Məhkəmə qərarları › İş №2(103)-2374/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2374/2020

10.03.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2374/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), http://www.bakuappealcourt.gov.az/?menu=144&submenu=155&langazX8 və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 və Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil ilə təmin olunma” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4770/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə onun mənzil ilə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən olunmuşdur ki,Azərbaycan Respublikası Suraxanı rayonu Səhiyyə Şöbəsi 10 saylı X9 xx xxxx 2004-cü il tarixli 197 nömrəli arayışın surətindən görünür ki, X3 həyat yoldaşı olan 1959-cu il təvəllüdlü İddiaçı həqiqətən də Suraxanı rayonu 10 saylı X5 1996-cı ildən “Bronxial astma infeksion allergik forma tez-tez boğulma tutmaları ilə, ağ ciyər-tənəffüs çatmamazlığı İİ dərəcə” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1983-cü il 127 nömrəli əmrinə əsasən həmin xəstələr birinci növbədə mənzillə təmin edilmək hüququna malikdirlər (iş.səh.26). X3 Cavabdeh Sosial Məsələlər üzrə vitse-prezidentinə ünvanladığı xx xxxx 2013-cü il tarixli ərizəsinin məzmunundan görünür ki, 1997-ci il tarixdən mənzil uçotuna dayandığını və beş nəfər ailə tərkibi ilə mənzil uçotunda olduğunu nəzərə alaraq, onun “xxxx” mənzil-tikinti kooperativinin inşa edəcəyi yaşayış binasından mənzil almaq üçün kooperativə üzv qəbul edilməsi, eyni zamanda mənzilin dəyərinin üzərinə düşən hissəsinin kooperativin hesablaşma hesabına 10 il müddətinə bank vasitəsi ilə ödənilməsi üçün köməklik göstərilməsini xahiş edərək, kooperativ və bankla bağlayacağı müqavilələrə uyğun olaraq üzərinə düşən bütün müqavilə öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirəcəyinə təminat vermişdir (səh.32).X3 Cavabdeh Sosial Məsələlər üzrə vitseprezidentinə ünvanladığı xx xxxxxxxx 2013-cü il tarixli ərizəsinin məzmunundan görünür ki, o, 1997-ci ildən mənzil növbəsindədir. Ailə tərkibi beş nəfərdən ibarətdir. Mənzil bölgüsü zamanı Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev prospektində tikilən bir girişli yaşayış binasının giriş 1, mərtəbə 2, otaq sayı 2, ümumi sahəsi 93,45 kv.metr olan 4 nömrəli mənzili seçmişdir. Maaşının az olduğuna görə qeyd etdiyi mənzilə pul ödəmək imkanı yoxdur. Buna görə də həmin mənzildən imtina edir və maaşına uyğun olan gələcəkdə “xxxx” mənzil-tikinti kooperativinin inşa edəcəyi yaşayış binasından mənzil bölgüsü olarsa ona köməklik göstərilməsini xahiş etmişdir(səh.31).Cavabdeh Azərbaycan Neft və X11 Həmkarlar İttifaqı Respublika Komitəsinin “Cavabdeh işçilərinin “xxxx”xxxx”ın təsdiq olunması barədə xx xxxx 2014-cü il tarixli əmr-qərarın surətindən görünür ki, Cavabdeh üzrə müəyyən olunmuş şəxslərin “xxxx” mənzil-tikinti kooperativi vasitəsilə mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar yaranan münasibətlərin daha dolğun tənzimlənməsi məqsədilə, Cavabdeh (ARDNŞ) və Azərbaycan Neft və Qaz Sənayesiİşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi (ANQSİHİRK) birgə qərara alır ki, “Cavabdeh işçilərinin “xxxx”xxxx”ı təsdiq edilərək, ANQSİHİRK ilə razılaşdırılmaqla ARDNŞ tərəfindən xx xxxxxx 2011-ci il tarixində təsdiq edilmiş “Cavabdeh işçilərinin “xxxx” mənziltikinti kooperativinə üzvlüyü barədə Qaydalar” qüvvədən düşmüş hesab edilmişdir. Cavabdeh işlərinin “xxxx”xxxxının 2-ci və 2.1.4-cü maddələrinə əsasən, ARDNŞ-nin prezidenti tərəfindən müstəsna hal kimi fərdi qaydada müəyyən edilən şəxslər ilk növbədə Kooperativin üzvü ola bilərlər. Həmin Qaydaların 3.13-cü maddəsinə əsasən, kooperativ üzvü vəfat etdikdə onunla birlikdə uçota götürülmüş ailə üzvlərindən biri digər ailə üzvlərinin razılığı ilə eyni şərtlərlə Kooperativ üzvlüyünə qəbul edilə bilər. Razılıq olmadıqda isə məsələ qanunvericiliyə uyğun vərəsəlik qaydasında həll edilir. Həmin Qaydaların 4.3-cü maddəsinə əsasən, Bu Qaydaların 2.1.4-cü bəndinə əsasən Kooperativə üzv qəbul edilmiş şəxslərin Pay haqqı və ya onun müəyyən hissəsi ARDNŞ tərəfindən ödənilə bilər. Üzvlər tərəfindən Pay haqqı və ya onun müəyyən hissəsinin ödənilməsi ARDNŞ-nin prezidentinin sərəncamı əsasında müəyyən edilir(səh.42). Cavabdeh Azərbaycan Neft və X11 Həmkarlar İttifaqı Respublika Komitəsinin Cavabdeh və Azərbaycan Neft və X11 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2014-2016-cı illər üçün Sahə (tarif) Kollektiv Sazişin bağlanması haqqında xx xxxx 2014-cü il tarixli əmrqərarın surətindən görünür ki, Cavabdeh və Azərbaycan Neft və X11 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında sosial partnyorluq əsasında hazırlanmış 2014-2016-cı illər üzrə Sahə (tarif) Kollektiv Sazişin bağlanması qərara alınmışdır. Həmin sazişin 5-ci və 5.2ci maddələrinə əsasən tərəflər şirkətin qurumlarında çalışan işçilərin sosial rifah halının gücləndirilməsi, onların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi istiqamətində bir sıra tədbirlərin, o cümlədən “Cavabdeh işçilərinin “xxxx”xxxx”a uyğun olaraq Şirkətin işçilərini mərkəzləşdirilmiş qaydada kooperativ mənzillə təmin olunmasını təşkil etmək kimi tədbirlərin həyata keçirilməsini zəruri hesab etmişdir (səh.35). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4770/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh üzərinə İddiaçı mənzil ilə təmin edilməsi məsələsinə baxılması öhdəliyi qoyulmuş, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3; Azərbaycan SSR Mənzil Məcəlləsinin 33, 34, 35; “Cavabdeh işçilərinin “xxxx”xxxx”ın təsdiq olunması barədə xx xxxx 2014-cü il tarixli əmr qərarın 2, 3.13, 4.3, 2.1.4-cü bəndinə; Bakı şəhərində Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarının 29-cu bəndi; Cavabdeh Azərbaycan Neft və X11 Həmkarlar İttifaqı Respublika Komitəsinin Cavabdeh və Azərbaycan Neft və X11 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 20142016-cı illər üçün Sahə (tarif) Kollektiv Sazişin bağlanması haqqında xx xxxx 2014-cü il tarixli əmr qərarın məzmunundan görünür ki, Cavabdeh və Azərbaycan Neft və X11 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında sosial partnyorluq əsasında hazırlanmış 2014-2016-cı illər üzrə Sahə (tarif) Kollektiv Sazişin bağlanması qərara alınmışdır. Həmin sazişin 5-ci və 5.2ci maddərinə istinadən qeyd edilmişdir ki, X10 xx xxxx 2013-cü il tarixli ərizə ilə Cavabdehnə müraciət edərək, 1997-ci il tarixdən mənzil uçotuna dayandığını və beş nəfər ailə tərkibi ilə mənzil uçotunda olduğunu nəzərə alaraq, onun “xxxx” mənzil-tikinti kooperativinin inşa edəcəyi yaşayış binasından mənzil almaq üçün kooperativə üzv qəbul edilməsini xahiş etmişdir. X10 xx xxxxxxxx 2013-cü il tarixli ərizə ilə Cavabdehnə müraciət edərək, 1997-ci ildən mənzil növbəsində olduğunu, ailə tərkibinin beş nəfərdən ibarət olması, mənzil bölgüsü zamanı Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev prospektində tikilən bir girişli yaşayış binasının giriş 1, mərtəbə 2, otaq sayı 2, ümumi sahəsi 93,45 kv.metr olan 4 nömrəli mənzili seçdiyini, maaşının az olduğuna görə qeyd etdiyi mənzilə pul ödəməyə imkanı olmadığından həmin mənzildən imtina etdiyini bildirmiş və maaşına uyğun olan gələcəkdə “xxxx” mənzil-tikinti kooperativinin inşa edəcəyi yaşayış binasından mənzil bölgüsü olarsa ona köməklik göstərilməsini xahiş etmişdir. X10 xx xxxxxx 2014-cü il tarixdə işemik insult səbəbi ilə Bakı şəhərində ölmüşdür. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. Bina 1940-cı ildə inşa olunub, 1 mərtəbəlidir, qismən-kommunal şəraitlidir. İddiaçı məxsus 32 nömrəli mənzil 24 kv.metr yaşayış sahəsindən ibarətdir, ailə tərkibi 5 (beş) nəfərdir. Bina mərkəzi istilik sisteminə qoşulmayıb. Mənzil özəldir. Mənzildə təmir işləri aparılmayıb və mühəndis kommunukasiya xətləri yoxdur. Bina köhnə tikili olduğundan və mərkəzi istilik sisteminə qoşulmadığına görə mənzildə nəmişlik vardır. İddiaçı 1996-cı ildən 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında “Bronxial astma infeksion allergik forma, tez-tez boğulma tutmaları ilə, ağ tənəffüs çatmamazlığı İİ dərəcə” diaqnozu ilə dispanser qeydiyyatındadır. xx xxxx 2015-ci il tarixdən İİ dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx xxxxxx 2018-ci il tarixli 14 nömrəli qərarı ilə X2nun xx xxxxxx 1997-ci il tarixli mənzil uçotu bərpa edilərək və mənzil uçotunun həmin tarixdən həyat yoldaşı İddiaçı adına keçirilməsi qərara alınmışdır. Cavabdeh İddiaçı ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubla müəyyən edilmişdir ki, hal-hazırda SOCAR üzrə mənzil uçotunda olanların mənzillə təmin olunması onların müraciətləri əsasında mənzil uçotuna götürüldükləri tarixə uyğun olaraq növbəlik əsasında “xxxx” mənzil-tikinti kooperativi vasitəsilə həyata keçirilir. O da “xxxx” mənzil-tikinti kooperativinə üzv olmaq üçün SOCAR-a müraciət edə bilməsi izah edilmişdir. Eyni zamanda bildirilmişdir ki, SOCAR üzrə mənzil uçotunda olan “xxxx” mənzil-tikintti kooperatvi üzvlərinin və Şirkətin “xxxx” mənzil-tikinti kooperativinə ödəyəcəkləri pay haqqı SOCAR-ın xx xxxxx 2010-cu il tarixli 25 nömrəli qərarı ilə müəyyən edilmişdir. Həmin qərarda göstərilən pay haqqı üzvlər tərəfindən tam ödənilməlidir. İddiaçı Cavabdehnə qarşı “mənzil ilə təmin olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə onun mənzil ilə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. SOCAR-ın daxili normativ sənədlərinə əsasən, mənzil uçotunda olan şəxslər mənzil ilə təmin olunan zaman, pay haqqının müəyyən hissəsi SOCAR tərəfindən, qalan hissəsi işçi tərəfindən ödənilir. Qeyd olunan normalara əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqı ödəməklə mənzil əldə etmək hüququnu əldə edir. Məhz bu səbəbdən İddiaçı mənzil ilə təmin edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə iddia tələbi əsassızdır. Lakin cavabdeh şirkətin qurumlarında çalışan işçilərin sosial rifah halının gücləndirilməsi, onların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi məqsədilə, “SOCAR-ın işçilərinin “xxxx”xxxx”a uyğun olaraq, şirkətin işçilərini mərkəzləşdirilmiş və növbəlilik qaydasında kooperativ mənzillə təmin olunmasını təşkil etmək kimi tədbirlərinin həyata keçirilməsinin zəruriliyi baxımından, Cavabdeh üzərinə İddiaçı mənzil ilə təmin edilməsi məsələsinə baxılması öhdəliyi qoyulmalı və bu tələbdən kənara çıxma kimi qiymətləndirilməməlidır. İddiaçı apellyasiya şikayəti ilə müraciət edərək, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli № 2(005)-4770/2019 saylı qətnaməsini ləğv edib, İddiaçı qıznının mənzillə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.Şikayətdə Əlillərin hüquqları haqqında konvensiyanın 6-cı maddəsi;İqtisadi, Sosial və X6 Bynəlxalq Paktən 3 və 11-ci maddəsi; Əlillərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 43-cü maddəsi; Mülkü Prosesual Məcəlləsinin 76-cı maddəsi; Müəssisələr haqqında Azərbaycan Respublikası qanun 37-ci Maddəsi; Əmək Məcələsinin 12, 297-ci maddəlrinə; Mənzil Məcəlləsinin 1.3, 38-ci maddələri; Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunu 16-cı maddəsi; Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktının 17-ci maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclası zamanı ARDNŞnümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə təhdidlər olunmuşdur. Mülki məsələrinin həllində əsas rolu Əmək məcəlləsi, Müəssisə ilə işçi arasında bağlanmış əmək müqaviləsi əsas rol oynayır.Müəssisənin daxili qərarları müqayisədə Əmək məccələsi və Azərbaycan Respublikası başqa qanunları və ən əsas beynəlxalq konvensiyaların ilə məhkəmədə əsas götürülə və istinad edilə bilməz. Lakin çıxarılmış qətnamə beynəlxalq hüquqa istinad edilməyib. Cavabdeh apellyasiya şikayəti ilə müraciət edərək,İddiaçı cavabdeh SOCAR-a qarşı "mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbi üzrə Nərimanov rayon Məhkəməsinin 2(005)- 4770/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilərək və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.ŞikayətdəMPM-nin 218.3, 372,385.1.1, 386, 387.1;Mənzil Məcəlləsinin 109.2, 112.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun mərhum həyat yoldaşı X10 uzun müddət SOCAR-ın "Qum adası" NQÇİ-də işləmişdir. xx.xx.1997-ci il tarixindən həmin müəssisədə mənzil növbəsinə dayanmışdır. Lakin, İ.Q.Hüseynov xx.xx.2014-cü ildə vəfat etmiş, daha sonra ona məlum olmuşdur ki, mərhum əri SOCAR-ın və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2017-ci il tarixli 07 nömrəli protokolu ilə mənzil uçotundan çıxarılmışdır. İddiaçı məhkəməyə müraciət edərək, mənzil növbəsini öz adına bərpa etmişdir. Daha sonra, ona mənzil təklif olunmuş və maddi imkanı olmadığı üçün həmin mənzili götürməkdən imtina etmişdir. İddiaçı hesab edirik ki, cavabdeh tərəfindən pulsuz olaraq mənzillə təmin olunmalıdır. Məhkəmə kollegiyasının nəzərinə çatdırıram ki, birinci instansiya məhkəməsi hazırki mülki işin araşdırması zamanı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verərək, əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi aşağıda göstərilən əsaslara görə, iddiaçının "mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbini qismən əsaslı hesab etmişdir. Belə ki, məhkəmə iddia ərizəsində göstərilməyən predmet üzrə qətnamə çıxarmaqla iddia tələbindən kənara çıxmışdır. İddiaçı tərəfindən irəli sürülmüş iddianın əsassız olması barədə, cavabdeh SOCAR tərəfindən əsaslandırılmış etiraz təqdim edilmişdir. Qeyd olunan etirazda iddia tələbinin əsassız olması barədə kifayət qədər hüquqi əsaslar göstərilməsinə baxmayaraq, məhkəmə hazırki mübahisəyə hüquqi qiymət verərkən həmin normaları tətbiq etməmişdir. X2 SOCAR üzrə xx.xx.1997-ci ildən mənzil uçotuna dayanmışdır. İ.Q.Hüseynov xx.xx.2014-cü ildə vəfat etmişdir. İ.Q.Hüseynov vəfat etməmişdən əvvəl, yəni xx.xx.2013-cü il tarixində SOCAR-ın rəhbərliyinə ərizə ilə müraciət edərək, "xxxx" mənzil-tikinti kooperativinin inşa edəcəyi yaşayış binasından mənzil almaq üçün Kooperativə üzv qəbul edilməsini xahiş etmişdir.SOCAR üzrə mənzil uçotunda olan şəxslər pay haqqının müəyyən hissəsini ödəmək şərtilə, "xxxx" mənzil-tikinti kooperativi tərəfindən inşa olunan mənzillər ilə təmin olunurlar. Belə ki, SOCAR və ANQSİ Həmkarlar İttifaqı Respublikası Komitəsinin xx.xx.2014- cü il tarixli ARDNŞ/14-1000/01/SM-05- 000006/3-1İƏ nömrəli əmr-qərarı ilə təsdiq edilmiş 2014-2016-cı illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.2-ci bəndində qeyd olunmuşdur ki, tərəflər şirkətin qurumlarında çalışan işçilərin sosial rifah halının gücləndirilməsi, onların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi məqsədilə, "SOCAR-ın işçilərinin "xxxx"xxxx"a uyğun olaraq, Şirkətin işçilərini mərkəzləşdirilmiş qaydada kooperativ mənzillə təmin olunmasını təşkil edir. Eyni zamanda SOCAR və ANQSİ Həmkarlar İttifaqı Respublikası Komitəsinin xx.xx.2014-cü il tarixli ARDNŞ/14 1000/01/SM-05-000005/3-02ə nömrəli əmr-qərarı ilə təsdiq edilmiş "SOCAR-ın işçilərinin "xxxx"xxxx"ının 3.13-cü bəndinə əsasən, İ.Q.Hüseynov vəfat etdikdən sonra, onun ailə üzvü İddiaçı eyni şərtlərlə "xxxx" mənziltikinti kooperativinə qəbul edilmişdir (hal-hazırda 178-ci növbədədir). Belə ki, Qaydaların 3.13-cü bəndinə əsasən, kooperativ üzvü vəfat etdikdə onunla birlikdə uçota götürülmüş ailə üzvlərindən biri digər ailə üzvlərinin razılığı ilə eyni şərtlərlə Koorperativə üzvlüyünə qəbul edilə bilər. Bununla yanaşı, Qaydaların 4.1-ci və 4.2 bəndlərinə əsasən, Kooperativə üzv qəbul edilmiş şəxs mənzil ilə təmin olunan zaman, pay haqqının müəyyər hissəsi, növbədə olduğu illərə proporsional olaraq, SOCAR tərəfindən ödənilir. Belə ki, Qaydaların 4.1-ci bəndinə əsasən, kooperativə üzv qəbul edilmiş şəxslər ödəməli olduqları, pay haqqını kooperativlə aralarında bağladıqları müqaviləyə müvafiq olaraq ödəyirlər. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, bu qaydaların 2.1.1., 2.1.3. və 2.1.5. bəndlərinə əsasən, Kooperativə üzv qəbul edilmiş şəxslərin Pay haqlarının müəyyən hissəsi SOCAR tərəfindən ödənilir. Pay haqlarının üzvlər tərəfindən ödənilən hissələri SOCAR-ın Şurasının Qərarı (iş materiallarına əlavə olunmuşdur) ilə müəyyən edilir. Beləliklə, SOCAR-ın daxili normativ sənədlərinə əsasən, mənzil uçotunda olan şəxslər mənzil ilə təmin olunan zaman, pay haqqının müəyyən hissəsi SCCAR tərəfindən, qalan hissəsi işçi tərəfindən ödənilir.Qeyd olunan normalara əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqı ödəməklə mənzil əldə etmək hüququnu əldə edir. Məhz bu səbəbdən İddiaçı tərəfindən tamamilə pulsuz olaraq mənzil ilə təmin olunması ilə əlaqədar iddiasının heç bir hüquqi əsası yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, mənzilin qiymətinin yalnız 30 faiz məbləğini ödəməyə imkanın çatdığını, əlil anası ilə birlikdə yataxanada yaşadığını, 2014cü ildə atasının vəfat etdiyini, vəfatından əvvəl ev növbəsinə yazıldığını, qarşı tərəfin evin yalnız 42 faizini ödəməyə razılıq verdiyini, Şirkətin Prezideti tərəfindən istənilən şəxsə pulsuz ev vermək hüququnun olduğunu, bunu atasının həmin şirkətdə 35 il vicdanla çalışdığını əsas götürərərək, atasının vəfatından əvvəl onlara zəng gələrək mənzil növbəsinin kooperativ evlərlə əvəz etdiklərini bildirdiklərini, mənzilin müəyyən faizini ödəməli olması ilə razı olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəyini müdafiə edərək, X3 mənzil uçotuna düşdüyünü, 2012ci ildən koorperativ mənzillərin yarandığını, vəfatından əvvəl koorperativ mənzillə bağlı ərizə yazdığını, daha sonra mənzil təklif edilən zaman maddi imkanınn aşağı olması ilə bağlı imtina etdiyini, şirkət tərəfindən müəyyən olunmuş qaydalara əsasən hər bir xxxxyə mənzilin uzağı 42 faizinin şirkət tərəfindən ödənildiyini, qalan məbləğin isə vətəndaş tərəfindən ödənilməli olduğunu, ancaq qarşı tərəfin ümumilikdə pul ödəmək istəmədiyini, yalnız müstəsna hallarda Şirkətin Prezideti tərəfindən pulsuz ev verildiyini bildirmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətlərinin dəlillərinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (qüvvədən düşmüş o cümlədən) 109- 117; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 218.3, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri (qanunvericiliyin tətbiqi) üzrə səhv nəticəyə gəldiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına (tələbə) uyğun gəlmədiyindən qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, göstərilən (sübuta yetirilməyən) faktiki və (aidiyyəti olmayan) hüquqi istinadlar ilə təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Diqqətə çatdırılmalıdır ki, iddiaçının mərhum əri kooperativ mənzil uçotunda olmuş, bu uçot iddiaçıya münasibətdə bərpa edilmiş, buna dair əlavə vəzifələrin müəyyən edilməsi və burada tənzimlənən şərtləri dəyişdirmək məhkəmə səlahiyyətlərinə aid olmayan, hüquqlardan sui-istifadəyə şərait yaradımasına xidmət edən hal kimi yolverilməzdir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4770/2019 saylı işi üzrə xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı “mənzil ilə təmin olunma” tələbinə dairiddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar