Məhkəmə qərarları › İş №2(103)-238/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-238/2022

05.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-238/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Baxışova Vüsalə Ələkbər qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil və iddiaçının vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «mənzilin boşaldılması və təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-907/2020 saylı, 18.03.2020-ci il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı - Cavabdeh qarşı «mənzilin boşaldılması və təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanından çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1-i 40.000 manata Maraqlı şəxs tərəfindən verilmiş etibarnamə əsasında Məhərrəmova Minəvvər-Xanım Eynulla qızı tərəfindən Cavabdeh satılmışdır. 01.12.2017-ci il tarixdə sözügedən mənzil alqı-satqı müqaviləsi ilə 80.000 manata iddiaçıya satılmışdır. Sözügedən mənzilin üzərinə məhkəmə qərardadı ilə həbs qoyulduğundan iddiaçı mənzil üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldıra bilməmişdir. Sözügedən mənzil üzrə iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq mənzil iddiaçıya təhvil verilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-907/2020 saylı, 18.03.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi 5 saylı evin, 35 saylı mənzilindən çıxarılması, və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir (sədrlik edən: İlkin Rüstəmli).

4. Qətnamədən maraqlarına toxunulan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır, həmin müqavilə hal-hazıradək qüvvədədir, habelə iddiaçı müqavilənin şərtlərinə riayət etməklə müqavilənin predmeti olan əmlakın razılaşdırılmış dəyərini cavabdehə ödəmiş, lakin cavabdeh (satıcı) öz üzərinə düşən öhdəliyini lazımınca icra etməyərək əmlakı iddiaçıya (alıcı) təhvil verməmişdir. Bundan başqa, mübahisəli mənzil alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən dəyəri ödənilməklə əldə edildiyi üçün, iddiaçı həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vennək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi qanunidir. Odur ki, iddiaçı cavabdehin sözügedən mənzilin boşaldılmasını və ona təhvil verilməsini tələb etməkdə haqlıdır, buna görə də iddia tələbi əsaslı olduğundan təmin edilərək, cavabdeh mübahisəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Lakin, İddiaçı məhkəməyə müraciət edərkən mübahisəli mənzillə bağlı ona bəlli olan bəzi faktları gizlətmiş, işdə Maraqlı şəxs iştirakı təmin olunmadan, onun xeyrinə Bakı səhəri Səbail Rayon Məhkəməsi tərəfindən 2(009) 907/2020 saylı is üzrə, 18.03.2020-ci il tarixli qətnamənin çıxarılmasına nail olmuşdur. Belə ki, Maraqlı şəxs məxsus olan daşınmaz əmlakları: - ünvan 2 ünvanda yerləşən mənzili, ünvan 3nda yerləşən mənzili və - ünvan 4əşən bağ evini, həmin bağ evinin yerləşdiyi 0,12 ha ölçüdə olan torpaq sahəsini satmaq üçün Məhərrəmova Minəvvər- Xanım Eynulla qızına Bakı şəhəri 28 saylı notariat kontorunda etibarnamələr vermişdir. Lakin, bağ evinin və mənzillərin satılmasına baxmayaraq, o Maraqlı şəxs pul ödəmədiyinə və hər dəfə də müxtəlif bəhanələrlə ödənişi gecikdiriyinə görə, 15 iyul 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768 E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-1 ******* saylı alqı-satqı müqaviləsinin, 14 avqust 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda, ünvan 5 ünvanda yerləşən mənzilin satılması barədə tərtib edilmiş AN-1 ******* saylı alqı-satqı müqaviləsinin, 14 avqust 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda, ünvan 6 ünvanda yerləşən mənzilin satılması barədə tərtib edilmiş AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İddiaçı, Bakı şəhəri 21 saylı notariat ofisi, X9 və X11 iş üzrə üçüncü şəxslər qismində tanınmışlar. 2 (009)-598/2018 saylı iş üzrə Bakı şəhər Səbail rayon məhkəməsinin 29 mart 2018- ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir və Maraqlı şəxs qətnamənin ləğv edilməsi və iddianın təmin olunması ilə bağlı yeni qətnamə çıxarılması barədə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli, 2(103)-5041/19 saylı işi üzrə X9 və Cavabdeh qismində cəlb edilmiş, eyni zamanda Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli 2(009)-598/2018 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Maraqlı şəxs iddiası təmin edilmiş, 15 iyul 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X6 adma verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 10.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi; həmin müqavilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 68 000 manat Məhərrəmova Münəvvər-xanım Eynulla qızından alınaraq X7 qaytarılması; 14 avqust 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində ünvan 7 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh adma verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 17.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi; 14 avqust 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində ünvan 8 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh adma verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 17.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5041/19 saylı işi üzrə 16 may 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, 14 avqust 2017-ci il tarixdə Bakı səhəri 21 saylı notariat ofisində ünvan 9 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi vanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı səhər Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 17.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi müəyyən olunmuşdur. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. ünvan 10 ünvanında yerləşən 35 saylı mənzil hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* №-li çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətindədir və həmin mənzillə bağlı Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(009)- 907/2020 saylı, 18.03.2020-ci il tarixli qətnamə işdə onun iştirakı təmin olunmadan çıxarılmışdır və daha sonra da ona təqdim olunmadığı üçün, 12.03.2021-ci il tarixdə Səbail rayon İcra şöbəsinin məmurları tərəfindən qətanamənin icrası ilə bağlı tədbirlər həyata keçirilənədək Maraqlı şəxs həmin qətnamədən məlumatı olmamışdır. 12.03.2021-ci il tarixdə Səbail rayon İcra şöbəsinin məmurları tərəfindən icra ilə bağlı tədbirlər həyata keçirildikdən sonra qətnamənin mövcudluğu Maraqlı şəxs bəlli olmuşdur və o 2(009)-907/2020 saylı, 18.03.2020-ci il tarixli qətnamənin rəsmi qaydada təqdim olunması üçün 17.03.2021-ci il tarixdə Səbail Rayon Məhkəməsinə ərizə ilə müraciət etdikdən sonra, 05.04.2021-ci il tarixdə qətnamə ona təqdim olunmuşdur. MPM-in 357.1- 357.2-ci maddələrinə əsasən, “Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.” Göründüyü kimi, Mülki Prosessual Məcəllənin apellyasiya şikayəti vermək hüququ olan şəxslərin dairəsini müəyyən edən 357-ci maddəsi ilə qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda işdə iştirak etməyə cəlb edilməyən digər şəxslərin də birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti vermək hüquqları təsbit edilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı məlum olmuşdur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh, Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə iddia ərizəsi ilə müraciət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-864/2021 saylı, 25.05.2021-ci il tarixli qərarı qanuni qüvvəyə minməmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4895/2021 saylı, 18.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı - Cavabdeh qarşı «mənzilin boşaldılması və təhvil verilməsi» tələbi barədə mülki iş üzrə icraat, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh, Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın verilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Tərəflərin izahatları:

1. Kollegiya iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi.

2. Kollegiya iclasında iştirak edən iddiaçının vəkili R.Əmiraslanov apellyasiya şikyaətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

3. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

4. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

5. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, işin bütün faktiki hallarının araşdırılmaması və məhkəmənin X1 üçüncü şəxs qismində cəlb etmədiyinə görə yol verdiyi prosessual pozuntu səbəbindən X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Hüquqi dəyərləndirmə:

6. Kollegiya iş materialları əsasında qeyd edir ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi 5 saylı evin, 35 saylı mənzilin alqı-satqı müqaviləsi ilə dəyəri ödənilməklə Cavabdeh tərəfindən İddiaçı satılmasına baxmayaraq, İddiaçı sahibliyinə verilməmiş, habelə cavabdeh iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan sözügedən mənzildə heç bir hüquqi əsası olmadan yaşamaqla, həmin mənzildən istifadə edir.

7. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq hesab edir ki, maraqlı şəxs apellyasiya şikayətində Cavabdeh ilə İddiaçı arasında bağlanmış 01.12.2017-ci il tarixli alqı satqı müqaviləsinin ləğv edildiyini bildirsə də, iş materiallrında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5013/2020 saylı, 18.11.2020-ci il tarixli qərarından görünür ki, hazırda mübahisələndirilən mənzilə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış 01.12.2017-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilməmiş və etibarsız hesab edilməməsi qeyd edilmişdir. Qeyd edilən qərar Ali Məhkəmənin 2-1(102)-33/2022 saylı, 23.02.2022-ci il tarixli qərarı ilə qüvvəyə minmişdir.

8. Həmin qərarla həmçinin İddiaçı adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

9. Qeyd edilən məhkəmə qərarına əsasən İddiaçı mübahisəli əmlakın mülkiyyətçisidir və mülkiyyətçi olaraq onun üçüncü şəxslərin həmin evdən çıxarılmasını tələb etmək hüququ vardır. Çünki, iş materiallarında olan AN-İ № ******* nömrəli, 01.12.2017-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi 5 saylı evin, 35 saylı mənzilini 80.000 manata İddiaçı satmışdır və həmin Müqavilənin 6-ci bəndində qeyd edilmişdir ki, müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir.

10. Mülki Məcəllənin 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

11. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

12. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

13. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

14. Həmin Məcəllənin 385.1-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

17. Həmin Məcəllənin 570.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır:

18. Həmin Məcəllənin 570.1.1-ci maddəsinə görə, müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda;

19. Həmin Məcəllənin 570.1.2 əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır.

20. Kollegiya qeyd edilən hallara qiymət verərək vurğulayır ki, Cavabdeh hazırda İddiaçı mülkiyyət hüququ ilə sahib olduğu mənzildə yaşaması iddiaçının mülkiyyət hüquqlarını Konstitusiyanın və Mülki Məcəllənin müddəalarına ziddir olmaqla pozur.

21. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.

24. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

25. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (neqator iddia).

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə, 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

27. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur.

28. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Azropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

29. Kollegiya qeyd edir ki, tərəflər arasında mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır, həmin müqavilə hal-hazıradək qüvvədədir, habelə iddiaçı müqavilənin şərtlərinə riayət etməklə müqavilənin predmeti olan əmlakın razılaşdırılmış dəyərini cavabdehə ödəmiş, lakin cavabdeh (satıcı) öz üzərinə düşən öhdəliyini lazımınca icra etməyərək əmlakı iddiaçıya (alıcı) təhvil verməmişdir. Mübahisəli mənzilə dair iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi məhkəmə qərarı ilə öz qüvvəsini aldığından iddiaçı həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Onun həmin mənzilə dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Odur ki, iddiaçı cavabdehin sözügedən mənzilin boşaldılmasını və ona təhvil verilməsini tələb etməkdə haqlı olmuş, buna görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh mübahisəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

30. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini aşağıdakılarla əsaslandırır:

31. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

32. Qeyd edilən normanın tələblərinə əsasən və hazırda apellyasiya şikayətinə baxılan Maraqlı şəxs hüquqlarına təsir edən hallara qiymət verildiyi onun üçüncü şəxs qismində cəlb edilərək məhkəmə prosesində iştirakı təmin edilməli idi.

33. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman mülki iş üzrə icraat, çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Mülki işə baxan birinci instansiya məhkəməsində isə iddiaçının adına çıxarışın verilib-verilməyəcəyi məlum olmadığı halda, iddiaçının mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının olması qeyd edilmiş və mənzilin iddiaçı tərəfindən satın alınmasına istinad etməklə iddia tələbi təmin edilmişdir.

34. Halbuki, Mülki Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

35. Lakin, məhkəmə iddiaçı tərəfindən mübahisələndirilən mənzilə dair çıxarış alınmadığı halda onun mənzilə dair sərəncam vermə hüququnu tanımışdır. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, tərəflər arasında olan müqavilənin etibarsız hesab edilib-edilməməsi məsələsinə qiymət verilməmişdir.

36. Kollegiya həmçinin qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılan zaman iş materiallarında X2 adına olan və notarius tərəfindən 17 mart 2021-ci il tarixində təsdiq edilmiş çıxarış da mövcud olmuşdur ki, məhkəmə həmin çıxarışı nəzərə almamış, habelə Maraqlı şəxsı üçüncü şəxs qismində işə cəlb etməmişdir.

37. Başqa sözlə, hazırda apellyasiya instansiya məhkəməsi iddia tələbini təmin etməklə iddiaçının adına çıxarışın verilməsinə dair qanuni qüvvəyə minmuş məhkəmə qətnaməsinə əsaslanırsa, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən yalnız tərəflər arasında olan alqı-satqı müqaviləsinə əsaslanmışdır.

38. Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə görə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.

39. Həmin Məcəllənin 387.2.4-cü maddəsinə görə, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

40. Lakin, iş materiallarından görünür ki, Maraqlı şəxs birinci instansiya məhkəməsində icraat zamanı üçüncü şəxs qismində cəlb edilməmişdir.

41. Sadalanan hallara əsasən, kollegiya hesab edir ki, məhkəmə qətnaməsi işin bütün faktiki hallarının araşdırılmaması və Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməməsi səbəbindən ləğv edilməlidir.

42. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Kollegiya qeyd edilən Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinin tələblərinə əsasən vurğulayır ki, qətnamənin ləğv edilməsinə səbəb olan sadalanan hallar işin mahiyyətinə birbaşa təsir edə biləcəyi üçün formal mülahizə hesab edilə bilməz.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

45. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

46. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

47. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

48. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:

49. Sadalanan xüsusatlara, qeyd edilən hüquq normalarının tələblərinə əsasən kollegiya hesab edir ki, iş üzrə mühüm əhəmiyyətə malik olan bütün faktiki halların araşdırılmaması və Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməməsi səbəbindən qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi 5 saylı evin, 35 saylı mənzilindən çıxarılması, və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməlidir.

50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Maraqlarına toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-907/2020 saylı, 18.03.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi 5 saylı evin, 35 saylı mənzilindən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar