Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2393/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliyinin icra olunması və maddi ziyan” tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(005)-89/2023 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat ilə iddiaçı arasında bağlanmış 20 avqust 2018-ci il tarixli Müqavilə üzrə Bakı şəhəri Nərimanov rayonu C.Hacıbəyli küçəsi ev 8, 3 saylı mənzil tam təmir olunması; 2019-cu ilin iyun ayından qətnamə icra olunan günə kimi ayda 500 manat məbləğində kirayə haqqı hesablanaraq iddiaçıya ödənilməsi; Bakı şəhəri Nərimanov rayonu C.Hacıbəyli küçəsi ev 8, 3 saylı mənzilə dair verilməli olan 163.5 kv.m-dən-148.7 kv.m =14.8 kv.m. x 2200 =32.560 manat pul vəsaiti iddiaçıya ödənilməsi; binanın altında yerləşən 25 kv.m-dən ibarət avtodayanacağı (qarajı) 2019-cu ilin may ayından təhvil verilmədiyindən həmin vaxtdan qətnamə icra olunan günə kimi aylıq 100 manat hesablanmaqla iddiaçıya ödənilməsi; mənzili mətbəx mebeli və istilik radiatorları ilə təchiz olunması, Ekspertiza keçirilməsi ilə bağlı ödənilmiş 300 manat, iddiaçıdan alınmış 840 manat və ödənilmiş dövlət rüsumu 241 manat pul vəsaiti və 2019-cu ilin iyun ayından ödənilməmiş (gecikdirilmiş) müddət üzrə qətnamə icra olunan günə illik bank faizi 5 % olmaqla cavabdeh təşkilatdan tutularaq iddiaçıya verilməsi; Cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən suiistifadə edərək əsassız varlanması və iddiaçıya maddi ziyan vurması barədə xüsusi qərardad çıxarmaqla aidiyyəti prokurora xəbər verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(005)- 89/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 20 avqust 2018-ci il tarixli Müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi ev 8, 3 saylı mənzilin tam təmir olunmaqla iddiaçıya təhvil verilməsi, 2019-cu ilin iyun ayından 2022-ci ilin mart ayına qədər (33 ay) 500 manat olmaqla cəmi 16500 manat kirayə haqqının hesablanaraq iddiaçıya ödənilməsi, Cavabdeh MTK-dan Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi ev 8, 3 saylı mənzilə görə 9,6 kv.m. x 1415 m = 13 584 manat pul vəsaitinin iddiaçıya ödənilməsi, mənzilin mətbəx mebeli və istilik radiatorları ilə təchiz olunması vəzifəsinin cavabdeh Premier Klass” MTKnın üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 241 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan alınaraq İddiaçı verilməsi, keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 manatın İddiaçı və Cavabdeh MTK müştərək qaydada tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsini məhkəmə kollegiyasına təqdim edərək, cavabdehlə razılığa gəlindiyini və iddia tələbindən eləcə də apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və işin icraatına xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi-vəkili X2 da ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək iddiaçı ilə aralarında barışıq əldə etdiyini göstərib apellyasiya şikayətindən imtina etdiklərini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının və cavabehin nümayəndəsinin apellyasiya şikayətlərindən imtina barədə ərizəsi qəbul edilməli, iddiaçının həmçinin iddia tələbindən imtina etməsini də nəzərə alınaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(005)-89/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 369-cu maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Həmin Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Göründüyü kimi iddiaçı hazırki tələbindən imtina etməklə yanaşı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən vermiş olduğu apellyasiya şikayətindən də imtina edir, həmçinin cavabdeh tərəf də həmin imtinalara etiraz etməyərək, o da öz növbəsində mübahisəyə dair iddiaçı ilə razılığa gəldiyini bildirməklə, birinci instansiya məhkəməsinin qətnaməsindən vermiş olduğu apellyasiya şikayətindən imtina edir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasından imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Eyni zamanda iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsumlarının məbləği onları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 (əlli ) manatın İddiaçı və Cavabdeh MTK müştərək qaydada tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliyinin icra olunması və maddi ziyan” tələbindən imtina ərizəsi qəbul edilsin. İddiaçının və cavabdehin nümayəndəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(005)-89/2023 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətlərindən imtina barədə ərizələri qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(005)- 89/2023 saylı qətnaməsi ləğv edilsin və iddia tələbi üzrə icraata xitam verilsin. Birinci instansiya məhkəməsi baxışı zamanı keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 (əlli ) manat İddiaçı və Cavabdeh MTK müştərək qaydada tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına tutulsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-2393/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2393/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver