Məhkəmə qərarları › İş №2(103)-2383/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2383/2022

03.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2383/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2392/2020 saylı mülki işi üzrə 13 oktyabr 2020-ci il tarixli qərardadından ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və qızlarının mərhum əri Babayev Atif Beyməmməd oğlunun ölümündən sonra qalmış miras əmlakın, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh 21.07.2020-ci il tarixində qarşılıqlı iddia ərizəsi verərək, 10 saylı DNK-nin 20.04.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı-satqı müqaviləsinin predmeti olmuş Bakı şəhəri, Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6, 8 saylı fərdi yaşayış evinin tam məhv olması ilə əlaqədar onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi və Babayev Atif Bəyməmməd oğlunun həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ərizə ilə müraciət edərək, tərəfindən verilmiş iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını, mülki işin baxılmamış saxlanılması xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2392/2020 saylı mülki işi üzrə 13 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair ilkin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardaddan ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayət verərək, qərardadının ləğv edilməsini və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, 2021-ci ilin iyun ayında Vəkil2 göndərilmiş Suraxanı Rayon Məhkəməsinin 2(010)-133/2021 nömrəli, 03.05.2021-ci il tarixli qərardadının məzmunundan - 5- ci səhifə, aşagıdan 3-cü abzasdan məlum oldu ki, İddiaçı ərizəsi əsasında ilkin iddianın baxılmamış saxlanılması barədə Suraxanı Rayon Məhkəməsi 13.10.2020-ci il tarixli qərardad çıxarıb. Bu qərardad onun və vəkilinin xəbəri və iştirakı olmadan çıxarılmış və onlara vaxtında verilməmişdir. Bilmiş olsaydılar işin mahiyyəti üzrə həll olunmasını tələb edərdi Suraxanı Rayon Məhkəməsinin 13.10.2020-ci il tarixli qərardadının vaxtında - qanunla müəyyən edilmiş müddətdə o və ya nümayəndəsi şikayət edərdi, həm də vəkili Vəkil2 qərardadın verildiyini təsdiq edən sübut-sənəd iş materiallarında olmamış, iddianın baxılmamış saxlanılması barədə Suraxanı Rayon Məhkəməsi 13.10.2020-ci il tarixli qərardadından 14.06.2021-ci il tarixdə şikayət verdiyini və eyni zamanda həmin qərardadın cavabdehə verilməsi barədə məhkəməyə müraciət etmiş və iddianın baxılmamış saxlanılması barədə Suraxanı Rayon Məhkəməsinin 13.10.2020-ci il tarixli qərardadı və tərəfindən dövlət rüsumunun ödənilməməsi ilə bağlı olaraq Suraxanı Rayon Məhkəməsinin 13.10.2020-ci il tarixli qərardadından verdiyi şikayətin cavabdehə geri qaytarılması barədə Suraxanı rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadı cavabdehə poçt vasitəsilə 02 avqust 2021-ci il tarixdə verilmişdir Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2392/2020 saylı mülki işi üzrə 13 oktyabr 2020-ci il qərardadı ilə şikayət əsassız olduğundan rədd edilməsi, şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10286/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2392/2020 saylı mülki iş üzrə 13 oktyabr 2020-ci il tarixli qərardadından ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayəti baxılması qeyri-mümkün hesab edilməsi və mülki iş şikayətə yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2392/2020 saylı mülki işi üzrə 13 oktyabr 2020-ci il qərardadı ilə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi şikayət əsassız olduğundan rədd edilmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2392/2020 saylı mülki işi üzrə 13 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından göründüyü kimi, 29.09.2020-ci il tarixdə ilkin iddia üzrə iddiaçı qarşılıqı iddia üzrə cavabdeh İddiaçı yazılı ərizə göndərərək, hal-hazırda qeyd olunan işə baxılmasına ehtiyac olmadığını, verilmiş iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını, mülki işin baxılmamış saxlanılmasını xahiş etmiş, 13.10.2020-ci il tarixli məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən təmsil olunmuş və sonuncu ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş ilkin iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə ilkin iddiaçının ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, şikayətdə göstərilən hallar iş materialları ilə təkzib olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2392/2020 saylı mülki işi üzrə 13 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2392/2020 saylı mülki işi üzrə 13 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar