Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2374/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil3 Məhəbbət oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2424/2022 saylı 29 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ilə İddiaçı xx.xx.2007-ci il tarixdə nikaha daxil olaraq iddiaçının nənəsinə məxsus olmuş Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 41, 40 saylı mənzilə köçməklə yaşamağa başlamış, onların birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 doğulmuşlar. xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil X9 tərəfindən Cavabdeh bağışlanmış, xx.xx.2012-ci il tarixdə Cavabdeh adına tam mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir.
2. Daha sonra tərəflərin münasibətləri pisləşmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X7 cavabdehin, xx.xx.2016-cı il təvəllüdlü X8 isə iddiaçının himayəsinə verilmişdir.
3. İddiaçı 2021-ci ilin dekabr ayından etibarən Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 40 saylı mənzilində yaşamaması işin mübahisələndiriməyən halıdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh məxsus ünvan 1 ünvanına istifadə hüquqlarının tanınması və 2 uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlamışlar. Bu nikahdan xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 dünyaya gəlmişlər. Onunla ailə həyatı qurduqdan bir neçə il sonra, kiçik övladının təxminən iki yaşı olanda onunla pis rəftar etməyə başlamışdır. Hər bir övlad valideynlərinə baş çəkdiyi kimi o, da hərdən bir valideyninin evinə gedərək onları ziyarət etmişdir. Bu halı o, pis qəbul edərək və onunla münasibətlərini gərgin vəziyyətə gətirib çıxardaraq sonunda isə Nizami Rayon Məhkəməsində ona qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. Son vaxtlar ona bir qadın kimi, ailəsi kimi diqqətini dəyişmişdir, sonda isə ona başqa qadınlarla xəyanət etməyə başlamışdır. Uşaqlarına hər zaman diqqətlə yanaşmışdır, onların tərbiyə və təhsili ilə yaxından maraqlanmışdır. Yoldaşının valideynlərinə də hər zaman hörmətlə yanaşmışdır. Qarşılıqlı münasibətləri normal olmuşdur. Onunla münasibətləri kəskinləşdikdən sonra dözülməz hal almış və o, valideynlərinin evinə qayıtmağa məcbur qalmışdır. Onu alçaltmağa, əskiltməyə, təhqir etməyə başlamışdır. Bu halda 2021-ci ilin dekabr ayının axırları dözülməz qalaraq atası evinə qayıtmışdır. Kiçik övladı onunla gəlmişdir. İkinci övladını da aparmaq istəyərkən onu polislə hədələməyə başlamışdır. Mübahisəli ünvanda pasport qeydiyyatındadır. Hesab edir ki, həmin mənzilə istifadə hüququ yaranmışdır.
6. Cavabdeh iddiaya etiraz verərək bildirmişdir ki, iddiaçının münasibətlərinin kəskinləşməsi ilə bağlı iddia etdikləri tamamilə yalan və uydurmadan ibarətdir. Belə ki, bütün münasibətlər kənar müdaxilələr nəticəsində İddiaçı evi özbaşına tərk edərək aylarla ata evində məskunlaşmasından sonra korlanmış və vəziyyət daha da kəskinləşmişdir. Mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə gəldikdə isə bu tələbin də heç bir hüquqi əsası yoxdur. Belə ki, sözügedən mənzil bağışlanma yolu ilə onun mülkiyyətinə keçmişdir. Burada hər hansı birgə mülkiyyətdən ümumiyyətlə söhbət gedə bilməz. Bundan əlavə, qeyd etmək lazımdır ki, İddiaçı həmin mənzildə qeydiyyata 2014-cü ildən düşmüşdür. Ailə Məcəlləsinin 30.4-cü maddəsinin son hissəsindən göründüyü kimi, əgər həqiqətən keçmiş ailə üzvünün maddi və sair cəhətdən imkanı olmadıqda, istifadə hüququ saxlanıla bilər. Lakin bunun İddiaçı münasibətdə tətbiq edilməsi üçün heç bir əsas yoxdur. İddiaçı işləyir, rəsmi gəlirə malikdir. Bundan əlavə, valideynlərinin mülkiyyətində olan mənzildə uzun müddətdir yaşayır. Həmçinin bildirir ki, onun valideynlərinin Bakı şəhəri ərazisində mənzil və bağ evlərindən ibarət 5 ədəd daşınmaz əmlakı vardır. Yəni, iddiaçının ev və maddi cəhətdən heç bir sıxıntısı və problemi yoxdur.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(007)- 2424/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı övladları xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 ilə birlikdə Cavabdeh məxsus ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri tərəflər arasında 2012-ci ildə bağışlama müqaviləsi bağlandıqdan sonra yarandığından, hazırki mübahisəyə 2009-cu ilin okyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi müddəaları tətbiq edilməlidir.
9. Həmçinin məhkəmə qeyd etmişdir ki, İddiaçı Cavabdeh ilə birgə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçmüş, həmin mənzil 2012-ci il tarixdə cavabdehin nənəsi tərəfindən ona bağışlanmışdır. Daha sonra İddiaçı Cavabdeh ilə münasibətləri pisləşdikdən sonra, mübahisəli mənzili tərk etmiş və hazırki vaxtadək orada yaşamır. Ona görə də iddia tələbi “mənzilə köçürülmə” hissəsində əsaslı olduğundan təmin edilməli, İddiaçı övladları xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 ilə birlikdə Cavabdeh məxsus ünvan 1 ünvanına köçürülməlidir.
10. Məhkəmə iddia tələbinin “istifadə hüququnun tanınması” ilə bağlı hissəsinə münasibətdə isə qeyd etmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatında olması, həmin mənzildə müəyyən müddət yaşaması, hazırki halda tərəflərin arasında olan nikaha xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmaması halları da nəzərə alınaraq, 2012-ci il tarixdə mənzil cavabdehin mülkiyyətinə keçdikdən sonra iddiaçının həmin yaşayış sahəsində istifadə hüququnun mövcud olması müəyyən edilir. Buna görə də iddiaçının hazırda istifadə hüququnun sözügedən mənzilə mövcud olması nəzərə alınmaqla, iddia tələbi “mənzilə istifadə hüququnun tanınması” hissəsində təmin edilməməlidir.
11. Məhkəmə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir.
Apelyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(007)-2424/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən nəticəyə gəlinərkən ona istinad edilmişdir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzildə pasport qeydiyyatda olması, həmin mənzildə uzun müddət yaşaması, hazırkı halda tərəflərin arasında olan nikahın xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmaması halları nəzərə alınaraq 2012-ci il tarixdə mənzil cavabdehin mülkiyyətinə keçdikdən sonra iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququnun mövcud olması müəyyən edilir. Belə ki, məhkəmə tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməməklə yanaşı mübahisəli maddi hüquq normalarının pozuntusuna yol verməklə tamamilə əsassız və yanlış mövqe ilə qətnamə qəbul etmişdir. İddiaçı ilə o faktiki olaraq ayrılmışlar və nikahın pozulması barədə işə baxılması barədə artıq 2022-ci ildən Nizami Rayon Məhkəməsinin icraatında iş mövcuddur. Növbəti məhkəmə baxışı xx.xx.2023-cü ildə baxılacaqdır. Həmin iş üzrə azyaşlı övladlarından X7 hazırda onun himayəsindədir və onun anasının himayəsinə verilməmiş, məhkəmə gedişində də müvəqqəti təminat tədbiri qismində məhz həmin övlad üçün müvafiq aliment İddiaçı tutulmuşdur. Belə olan halda məhkəmənin bu faktı nəzərə almadan atanın himayəsinə verilmiş azyaşlı övladını da ana ilə birlikdə evə köçürməsi tamamilə anlaşılan deyildir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında ailə münasibətləri faktiki olaraq pozulmuş və məhkəmə müstəvisində mübahisə davam edir. Bu halda iddiaçının onun evinə köçürülməsi barədə qətnamə qəbul etməklə həmdə onun ailə üzvü kimi iddiaçının həmin ev üzərində istifadə hüququnu tanımışdır ki, bu da tərəflərin nikahına xitam verildikdən sonrada iddiaçının mübahisəli mənzildən istifadə hüququnun qalmasına hüququ əsas yaratmış və məhkəmə qərarı əsasında onun mülkiyyətində olan evdən servitut hüququ vermişdir. Hansı ki, nəticə etibarı ilə ən pis halda nikahın pozulması barədə işə baxılmanın nəticəsini gözləmədən iddianı təmin etməsi öz-özlüyündə hazırkı qətnamənin ziddiyyətli olmasını tam təsdiq edir. O, cümlədən məhkəmə iddiaçının mübahisəli evə qeydiyyatda olmasına istinad etmişdir ki, bu da tamamı ilə səhvdir. Belə ki, həmin hal yəni evdə qeydiyyatda olmaq hər hansı bir istifadə hüququnun yaranma əsası kimi çıxış etmir. Digər tərəfdən isə məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinə də düzgün qiymət verməmişdir. Belə ki, iddiaçı 2007-ci il tarixdə rəsmi nikaha girməklə mübahisəli evə köçmüş və köçərkən ev digər şəxsin mülkiyyətində olmuşdur ki, bu zamanda onunla hər hansı bir müqavilə bağlamamışdır. Belə olan halda məhkəmənin hazırkı gəldiyi nəticə isin faktiki halları baxımından tam səhvdir. Lakin məhkəmə sözügedən qətnaməni qəbul etməklə Konstitusiyanın 29, Mülki Məcəllənin 152, 157, 228, Mənzil Məcəlləsinin 30, MPM-nin 217 maddələrinin tələblərini pozmuşdur. Mülki işin materialları ilə tam təsdiq edilir ki, İddiaçıı qızı məhz mübahisəli mənzilə 2007-ci ildə köçərkən ev xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsi ilə X5 mülkiyyətinə verilmişdir. Həmçinin xx.xx.2012-ci il tarixdə isə həmin ev onun mülkiyyətindədir. 2022-ci il tarixdən isə tərəflərin nikahın pozulmasına dair tələbi üzrə iş Nizami Rayon Məhkəməsinin icraatındadır. Belə halda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı işin hallarından görünür ki, iddiaçı mübahisəli mənzilə köçərkən tərəflər arasında yaranmış hüquq münasibətinə uyğun olaraq MM-nin 228-ci maddəsinin tələbinə uyğun mülkiyyətçi ilə hər hansı bir istifadə hüququna dair müqavilə bağlamamış və istifadə hüququ yaranmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsivəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, hazırda iddiaçı valideynlərinin yanında yaşayır, valideynlərinin digər məhkəmədə təqdim etdiyi sübutlardan və təqdim etdiyi çıxarışdan görünür ki, valideynlərinin adına ən azı 4 mənzil mövcuddur. Belə nəticəyə gəlmək mümkündür ki, iddiaçının heç həmin mənzilə ehtiyacı olmadan yaşamaq hüququ vardır. Hazırda nikahın pozulması hissəsində qətnamə qanuni qüvvəsini almışdır, tərəflər artıq ər-arvad münasibətində deyillər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən istifadə hüququna xitam verilməlidir.
17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətini əsassız hesab etdiyini, şikayətin təmin edilməməsini və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2424/2022 saylı 29 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi o qənaətə gəlmişdir ki, şəxsin istifadə hüququ vardır, ona görə də hesab edir ki, mənzilə köçürülməsi qanuni və əsaslıdır. Ailə statusu, nikahın pozulması ilə bağlı bildirir ki, burada qarşı tərəfin istifadə hüququnun olmaması il bağlı nə qarşılıqlı iddiası, nə də ayrıca icraatda iddiası yoxdur. Nə qədər ki, hüquqlarını müdafiə etdiyi şəxsin mənzilə istifadə hüququ vardır, belə olan halda onun mənzilə köçürülmə ilə bağlı iddiası qanuni və əsaslıdır. İddiaçının adına heç bir mənzil yoxdur.
Apellyasiya baxışının hədləri
18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 19.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 21.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən və həm də mübahisənin predmetinin bölünməz olduğundan kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
22.Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 23.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin
24.30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 25.30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 26.30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
27.27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 28.228.1-ci 228.2-ci 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
29.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 30.Yuxarıda qeyd olunan qərarında Konstitusiya Məhkəməsi aşağıdakı kimi təfsir vermişdir: “Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtinin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər”. 31.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
32.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
33. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 34.217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi hüquq norması düzgün tətbiq edilməmişdir. 36.İşin mübahisələndirilmiyən hallarından görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2007ci il tarixdə nikaha daxil olaraq iddiaçının nənəsinə məxsus olmuş Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 41, 40 saylı mənzilə köçməklə yaşamağa başlamış, onların birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 doğulmuşlar. xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil X9 tərəfindən Cavabdeh bağışlanmış, xx.xx.2012-ci il tarixdə Cavabdeh adına tam mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Daha sonra tərəflərin münasibətləri pisləşmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X7 cavabdehin, xx.xx.2016-cı il təvəllüdlü X8 isə iddiaçının himayəsinə verilmişdir. Həmin qətnamə alimentin tutulması hissəsində mübahisələndirilmişdir. İddiaçı 2021-ci ilin dekabr ayından etibarən Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 40 saylı mənzilində yaşamaması da işin mübahisələndiriməyən halıdır. 37.Göründüyü kimi tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2007-ci ildə yarandığıdan və iddiaçı mübahisəli yaşayış sahəsinə köçdüyü zaman mənzil cavabdehin nənəsinə məxsus olduğundan işin halları ilk öncə əvvəlki mülkiyyətçiyə münasibətdə Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarına əsasən dəyərləndirilməlidir. 38.Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 39.Mülki Məcəllənin 228.1-ci 228.2-ci 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 40.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. 41.Həmin Qərarda həmçinin qeyd edilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Göründüyü kimi qanunvericilik bu müddəada qeyd olunan şəxslərin yaşayış binasının tərkib hissəsinə köçürülməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Lakin, bunun üçün mülkiyyətçinin razılığının xüsusi olaraq mütləq şərt kimi müəyyən edilməsi qeyd olunan şəxslər tərəfindən yaşayış binasının tərkib hissəsindən əldə edilən istifadə hüququnun mülki hüquq sahəsi baxımından əşya hüququ kimi qiymətləndirilməli olmasına dəlalət edir. 42.Beləliklə Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. Qeyd edilməlidir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisinin Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunan “ailə üzvləri sırasına” daxil olmadığından onun istifadə hüququnun tanınması üçün mənzilin mülkiyyətçisi ilə (cavabdehin nənəsi ilə) yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşmanın olması zəruri idi. Lakin iş materiallarına əsasən tərəflərin arasında belə razılaşmanın mövcud olması müəyyən edilməmişdir. 43.Eyni zamanda məhkəmə mübahisəli mənzilin sonradan xx.xx.2012-ci il tarixində xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına dövlət qeydiyyatına alındığını nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, bu hal həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olan hallardandır.
44. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsasən “yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.” 45.Məhkəmə hesab edir ki, mübahisəli mənzil iddiaçının adına dövlət qeydiyyatına məhz 2012-ci ildə alındığından hazırda bu mübahisə həm də qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları baxımından nəzərdən keçirilməlidir. Həmin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqe də nəzərə alınmalıdır. 46.Həmin qərara görə, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. 47.Həmçinin həmin qərarda Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. 48.Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ rəsmi nikah münasibətinə daxil olması ilə yaranmış və o, ailə münasibətlərində olduğu müddətdə də həmin mənzildən istifadə hüququnu realizə etmişdir. Lakin tərəflər arasındaki nikah münasibətlərinə xitam verilməsi ilə onların ailə münasibətlərinə xitam verilməsinə səbəb olmuşdur. Məhkəmə, iddiaçının mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququnun onun rəsmi nikah münasibətinə girməsi ilə yarandığını və bu hüquqa həmin nikah münasibətinin pozulması ilə də xitam verildiyini, iddiaçının cavabdehin ailə üzvü artıq sayılmadığını və eyni zamanda onların arasında mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığını, həmçinin iddiaçının həmin mənzilə ehtiyacı olması iş materialları ilə müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı mübahisəli mənzilə istifadə hüququna, hər hansı hüquqi əsası qalmadığından, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən xitam verilmişdir. 49.Kollegiya həmçinin tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X6 münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır. 50.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 51.Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-62/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X7 - cavabdehin və xx.xx.2016-cı il təvəllüdlü X8 isə iddiaçının himayəsinə verilmişdir. Məhkəmənin işin faktiki hallarına əsasən gəldiyi qənaətindən göründüyü kimi İddiaçı mübahisəli mənzildən istifadə hüququnun mövcu olmasının hesab edilməsinə müvafiq əsasların olmadığı müəyyən edildiyindən, xx.xx.2016-cı il təvəllüdlü X2 anasınıniddiaçının himayəsinə verildiyindən, hazırki vəziyyətdə onun cavabdehə məxsus mübahisəli mənzildən istifadə hüququnun saxlanması qeyri-mümkündür. 52.Əksinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-62/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 cavabdehin yanında qalması müəyyən edilmişdir. Uşağın yaşayış yerinin atasının yaşayış yeri olması faktiki olaraq sözügedən qətnamə ilə öz təsdiqini tapmışdır. O, halhazırda cavabdehə məxsus mübahisəli mənzildə yaşamaqdadır. Hazırki məsələyə dair tərəflər arasında mübahisə mövcud deyildir. 53.Qeyd olunanlara uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iddia “yaşayış sahəsinə istifadə hüququnun tanınması” hissəsində əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisəli yaşayış sahəsinə iddiaçının istifadə hüququnun tanınmasına dair tələb qanuni əsasının olmaması səbəbilə rədd olunduğundan, bu tələb ilə əlaqəli olan “mənzilə köçürülməsi”nə dair hissəyə də hüquqi qiymət verilməsinə “prosessual qənaət” prinsipi baxımından zərurət qalmayıb, iddia bu hissədə də rədd olunmalıdır.
54. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 55.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2424/2022 saylı 29 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova