikayətlə mübahisələndirilən qətnaməni çıxarmışdır. Bu da qeyriobyektivliyin digər bir göstəricisi kimi qiymətləndirilməlidir. Xüsusən də nəzərə alınmalıdır ki, iddiaçının xəstələnməsi və yaxın qohumun ölümü Əmək Məcəlləsinin 296.6-cı maddəsinin dispozisiyasında birbaşa obyektiv hallar kimi qeyd edilmişdir. Mülki və əmək qanunvericiliyinə əsasən, ana yaxın qohum hesab edilir və onun xəstələnərək bir müddət müalicə almasına baxmayaraq vəfat etməsi iddiaçının təqdim etdiyi ölüm haqqında şəhadətnamə ilə təsdiq olunur. Eyni zamanda iddiaçının özü də Birinci Qarabağ müharibəsində aldığı xəsarətlər nəticəsində bir qolu tam amputasiya edilməklə birinci dərəcəli əlildir və bununla əlaqədar olaraq davamlı müalicələr alır. İddiaçı bu xüsusatı məhkəmə iclası zamanı birinci instansiya məhkəməsinin diqqətinə çatdırmışdır. Birinci instansiya məhkəməsi göstərilmiş prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş dəlil və sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Əslində birinci instansiya məhkəməsi ümumiyyətlə heç bir araşdırma aparmadan iş üzrə qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi iddiaçının iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə məhkəmə iclaslarında izahatlarını (izahatlarda iddiaçının özünün xəstəliyi, anasının vəfatı, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatın və sənədlərin ona göndərilməsi barədə məlumatları) qiymətləndirmədiyi, onlara münasibət bildirmədiyi üçün faktiki sübut olaraq nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iddia tələbi cavabdehin iddia müddətinin keçməsinə dair ərizəsi əsasında rədd edilmişdir. Bununla belə, məhkəmə tərəfindən iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması kimi əhəmiyyətli məsələlər ümumiyyətlə araşdırılmamışdır. Halbuki, “L.İ.Binətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subketiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi bir tərəfdən iddia müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verib-verməməsinə dair iddiaçı tərəfindən irəli sürülmüş halları araşdırmamış, digər tərəfdən cavabdehin pozuntunu edib-etməməsini qiymətləndirməmişdir. İddiaçı birinci instansiya məhkəməsində keçirilmiş sonuncu iclas zamanı onunla əmək müqaviləsinə xitam verildikdən sonra anasının ölümlə nəticələnmiş xəstəliyi ilə yanaşı həmin dövrdə, yəni 2024-cü ilin iyun ayında oğlu X1 müddətli həqiqi hərbi xidmətə çağırılması və oğlunun səhhətində yaranmış problemlərə görə xidmətdən möhlətin verilməsi, oğlunun 2024-cü ilin iyul ayında əməliyyat edilməsi kimi halları da şifahi şəkildə məhkəmənin diqqətinə çatdırmışdır. Lakin həmin halları təsdiq edən sənədləri sənədlər Yevlax şəhərində olduğundan məhkəməyə təqdim edə bilməmişdir. Həmin sənədlər (çağırış vərəqəsi və əməliyyata göndəriş vərəqəsi) hazırkı apellyasiya şikayətinə əlavə edilir. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1151/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və ötürülmüş iddia müddətinin bərpa edilərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib əlavə olaraq izahatında son haqq-hesabını may və ya iyun ayında aldığını, işdən azad edilməmişdən bir həftə əvvəl işə çıxmadığını, aprelin 29-da işdən çıxarılmasını bildiyini, onun vətəndaşla danışığının yazısı Agentliyə verildiyi üçün ona işdən ərizə yazıb çıxmasının təklif olunmasını, vaxtında məhkəməyə müraciət etməməsinin səbəblərindən biri də cavabdehin ona özü işdən çıxdığına görə övladını işlə təmin ediləcəyi barədə verdiyi vədin icrasını gözləməsi olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat verib əlavə olaraq izahatında iddiaçının 30 aprel 2024-cü il tarixdə əmək kitabçasının müvafiq qaydada götürülməsi ilə bağlı bildirişi qəbul etdiyini, 1 may 2024-cü il tarixdə iddiaçıya son haqq-hesabın ödənildiyini, iddiaçının 18 apreldən 26 aprel tarixinədək işə çıxmadığını, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin səbəbi onun sosial vətəndaşdan 500 manat pul tələb etməsinin olması, iddiaçıya özü işdən çıxarsa övladının işə götürüləcəyi barədə vəd verilmədiyini göstərmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə rəsmi qaydada məlumat verilmsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3.Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 11.

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Maddə 12.

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; Maddə 76. 1.İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 80.

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83.

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 186.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187. 1.İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 296.

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda; 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. Maddə 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 3 iyun 2013-cü il tarixli qərarında göstərmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 3- 17-3/3-4-440/2024 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin X12 Filialının mütəxəssisi İddiaçı ilə xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə işçinin əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə işəgtürən tərəfindən xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə son haqq-hesabını almaqla işdən azad olmasını bilən İddiaçı “əmək mübahisəsi” barədə mediasiya prosesinin tətbiqinə dair təklifini Cavabdeh publik hüquqi şəxsinə xx.xx.2024-cü il tarixdə göndərmiş, hazrıkı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, iddia ərizəsi ilə yanaşı müddətin ötürülməsinin üzürlü hesab edilib bərpa edilməsinə dair ərizəsini də məhkəməyə təqdim etmişdir. Kollegiya qeyd edir ki, ƏM-in 296-cı maddəsinin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu müddət ötürüldüyü halda ilk növbədə buraxılmış müddətin bərpa edilibedilməməsi məsələsi həll edilməli, müddət bərpa edildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmağa başlanmalıdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı ilk növbədə qeyd edir ki, nəqədər ki, iddiaçı, barəsində qəbul edilmiş əmri mübahisələndirir onun bu iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır. Ona görə də iddiaçının pozulmasını iddia etdiyi hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət edərkən müddəti ötürməsi, ötürdüyü halda üzürlü səbələrdən ötürüb-ötürməməsi yoxlanmalıdır. Kollegiya qeyd edir ki, iddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Mülki işin sənədlərindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə son haqqhesabını almaqla işdən azad olunmasını bilən iddiaçı, yalnız xx.xx.2024-cü il tarixdə cavabdehə mediasiya təklifini göndərməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən olunan bir aylıq iddia müddətini ötürmüşdür. İddiaçı hazırkı iddia tələbi ilə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edə bilməsinə mane olan üzürlü səbəblər kimi anasının xəstə olmasını, daha sonra vəfat etməsini, oğlunun həqiqi hərbi xidmətə çağırılmasını, oğlunun və özünün müalicə olunmasını, oğlunu işlə təmin edəcəyinə vəd verən işəgötürənin öz vədinə əməl etməsini gözləməsini göstərmişdir. Kollegiya iddiaçının vəsatətində və izahatında göstərdiyi üzürlü səbəblərlə bağlı qeyd edir ki, hazırkı mülki işdə vəkillə (nümayəndə) təmsil olunan iddiaçı 2024-cü ilin may ayında işdən azad olmasını bilərkən də, vəkilin xidmətindən vaxtında istifadə etmək imkanına malik olmuşdur. İddiaçının anasının vəfat etməsi, oğlunun hərbi xidmətə çağrılması, əməliyyat olunması kimi hadisələr iddiaçı tərəfindən artıq müddət ötürüldükdən sonra (xx.xx.2024cü il tarixdən sonra) baş vermiş, iddiaçı bundan sonra da, yalnız xx.xx.2024-cü il tarixdə cavabdehə mediasiya təklifini göndərmişdir. Beləliklə kollegiya iddiaçının vəsatətində və izahatında buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi üçün qeyd etdyi səbəbləri araşdırıb belə nəticəyə gəlir ki, həmin hadisələrin baş verdiyi tarix iddiaçı tərəfindən müddət ötürüldükdən sonrakı vaxta təsadüf etdiyindən, iddiaçı həmin dövrdə özünün əmək qabiliyyətinin olmamasına dair hər hansı bir sübutunu isə məhkəməyə təqdim etmədiyindən bu səbəblər buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi üçün əsas ola bilməz. Çünki bu səbəblər iddiaçının vaxtında məhkəməyə müraciət etməsinə maneə törətməmiş və ya məhdudiyyət yaratmamışdır. Bundan başqa iddiaçının dəlillərinə görə vaxtında məhkəməyə hazırkı iddia ilə müraciət etməməsinin səbəblərindən biri də oğlunun cavabdeh tərəfindən işlə təmin edilməsini gözləməsindən ibarətdir. İddiaçı belə bir vədin ona verilməsini sübuta yetirə bilməsə də, onun bu səbəbdən vaxtında məhkəməyə mürciət etməməsini etiraf etməsi bir daha buraxılmış müddətin üzürlü səbəblərdən baş vermədiyini təsdiq edən haldır. Qeyd olunanlara əsasən kollegiya iddiaçının müddətin bərpa edilməsinə dair vəsatətini təmin etməyən, cavabdehin iddia tələbinə iddia müddətini təbiq etməklə iddia tələblərini rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Müddət yalnız üzürlü səbəbdən buraxıldığı halda bərpa edilə bilər. Əks halda ədalətli araşdırmadan söhbət gedə bilməz. Kollegiya apellyasiya şikayətinin cavabdehin qəbul etdiyi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrə münasibətdə dəlilləri ilə bağlı qeyd edir ki, əmrin verilməsinə əsas olan halın baş verməsini inkar etməyən iddiaçı işəgötürənin ona güzəştə getməli olmasını, bu fakta görə işdən çıxarılsa da övladının işlə təmin edilməli olmasını hesab edir. Əmrin verilməsinə əsas olan sübutlardan isə cavabdehin iddiaçı ilə bağladığı əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. İstinad olunanlara əsasən Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1151/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar