Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2354/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi Vəkil, İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2, onların nümayəndələri X4 iştirakları ilə, İddiaçı1 və qeyrilərinin Cavabdeh1 və Cavabdeh2 qarşı bağ torpaq sahəsindən çıxarılma tələbinə dair ilk, Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 və qeyrilərinə qarşı bağ sahəsinə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)- 5062/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 7/565 saylı, 0,06 ha ölçüdə bağ torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X16 ilə X3 və İstismarı Birliyi arasında xx.xx.2005-ci il tarixində “bağ torpaq sahəsinin istifadəyə verilməsi” haqqında 33921 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə Hövsan qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 7/565 saylı bağ sahəsi X8 istifadəsinə verilmişdir. Sözügedən torpaq sahəsində İddiaçı1 tərəfindən fərdi yaşayış evi tikilmişdir. X16 xx.xx.2014-cü ildə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə İddiaçı1, İddiaçı2 və İddiaçı3 göstərilmişdir. Cavabdehlər ögey qardaşları mərhum Nizami Paşayevin qızlarıdır. X12 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. 2019-cu ilin fevral ayında cavabdehlər iddiaçılara qarşı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddia qaldırmışlar. Həmin məhkəmənin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək xx xxxxx 2014-cü ildə vəfat etmiş X6 miras qalmış ünvan 1 saylı fərdi yaşayış evi miras əmlak kimi X10 tərəfindən qəbul edilmiş hesab edilmiş, İddiaçı2, İddiaçı3 və İddiaçı1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2014-cü il tarixli şəhadətnamə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən İddiaçı1 adına verilmiş RX seriyalı ******* saylı çıxarış ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Sözügedən qətnamədən İddiaçı1 tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmışdır. Həmin iş üzrə məhkəmədə uduzan cavabdehlər onlardan acıq çıxmağın yolunu Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 7/565 saylı bağ sahəsində yerləşən fərdi yaşayış evinə girməkdə görmüşlər. Belə ki, xx xxxxxxxx 2019-cu il tarixində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 7/565 saylı bağ sahəsində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmaqla giriş dəmir qapısını sındırmışlar. Cavabdehlərin özlərinin mənzilləri olmalarına, daimi qeydiyyat ünvanları olmalarına baxmayaraq, həmin bağ torpaq sahəsini zəbt edərək orada təmir işləri aparırlar. Cavabdehlərin onlara məxsus Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində 7/565 saylı bağ sahəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədləri yoxdur. Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia verərək, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin olunaraq Hövsan qəsəbəsi ərazisində 0,06 ha torpaq sahəsində yerləşən bağ sahəsinə onların istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, miras qoyan X16 onların babasıdır, sonuncunun oğlu X13 isə onların atalarıdır. X16 xx xxxx 2014-cü il tarixdə vəfat etmiş və həmin tarixdə miras açılmışdır. Miras qoyan vəfat edən zaman onun mülkiyyətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və Hövsan qəsəbəsi ərazisində qanuni istifadəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 7/565 saylı bağ sahəsi olmuşdur. Ataları X13 miras qoyan X8 birinci növbəli vərəsəsi olmuş və miras açılan zaman faktiki olaraq Hövsan qəsəbəsi ərazisində 0,06 ha torpaq sahəsində yerləşən mübahisəli 7/565 saylı bağ sahəsini istifadə etmişdir. Ataları həmin torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etmiş və boşandıqdan sonra həmin bağ evinə köçərək ondan daimi istifadə etmişdir. X13 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. O sağ ikən, yəni 2014-cü ildə X16 vəfat edəndən sonra atasından miras qalmış bağ evində yaşamağa davam etmiş, həmin bağa qulluq etmiş və bu hərəkətləri ilə bağdan istifadə etmək hüquqlarını əldə etmişdir, yəni atasından miras qalan bağı təkbaşına olaraq faktiki surətdə qəbul etmişdir. X16 xx xxxx 2014-cü il tarixdə vəfat edən zaman onun mülkiyyətində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. Cavabdehlər həmin evi vərəsəlik üzrə öz mülkiyyətlərinə keçirmiş və atalarına məxsus miras pay hissəsini də mənimsəmişlər. Ataları 2018-ci ildə vəfat etdiyi andan onun miras pay hissəsinə olan hüquqları təmsilçilik üzrə onlara keçmişdir. Mübahisəli bağ sahəsi ataları Nizami Paşayevin faktiki istifadəsində olmuş, o fərdi yaşayış evi tikdirib faktiki surətdə orada yaşamış, onun vəfatından sonra göstərilən bağ sahəsinə və evə onlar sahiblik və istifadə etmiş, hazırda bağ sahəsi onların istifadəsindədir. Hazırda cavabdehlərin həmin bağ sahəsinə heç bir hüquqları yoxdur, onlar babaları Əlyəsə Paşayevin sağlığında və vəfatından sonra heç vaxt bağdan istifadə etməmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)- 5062/2019 saylı qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iclasında onların iştirakı təmin edilməmiş, xx xxxxxx 2019-cu il tarixə məhkəmə bildirişinə imza etməklə xəbərdar olunsalar da, mülki işə xx xxxxxx 2019-cu il tarixdə baxılmışdır. Bundan əlavə, ataları Nizami Paşayev babalarının razılığı ilə mübahisəli bağın torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirmiş, ömrünün sonlarına kimi orada yaşamış, bağı idarə etmiş və kommunal xərclərini ödəmişdir. Bu halı qonşular da təsdiq edirlər. Eyni zamanda ataları Nizami Paşayevin səhhəti pisləşən zaman təcili yardım da onun yaşadığı bağ evinə gəlmiş və onu xəstəxanaya aparmışlar, lakin həyatını xilas etmək mümkün olmamışdır. Bundan əlavə babaları Əlyəsə Paşayev 2014-cü ildə vəfat etməsinə baxmayaraq ilk iddiaçılar mübahisəli bağı öz adlarına rəsmiləşdirmək üçün heç bir hərəkət etməmiş, ancaq onların ataları vəfat edəndən sonra bağ iddiasına düşmüşlər. Babaları vəfat edən zaman onun mülkiyyətində həmin fərdi yaşayış sahəsi olmuşdur. İlk iddiaçılar həmin evə vərəsəlik şəhadətnaməsi alaraq özlərinin mülkiyyətinə keçirmişlər, lakin mübahisəli bağ sahəsi dövlət reyestrində qeydiyyatda olmadığı üçün miras kütləsinə daxil olmamış və miras əmlakı kimi göstərilməmişdir. Ataları vəfat edəndən sonra həmin ev hal-hazırda onların faktiki sahibliyindədir və bütün mebel əşyaları atalarına məxsus olduğundan onlar istifadə edirlər. Qüvvədə olan məhkəmə qərarlarına əsasən həmin bağ sahəsi dövlət reyestrində qeydiyyata alınmadığı üçün miras kütləsinə daxil olmadığından Nizami Paşayevin onu miras kimi qəbul edə bilməyəcəyi qərara alınmışdır. Göstərilənlərə əsasən hesab edirlər ki, qarşı tərəfin belə bir iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur, onların torpaq sahəsinə və bağ evinə mülkiyyət, istifadə və sair əşya hüquqlarını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Bundan əlavə, həmin bağ sahəsinə dair müqavilənin müddəti 2015-ci ildə başa çatmışdır. İddiaçı1, İddiaçı2 və İddiaçı3 apelyasiya şikayətinə yazılı etiraz verərək göstərmişlər ki, mübahisə predmeti olan Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi “Nübar” bağçılıq yoldaşlığının 7/565 saylı bağ sahəsi üzərində onların hər birinin 1/3 hissədə mülkiyyət hüquqları tanınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. İlk iddia üzrə iddiaçıların nümayəndəsi Vəkil apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)- 5062/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmalı, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, X16 ilə X3 və İstismarı Birliyi arasında xx.xx.2005-ci il tarixində 334921 saylı bağ torpaq sahəsinin istifadəyə verilməsi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə görə Hövsan qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 7/565 saylı bağ sahəsi X8 istifadəsinə verilmişdir. X16 xx.xx.2014-cü il tarixində vəfat etmiş, X8 mirası üzrə vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş və vərəsələr mirasqoyanın arvadı – İddiaçı2, oğlu – İddiaçı1 və qızı – İddiaçı3 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan məhkəmə qərarlarının surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə xx xxxxx 2014-cü ildə vəfat etmiş X6 miras qalmış Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Çöllük küçəsi, 59/2 saylı fərdi yaşayış evi miras əmlak kimi X10 tərəfindən qəbul edilmiş hesab edilmiş, İddiaçı2, İddiaçı3 və İddiaçı1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2014-cü il tarixli şəhadətnamə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən İddiaçı1 adına verilmiş RX seriyalı ******* saylı çıxarış ləğv edilmişdir. Lakin məhkəmənin həmin qətnaməsi Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilərək iddia rədd edilmiş, sonuncu qətnamədən verilən kassasiya şikayəti Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin mülki işə baxan apelyasiya və kassasiya instansiyası məhkəmələri qeyd etmişlər ki, X13 xx xxxxx 2014-cü il tarixdə vəfat etmiş atası X8 dəfn və yas mərasimlərində iştirak etmiş, yas mərasiminin keçirildiyi evə ilin müxtəlif vaxtlarında gəlsə də, özünün vəfat etdiyi günə kimi, yəni xx xxxxxx 2018-ci ilə kimi təxminən 3 il 6 ay müddət ərzində mübahisəsi gedən miras əmlakı faktiki qəbul etməmiş, həmçinin qanunla müəyyən olunmuş müddət ərzində mirasın qəbul olunması üçün notariat orqanına müraciət etməmişdir. İlk iddia tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : X16 ilə X3 və İstismarı Birliyi arasında xx xxx 2005-ci il tarixində bağlanmış “Hövsan ərazisindəki 7/565 nömrəli bağın istifadəyə verilməsi” haqqında 33921 saylı müqavilədə həmin bağın Əlyəsə Paşayevdən başqa onun ailə üzvləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 istifadəsinə verilməsi qeyd edilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müddətinə bağlanılır. İstifadəçi müqavilə öhdəliklərini yerinə yetirdikdə müqavilə yeni müddətə artırılır. Müqavilənin 5.1-ci maddəsinə əsasən, Abadlaşdırma və X1 Departamentində layihəsi razılaşdırıldıqdan sonra istifadəçiyə yaşayış evi və digər tikintiləri inşa etdirməyə Birlik tərəfindən rəsmi icazə verilir. Müqavilənin 10-cu bəndinə əsasən, bağ istifadəçilərinin və onların yetkinlik yaşına çatmış ailə üzvlərinin rəsmi razılıqları ilə istifadələrindəki bağlar ailə üzvlərinin, qohumlarının və Birlik üzrə bağ növbəsinə götürülmüş kənar şəxslərin adlarına keçirilə bilər. Müqavilənin 11-ci bəndinə əsasən, istifadəçi vəfat etdikdə və ya daimi yaşayış üçün respublikadan kənara köçdükdə bağın istifadə müqaviləsi onun ailə üzvləri, qohumları və Birlikdə bağ növbəsinə dayanmış kənar şəxslər ilə müvafiq razılıqlar əsasında bağlanıla bilər. Göründüyü kimi, İddiaçı1, İddiaçı2 və İddiaçı3 bağ sahəsindən istifadə hüququ xx xxx 2005-ci il tarixli müqavilə əsasında yaranmışdır. Müqavilənin müddəti xx xxx 2015-ci il tarixə qədər olsa da, X16 xx xxxxx 2014-cü ildə vəfat etdikdən sonra müqavilənin digər tərəfi müqavilənin ləğvi barədə məsələ qaldırmamış, bağ sahəsini geri almamışdır. Buna görə də müqavilənin 2-ci bəndinə əsasən müqavilə avtomatik şəkildə uzadılmış hesab edilir. İş materiallarında olan Hövsan Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı1 Hövsan qəsəbəsindəki 7/565 saylı bağın vergi ödəyicisi kimi Hövsan Bələdiyyəsində qeydiyyata alınmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 7/565 saylı, 0,06 ha ölçüdə bağ torpaq sahəsindən çıxarılmaları barədə iddia qaldırmağa subyektiv hüquqa malik olmuşlar. Cavabdeh1 və Cavabdeh2 həmin bağ sahəsində mərhum ataları Nizami Paşayev tərəfindən fərdi yaşayış evi inşa olunmasını, halhazırda atalarından miras qalmış həmin evi miras əmlak kimi qəbul edərək yaşadıqlarını bildirərək onların bağ sahəsindən istifadə hüquqlarının yarandığını iddia edirlər. İş materiallarından görünür ki, mərhum Nizami Paşayev Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 7/565 saylı, 0,06 ha ölçüdə bağ torpaq sahəsindən istifadə etsə də, həmin bağ sahəsindən istifadə etməyə müqavilədə bağdan istifadə hüququ olan şəxslər kimi qeyd edilmiş İddiaçı1, İddiaçı2 və İddiaçı3 rəsmi razılığı olmamışdır. Nizami Paşayev tərəfindən həmin bağ sahəsində fərdi yaşayış evi tikilməsi məsələsinə gəldikdə isə, yuxarıda qeyd olunan xx xxx 2005-ci il tarixli müqavilənin 5.1-ci maddəsinə uyğun olaraq həmin bağ sahəsində yalnız layihəsi razılaşdırılmaqla və yalnız istifadəçiyə yaşayış evi və digər tikintiləri inşa etməyə icazə verilir. Beləliklə, Nizami Paşayevin mübahisəli bağ sahəsindən müqavilədə adları qeyd olunan istifadəçilərin rəsmi razılığı olmadan istifadə etməsinə, habelə həmin bağ torpaq sahəsində fərdi yaşayış evi tikməyə icazəsi olmamışdır. Nəticə etibarilə, Cavabdeh1 və Cavabdeh2 həmin bağ sahəsindən istifadə hüququnun yaranmasına qanuni əsas və ya müqavilə əsası olmamışdır. Apelyasiya icraatı zamanı qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi X4 vəsatəti əsasında şahid qismində dindirilmiş X7, X5 və X14 ifadələrində Nizami Paşayevin mübahisəli bağ sahəsində yaşadığını, qızları Cavabdeh1 və Cavabdeh2 daima atalarını görməyə gəldiklərini, yay aylarında orada qaldıqlarını, Nizami Paşayevin həmin evdə vəfat etdiyini, yas mərasiminin də orada keçirildiyini, mübahisəli bağ evində onlardan başqa heç kəsi görmədiklərini bildirmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, həmin şahidlərin ifadələri Nizami Paşayevin və onun qızları Cavabdeh1 və Cavabdeh2 mübahisəli bağ sahəsində yaşamaları faktını təsdiq etməklə qarşılıqlı iddianın təmin olunmasına əsas vermir. Birinci instansiya məhkəməsində işə baxılan dövrdə İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 7/565 saylı, 0,06 ha ölçüdə bağ torpaq sahəsinə mülkiyyət hüquqları olmasa da, onların həmin bağ torpaq sahəsinə mülkiyyət hüququ əldə etməyə gözlənti hüquqları olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə gərə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 158-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Lakin işə baxılarkən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, yekun məhkəmə aktının elan olunması ilə müşayiət olunan məhkəmə iclasının vaxtı xx xxxxxx 2019-cu il tarixə təyin olunmasına baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçılara xx xxxxxx 2019-cu il tarixə olan məhkəmə bildirişinə imza etdirilmişdir. Nəticədə onlar məhkəmə iclasının vaxtı barədə düzgün xəbərdar edilməmişlər. Bundan əlavə digər prosessual pozuntu isə qətnamənin giriş hissəsində onu qəbul edən hakimin adının göstərilməməsidir. Bununla da məhkəmə Mülki Prosessual Məcəllənin 220.3-cü maddəsində göstərilən qətnamənin məzmununa dair tələblərdən birinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6, 382, 384, 385, 387, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)- 5062/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 7/565 saylı bağ torpaq sahəsindən çıxarılsın. Qarşılıqlı iddia rədd edilsin. İlk iddia verilərkən ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilsin. Qarşılıqlı iddia və apelyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumları Cavabdeh1 və Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2354/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2354/2020
16.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver