Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2381/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh11, Cavabdeh4, Cavabdeh5, Cavabdeh10, Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X28 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh8 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2024-cüil tarixli, 2(004)-286/2024 saylı qətnaməsindən Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, 178 saylı ev iddiaçılar İddiaçı1 və İddiaçı2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq çıxarış verilmişdir. Sözügedən ünvanda istifadəyə verilmiş 0,00547 ha torpaq sahəsində A və B tikililəri və özbaşına tikililər mövcuddur. Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, 178 saylı evdə Cavabdeh3 (İddiaçı2 bacısı oğlu) ailə üzvləri ilə birlikdə yaşayır. Digər cavabdehlər Cavabdeh6, Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh11, həmin torpaq sahəsində tikilmiş özbaşına tikilidə yaşayırlar. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 (İddiaçı2 qardaşı arvadı və onun qızı) həmin ünvanda yerləşən özbaşına tikilidə yaşamış və sonradan həmin tikilini satıb köçmüşlər. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, d/t xx.xx.1990, onun himayəsində olan azyaşlı qızı X23, d/t xx.xx.2018 və azyaşlı qızı X33, d/t xx.xx.2020, Cavabdeh6, d/t xx.xx.1977, Cavabdeh9, d/t xx.xx.1978 X24, d/t xx.xx.1983, Cavabdeh7, d/t xx.xx.1984, Cavabdeh11, d/t xx.xx.1988, X7, d/t xx.xx.1957, Cavabdeh5, d/t xx.xx.1985, onun himayəsində olan azyaşlı qızı X8, d/t xx.xx.2010 və azyaşlı oğlu AbdulrəhimovTunar Zamin oğlu, d/t xx.xx.2011, Cavabdeh1 İsmayıfqızı, d/t xx.xx.1962, Cavabdeh10, d/t xx.xx.1976, Cavabdeh2 d/t xx.xx.1975 Bakı şəhəri, Yasamal rayonu, V. Əliyev küçəsi 178 saylı evə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.Sonradan, İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, d/t xx.xx.1990, onun himayəsində olan azyaşlı qızı X23, d/t xx.xx.2018 və azyaşlı qızı X33, d/t xx.xx.2020, Cavabdeh6, d/t xx.xx.1977, Cavabdeh9, d/t xx.xx.1978 X24, d/t xx.xx.1983, Cavabdeh7, d/txx.xx.1984, Cavabdeh11, d/t xx.xx.1988, X9, d/t xx.xx.1957, Cavabdeh5, d/t xx.xx.1985, onun himayəsində olan azyaşlı qızı X8, d/t xx.xx.2010 və azyaşlı oğlu X10, d/t xx.xx.2011, Cavabdeh10, d/t xx.xx.1976, Cavabdeh2 d/t xx.xx.1975 Bakı şəhəri, Yasamal rayonu, V. Əliyev küçəsi 178 saylı evə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********43-10301 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi 178 saylı fərdi yaşayış evi hər bir iddiaçıya 1/2 hissədə payı olmaqla mülkiyyətlərindədir. İddiaçılar cavabdehlərdən pasport qeydiyyatından çıxmalarını istəsələrdə hal-hazıra kimi çıxmamışlar, bu da mülkiyyətçi kimi onların bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmaqdadır. Belə ki, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 2V-365 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, 178 saylı fərdi yaşayış evinin 1/4 hissəsi Cavabdeh3 adına qeydiyyatdan keçmişdir, sonra o mülkiyyətində olan 1/4 hissəni hərrac vasitəsi ilə satışa çıxarmışdır. İddiaçı2 hərrac vasitəsi ilə həmin 1/4 hissəni alandan sonra Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, 178 saylı fərdi yaşayış evində onun payı 1/4 hissədən 1/2 hissəyə çatmış və çıxarış əldə edilmişdir, buna baxmayaraq Cavabdeh3 azyaşlı övladları ilə birlikdə hələdə qeydiyyatda qalmaqdadır. Digər Cavabdeh2 yaxınlıqda özbaşına tikilən evini qeyri-qanuni sataraq qeydiyyatdan çıxmasına dair 22 dekabr 2004-cü il tarixdə notarial qaydada təsdiqlənmiş ərizə ilə Yasamal RPİ-nin Qeydiyyat və Şəxsiyyət Şöbəsinə müraciət etsədə hal-hazıra kimi qeydiyyatdan çıxarılmamışdır. Cavabdeh5 yaxınlıqdaki, istifadəsində olan iki otaqlı özbaşına tikilmiş evi qeyriqanuni olaraq satandan sonra köçüb getmişdir, harada yaşaması məlum deyil, lakin anası X7 və azyaşlı övladları X8 və X4 necə nə zaman mülkiyyətlərində olan evə qeydiyyata salınmalarından belə məlumatları olmayıb. Eləcədə digər cavabdehlərlə heç bir qohumluq əlaqələri yoxdur, ailə üzvləri olmamışlar, bəzilərinin isə ümumiyyətlə harada yaşamaları məlum deyil, amma ASAN-3-dən alınmış xx.xx.2023-cü il tarixli, 6529625№-li və xx.xx.2023-cü il tarixli, 6534089№li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan görünür ki, cavabdehlər hazırda Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi 178 saylı evdə qeydiyyatdadırlar. 5.Məhkəmə baxış iclasında iştirak edən cavabdeh X34 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o və ailə üzvləri olan digər cavabdehlər həmin ərazidə olan 40 kv.m olan evdə deyil, əlavə tikilidə yaşayırlar. Atası həmin tikilini İddiaçı2 atasından satın almışdır. Ancaq bununla bağlı hər hansı sənəd təqdim edilməmişdir. Onda uşaq idilər, məsələnin təfsilatından xəbərləri yoxdur. 6.Məhkəmə baxış iclasında iştirak edən cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh9 Cavabdeh6 izahatı ilə oxşar məzmunlu izahat verərək, iddia tələbini rədd edilməsini məhkəmədən xahiş etdilər.Cavabdeh7 əlavə olaraq izahatında bildirdi ki, ailə üzvləri ilə bərabər 25 yaşa kimi orada yaşamış, sonradan gəlin köçmüş və hal-hazırda Maştağada yaşayır. 7.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 10 yanvar 2024-cü il tarixli, 2(004)-286/2024 saylı qətnaməsi ilə (hakim-Gülnar Babazadə) iddianın qismən təmin edilməsi, Cavabdeh3 övladları xx.xx.2018-ci il təvəllüdlü X23 və xx.xx.2020-ci il təvəllüdlü X33 ilə birlikdə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ümumi sahəsi 40 kv.m olan 178 saylı evə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh6, Cavabdeh11, Cavabdeh8, Cavabdeh7, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5 və övladları xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X10, Cavabdeh10 və Cavabdeh2 iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ümumi sahəsi 40 kv.m olan 178 saylı evə istifadə hüququ olmayan şəxslər hesab edilməsi, bu qətnamənin, cavabdehlər Cavabdeh3, övladları xx.xx.2018-ci il təvəllüdlü X23, xx.xx.2020-ci il təvəllüdlü X33 ilə birlikdə, cavabdehlər Cavabdeh6, Cavabdeh11, Cavabdeh8, Cavabdeh7, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5 və övladları xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X10 ilə birlikdə, Cavabdeh10 və Cavabdeh2 iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ümumi sahəsi 40 kv.m olan 178 saylı evdən qeydiyyatdan çıxarılmaları üçün əsas olması, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materialarında olan: 8.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********43-10301 reyestr nömrəli elektron çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, ev 178 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2069-cu il tarixdə və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. 9.Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X35 xx.xx.2003-cü ildən ünvan 1da qeydiyyatdadır. X13, xx.xx.1984; X14, xx.xx.1975; X23, xx.xx.2018; X15, xx.xx.2016; X16, xx.xx.2022; X36, xx.xx.1981; Şıxəliyeva Nuranə zakir qızı, xx.xx.1986; Cavabdeh9, xx.xx.1978; X17, xx.xx.1994; X25, xx.xx.2020; X33, xx.xx.2020; Cavabdeh5, xx.xx.1985; Cavabdeh7, xx.xx.1984; Cavabdeh2, xx.xx.1975; X37, xx.xx.1987; X10, xx.xx.2011; X38, xx.xx.1985; X18, xx.xx.2010; Cavabdeh11, xx.xx.1988; X26, xx.xx.2006; Cavabdeh8, xx.xx.1983; İddiaçı2, xx.xx.1961; X8, xx.xx.2010; X19, xx.xx.1999; X32, xx.xx.1945; Cavabdeh3, xx.xx.1990; Cavabdeh6, xx.xx.1977; Cavabdeh10, xx.xx.1976; Cavabdeh1, xx.xx.1962; X41, xx.xx.2014; X5, xx.xx.1962; X7, xx.xx.1957 həmin ünvanda qeydiyyatdadırlar. 10.Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı2 xx.xx.2006-cı ildən ünvan 1da qeydiyyatdadır. 11.ünvan 1da yaşayan X27 tərəfindən ərizəyə əsasən X1 İlhamə Rafiq qızına yuxarda göstərilən ünvanda yerləşən iki otaqlı mənzili satmışdır. Ərizədə göstərilmişdir ki, satdığı evə dair hər hansı iddiası olmayacaqdır. 12.Cavabdeh2 tərəfindən Bakı şəhəri Yasamal RPİ-nin qeydiyyat şöbəsinə ünvanlanmış 22 dekabr 2204-cü il tarixli ərizədəngörünür ki, ünvan 1da olan bir otaq və bir mətbəxdən ibarət olan mənzilini X2 görə onu və həyat yoldaşı X12 həmin ünvandan qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. 13.xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 mərhum X6 vərəsəsi olaraq ondan miras qalan Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, ev 178 saylı evdən 1/4 hissəsindən pay almalıdır. 14.Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, ünvan 3 ünvanda yerləşən ev açıq hərracda satılmalı, evin satışından əldə edilən məbləğin 1/4 hissədə iddiaçının payının dəyəri iddiaçı X20 ödənilməli, iş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdehlər İddiaçı2 və İddiaçı1 Hümmət oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, 30 manat məbləğində dövlət rüsumu cavabdehlər İddiaçı2 və İddiaçı1 Hümmət oğlundan tutularaq ididaçı Cavabdeh3 ödənilməlidir. 15.Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsinin 2/586 fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 2- Yasamal 178 saylı evin kartoçkasına əsasən, yaşayış evi (A tikili) 1959-cu ildə tikilmiş və sahəsi 54,70 kv.m, tövlə (B tikili) 1959-cu ildə tikilmiş və sahəsi 24,00 kv.m-dir, ayaqyolu sahəsi 3,00 kv.m -dir, tikinti sahəsi cəmi 90,50 kv.m-dir. 16.Məhkəmə aparılmış araşdırma və yerli baxış nəticəsində işin fakitki halları ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, 178 saylı ev iddiaçılar İddiaçı1 və İddiaçı2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq çıxarış verilmişdir. Sözügedən ünvanda istifadəyə verilmiş 0,00547 ha torpaq sahəsində A və B tikililəri və özbaşına tikililər mövcuddur. Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, 178 saylı evdə Cavabdeh3 (İddiaçı2 bacısı oğlu) ailə üzvləri ilə birlikdə yaşayır. Digər cavabdehlər Cavabdeh6, Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh11, həmin torpaq sahəsində tikilmiş özbaşına tikilidə yaşayırlar. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 (İddiaçı2 qardaşı arvadı və onun qızı) həmin ünvanda yerləşən özbaşına tikilidə yaşamış və sonradan həmin tikilini satıb köçmüşlər. Yerli baxış zamanı iştirak edən iddiaçı bildirmişdir ki, digər cavabdehlər Cavabdeh10 və Cavabdeh2 da qısa müddət həmin topraqda yerləşən özbaşına tikilidə yaşamış və sonradan köçüb-getmişlər. İndi harada yaşamaları məlum deyildir. 17.Məhkəmə hesab etmişdir ki, Cavabdeh3 övladları xx.xx.2018-ci il təvəllüdlü X23 və xx.xx.2020-ci il təvəllüdlü X33 ilə birlikdə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ümumi sahəsi 40 kv.m olan 178 saylı evə istifadə hüquqlarına xitam verilməlidir. Çünki iş materialları ilə də sübuta yetir ki, Cavabdeh3 məxsus olmuş 178 saylı evin 1/4 hissəsi hərracda satılmış, satışdan əldə edilmiş ona çatası hissə cavabdehə ödənilmiş, icra sənədi üzrə icraata tam icra olunduğundan xitam verilmişdir. Belə olan halda Cavabdeh3 həmin ünvandan istifadə hüququnun saxlanılmasına əsas aradan qalxmışdır. 18.Digər cavabdehlərə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh6, Cavabdeh11, Cavabdeh8, Cavabdeh7, Cavabdeh9 istifədə hüququ həmin evə yaranmamışdır. Belə ki, onlar Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ümumi sahəsi 40 kv.m olan sahədə deyil, öz başına tikilidə yaşayırlar. Bu səbəbdən, məhkəmə qeyd edir ki, cavabdehlər iddiaçıların mülkiyyətində olan mənzilə qeydiyyata alınması, onların həmin mənzil üzərində daimi istifadə hüququnun yaranmasını özündə ehtiva etmir. Cavabdehlərin iddiaçıların mülkiyyətində olan evə qanunla müəyyən edilmiş qaydada istifadə hüququ yaranmamışdır. 19.Məhkəmə qanunvericiliyin tələbinə əsasən qeyd etmişdir ki, şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. 20.Məhkəmə həmçinin qeyd etmişdir ki, digər cavabdehlər Cavabdeh4, Cavabdeh5 və övladları xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2011- ci il təvəllüdlü X10, Cavabdeh10 və Cavabdeh2 da istifədə hüququ həmin evə yaranmamışdır. Belə ki, onlar da Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ümumi sahəsi 40 kv.m olan sahədə deyil, özbaşına tikilidə yaşamış və sonradan həmin tikilidən köçüb getmişlər. Bu halda da məhkəmə qeyd edir ki, cavabdehlər iddiaçıların mülkiyyətində olan mənzilə qeydiyyata alınması, onların həmin mənzil üzərində daimi istifadə hüququnun yaranmasını özündə ehtiva etmir. Cavabdehlərin iddiaçıların mülkiyyətində olan evə qanunla müəyyən edilmiş qaydada istifadə hüququ yaranmamışdır. 21.Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia qismən edilməli, Cavabdeh3 övladları xx.xx.2018-ci il təvəllüdlü X23 və xx.xx.2020-ci il təvəllüdlü X33 ilə birlikdə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ümumi sahəsi 40 kv.m olan 178 saylı evə istifadə hüquqlarına xitam verilməli və cavabdehlər Cavabdeh6, Cavabdeh11, Cavabdeh8, Cavabdeh7, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5 və övladları xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X10, Cavabdeh10 və Cavabdeh2 iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ümumi sahəsi 40 kv.m olan 178 saylı evə istifadə hüququ olmayan şəxslər hesab edilməlidirlər. 22.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cü maddələrinə; “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə; Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 152.1, 157.4, 152.5-ci; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.4-cü; Mülki Prosessual Məcəlləsinin 119.1, 213.3, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 23.Qətnamədən Cavabdeh8 apellyasiya şikayəti verərək, qətnamənin ona münasibətdə “İddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi ümumi sahəsi 40 kv.m olan 178 saylı evə istifadə hüququ olmayan şəxs hesab edilməyim və qətnamənin həmin ünvandakı evdən qeydiyyatdan çıxarılmağı üçün əsas olması” ilə bağlı hissələrinin qanunsuz və əsassız hesab edilməklə həmin hissələrdə qətnamənin ləğv edilərək ona münasibətdə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, şəxsən ünvan 4 ünvanında doğulduğu gündən hal-hazıra kimi yaşayır. Həmin evin onların yaşadığı hissəsini mərhum atası hələ sovet vaxtı qarşılıqlı razılşma əsasında İddiaçı2 atasından almışdır. Heç vaxt Baxşiyevlər ailəsi ilə problemləri olmamışdır. O və digər ailə üzvləri həmişə ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşamışlar. Yaşayış sahəsinə dair ayrıca daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etməyə valideynlərinin imkanı olmamışdır. Valideynləri vəfat etdikdən sonra İddiaçı2 onlara münasibəti dəyişmiş, elə onlara qarşı iddia qaldırmağı da bunu sübut etmişdir. Qeyd olunan ünvandakı tikililərin hal-hazırda mövcud olan çıxarışa əlavə edildiyi təqdirdə onlar da paylı mülkiyyətçi sayıla bilər. Yaşadıqları sahə həmişə ünvan 5 ünvanına aid olmuşdur. Vaxtilə elə iddiaçının valideynin birbaşa razılığı əsasında pul müqabilində aralarında olan alğı-satqı əsasında atası ailəsi ilə həmin ünvana köçərək yaşamağa başlamışdır. Atasının və ailə üzvlərinin eləcə də cavabdehin həmin evə qeydiyyata düşməyinə heç kimin etirazı olmamışdır. Ümumiyyətlə o uşaq olduğundan onların arasında alğı-satqıya aid hansısa sənədin harada saxlanılmasını bilmir. Rayon məhkəməsinin qeyd olunan qətnaməsi onun həmin evə bağlılığı, həmin ünvanda doğulduğu vaxtdan hal-hazıra kimi yaşadığı nəzərə alınmadan qeydiyyatdan çıxarılmağı ilə nəticələnməyi nəzərdə tutur. Ümumiyyətlə qeydiyyatdan çıxarılma məsələsi rayon məhkəməsinin səlahiyyətinə aid deyil. Məhkəmə iddiadan kənara çıxmaqla qətnamə qəbul etmişdir. Bu isə onun qanunla qorunan mənafeyini və hüquqlarını pozmuş olur. Cavabdehin mövcud istifadə hüququ görməzdən gəlinmişdir. Cavabdehin mərhum valideyninin həmin ünvandakı yaşayış evinə gözlənilən mülkiyyət hüququ olmuşdur. 30 ildən artıq əldə etmə müddətinə görə də həmin ünvana mülkiyyət hüququ yaranmış olur. Hal-hazırda bacıları və qardaşı ilə birlikdə həmin evdə yaşayır. Bir bacısı əlildir, ona da cavabdeh baxır. Qanunsuz olaraq qeydiyyatdan çıxarılacağı təqdirdə hüquqları pozulacaqdır. Cavabdeh və digər ailə üzvləri ünvan 5 ünvanına qanuni əsaslarla sovet vaxtı yaşayış yeri üzrə qeydiyyata düşmüşlər. Atası həmin ünvanda fakiki olaraq yaşayış sahəsini iddiaçının atasından almışdır və həmin sahəyə gözlənilən mülkiyyət hüququ olmuşdur. Cavabdehin də atasının vərəsəsi kimi qeyd olunan ünvandakı yaşayış sahəsində yaşamaq və istifadə etmək hüququ var. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Ancaq məhkəmə göstərilən maddənin tələblərini pozmuş işin hərtərəfli tədqiqinə lazımi şərait yaratmamışdır. Məhkəmə iclasında verdiyi izahatı nəzərə almamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
26.Məhkmə kollegiyasının iclasında Cavabdeh8 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, o, həqiqətən iddiaçıların mülkiyyətində olan hissədə yaşamır. O, oradan qeydiyyatdan çıxsa, qeydiyyata düşməyə başqa yeri yoxdur. 27.Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin mübahisələndirilən hissədə dəyidiririlmədən saxlanılmasını xahiş etdi. 28.İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının: 29.13-cü maddəsinin 1-ci hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 30.29-cu maddəsinin 1-ci və 2-ci hissələri. Hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 31.Maddə 148.2.Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 32.Maddə 178.1.Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 33.Maddə 152.1.Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 34.Maddə 152.5.Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 35.Maddə 157.4.Əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: 36.Maddə 1.Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. 37.“İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququnümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrumedilə bilməz”. 38.“Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər. 39.Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. 40.“F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdəmüdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təminolunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 41.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 44.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın Cavabdeh8 aid təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir. Çünki digər cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 46.Belə ki, işin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, 178 saylı ev iddiaçılar İddiaçı1 və İddiaçı2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq çıxarış verilmişdir. Sözügedən ünvanda istifadəyə verilmiş 0,00547 ha torpaq sahəsində A və B tikililəri və özbaşına tikililər mövcuddur. Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, 178 saylı evdə Cavabdeh3 (İddiaçı2 bacısı oğlu) ailə üzvləri ilə birlikdə yaşayır. Digər cavabdehlər Cavabdeh6, Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh11, həmin torpaq sahəsində tikilmiş özbaşına tikilidə yaşayırlar. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 (İddiaçı2 qardaşı arvadı və onun qızı) həmin ünvanda yerləşən özbaşına tikilidə yaşamış və sonradan həmin tikilini satıb köçmüşlər. Yerli baxış zamanı iştirak edən iddiaçı bildirmişdir ki, digər cavabdehlər Cavabdeh10 və Cavabdeh2 da qısa müddət həmin topraqda yerləşən özbaşına tikilidə yaşamış və sonradan köçüb-getmişlər. İndi harada yaşamaları məlum deyildir. 47.Məhkəmə kollegiyası Cavabdeh8 iddiaçıların mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ümumi sahəsi 40 kv.m olan 178 saylı evdə deyil, həmin torpaq sahəsində tikilmiş özbaşına tikilidə yaşamağını nəzərə alaraq qanunvericiliyin qeyd olunan müddəalarına əsasən hesab edir ki, cavabdehin Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ümumi sahəsi 40 kv.m olan 178 saylı evə dair hər hansı istifadə hüququ mövcud olmadığından məhkəmə cavabdehə münasibətdə iddianı təmin edərkən qanuni və əsaslı nəticəyə gəlmişdir. 48.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 49.Beləliklə məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(004)-286/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 50.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edili r ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 51.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 52.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 53.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(004)-286/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov