Məhkəmə qərarları › İş №2(103)-2388/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2388/2021

22.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2388/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Suraxanı Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı “çıxarış və eyni tarixli torpaq sahəsinin plan və ölçüsü sənədinin etibarsız hesab edilməsi, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılmasının cavabdeh tərəfindən təmin edilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN Е T D İ: İddiaçı Suraxanı Rayon İcra Hakimiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vətəndaş Cavabdeh adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış və eyni tarixli torpaq sahəsinin plan və ölçüsü sənədinin etibarsız hesab edilməsi, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılmasının cavabdeh tərəfindən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək, mülki işi məhkəmə aidiyyatı üzrə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh vəsatəti təmin edilməmişdir. Cavabdeh D.Ağaşova Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından şikayətlə müraciət etmiş, Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdehin verdiyi şikayət geri qaytarılmışdır. Cavabdeh Suraxanı Rayon Məhkəməsini xx.xx.2019-cu il tarixli qərardadı ilə razılaşmayaraq şikayətlə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-15369/2019 saylı qərardadı ilə şikayət təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3623/2019 saylı qərardadı ləğv edilmiş, Suraxanı Rayon Məhkəməsnin xx.xx.2019cu il tarixli 2(010)- 3623/2019 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-124/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsnin xx.xx.2019-cu il tarixli 2(010)- 3623/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-3074/2020 saylı qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3623/2019 saylı qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmiş, mülki iş Azərbaycan Respublikası MPM-nin 269.3-cü maddəsinə əsasən, bu Məcəllənini 32.6-cı maddəsində nəzərdə tutulmuş qaydada aidiyyat haqqında qərardaddan verilmiş şikayətin kassasiya instansiyası məhkəməsinə göndərilməsi üçün birinci instansiya məhkəməsinə geri qaytarılmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3623/2019 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması üçün şikayət mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-4630/2020 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət icraata qəbul edilməmiş, şikayət işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh şikayətinin geri qaytarılması qərara alınmış və Cavabdeh izah olunmuşdur ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət edilməsi izah edilmişdir. Daha sonra cavabdeh şikayətlə məhkəməyə müraciət edərək, Suraxanı rayon məhkəməsnin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilərək mülki işin məhkəmə aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3623/2019 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Cavabdeh Suraxanı rayon məhkəməsinn xx.xx.2020-ci il tarixli qərardadı ilə razılaşmayaraq şikayətlə məhkəməyə müraciət edərək, Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilərək mülki işin məhkəmə aidiyyatı üzrə Ali Məhkəməyə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya məhkəmə iclasınının onun iştirakı olmadan keçirilməsi və müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Kollegiya, cavabdehin izahatını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, qeyd edilən qərardadla Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin ləğv edilmiş xx.xx.2019-cu il tarixli qərardadından verilmiş şikayət geri qaytarılmışdır. Bu o deməkdir ki, birinci instansiya məhkəməsi ləğv edilmiş və faktiki olaraq mövcud olmayan xx.xx.2019-cu il tarixli qərardaddan verilmiş şikayəti geri qaytarmış və həmin qərardaddan verilmiş şikayəti isə təmin etməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Kollegiya hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı mövcud olmayan qərardaddan verilmiş şikayətə əsasən qəbul edildiyindən ləğv edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3623/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmasa belə, məhkəmə süründürməçiliyinin qarşısını almaq məqsədilə kollegiya hesab edir ki, məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “iş məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş ərizə müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin ərizə (iddia) Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Göründüyü kimi birinci instansiya məhkəməsi işin inzibati məhkəmədə baxılması nəticəsinə gəlsəydi, iş üzrə icraata xitam verməli və iddiaçıya aidiyyatı üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnu izah etməli idi. Birinci instansiya məhkəməsi xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırki iddia tələbinə ümumi məhkəmələrdə baxılmalı olmasını əsas gətirməklə cavabdehin vəsatətini təmin etməmiş, bununla belə həmin qərardaddan şikayət verilməsi hüququnun olmasını qeyd etməklə səhvə yol vermişdir. Belə ki, Mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən hazırki qərardaddan şikayət verilməsi də nəzərdə tutula bilməz. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Kollegiya eyni zamanda qeyd edir ki, yuxarıda göstərildiyi kimi mülki işin aidiyyəti üzrə inzibati məhkəməyə göndərilməsi mülki prosessual qanunvericiliklə tənzimlənmədiyindən, həmin qərardadlardan şikayət verilməsi də qanunda nəzərdə tutulmamışdır. Belə olan halda hazırki qərardadın bir hissəsi şikayətin qeyri-mümkünlüyü ilə bağlı olsa belə qərardaddan tərəflərə kassasiya şikayəti verilməsi hüququ verilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Həmçinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3623/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş şikayətin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar