Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2365/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və X1 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-3654/2020 saylı qərardadının ləğv olunması barədə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və X1 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 3654/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil MPM-nin 260.5-ci maddəsinə əsasən ərizə verərək məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməməsini göstərmiş, bu səbəbdən də iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilərək, işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 3654/2020 saylı qərardadı ilə (hakim Vüqar Quliyev) ərizə şikayət kimi qəbul edilərək təmin olunmamış və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsin əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası iş materialları ilə araşdıraraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-3654/2020 saylı qərardadı ləğv olunmalı, mülki iş iddiaçının ərizəsinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, hazırki mülki iş üzrə birinci məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) tərəfindən məhkəm iclasının təxirə salınmasına dair elektron qaydada ərizə daxil olmuş, məhkəmə iclasında tərəflər iştirak etmədiyindən məhkəmə baxışı xx xxxxxx 2020-ci il tarixə, saat 15:20-yə təxirə salınmış, həmin tarixdə də tərəflər məhkəmə iclasına gəlmədiyindən iddia ərizəsi MPM-nin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanmışdır. Qeyd edilməldir ki, mülki prosessual qanunvericilik MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadın ləğv olunmasının iki imkanını müəyyən etmişdir. Birinci imkan, digər qərardadlarda da olduğu kimi ondan şikayət verilməsi, ikinçi imkan isə MPM-nin 260.5-ci maddəsinə əsasən iddiaçı və ya cavabdeh tərəfindən müvafiq vətatətin verilməsi. Belə ki, MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göründüyü kimi, MPM-nin 260.5-ci maddəsində nəzədə tutulmuş hal yalnız MPMnin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində qərardadlara aiddir və mahiyyəti etibarilə şikayət deyildir. Yəni, bu halda birinci instansiya məhkəməsi vəsatətə baxaraq, müvafiq tərəfin məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzürlü səbəblərdən baş verib-verməməsini yoxlamalı və buna uyğun qərardad (ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsi və ya vəsatətin təmin olunmaması) qəbul etməlidir. Birinci instansiya məhkəməsi isə iddiaçının nümayəndəsinin (vəkilinin) MPM-nin 260.5-ci maddəsinə əsasən verdiyi vəsatəti (ərizəni) əsassız olaraq şikayət kimi qəbul etmiş, nəticədə özünün xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mövcud olmayan «şikayəti» təmin etməmiş və onu baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddiaçının MPM-nin 260.5-ci maddəsinə əsasən verdiyi vəsatətə (ərizəyə) mahiyyəti üzrə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. X7 Məhkəməsi «X4rşı» (xx xxxxxx 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, prosessual hüquq normalarının tələbləri pozulduğundan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-3654/2020 saylı qərardadı ləğv olunmalı, mülki iş iddiaçının nümayəndəsinin (vəkilinin) vəsatətinə (ərizəsinə) mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 3654/2020 saylı qərardadı ləğv olunsun, mülki iş iddiaçının nümayəndəsinin (vəkilinin) vəsatətinə (ərizəsinə) mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-2365/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2365/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver