Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2380/2025 01.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)-157/2023 nömrəli, xx.xx.2025ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə) “zəbt olunmuş mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv. m yaşayış sahəsi olan mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(005)- 157/2023 saylı qətnaməsi ilə Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv.m yaşayış sahəsi olan mənzildən çıxarılması, həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" ASC cəlb edilməklə) “zəbt olunmuş mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(005)- 157/2023 saylı əlavə qətnaməsi ilə əlavə qətnamə çıxarılması barədə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 ərizəsinin təmin edilməsi, Cavabdeh2 və himayələrində olan azyaşlı uşaqlarla birlikdə əşyaları Bakı şəhəri, Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv/m yaşayış sahəsi olan mənzildən çıxarılması, həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Daha sonra Cavabdeh1 ərizə ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)- 157/2023 saylı, xx.xx.2023-cü il tarixli Əlavə qətnaməsinə izah verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(005)- 157/2023 saylı qərardadı ilə Cavabdeh1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-157/2023 saylı, xx.xx.2023-cü il tarixli Əlavə qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməmişdir. Daha sonra Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə EMİS vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-157/2023 saylı qərardadının ləğv edilməsi, cavabdehin ərizəsinin təmin edilməsi və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə (əlavə qətnaməsinə) izah verilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(005)- 157/2023 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməməsi qərara alınmışdır. Daha sonra Cavabdeh1 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-157/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsində (həmçinin əlavə qətnaməsində) qət etdi hissəsində yanlış olaraq qeyd olunmuş “Bakı şəhəri, N.Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv/myaşayış sahəsi olan mənzildən” sözlərinə “86 kv/m ümumi sahəsi olan Bakı şəhəri, N.Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı mənzildən” sözləri kimi düzəliş edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-157/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməməsi qərara alınmışdır. Hazırda Cavabdeh1 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il 2(005)-157/2023 saylı qərardadının ləğv edilməsinə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-157/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində (həmçinin əlavə qətnaməsində) qət etdi hissəsində yanlış olaraq qeyd olunmuş “Bakı şəhəri, N.Süleymanov küçəsiev 3-də yerləşən 10/11saylı və 86 kv/m yaşayış sahəsi olan mənzildən” sözlərinə “86 kv/m ümumi sahəsi olan Bakı şəhəri, N.Süleymanov küçəsi ev 3- də yerləşən 10/11 saylı mənzildən” sözləri kimi düzəliş edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)- 157/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində(həmçinin əlavə qətnaməsində) qət etdi hissəsində yanlış olaraq qeyd olunmuş “Bakı şəhəri, N. Süleymanov küçəsi ev 3-də yerləşən 10/11saylı və 86 kv/m yaşayış sahəsi olan mənzildən” sözlərinə “86 kv/m ümumi sahəsi olan Bakı şəhəri, N. Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı mənzildən” sözləri kimi düzəliş edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-157/2023 saylı qərardadı ilə ərizə təmin edilmədi. Qeyd edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il 2(005)-157/2023 saylı qərardadı aşağıdakı göstərilənlərə əsasən ləğv edilməlidir. Belə ki, məhkəməyə təqdim olunan ərizəilə Cavabdeh1 qətnaməyə düzəliş edilməsini xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq göstərmişdir ki, qətnamədə və əlavə qətnamədə istifadə olunmuş“ Bakı şəhəri, N. Süleymanov küçəsi, ev3-də yerləşən 10/11 saylı və 86 kv/m yaşayış sahəsi olan mənzildən” ifadəsi hüquq müəyyənedici sənədlərlə və çıxarışla uzlaşmayan bir ifadədir. Cavabdeh1, Banka və İddiaçı aid olan bütün çıxarışlarda göstərilmişdir ki, mənzil Bakı şəhəri, N. Süleymanov küçəsi, 3 saylı evin 10/11 saylı mənzili kimi qeyd olunmuşdur və mənzilin ümumi sahəsi 86 kv.m-dir. Bununla yanaşı, qətnamədə və əlavə qətnamədə qeyd edildiyi kimi, Cavabdeh1, Cavabdeh2 və himayəsində olan azyaşlı uşaqlarla birlikdə Bakı şəhəri, N. Süleymanov küçəsi, ev 3-də yerləşən10/11 saylı və 86 kv.m yaşayış sahəsi olan mənzildən çıxarılmalı və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qeyd olunmuşdur. Qətnamədə və əlavə qətnamədə istifadə olunan həmin ifadə mənzilin yerləşmə ünvanı və onun sahəsi arasında fərqli mənzərə yaradır ki, hansı ki, sənədlər və faktiki vəziyyət belə deyil. Yəni, bu ifadə forması yanlış olaraq “10/11 saylı mənzil” və “86 kv.m yaşayış sahəsi”nin ayrıca sahələr olması təəssüratı yaratmışdır. Halbuki, iddia 86 kv.m ümumi sahəsi olan 10/11 saylı mənzilə yönəlib və həmin mənzilin yaşayış sahəsi də daxil olmaqla ümumi sahəsi hüquq müəyyənedici sənədlərlə 86 kv.m olaraq göstərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)-157/2023 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. İddiaçı tərəfindən etiraz ərizəsi daxil olaraq şikayətin təmin edilməməsini və cavabdehin məhkəmənin iş ahənginin pozulmasına və qanuni qüvvəyə minmiş qətnamənin icrasına mane olmasına görə cavabdehin cərimə edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-157/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin (həmçinin əlavə qətnaməsinin) qət etdi hissəsində “Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv/m yaşayış sahəsi olan mənzil” ifadəsində hər hansı bir yanlışlıq buraxılmamış, habelə açıq hesab səhvlərinə yol verilməmişdir. Göründüyü kimi, cavabehin hazırda mübahisələndirdiyi hallara mülki işə mahiyyəti üzrə baxılarkən hüquqi qiymət verilmiş, mülki mübahisə üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-157/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (o cümlədən Əlavə Qətnamə) qanuni qüvvəsini almışdır. Bu baxımdan qərardadın ləğv edilməsi üçün əsaslar da möcud deyil. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 157-158, 263-264-cü, 397-400-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)-157/2023 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2380/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2380/2025
01.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver