Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2388/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İlk iddia üzrə iddiaçı qarşlılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəvəkili Vəkil2, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 (eyni zamanda cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi), Cavabdeh3 oğunun və onun nümayəndə-vəkili Vəkil1 iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “torpaq və evdən çıxarılma” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-408/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “torpaq və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 Kəbləğa oğlu, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0350 ha olan torpaq sahəsindən və ümumi sahəsi 145.70 kv.m olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0.035 ha olan torpaq sahəsində istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-408/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd, qarşlıqlı iddia isə təmin edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verimişdir. Məhkəmə iclasında iştirak edən ilkin İddiaçı ərizə təqdim edərək mübahisə predmetləri barəsində barışıq əldə olunduğundan iddiasından imtina etdiyini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiadan imtinanın nəticələrinin ona aydın olduğunu qeyd etdi. Eyni zamanda məhkəmə iclasında iştirak edən cavabdeh tərəf də ərizə təqdim edərək qarşılıqlı iddia tələbindən imtina etdiklərini, bu səbəbdən qarşılıqlı iddia üzrə icraata xitam verilməsini xahiş etdilər. İddiadan imtinanın nəticələrinin onlara aydın olduğunu qeyd etdilər. Məhkəmə kollegiyası ərizələri iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, tərəflərin iddiadan imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilərək təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmçinin həmin Məcəllənin 262.2-ci maddəsində qeyd olunub ki, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384.0.5, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə İddiaçı iddiadan imtinası barədə ərizəsi qəbul edilsin. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşılıqlı iddiadan imtinaları barədə ərizəsi qəbul edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-408/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə ödənilmiş dövlət rüsumları məbləğləri onu ödəmiş şəxslərin özlərinə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-2388/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2388/2025
04.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver