Məhkəmə qərarları › İş №2(103)-2393/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2393/2021

07.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2393/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “digər yaşayış sahəsi verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi” barədə ilkin, iddiaçı Cavabdeh1 cavabdeh “xxxx” MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilənin bağlanması” barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2096/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh1, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 454 nömrəli Sərəncamı ilə Bakı şəhəri, ünvan 1 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün “xxxx” MMC-nə ayrılmış torpaq sahəsində yerləşən 11 saylı evin 15 saylı mənzilindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin yaşayış sahəsinin sökülməsi, cavabdehin mülkiyyətində olan mənzilin qanuni sahəsindən 20% əlavə yaşayış sahəsi əlavə etdirməklə, həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində tam təmirli yaşayış sahəsi ilə təmin edilməsi və “xxxx” MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının “xxxx” MMC tərəfindən verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə yazılı əlavə təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 454 nömrəli Sərəncamı ilə Bakı şəhəri, ünvan 1 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün “xxxx” MMC-nə ayrılmış torpaq sahəsində yerləşən 11 saylı evin 15 saylı mənzilindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə ıxarılmaları, həmin yaşayış sahəsinin sökülməsi, həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində sahəsi 66 kv.m olan 2 otaqlı tam təmirli yaşayış sahəsi ilə cavabdehlərin təmin edilməsi və “xxxx” MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının “xxxx” MMC tərəfindən verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2096/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi (direktoru) apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsi və ilkin iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayətləri apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. Bununla belə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən xx xxxx 2021-ci il tarixdə daxil olmuş məktubda, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə müraciət etdiyi bildirilmiş, həmin ərizəyə baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş ərizəyə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏR ARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2096/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 verdiyi ərizəyə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar