Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-238/2024 23.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə ilkin, Cavabdeh İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı kompensasiya ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X13 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçıların nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə ilkin, Cavabdeh İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı kompensasiya ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(005)-276/2021 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "Poleks” MMC ilə X10 və X8 arasında 30 sentyabr 2017-ci il tarixdə, X12 arasında 03 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda ayrı-ayrı üç müqavilə imzalanmışdır. Müqavilələrə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən iddiaçıların mülkiyyətində olan mənzilləri söküb, yerində tikilən hundürmərtəbəli binada iddiaçıların hər birinə tam təmirli, sahələri 83 kv.m olan 2 otaqlı mənzil verməyi, mənzilləri təhvil verənədək yaşayışlarını təmin etmək məqsədi ilə kompensasiya şəklində iddiaçıların hər birinə aylıq 500 manat kirayə haqlarını əvvəlcədən ödəniş gününə istinad edilməklə uç ayda 1 dəfə 1500 manat ödəməlidir.
Birinci instansiya məhkəməsində icraat
2. X10, X12 və X8 iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 21 nömrəli notariat kontorunda X10 ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq, Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən X2 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 2 otaqlı tam təmirli mənzilin iddiaçı X5 təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına kimi hər ay üçün ödənilməli olan 500 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi olmaqla, cəmi 4510 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı X5 verilməsi; Bakı şəhəri 21 nömrəli notariat kontorunda X8 ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən X1 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 2 otaqlı tam təmirli mənzilin iddiaçı X3 təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından 2020 ci ilin avqust ayına kimi hər ay üçün ödənilməli olan 500 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat hissəsi olmaqla, cəmi 4510 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı X3 verilməsi; Bakı şəhəri 21 nömrəli notariat kontorunda X12 ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh Məhdud Məsuliyyəli Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında yerləşən X6 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 2 otaqlı tam təmirli mənzilin iddiaçı X9 təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına kimi hər ay üçün ödənilməli olan 500 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat hissəsi olmaqla, cəmi 4510 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı X9 verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
3. İlkin iddia belə əsaslandırılmışdır ki, müqavilə üzrə ödənişlər 2017-ci ilin oktyabr ayının əvvəlindən fasilələrlə ödənilsə də (cəmi 26 ay), 2019-cu ilin dekabr ayından cavabdeh müqavilədə qeyd olunan, sahəsi 83 kv.m. olan 2 otaqlı mənzilləri vermir, yaşayış üçün razılaşdırılan 500 manat kirayə haqqını da 9 aydır kı, ödəmir. Hər bir iddiaçıya cavabdehin 4500 manat borcu yaranıb. Bundan əlavə, binanın komendantı iddiaçılara bildirmişdir ki, Cavabdeh MMC-nin rəhbəri Şahin Qasımov sahəsi 83 kvadrat metrlik bütün mənzilləri 90 kvadrat metr adı ilə müştərilərə satıb və hazırda iddiaçılara verilməli olan sahəli mənzillərdən boş qalanı yoxdur. Beləliklə, aydın görünür ki, cavabdeh müqavilələr üzrə iddiaçıların qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. İddiaçılar müqavilələrdə qeyd olunan 2 otaqlı, 83 kv.m mənzillərinin iddiaçılara təhvil verilməsi və eyn zamanda kirayə haqlarının ödənilməsi barədə dəfələrlə şifahi və yazılı şəkildə cavabdehin rəhbərinə xahişlə müraciət etsələr də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyini bildirmişdir. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir, iddiaçıların etimadından istifadə edərək onları aldadır, artıq gəlir əldə etməyə çalışır. Bu çətin günlərdə müqavilə üzrə sahəsi 83 kv.m olan 2 otaqlı mənzilləri verməməklə yanaşı, kirayə haqlarını da ödəməyərək cavabdeh iddiaçıları acınacaqlı duruma salıb. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 399.1, 425.1, 442, 448.1-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2 və 59.3cü maddələrinə istinad etmişlər. İddiaçılar bir neçə dəfə kirayə puluna aid hissədə tələblərini dəyişmiş, sonda digər tələblər yerində qalmaqla, hər birinə cavabdeh tərəfindən 21 ay üçün 10500 manat kirayə pulu ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
4. "Poleks” MMC qarşılıqlı iddia verərək, tərəflər arasında bağlanmış müqavilə üzrə 83 kv.m sahə ilə faktiki təşkil edən 79 kv.m sahə arasında olan 4 kv.m fərq üçün hər kvadrat metr 1200 manatdan hesablanmaqla iddiaçılara kompensasiya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudluşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa və Azərbaycan Respublikası əmlak X11 Yanında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Seriya RX № 1123090, Seriya RX № 1123089, Seriya RX № ******* saylı Cıxarışa əsasən iddiaçılar (hər üçü) ünvan 4 ünvan olmaqla, yaşayış sahəsi 64,4 kv.m, köməkçi sahəsi 36 kv.m, ümumi sahəsi 100,4 olan, 3 otaqdan ibarət bir mənzildə 1/3 hissə üzrə paylara malik olmuşlar. Başqa sözlə, ümumi sahəsi 100.4 kv.m olan, 3 otaqdan ibarət bir mənzildə iddiaçıların hər birinin 33,4 kv.m sahəsi olmuşdur. Lakin iddia ərizəsindən görünür ki, cavabdeh iddiaçıların mülkiyyət hüquqlarını pozaraq, onların etimadından istifadə edərək, xüsusi rifahı naminə artıq gəlir əldə etmək məqsədi ilə onları aldadaraq hər birinə ümumi sahəsi 83 kv.m olan iki otaqdan ibarət, 3 ayrı-ayrı mənzil təklif etmişdir. Cavabdeh uzun müddət təmirsiz istismar olunmuş, fiziki aşınmalara məruz qalmış mülkiyyətçilərə məxsus evləri sökərək qanunla iddiaçılara düşən bir mənzildən ibarət 121,2 kv.m (100,4 kv.m + 20,8 (20%) = 121.2) sahənin əvəzinə iddiaçılara 83 kv.m, 2 otaqdan ibarət 3 ayrı- ayrı mənzil (ümumi sahəsi 249 kv.m) təklif etmişdir. Ekspertizanın nəticələrindən görünür ki, təklif olunan mənzıllər faktiki olaraq 83 kv.m deyil, 79 kv.m təşkil etmişdir. Bu hal binanın ümumi ilkin layihəsi üzrə bağlanmış müqavilələr ilə tikintidən sonra divar arakəsmələri və digər texniki sahələr səbəbindən yaranmış itkilərlə əlaqədar baş vermişdir. Buna görə də bu hal kompensasiya ödənilməklə aradan qaldırıla bilər və heç bir halda iddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulması anlamını ortaya çıxartmır. Nəzərə almaq lazımdır ki, iddiaçılara Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən qanunla müəyyən edilmiş 1 mənzildən ibarət ümumi sahəsi 120 kv.m sahə əvəzinə 2 otaqdan ibarət, hər mənzilin sahəsi 79 kv.m olmaqla üç ayrı-ayrı mənzil (ümumi 237 kv.m) təqdim edilmişdir. Bu da mütənasiblik prinsiplərinə əsasən mülkiyyətin dəyərinə ağlabatan dərəcədə uyğundur.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(005)- 276/2021 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) ilkin iddia təmin edilmiş, Bakı şəhəri 21 saylı notariat kontorunda X10 ilə Cavabdeh MMC arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən X2 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 2 otaqlı tam təmirli mənzilin iddiaçı X5 təhvil verilməsi və mənzilin iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinə 21 ay) 10500 manat kirayə haqqının Cavabdeh MMC-dən tutulub X5 ödənilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda X8 ilə Cavabdeh MMC arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən X1 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 2 otaqlı tam təmirli mənzilin iddiaçı X3 təhvil verilməsi və mənzilin iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinə 21 ay) 10500 manat kirayə haqqının Cavabdeh MMC-dən tutulub X3 ödənilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda X12 ilə Cavabdeh MMC arasında bağlanmış 03 oktyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən X6 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 2 otaqlı tam təmirli mənzilin iddiaçı X9 təhvil verilməsi və mənzilin iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinə 21 ay) 10500 manat kirayə haqqının Cavabdeh MMC-dən tutulub X9 ödənilməsi, ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutulub iddiaçılara ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi, ekspertiza xərcinin cavabdehdən tutulması qət edilmişdir.
7. Qətnamə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabag küçəsi, ümumi sahəsi 100,4 kv.m olan ev 34, mənzil 36 iddiaçılar X2 adına 1/3 hissədə, X6 adına 1/3 hissədə və X1 adına 1/3 hissədə xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Pilot layihəyə əsasən cavabdeh "Poleks” MMC ilə iddiaçılar X10 və X8 arasında 30 sentyabr 2017-ci il tarixində, X12 arasında isə 03 oktyabr 2017-ci il tarixində qarşılıqlı razılaşma yolu ilə Bakı şəhəri 21 saylı notariat kontorunda müqavilələr imzalanmışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən iddiaçıların mülkiyyətində olan mənzilləri söküb, yerində tikilən hündürmərtəbəli binada iddiaçıların hər birinə tam təmirli, sahələri 83 kv.m olan 2 otaqlı mənzillər verir, mənzillər iddiaçılara təhvil verənədək kompensasiya şəklində iddiaçıların hər birinə aylıq 500 manat kirayə haqlarını əvvəlcədən ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə 1500 manat ödəməlidir.
8. Hazırki işdə tərəflər şərtlərlə razılaşdıqdan sonra öz iradə ifadələrini bildirməklə müqavilə imzalamışlar. Cavabdeh MMC müqavilə şərtlərinə əsasən iddiaçılara sökülmüş mülkiyyətlərinin əvəzinə hər birinə 2 otaqlı, təmirli 83 kv.m mənzil verməyi öhdəsinə götürüb. Həmçinin müqavilə şərtlərindən biri də Əmlak mülkiyyətçisi"-nə kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə 1500 manat ödənilməsidir ki, həmin məbləg dekabr 2019-cu ildən ödənilmir. Cavabdeh tərəf kirayə haqlarının verilməməsinə səbəb kimi mənzillərin 2019-cu ilin dekabrında iddiaçılara təklif olunması, iddiaçıların bundan imtina etməsi ilə izah etmişdir. İddiaçılar isə mənzillərin sahəsinin məhz müqavilə şərtinə uyğun 83 kv.m deyil, 79-78 olması səbəbinən təhvil almaqdan imtina etmişlər.
9. Məhkəmə ekspert rəylərinə əsasən iddiaçılara verilmiş mənzillərin müvafiq olaraq 79,0 m2 , 78,81 m2 və 78,96 m2 olması, eyni zamanda 2-ci blok 14-cü mərtəbədə yerləşən iki otaqlı mənzilin ümumi sahəsinin eskiz layihədə 2-ci blok, 3-14-cü mərtəbələrin planında göstərilmiş 83,4 kv.m sahəli, 2 otaqlı mənzilə uyğun olmasını nəzərə alaraq, qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqavilə şərtləri məhz Cavabdeh tərəfindən pozulmuş, inşa olunmuş binada 83 kv.m mənzillər olduğu halda, iddiaçılara daha az sahəli – 78-79 kv.metrlik mənzillər təklif olunmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mənzillər vaxtında iddiaçılara təhvil verilmədiyindən onlar kirayələrdə yaşamağa məcbur olmuşlar, bununla da bağlı kirayə haqları dekabr 2019-cu ildən kəsilməklə, cavabdeh müqavilə şərtlərini pozmuşdur. Buna görə də cavabdeh şirkət onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 385.1, 386.1, 390.1, 390.5, 405.1, 421.2, 422.1, 422.2, 422.4, 424.1, 424.3, 425.1, 427.3, 442, 445.2.1, 448.1 və 448.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Cavabdeh MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti qarşılıqlı iddianın dəlillərinə uyğun məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd etmişdir ki, təklif olunan mənzillərin 83 kv. deyil, 79 kv.m təşkil etməsi binanın ümumi ilkin layihəsi üzrə bağlanmış müqavilələr ilə tikintidən sonra divar arakəsmələri və digər texniki sahələr səbəbindən yaranmış itkilərlə əlaqədar baş vermişdir. Bu halın aradan qaldırılması kompensasiya ödənilməklə həyata keçirilməsi zərurətini yaradır və heç bir halda iddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulması anlamını ortaya çıxarmır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2(103)-11057/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçılara təklif olunan mənzillər öz texniki parametrlərinə görə müqavilələrdə göstərilən şərtlərə uyğun gəlmirlər. Məhkəmə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qarşılıqlı iddia tələblərinə münasibətdə qeyd edilməlidir ki, hazırda ilkin iddia tələbi təmin edildiyindən qarşılıqlı iddia tələbi üzrə araşdırılma aparılmasına lüzum yoxdur. Belə ki, iddia tələbləri bir-biri ilə bağlıdır. İddiaçıların tələbi təmin olunmasa idi, bu zaman qarşılıqlı iddia üzrə əlavə araşdırmaya ehtiyac olardı.
Kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Cavabdeh MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiqedilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən mənzillərin hesablanması faktiki sahə ilə bu qaydalara uyğun hesablamalar arasında 4-5 kv.metr fərq (azalma) yaradır. Bu, balkon, dəhliz, sanitar qovşağın və digər köməkçi sahələrin azalma əmsalları ilə hesablanmasından irəli gəlir. Ekspertizanın həmin qaydalara uyğun hesabladığı 2-ci blok, 14-cü mərtəbədə yerləşən 2 otaqlı mənzilin faktiki sahəsi 89 kv.metr olmaqla başqa şəxslərə satılmışdır. İstər iddiaçı, istərsə də, məhkəmə FHN-in göndərdiyi layihə əsasında həmin binada 83 kv.metr mənzil olması qənaətinə gəliblər. Lakin cavabdeh tərəf bununla bağlı məhkəmədə dəfələrlə məsələ qaldıraraq həmin layihənin ilkin layihə olması və sonradan tikinti getdikcə texniki parametrlərin dəyişərək sahələrdə itki olmasını demiş, Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən layihənin axırıncı (qüvvədə olan) variantı təqdim edilmiş, lakin məhkəmə bunu nəzərə almamışdır. Yaşayış kompleksi 2019-cu ildə təhvil verilmiş, elə həmin ildə də istismara qəbul edilmişdir. Yəni iddiaçılar üçün nəzərdə tutulmuş evlərdən savayı, başqa boş mənzil yoxdur, iddiaçılara çatışmayan sahəyə görə kompensasiya təklif edilib, lakin onlar kompensasiyanı qəbul etmirlər. Bu hal iddiaçıların hüquqlarından sui-istifadə etməsi deməkdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 18 aprel 2022-ci il tarixli, 2(102)-1839/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
19. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin binanın ilkin layihəsindən fərqli olaraq son layihədə müəyyən texniki parametrlərin dəyişməsi barədə dəlillərinə qiymət verilməmişdir. Bu dəlillərin əsaslı olub-olmamasına həmin dəlillər üzrə işin faktiki hallarını müəyyən etməklə qiymət verilməli olduğu halda, məhkəmələr bunu etməmişlər. Buna görə də qeyd edilən dəlil üzrə məhkəmələrin gəldiyi nəticənin əsaslılığına kollegiya qiymət verə bilmir. Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaçıların hər birinə onların mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 2 otaqlı tam təmirli mənzil verilməsi nəticəsinə gəlsə də, həmin mənzillərin hansı mərtəbədə olmasına aydınlıq gətirməmişdir.
20. Həmçinin məhkəmələr cavabdeh tərəfindən inşa edilən yaşayış kompleksində faktiki boş olan 3 ədəd 83 m2 sahəli mənzillərin olub-olmamasını araşdırmadan iddianı təmin etməklə, qətnamənin gələcəkdə icrasının mümkünlüyünə şübhələr yaratmışdır. Halbuki məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (MPM, 15.2-ci maddə).
21. Həmçinin kirayə haqqının ödənilməsi tələbi də iddiaçılara mənzil təqdim edilməsi tələbi ilə bağlı olduğu üçün bu hissədə gəlinən nəticə də düzgün olmamışdır. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilən əsaslarla ilk iddianın təmin edilməsi hissəsində qətnamənin ləğv edilməsi nəticəsinə gəldiyi üçün, hesab edir ki, qətnamə qarşılıqlı iddianın rədd edilən hissəsində də ləğv edilməlidir. Çünki qarşılıqlı iddia öz məzmununa görə ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmağa yönəlmişdir
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
22. Apellyasiya icraatında kollegiya mülki iş üzrə mübahisə predmeti olan mənzilin kv.m-nin real satış (bazar) qiyməti barədə mütəxəssis rəyinin alınması üçün qərardad qəbul etmiş və "xxxx" MMC-nin 02 avqust 2022-ci il tarixli qiymətləndirmə rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34 ünvanında yerləşən binada hesablanmış bir kv.m-nin bazar dəyəri 1850-1900 manat təşkil etdiyi müəyyən edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(103)- 4161/2022 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsinə qeyd olunan mövqeyə uyğun izahat verilməsi təklif etmişdir. Cavabdeh nümayəndəsi izahatında qeyd etmişdir ki, Cavabdehndən asılı olmayan səbəblərdən ilkin layihədən fərqli olaraq son layihədə müəyyən texniki parametrlərin dəyişilmişdir. Nəticədə çoxmənzilli yaşayış binasında 83 kv.m-lik mənzillərin olması qeyd edilsə də, həmin mənzillərin sahəsi əslində daha çox olmuşdur. Lakin həmin sahədə olan mənzillər də ayrı-ayrı şəxslərə satıldığından və MTK tərəfindən inşa olunmuş çoxmənzilli yaşayış binasında başqa mənzil qalmadığından, iddiaçılara təklif olunanlardan başqa mənzillərin təhvil verilməsi qeyri-mümkündür.
25. Təkrar apellyasiya icraatı zamanı aparılmış araşdırmadan da müəyyən edilmişdir ki, iddiaçılara təklif olunan mənzillər öz texniki parametrlərinə görə müqavilələrdə göstərilən şərtlərə uyğun gəlmir. Belə ki, xx.xx.2020-ci il tarixli 10/3209 nömrəli ekspert rəyinə əsasən, ünvan 5 ünvanda “Poleks" MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binada X5 verilmiş mənzilin ümumi sahəsi 79,0 m2 , X3 verilmiş mənzilin ümumi sahəsi 78,81 m2 , X9 verilmiş mənzilin ümumi sahəsi 78,96 m2 təşkil edir. Həmçinin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi vermiş olduğu izahatında 83 kv.m-lik mənzillərin sahəsinin əslində daha çox olduğunu və həmin mənzillərin ayrı-ayrı şəxslərə satıldığını qeyd etsə də, bu hala dair (iddiaçı tərəfin yazılı və şifahi vəsatət təqdim etməsinə baxmayaraq) hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, tərəflər arasında imzalanmış müqavilə şərtləri məhz Cavabdeh MMC tərəfindən pozulmuş, inşa olunmuş binada 83 kv.m mənzillər olduğu halda iddiaçılara daha az kv. olan 78-79 kv.metlik mənzillər təklif olunduğundan, iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar.
26. Kasasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq məhkəmə kollegiyası iddiaçıların hər birinə verilməli olan mənzillərin hansı mərtəbədə olmasına aydınlıq gətirilməsi üçün ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsinə izahat verilməsi təklif edilmiş və nümayəndə həm şifahi, həm də yazılı izahat təqdim edərək bağlanmış xx.xx.2017-ci il tarixli müqavilələrə əsasən X5 verilməli olan mənzili çoxmənzilli yaşayış binasının 2-ci bloku, 14-cü mərtəbəsində, X4 verilməli olan mənzil 3-cü blok, 3-cü mərtəbədə, X9 verilməli olan mənzili isə 3-cü blok, 14-cü mərtəbədə yerləşdiyini qeyd etmişdir.
27. Kassasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarında qeyd etmişdir ki, iddiaçıların hər birinə onların mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzil verilməsi nəticəsinə gəlsə də, həmin mənzillərin hansı mərtəbədə olmasına məhkəmələr tərəfindən aydınlıq gətirilməmişdir.
28. Kollegiya qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli 10/2750 nömrəli və xx.xx.2020ci il tarixli 10/3209 nömrəli ekspert rəyləri üzrə ekspert araşdırması məhz iddiaçı X5 təklif edilən mənzili çoxmənzilli yaşayış binasının 2-ci bloku, 14-cü mərtəbəsində, iddiaçı X4 təklif edilən mənzil 3-cü blok, 3-cü mərtəbədə, iddiaçı X9 təklif edilən mənzil 3-cü blok, 14cü mərtəbədə yerləşən mənzillər üzərində aparılmışdır.
29. Göründüyü kimi, hazırda cavabdeh tərəfindən təqdim edilən mənzillə ekspert rəyləri üzrə ekspert araşdırması aparılan mənzillər eynidir. Ona görə də, kollegiya hesab edir ki həmin hal üzrə əlavə araşdırmanın aparılmasına lüzum yoxdur.
30. Beləliklə məhkəmə araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında imzalanmış müqavilə şərtləri məhz Cavabdeh MMC tərəfindən pozulmuş, inşa olunmuş binada 83 kv.m mənzillər olduğu halda iddiaçılara daha az kv. olan 78-79 kv.metlik mənzillər təklif olunmuşdur. Bu da iddiaçılarn haqlı narazılığına səbəb olmuşdur. Mənzillər vaxtında iddiaçılara təhvil verilmədiyindən onlar kirayələrdə yaşamağa məcbur olmuşlar, bunanla bağlı kirayə haqları dekabr 2019-cu ildən kəsilmişdir.
31. Cavabdeh tərəf, kirayə haqlarının verilməməsinə səbəb olaraq qeyd etmişdir ki, dekabr 2019-cu il tarixdə iddiaçılara mənzilləri təhvil almaq təklif olunsa da, onlar imtina etmişlər. İddiaçılar isə mənzillərin sahəsinin məhz müqavilə şətrinə uyğun 83 kv.m deyil 79 -78 olması səbəbindən təhvil almaqdan imtina etmişlər.
32. Məhkəmə kollegiyası mübahisənin ədalətli həlli baxımından ilkin iddia üzrə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehlərin) nümayəndəsi Nümayəndə2 təklifi nəzərə alaraq müqavilə üzrə verilməli olan mənzil sahəsinin (83X3=249) hər kvadratının əvəzi olaraq pul məbləğinin iddiaçılara ödənilməsini ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnə təklif edilsə də, birmənalı şəkildə imtina edilmişdir.
33. Kollegiya qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, ilkin iddia üzrə iddiaçılar tərəfindən tələb olunan mənzil məhz Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyin yerinə yetirilməsindən ibarətdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən 83 kv.m-lik mənzillərin ayrı-ayrı şəxslərə satılması təsdiq olunmuş olsa belə, həmçinin ilkin layihədən fərqli olaraq son layihədə müəyyən texniki parametrlərin dəyişdirilməsi halında belə ilkin iddia üzrə cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirilməsindən imtina üçün əsas ola bilməz.
34. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələblərinə münasibətdə qeyd etmişdir ki, hazırda ilkin iddia tələbi təmin edildiyindən qarşılıqlı iddia tələbi üzrə araşdırılma aparılmasına lüzum yoxdur. Kollegiya özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Belə ki, iddia tələbləri bir-biri ilə bağlıdır. İddiaçıların tələbi təmin olunmasa idi, bu zaman qarşılıqlı iddia üzrə əlavə araşdırmaya ehtiyac olardı. Kassasiya instansiyası məhkəməsində ikinci icraat
35. Cavabdeh MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilələrə əsasən X5 verilməli olan mənzili çoxmənzilli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbəsində, X3 verilməli olan mənzil 3-cü blok, 3-cü mərtəbədə, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, X9 verilməli olan mənzili isə 3-cü blok, 14-cü mərtəbədə yerləşir və həmin mənzillərin sahələri müvafiq olaraq 79.0 kv.m, 78.81 kv.m və 78.96 kv.m təşkil edir. MTK tərəfindən inşa olunmuş çoxmənzilli yaşayış binasında başqa mənzilin qalmaması səbəbi ilə iddiaçılara təklif olunanlardan başqa mənzillərin təhvil verilməsi mümkün deyil və qarşılıqlı iddia yaranmış kvadrat fərqinin kompensasiyasına yönəldiyindən, mübahisələndirilən məhkəmə qətnaməsi tamamilə əsassız və qanunsuzdur. Beləliklə Məhkəmə binanın ilkin layihəsindən fərqli olaraq, son layihədə texniki parametrlərin dəyişməsini, ilkin iddia üzrə iddiaçıya təklif olunan mənzillərdən başqa mənzillərin olmadığını nəzərə almamış, Mülki Məcəllənin 452-ci maddəsinin düzgün tətbiq edilməməsi nəticəsində əsassız qətnamə qəbul etmişdir. Qarşılıqlı iddiaçı tərəfindən inşa edilmiş Bakı şəhəri,Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən çoxmənzilli binada 83 kv.m mənzillərin qalmaması dəfələrlə bildirilmiş, həmçinin müvafiq sübutlar təqdim olunmuş lakin məhkəmə tərəfindən bunlara məhəl qoyulmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçılara müqavilə şərtlərinə uyğun olaraq, sahəsi 83 kv.m olan mənzillərin verilməsi barədə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamış, bununla da, MPM-nin 15-ci maddəsinin diqqətdən kənarda qoymuşdur. Məhkəmə tərəfindən yol verilmiş bu cür hərəkətlər qanunun aliliyinə də xələl gətirilməsinə səbəb olmuşdur. Apellyasiya məhkəməsi hazırda şikayət verilən qətnaməsində kassasiya məhkəməsinin göstərişlərini nəzərə aldığını qeyd etməsinə baxmayaraq işin həllində tətbiq edərkən bunun sadəcə görüntü xarakteri olması, qarşılıqlı iddianın rədd olunması ilə kassasiya məhkəməsinin göstərişlərinin nəzərə alınmaması aydın görünür.
37. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 27 mart 2023-cü il tarixli, 2(102)-821/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4161/2022 nömrəli iş üzrə 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün göndərilmişdir.
38. Ali Məhkəmənin Qərarının əsaslarına görə; “ - 82. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi öhdəlik hüququnun ümumi normalarına istinad etsə də, tələbin qanuni əsasını konkret olaraq göstərməmiş, müvafiq maddi hüquq nomasının dispozisiya şərtləri ilə işin halları arasında uyğunluğu (uyğunsuzluğu) yoxlamamış, iddianın əsaslılığı üzrə bu qaydada hüquqi dəyərləndirmə aparmamışdır. - 83. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. - 84. Qeyd edilənlərə uyğun olaraq işə mahiyyəti üzrə baxan məhkəmə əvvəlcə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinə dair iddianın qanuni əsaslarını yoxlamalıdır. - 96. Tərəflərin bağladıqları əqdlərdəki “müqavilənin predmeti” bölməsində ilkin iddiaçılara veriləcək mənzillərin otaq sayı və kvadratı qeyd olunmuşdur. - 97. Halbuki, tikinti şirkəti tərəfindən inşa edilməklə sifarişçiyə verilməli olan mənzillərlə bağlı razılaşmalarda müvafiq qaydada təsdiqlənmiş layihə üzrə yaşayış binasının müstəqil tərkib hissəsini fərdiləşdirən rekvizitlərin (blok, mərtəbə, nömrə, layihə üzrə yerləşmə yeri, otaq sayı, yardımçı sahələr, ümumi kvadrat, onun hesablanma qaydası və s.) dəqiq və aydın şəkildə göstərilməsi bu xarakterli mübahisələrin yaranmaması üçün mühüm əhəmiyyət kəsb edir. - 99. Baxılan iş üzrə tərəflər imzaladıqları müqavilələrdə yeni tikilən binada ilkin iddiaçılara veriləcək iki otaqlı mənzillərin sahəsini 83 kv.m. olaraq razılaşdırmışlar. "Poleks” MMC-nin təqdim etdiyi mənzillər isə 78-79 kv.m.-dir. Cəmiyyət bu addımını belə əsaslandırır ki, ondan asılı olmayan səbəblərdən binanın ilkin layihəsindən fərqli olaraq son layihədə müəyyən texniki parametrlər dəyişilmişdir. Nəticədə binadakı 83 kv.m-lik mənzillərin olması qeyd edilsə də, həmin mənzillərin sahəsi əslində daha çox olmuşdur. Həmin sahədə olan mənzillər ayrı-ayrı şəxslərə satılmışdır və ilkin iddiaçılara təklif olunanlardan başqa mənzillərin təhvil verilməsi qeyri-mümkündür. - 100. Belə olan halda iddiaçılar bildirirlər ki, tikinti şirkəti müqavilə öhdəliyini lazımınca icra etmir. - 102. Mülki Məcəllənin podrat münasibətlərini tənzimləyən normalarına əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi öhdəsinə götürür. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. - 103. Göründüyü kimi, hazırkı məqamda "Poleks” MMC ilkin iddiaçılarla bağladığı müqavilələrdən irəli gələn öhdəliyini, yəni 83 kv.m.-dən ibarət, iki otaqlı mənzilləri təqdim etmək öhdəliyini icra etməmiş, aradakı fərqli qarşılıqlı iddiasında göstərdiyi məbləğlərin ödənilməsi ilə kompensasiya etmək istəyir. İlkin iddiaçılar isə öhdəliyin məhz müqavilədə göstərilən şərtlərə uyğun icrasını tələb edirlər. - 105. Bununla belə nəzərə alınmalıdır ki, müqavilə öhdəliyinin icrası obyektiv baxımdan mümkün olmalıdır. Başqa sözlə, əqddə razılaşdırılmış vəzifələrin yerinə yetirilməsi imkanı varsa və borclu bundan boyun qaçırırsa o, məhkəmə qaydasında həmin öhdəliyin yerinə yetirilməsinə məcbur edilə bilər. - 106. Bu baxımdan hazırkı işdə məhkəmə tərəfindən "Poleks” MMC-nin üzərinə ilkin iddiaçılara 83 kv.m.-dən ibarət iki otaqlı mənzillərin verilməsi vəzifəsinin qoyulması üçün əvvəlcə həmin sahəli mənzillərin mövcudluğu müəyyən edilməli, qətnamədə verilməli olan yaşayış sahəsinin binanın konkret olaraq hansı blokunda, mərtəbəsində və tərəfində yerləşdiyi (mənzilin nömrəsi və digər fərdiləşdirici əlamətləri) göstərilməlidir. - 107. Belə ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə cavabdehdən alınmalı əmlakın yerləşdiyi yeri qətnamənin nəticə hissəsində göstərir. - 108. Əgər borclu, öhdəliyini mümkünsüzlük səbəbilə icra edə bilmədiyini irəli sürürsə bu halı təsdiqləyən sübutları təqdim etməli, məhkəmə də həmin xüsusatı qanunun verdiyi prosessual imkanlarla yoxlamalıdır. - 109. Bu baxımdan hazırkı işdə "Poleks” MMC-nin ilkin iddiaçılara 83 kv.m.-dən ibarət iki otaqlı mənzilləri təqdim etmək öhdəliyinin obyektiv olaraq mümkün olubolmaması həm mübahisənin düzgün həlli üçün, həm də çıxarılan məhkəmə qətnaməsinin gələcəkdə real icrası baxımından mühüm əhəmiyyət kəsb edir. - 110. Əvvəlki kassasiya kollegiyası da bu məqama diqqət çəkərək vurğulamışdı ki, məhkəmələr "Poleks” MMC tərəfindən inşa edilən yaşayış kompleksində faktiki boş olan 3 ədəd 83 m2 sahəli mənzillərin olub-olmamasını araşdırmamış, ilkin iddiaçılara məhz həmin kvadratda mənzillərin verilməsi nəticəsinə gəlinsə də, həmin mənzillərin hansı mərtəbədə olmasına aydınlıq gətirilməmişdir. Bu həm də qətnamənin gələcəkdə icrasının mümkünlüyünə şübhələr yaratmışdır. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməs məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
111. Buna baxmayaraq ikinci apellyasiya baxışında da kassasiya məhkəməsinin göstərişi tam olaraq yerinə yetirilməmiş, "Poleks” MMC-nin inşa etdiyi binada 83 kv.m.-dən ibarət iki otaqlı boş mənzillərin mövcudluğu, əgər varsa onların hansı blokda, mərtəbədə və nömrə altında yerləşməsi, eyni zamanda MMC-nin həmin mənzillərə hüquqi baxımdan sərəncam vermək imkanının olub-olmamsı və öhdəliyin icrasının mümkünlüyü ilə bağlı digər əhəmiyyətli hallar lazımi şəkildə aydınlaşdırılmamış, qətnamədə bu xüsusatlara əsaslandırılmış qiymət verilməmişdir.
112. Halbuki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir.
113. Apellyasiya məhkəməsi tərəfindən göstərilən vasitələrdən istifadə etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən həmin halları aydınlaşdırmamışdır. Bu hallar isə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarının pozulmasına dəlalət edir.
114. Kollegiya qeyd edir ki, hazırkı işdə "Poleks” MMC-nin ilkin iddiaçılar qarşısında üzərinə götürdüyü (83 kv.m.-dən ibarət iki otaqlı mənzilləri təqdim etmək) öhdəliyini olduğu kimi icra etməsinin obyektiv baxımdan mümkünlüyü müəyyən edildikidə bu hal ilkin iddianın təmin olunması üçün əsasdır. Belə olan halda, ilkin iddiaçılara verilməsi qət edilən mənzillərin yerləşdiyi blok, mərtəbəsi, nömrəsi və digər fərdiləşdirici əlamətləri məhkəmə aktının nəticə hissəsində dəqiliklə göstərilməlidir.
115. Bununla belə, müqavilə öhdəliyinin icrası və buna müvafiq olaraq iddianın təmin edilməsi obyektiv səbəbdən mümkün olmadıqda, məhkəmə işin hüquqi vəziyyətini tərəflərlə müzakirə etməli, mövcud hüquqi müdafiə imkanları ilkin iddiaçılara izah olunmalıdır.”
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
39. Apellyasiya şikayətinin dəlilləri qərarın 5, 13-cü bəndlərində qeyd olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
41. Cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş və əlavə olaraq məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, X10 ilə Cavabdeh MMC arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən təhvil verilməli olan, 48 saylı təmirli mənzil Cavabdeh MTK tərəfindən inşa olunmuş çoxmənzilli yaşayış binasının 2-ci bloku, 14-cü mərtəbəsində, X8 ilə Cavabdeh MMC arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən təhvil verilməli olan, 4 saylı təmirli mənzil yaşayış binasının 3-cü bloku, 3-cü mərtəbəsində, X12 ilə Cavabdeh MMC arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən təhvil verilməli olan, 48 saylı təmirli mənzil yaşayış binasının 3-ci bloku, 14-cü mərtəbəsində yerləşir.
42. İddiaçıların nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq izahatında göstərdi ki, sahəsi 83 kv.m olan mənzillər iddiaçılarla müqavilə bağlandıqdan sonra digər şəxslərə satılmışdır və cavabdehin vermək istədiyi mənzillər sanitar – texniki qaydalara uyğun deyildir. Buna görə də iddiaçılara sahəsi 83 kv.m olan 2 otaqlı mənzillər verilməli, ya da hər kv.m üçün 2800 manat olmaqla dəyəri ödənilməlidir.
43. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2023-cü il tarixli, 2(103)-3702/2023 nömrəli qərardadına əsasən 1 otaqlı 71 kv.m və 2 otaqlı 83 kv.m kimi qeyd olunan mənzillərin mövcud olub – olmamasının, həmin mənzillərin tikinti norma və standartlarına uyğun olub – olmamasının, inşa edilmiş binada mənzillərin 1 kv.m dəyəri nə qədər təşkil etməsinin digər halların müəyyən olunması məqsədilə kompleks məhkəmə tikinti – texniki və məhkəmə - əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
44. 25 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6691-9/6760 nömrəli ekspert rəyindən qeyd olunmuşdur ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi-nin Ekspertiza İdarəsinin Məhkəmə sorğusuna təqdim etdiyi (və məhz bu layihə ilə istismara icazə verilmiş) layihə ilə Cavabdeh MMC-nin inşa etdiyi binanın 2 və 3-cü bloklarında layihə üzrə 1 otaqlı 71,5 kv.m və 2 otaqlı 83,4 kv.m kimi qeyd olunan mənzillər mövcud olduğu, lakin layihədə 1 otaqlı, 71,5 kv.m göstərilən mənzilin faktiki olaraq 2 yaşayış otağı və yardımçı tikililərdən ibarət olmaqla ümumi sahəsinin 79 kv.m olduğu, layihədə ümumi sahəsi 83,4 kv.m göstərilən mənzilin faktiki olaraq 2 yaşayış otağı və yardımçı tikililərindən ibarət olmaqla ümumi sahəsinin 83,65 kv.m olduğu müəyyən edilir. Cavabdeh MMC-nin inşa etdiyi binanın 2 və 3-cü bloklarında layihədə 1 otaqlı 71,5 kv.m göstərilən mənzilin faktiki olaraq 2 yaşayış otağı və yardımçı tikililərdən ibarət olmaqla ümumi sahəsinin 79 kv.m olan mənzilin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiası tərəfindən 30 noyabr 2021-ci il tarixdə təsdiq edilmiş “Yaşayış binaları. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında 3 nömrəli qərarının 9-cu maddəsinin (Sanitariya – epidemioloji tələblərin təmin edilməsi) 9.6-cı bəndinin tələblərinə uyğun olmadığı, layihədə ümumi sahəsi 83,4 kv.m göstərilən mənzilin faktiki olaraq 2 yaşayış otağı və yardımçı tikililərdən ibarət olmaqla ümumi sahəsinin 83,65 kv.m olan mənziin isə həmin qərarın tələblərinə uyğun olduğu müəyyən edilir. ünvan 6 ünvanda Cavabdeh MMC tərəfindən inşa edilmiş binada mənzillərin 1 kv.m dəyərinin təqribən 2300 manat, 71 kv.m qeyd olunan mənzilin dəyərinin təqribən 163000 manat, 83 kv.m kimi qeyd olunan mənzilin dəyərinin təqribən 191000 manat olduğu müəyyən edilir.
Tətbiq edilən hüquq
45. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir; Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri tisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Maddə 556.1. İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
47. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən yaşayış sahələrinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 2 otaqlı tam təmirli mənzillərin təhvil verilməsi və qarşılıqlı iddia üzrə hissələrdə ləğv elilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir ki, bu da qətnamənin ləğv olunması üçün əsasdır.
49. Tərəflər arasında bağlanmış hər 3 müqaviləyə əasən, iddiaçılar hər biri paylı mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən yaşayış sahəsini sökülmək üçün "Poleks” MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onlar üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi, "Poleks” MMC isə ilkin iddiaçıların qeyd edilən yaşayış sahəsinin sökülməsini, yerində tikilən hundürmərtəbəli binada iddiaçıların hər birinə 83 kv.m, 2 otaqlı təmirli mənzili mülkiyyətlərinə verməyi, tikintini başa çatdırıb mənzillə təmin edən günədək onların müvəqqəti yaşayışlarını təmin etmək məqsədi ilə kompensasiya şəklində ilkin iddiaçıların hər birinə aylıq 500 manat kirayə haqlarını ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, tərəflər alqı-satqı və podrat müqaviləsi üzrə əsas öhdəlikləri əhatə edən qarışıq müqavilə bağlamışlar.
50. Tərəflər arasında yaranmış mübahisənin əsasını "Poleks” MMC-nin müqavilədə şərtləşdirilmiş həcmdə olan mənzilləri ilkin iddiaçılara verməməsi təşkil edir.
51. Müqavilələrdə veriləcək mənzillərin otaq sayı və kvadratı qeyd olunsa da, digər rekvizitlər (blok, mərtəbə, nömrə və s.) əksini tapmamışdır. Tərəflər arasında iddiaçılara veriləcək mənzillərin sahəsi 83 kv.m razılaşdırılsa da, cavabdeh tərəfindən təqdim olunan mənzillərin sahəsi 79 kv.m təşkil edir. Cavabdeh digər ölçüdə mənzil təhvil verməsini onunla əsaslandırır ki, layihədə müəyyən texniki parametrlər dəyişilmiş, nəticədə binadakı 83 kv.m-lik mənzillərin sahəsi əslində daha çox olmuş, bu mənzillər ayrı-ayrı şəxslərə satılmışdır və iddiaçılara təklif olunanlardan başqa mənzillərin təhvil verilməsi qeyrimümkündür.
52. "Poleks” MMC tərəfindən inşa olunan binalarda sahəsi 83 kv.m olan mənzillərin mövcud olmadığını, yəni, öhdəliyini mümkünsüzlük səbəbilə icra edə bilmədiyini irəli sürdüyündən kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq bu halı təsdiqləyən sübutları təqdim etmək təklif olunmuş, eyni zamanda sübutların təmin olunması məqsədlə müvafiq sorğular göndərilmiş, həmçinin, kompleks ekspertiza təyin olunmuşdur.
53. "Poleks” MMC tərəfindən təqdim olunmuş müqavilələrlə, həmçinin, sorğuların cavabı ilə müəyyən olunmuşdur ki, inşa olunan binada 83 kv.m.-dən ibarət iki otaqlı boş mənzillər mövcud deyildir və MMC-nin həmin mənzillərə hüquqi baxımdan sərəncam vermək imkanı yoxdur. Belə ki, həmin mənzillərə dair digər şəxslərlə bağlanmış müqavilələr qüvvədədir, mənzillərin əksəriyyətinə reyestrdən çıxarışlar mövcuddur və bu halların əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçılar bu barədə etirazlarını onunla əsaslandırır ki, mənzillərin bəziləri onlar ilə müqavilə bağlandıqdan sonra digər şəxslərə satılmışdır. Lakin yuxarıda qeyd olunduğu kimi müqavilələr qüvvədə olduğundan bu xüsusat digər şəxslərə məxsus, həmin ölçüdə olan mənzillərin iddiaçılara verilməsi üçün əsas ola bilməz.
54. Kassasiya instansiyası məhkəməsinin digər bir göstərişi ondan ibarət olmuşdur ki, əvvəllər işə baxmış məhkəmələr Cavabdeh MMC tərəfindən inşa edilən yaşayış kompleksində 3 ədəd 83 m2 sahəli mənzillərin iddiaçılara verilməsi nəticəsinə gəlsə də, həmin mənzillərin hansı mərtəbədə olmasına aydınlıq gətirilməmiş, beləliklə, qətnamənin gələcəkdə icrasının mümkünlüyünə şübhələr yaratmışdır.
55. Məhz bu xüsusatın dəqiqləşdirilməsi üçün Cavabdeh MMC yazılı formada məhkəməyə müraciət edərək X10 ilə Cavabdeh MMC arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən təhvil verilməli olan, 48 saylı təmirli mənzil Cavabdeh MTK tərəfindən inşa olunmuş çoxmənzilli yaşayış binasının 2-ci bloku, 14-cü mərtəbəsində, X8 ilə Cavabdeh MMC arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən təhvil verilməli olan, 4 saylı təmirli mənzil yaşayış binasının 3-cü bloku, 3-cü mərtəbəsində, X12 ilə Cavabdeh MMC arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən təhvil verilməli olan, 48 saylı təmirli mənzil yaşayış binasının 3-ci bloku, 14-cü mərtəbəsində yerləşir. Ekspert rəyində ümumi sahəsinin 79 kv.m olan mənzilin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiası tərəfindən 30 noyabr 2021-ci il tarixdə təsdiq edilmiş “Yaşayış binaları. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında 3 nömrəli qərarının 9-cu maddəsinin (Sanitariya – epidemioloji tələblərin təmin edilməsi) 9.6-cı bəndinin tələblərinə uyğun olmadığı qeyd olunsa da, Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla təsdiq olunur ki, həmin ölçüdə olan mənzillər üzərində müxətlif şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
56. "Poleks” MMC iddiaçılarla bağladığı müqavilələrdən irəli gələn öhdəliyini, yəni 83 kv.m.-dən ibarət, iki otaqlı mənzilləri təqdim etmək öhdəliyini icra etməmiş, aradakı fərqli qarşılıqlı iddiasında göstərdiyi məbləğlərin ödənilməsi ilə kompensasiya etmək istəyir. İlkin iddiaçılar isə öhdəliyin məhz müqavilədə göstərilən şərtlərə uyğun icrasını tələb edirlər. Lakin yuxarıda qeyd olunanlarla müəyyən edilir ki, öhdəliyinin icrası obyektiv baxımdan mümkün deyildir. Buna görə də məhkəmə tərəfindən işin hüquqi vəziyyəti, mövcud hüquqi müdafiə imkanları tərəflərlə müzakirə olunmuşdur. Öhdəliyin müqavilədə göstərildiyi formada icrası mümkün olmadığından digər hüquqi müdafiə imkanlar bundan ibarət ola bilər ki, ya təhvil verilməli olan mənzillərin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilsin, ya da qarşılıqlı iddiaya uyğun olaraq sahəsi 79 kv.m olan mənzillər təhvil verilərək kompensasiya ödənilsin. 1-ci variantla (təhvil verilməli olan mənzillərin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilməsi) bağlı "Poleks” MMC-nin hər hansı bir iddiası və ya yazılı müraciəti mövcud olmadığından məhkəmə tərəfindən bu istiqamətdə hər hansı bir nəticəyə gəlinməsi mümkün deyildir.
57. Sahəsi 79 kv.m olan mənzillərin təhvil verilərək əlavə olaraq kompensasiya ödənilməsi ilə bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, mübahisənin bu qaydada həlli Mülki Məcəllənin 452, 765 və 766-cı maddələrin tələblərinə də uyğundur. Belə ki, həmin normaların məzmununa əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
58. Kompensasiyanın məbləği ilə bağlı da tərəflər arasında fikir ayrılıqları mövcuddur. Belə ki, qarşılıqlı iddiada tərəflər arasında bağlanmış müqavilə üzrə 83 kv.m sahə ilə 79 kv.m sahə arasında olan 4 kv.m fərq üçün hər kvadrat metr 1200 manatdan hesablanması xahiş olunsa da, sonradan "Poleks” MMC tərəfindən məhkəməyə müraciət olunaraq bu məbləğin 2000 manatdan hesablanması ilə razı olduğunu bildirmişdir. Cavabdeh isə mənzilin 1 kv.m üçün 2800 manat ödənilməli olduğunu hesab edir və bu barədə fikrini onunla əsaslandırır ki, məhkəmənin sorğusuna əsasən təqdim olunmuş alqı – satqı müqaviləsində eyni binada olan sahəsi 48,2 kv.m olan mənzil 135000 manat satılmışdır.
59. Lakin bu xüsusatın da aydınlaşdırılması üçün ekspert qarşısında müvafiq sual qoyularaq cavab alınmışdır. Ekspertin rəyində qeyd olunmuşdur ki, ünvan 6 ünvanda Cavabdeh MMC tərəfindən inşa edilmiş binada mənzillərin 1 kv.m dəyərinin təqribən 2300 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin 1 kv.m üçün nə iddiaçının təklif etdiyi 2000 manat, nə də cavabdehin tələb etdiyi 2800 manat əsas götürülə bilməz. Cavabdehin mənzilin 1 kv.m 2800 manat qiymətləndirilməsi ilə bağlı istinad etdiyi müqaviləyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin müqavilədə mənzilin 1 kv.m 2800 manat nəzərdə tutulması həmin binada yerləşən bütün mənzillərin həmin qiymətə olması kimi qiymətləndirilə bilməz. Belə ki, yüksək qiymət mənzilin təmiri, mənzil bazarında aşağı sahəli mənzillərin yuxarı sahəli mənzillərə nisbətən daha baha olması və s. amillərlə şərtləndirilə bilər. Buna görə də məhkəmə kollegiyası bu nüansla bağlı daha mötəbər sübut olaraq ekspert rəyini qəbul edir və hesab edir ki, qiymətləndirmə məhz bu rəy əsas götürülməklə aparılmalıdır.
60. Kirayə haqlarının ödənilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bununla bağlı birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, bu hissədə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas mövcud deyildir.
61. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin qismən ləğvinə əsas verir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə qismən - Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən yaşayış sahələrinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 2 otaqlı tam təmirli mənzillərin təhvil verilməsi və qarşılıqlı iddia üzrə hissələrdə ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılaraq ilkin və qarşılıqlı iddialar yuxarıda müzakirə olunan qaydada qismən təmin olunmalıdır.
62. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(005)- 276/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(005)- 276/2021 nömrəli qətnaməsi qismən - Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən yaşayış sahələrinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 2 otaqlı tam təmirli mənzillərin təhvil verilməsi və qarşılıqlı iddia üzrə hissələrdə ləğv edilsin və həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılsın. İlkin və qarşılıqlı iddialar qismən təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci blok, 14-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli, 48 saylı mənzil X5 təhvil verilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 3-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli 4 saylı mənzil X3 təhvil verilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli, 48 saylı mənzil X9 təhvil verilsin. 30 sentyabr 2017-ci il tarixli müqavilələrə əsasən X10, X12 və X3 təhvil verilməli olan 83 kv.m. mənzillərin əvəzində təhvil verilən 79 kv.m. mənzillərin sahələri arasında olan 4 kv.m. görə hər kv.m. üçün 2300 manat hesablanmaqla Cavabdeh tərəfindən müvafiq olaraq X10, X12 və X1 hər birinə 9200 manat məbləğində pul ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov Fuad Abdıyev Xəyal Sarıyev