Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2374/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh qarşı “mənzilin boşaldılaraq sökülməsi, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-899/2024 nömrəli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-899/2024 nömrəli qərardadından cavabdeh şikayət verib. Apellyasiya icraatı zamanı cavabdeh şikayətdən imtina edib və imtinanı onun əsaslandırıb ki, iddiaçı ilə barışıq sazişi bağlayıb. Məhkəmə AR Mülki- Prosessual Məcəlləsinin 369-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, şikayətiən imtina qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı: Cavabdeh şikayətdən imtinası qəbul olunsun. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-899/2024 nömrəli qərardadından verilmiş şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2374/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2374/2025
19.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver