Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2352/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Qurbanovun sədrliyi və məruzəsi ilə, X15 və X18 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə iddiaçının nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5620/2019 saylı mülki iş üzrə qəbul etdiyi 24 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, X5, övladları X6, X2, X3, X1 və azyaşlı X4 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 19 saylı binanın 41 saylı mənzilinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli 2(010)- 5620/2019 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh3 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında Cavabdeh3 vəkili X17 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X10 isə apellyasiya şikayətinə etiraz etdi. Digər cavabdehlər və hazırki apellyasiya baxışı zamanı üçüncü şəxs qismində işə cəlb edilmiş Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 19 saylı binanın 41 saylı mənzili İddiaçı mülkiyyətindədir. Cavabdehlər Şuşa rayonundan məcburi köçkündürlər və 1993-cü ildən həmin mənzildə məskunlaşmışlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2(010)-1700/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 19 saylı binanın 41 saylı mənzilindən çıxarılmaları və mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. İddiaçı bildirir ki, dəfələrlə cavabdehlərə mənzili boşaltmaları və onlara təhvil vermələrini tələb etsə də, onlar bundan imtina etmişlər. Cavabdehlərin mənzili zəbt etmələri səbəbindən kirayədə yaşamışlar və hal-hazırda da kirayədə qalırlar. Cavabdehlərdən Cavabdeh1 və onun arvadı Cavabdeh2 Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən Dəmiryol İdarəsinə məxsus yataqxananın bir otağını da zəbt edib orada yaşayırlar ki, dövlətdən ayrıca mənzil ala bilsinlər. Cavabdehlərin başqa yerdə yaşamağa yerləri vardır, lakin onlar qəsdən onlara məxsus mənzili boşaltmırlar. Cavabdeh3 iddiaya etiraz edir və bildirir ki, o və ailəsi 1993-cü ildən həmin mənzildə məcburi köçkün kimi məskunlaşmışlar və həmin mənzilə dövlət tərəfindən yerləşdiriliblər. Həmin vaxtdan da orada rəsmi qeydiyyata alınmışlar. Onların yaşamağa başqa yerləri yoxdur və dövlət tərəfindən evlə təmin olunan kimi iddiaçının mənzilini tərk edəcəklər. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olması işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 152.5-ci maddəsində isə təsbit olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Qeyd olunan halları və maddi hüquq normasının tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, mənzilin mülkiyyətçisi kimi iddiaçı özünün və eyni zamanda yaşayış yeri valideynin yaşayış yeri sayılan yetkinlik yaşına çatmayan X4 mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Ona görə də, həmin hissədə iddia təmin edilməli və apellyasiya şikayətinin formal mülahizələrdən ibarət dəlilləri əsasız hesab edilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, iddiaçının ərinin və yetkinlik yaşına çatmış digər övladlarına aid hissədə iddia təmin edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçı isə özü və yetkinlik yaşına çatmayan uşağı ilə bərabər ərinin və yetkinlik yaşına çatmış digər övladlarının da mübahisəli mənzilə köçürülməsi tələbini irəli sürmüşdür. Halbuki həmin şəxslər Mülki Prosessual Məcəllənin 49.1-ci maddəsinə əsasən mülkiprosessual fəaliyyət qabiliyyəti olan şəxslərdir və ona görə də, həmin iddianı yalnız özləri qaldıra bilərlər. İddiaçının isə onların adından bu tələbi irəli sürmək üçün müvafiq subyektiv hüququ mövcud deyildir. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni X10, X11, X7, X8, X1 mübahisəli mənzilə köçürülməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia rədd edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5620/2019 saylı mülki iş üzrə qəbul etdiyi 24 dekabr 2019-cu il tarixli qətnaməsi qismən, yəni X10, X11, X7, X8, X1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 19 saylı binanın 41 saylı mənzilinə köçürülməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2(103)-2352/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2352/2020
17.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver