Məhkəmə qərarları › İş №2(103)-2374/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2374/2022

29.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2374/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ (mülki işin baxışdan çıxarılması haqqında) Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(007)-1539/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(007)- 1539/2021 saylı qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia qismən təmin olunaraq, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(103)-8354/2021 saylı qərardadı ilə hər iki şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilərək (prosessual müddətin ötürülməsi əsası ilə), şikayətlərin qaytarılması üçün mülki iş materiallarının Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardaddan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(102)-5949/2021 saylı qərarı ilə təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(103)-8354/2021 saylı qərardadı ona aid hissədə ləğv edilmiş və mülki iş bu hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2(103)-2374/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Məhkəmə iclasında mülki işin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü əsaslarının yoxlanılması üçün apellyasiya baxışından çıxarılaraq rayon məhkəməsinə göndərilməsi məsələsi müzakirəyə çıxarılmış və cavabdehin nümayəndəsi buna etiraz etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş baxışdan çıxarılaraq iddiaçı tərəfindən apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, mülki iş iddiaçı tərəfindən verilmiş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş baxışdan çıxarılaraq iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar