Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-241/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına və Cavabdeh2 qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər:(hüquqi şəxsin işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Emin Əlixan oğlu Mehdiyev və X4 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçının nümayəndəsi X5, və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının nümayəndəsi X14 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(004)-1713/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin Mərkəzi Hospitalı (bundan sonra – Hospital) ilə İddiaçı (bundan sonra – iddiaçı) arasnda bağlanmış xx.xx.2018-ci il tarixli Tibbi xidmət müqaviləsinə əsasən hospital tibbi heyətin nəzərdə tutduqları tibbi xidmətlərin göstərilməsi üçün lazımi şəraiti və məkanı təmin etməyi, xəstə və ya xəstə yaxını isə göstərilən xidmətə görə fakturada müəyyənləşdirilən məbləği ödəməyi öhdələrinə götürmüşlər. 2.xx.xx.2018-ci il tarixli fakturasına əsasən iddiaçı tərəfindən anasının müayinə və müalicəsi üşün Hospitalın hesabına 6000 manat pul ödənilmişdir. 3.Bakı şəhəri Yasamal rayon prokurorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarı ilə X5 anası, 1942-ci il təvəllüdlü X6 xx.xx.2018-ci il tarixdə X17 həkimlərinin səhlənkarlığı nəticəsində ölməsi ilə bağlı şikayəti əsasında aparılmış araşdırma zamanı şahid izahatları alınmış, müvafiq sorğular verilmiş, material azrə komisyon məhkəmə-tibb ekspertizası (həkim işinə dair) və təkrar komisyon məhkəmə-tibb ekspertizası (həkim işinə dair) təyin edilmişdir. 4.Həmin iş üzrə təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli 51/KEŞ saylı rəyinə əsasən: -Validə Əkbərova xx.xx.2018-ci il tarixdə hospitala çox ağır vəziyyətdə döş qəfəsində olan göynədici ağrılarla müraciət etmişdir. Aparılmış klinik laborator və instrumental müayinələrdən sonra ona “Durğunluq, ürəkçatmamazlığı. miokardın kəskin subendokardial infarktı” diaqnozu düzgün təyin edilmişdir. Validə Əkbərovanın müaricət etdiyi müalicə müəssisəsi şəraitində ona təyin edilmiş diaqnoza uyğun olaraq müvafiq müayinələr aparılmış və adekvat müalicə taktikası seçilmişdir. Validə Əkbərovaya aparılmış koronar angioqrafiya müayinəsi zamanı onda sağ tac arteriyada ciddi darlıq müəyyən edilmiş və bununla əlaqədar (DES) stent implantasiya edilmişdir. Stentin implantasiyasının aparılmasına tibbi göstəriş olmuş, əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Validə Əkbərovaya aparılmış müayinə və müalicələr ona təyin edilmiş diaqnoza və keçirilmiş əməliyyatın həcminə uyğun olmuşdur. Lakin dinamik müşahidə zamanı xx.xx.2018-ci il tarixdə vəziyyəti ağırlaşmış, bu ağırlaşma 12 barmaq bağırsaq yarasının aktivləşməsi və qusma zamanı qan laxtalarının xaric edilməsi ilə özünü büruzə vermiş, lazımı təyinat verilərək baş vermiş aktiv qanaxma dayandırılmışdır. xx.xx.2018-ci il tarixdə təkrar mədəbağırsaq qanaxmasına şübhə yarandığından xəstə ezofaqoqastroduadenoskopiya müayinəsindən keçirilmiş, müayinə zamanı onda “12-barmaq bağırsağın aktiv xorası, qanama forrestinin ELA” olduğu müəyyən edilmiş və qanaxma əleyhinə müvafiq tibbi yardımlar göstərilmişdir. Validə Əkbərovaya aparılmış müayinələr və göstərilmiş tibbi yardımlar ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. Validə Əkbərovanın üzərində aparılmış stentləşdirmə əməliyyatından sonra ona göstərilmiş tibbi yardıma əməliyyatın həcmini və vəziyyətinin ağırlığına düzgün olmuşdur. Validə Əkbərovada daha sonra müəyyən edilmiş “qaraciyər və böyrək yetməzliyi” orqanizmin müqavimət və kompensator funksiyalarının pozulması nəticəsində meydana çıxa bilərdi və aparılmış müalicələrin buna səbəb olması inkar olunur. Validə Əkbərovada müəyyənedilmiş xroniki böyrək çatmamazlığı səbəbindən ona “dializ seansı“ aparılmasına düzgün qərar verilmiş və icra edilmişdir. Validə Əkbərovaya hospitalda aparılmış müayinə və müalicələr Səhiyyə sistemində mövcud təlimat qaydalarına uyğun olmuşdur. 5.Təyin edilmiş təkrar komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli 120/MEŞ saylı rəyi ilə də X11 X18 xx.xx.2018-ci il tarixdə “Durğunluq ürək çatmamazlığı. Dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması. Miokardın kəskin subendokardial infarktı. Dəqiqləşdirilməmiş ağciyərürək çatmamazlığı” diaqnozu düzgün qoyulduğu, stasionar şəraitdə müayinənin qoyulmuş diaqnoz həcmində aparılması, aparılmış əməliyyatların müəyyən edilmiş diaqnoza uyğun olması, xəstəyə qoyulmuş ürəyin sağ tac arteriyasının stend - plantasiyası əməliyyatının düzgün təyin edilməsi və bu halın tibbi göstəricilərə uyğun olması, xəstəliyin ağırlaşmasında həlledici səbəblərdən birinin kardioloji xəstəliyin və ağır gedişə malik xarakterli olması, həmçinin stend implantasiya edilməsindən əvvəl xəstəyə diaqnoza müvafiq təyin edilmiş antikoaqulyant terapiya, durulducu məhlulların yeridilməsi səbəb ola bilməsi, bu halın həkim səhvi kimi qiymətləndirilmədiyi, xəstəyə ürəyin sağ tac arteriyasının stend implantasiyası əməliyyatından sonra müvafiq tibbi yardımların vaxtında göstərildiyi,aparılmış müayinələr və tibbi yardımlar zamanı normativ-hüquqi aktların tələblərinin pozulmasına yol verilmədiyi qənaətinə gəlinmişdir. Birinci instansiya məhkəməsində icraat 6.İddiaçı cavabdehlər Hospitala və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 6000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 7.İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə axşam saat 21 radələrində anası X12 qəfildən yaşadığı evdə halı pisləşdiyindən və boğulma baş verdiyindən Hospitaa aparmışdır. Xəstəxanada anasını reanimasiya otağına yerləşdirmişlər və ilkin olaraq 4000 manat depozitə pul qoymuşdur. xx.xx.2018-ci il tarixdə səhər tezdən anasının müalicə həkimi kardiloq-cərrah Cavabdeh2 olduğunu bilmiş, həkimlə görüşdükdə anasını müayinə etdiklərini və sağlamlığının stabil olduğunu bildirmiş, böyrəyinin kreatin analizini götürdüklərini və onun cavabından asılı olaraq anju müayinəsinin lazım olub-olmamasını biləcəklərini demişdir. Bir qədər sonra həkimlə söhbət zamanı anasının kreatin göstəricisinin normal olduğunu, ona görə də anju müayinəsi olmalı olduğunu bildirmişdir. Anju müayinəsindən sonra həkim anasının ürəyinin bir damarında qaraltı olduğunu, əsas narahatçılığın ürək əzələsində olduğunu və ürəyə stend qoyulsa daha yaxşı olacağını bildirmişdir. Stend qoyulacağı halda fəsadların nə olacağını soruşduqda ona heç bir mənfi təsirinin olmayacağını, əksinə qan dövranının yaxşı olacağını, beyinə qanın yaxşı gedəcəyini bildirmişdir. Buna görə də stendin qoyulmasına şifahi olaraq razılıq vermişdir. Həkim stend üçün əlavə 2250 manat depozitə pul qoymağı tələb etmişdir. xx.xx.2018-ci il tarixdə anasına Samir həkim tərəfindən bir ədəd stend qoyulmuş və xəstəxananın reanimasiya həkimi Tural adlı şəxs də əməliyyatda iştirak etmişdir. Stend qoyulduqdan sonra anasına çoxlu miqdarda qan durulducu sistemlər vurulmuş, dərman həbləri verilmişdir. Həmin günün səhəri isə anası palataya keçirilmiş, palatada olan zaman onda mədə qanaxması baş vermiş, bu səbəbdən halı pisləşmişdir. Bundan sonra həkimlərlə bununla bağlı müzakirə apararkən anasının mədəsini müayinə etmək və zond uddurmaq lazım olduğunu demişlər. Zond udulması müayinəsinə görə 2000 manat əlavə pul ödədikdən sonra müayinə zamanı anasının mədəsində şiş olmadığını, sadəcə yara olduğunu və qan durulducu dərmanlardan yaranın üzərinin açıldığını bildirmiş və başqa müalicələr tətbiq edəcəklərini demişlər. Bununla bağlı Tural həkimə şikayət etdikdə ki, xəstə gündən günə pisləşir, Tural həkim anasının infeksiyasının olduğunu və böyrəklərinin də fəaliyyətinin dayandığını, bunun üçün də 3 gün ardıcıl dializ olmalı olduğunu bildirmişdir. Çarəsiz qalaraq dializlə razılaşmış və xx.xx.2018-ci il tarixdə anası dializ olunmuşdur. xx.xx.2018-ci il tarixdə anasını ziyarət etdikdə onun vəziyyətinin kritik ağır olduğunu görmüşdür. Həkimlər də bunu təsdiq etmiş və xəstəxanın baş həkiminin qəbulunda olarkən dializin yenə lazım olduğunu, hər bir tədbirin protokola uyğun aparıldığını bildirmişlər. xx.xx.2018-ci il tarixdə anasının vəziyyətinin pis olduğunu görəndə yenə həkimlər anasının dializ olacağını və bunun üçün əlavə 2000 manat ödəməli olacağını bildirdikdə buna kəskin etiraz edərək anasını xx.xx.2018-ci il tarixdə Hospitaldan çıxarıb Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə təcili tibbi yardımı vasitəsi ilə aparmışdır. Həmin xəstəxanada anası reanimasiyaya yerləşdirilmiş və həkimlər konsilium etdikdən sonra ona anasının vəziyyətinin çox kritik olduğunu, həyati göstəricilərinin olmadığını və hər hansı tibbi müdaxilənin nəticəsiz olacağını, bir qədər gözləməli olacağını demiş, təxminən 2 saat anası Akademik M.A.Topçubaşov adına X7qdan sonra həkimlər artıq onun öldüyünü bildirmişlər. Bundan sonra anasının meyitini xəstəxanadan götürüb dəfn etmişdir. Daha sonra anasının ölməsi ilə bağlı Hospitalın həkimlərindən şikayət etmişdir. Anası X2 implant edilməmişdən qabaq o, mədə xəstəliyinin olub-olmaması ilə bağlı müayinədən keçirilməmiş, onun xəstəxanaya yatış səbəbi ciddi ürək problemləri olmuşdur. Akademik M.A.Topçubaşov adına ElmiCərrahiyə Mərkəzi tərəfindən verilmiş ******* nömrəli ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, X16 xx.xx.2018-ci il tarixdə ElmiCərrahiyə Mərkəzinə “mədə-bağırsaq qanaxması və kəskin böyrək çatmamazlığı diaqnozu ilə daxil olmuş, həmin gün kəskin mədə-bağırsaq qanaxması səbəbindən ölmüşdür. Anasının ölməsinə səbəb həkimlərin səriştəsizliyi, səhlənkarlığı, yoxlama aparmadan, mədə bağırsağı müayinə etmədən, düzgün diaqnoz qoymadan anasına çoxlu miqdarda qan durulaşdırıcı sistemlərin vurulması və qan durulaşdırıcı dərmanların verilməsi olmuşdur. X18 invazif-kardioloq işləyən Cavabdeh2 bildirmişdir ki, mədə qanaxmasının yaranmasına səbəb xəstədə mədə xorasının olması və ona müalicə fonunda qan durulaşdırıcı dərmanların verilməsi olmuşdur. Xəstə reanimasiyada olan zaman ürək çatışmazlığı və qan axma nəticəsində hipotenziv olduğuna görə böyrək və qaraciyərdə işemik dəyişiklilər baş vermiş qaraciyər və böyrək yetməzliyi yaranmışdır. Yəni həkim Cavabdeh2 etiraf etmişdir ki, anasının ürək damarlarında olan daralmanın aradan götürülməsi üçün stend qoyulmalıdır və təbii ki ürək-damar əməliyyatlarında mütləq şəkildə qan durulaşdıncı vasitələrindən istifadə olunması bir qaydadır. Bu arada sual olunur ki, həkim Cavabdeh2 bilmirdi ki, qan durulaşdıncı vasitələrindən hansı hallarda istifadə edilməsi (mədəbağırsağda olan xoralar, yazva kolit qastrit və s.) yolverilməzdir və aspirin preparatının yaşı 70-i ötmüş xəstələrə təyin etməkdən önçə mütləq şəkildə müfaviq müayinələr aparılmalı idi, çünki qanaxma və ardınca ağır fəsadlara gətirib çıxarması təhlükəsi var idi, necə ki anasında bu hal baş verdi. Məhz anasında bu halın baş verməsində həkim Cavabdeh2 səhlənkarlığı ondan ibarətdir ki, onda qanaxma baş verəndən sonra yox, stend qoyulmadan öncə qastroskapiya müayinəsi keçirməli, sonra qan durulaşdıncı vasitələrdən istifadə edilib-edilməməsinə qərar verməli idi.O isə bunun tərsinə, siftə qan durulaşdırıcı vasitələrdən istifadə edir, qanaxmanı yaradır, daha sonra yaratdığı qanaxmanın səbəbini tapmaq üçün qastroskapiya müayinəsi keçirərək qanaxmanın səbəbi olan 12 barmaq bağırsaqda aktiv xoranın olmasını müəyyən edir ki, bu da artıq gec olur. Hospitalın həkimi X25 bildirmişdir ki, anasının ürək damarlarına stend qoyandan sonra ona aspirin 150 mqr., pantasit 100 mqr., gündə iki dəfə, xartil 2.5 mqr., gündə 1 dəfə veraşbiron, gündə 1 dəfə və s. dərmanlar verməklə müalicə aparılmışdır. Bu dərmanlardan aspirin ilə veraşbironun əks göstəriciləri və yan təsirləri kimi mədə-bağırsaq mikozasının eroziv və ülseratif leyzonlarının kəskinləşməsi, qaraciyər və və/ya böyrəklərin pozulmuş işləməsi, yüksək qanaxma riski, mədəbağırsaq traktının orqanlarında qanaxmanın açıq və ya gizli təzahürü, qaraciyər fermentlərinin artan fəaliyyəti, kəskin böyrək çatışmazlığının inkişafı və s. Xartil dərmanının instruksiyasında isə göstərilmişdir ki, yaşlı xəstələrə ürək çatışmazlığına görə Xartil dərmanı təyin edəndə xüsusən diqqətli olmalı, xəstədə bu dərmana necə reaksiya verməsinə uyğun müfaviq doza təyin edilməlidir. Belə ki, ürək çatışmazlığı nəticəsində arterial təzyiqin düşməsinə görə bu dərmanın qəbulu insan həyatına təhlükə yaradacaq dərəcədə böyrək çatışmazlığına gətirib çıxara bilir. Həkim anasının ürək damarına stend qoymaqdan əvvəl ətraflı müayinə aparılandan sonra onun səhhətinə, durumuna uyğun və əməliyyatdan sonra əks fəsadlar törədə bilməyən dərmanlardan istifadəsinə qərar verilməli idi, lakin xəstəyə qan durulaşdırıcı vasitələrinin və dərman preparatlannın düzgün təyin olunması, dozası, və təyin etmədən öncə həmin dərmanlara necə reaksiya verməsini həkim tərəfindən müəyyən edilməməsi məsələlərindən yan keçmişdir. Anasına təyin olunmuş dərmanlara necə reaksiya verilməsinə dair iş materiallarında nə rəy nə araşdırma vardır, eyni zamanda əməliyyatdan əvvəl anestezoloq həkimin də imzası ilə təsdiq edilmiş rəyi mütləq şəkildə lazım olduğu halda iş materiallarında belə bir rəyin də olmaması ona dəlalət edir ki, Cavabdeh2 işinə səhlənkar yanaşmış, bu da ailəsi üçün faciə ilə nəticələnmiş, anasını itirmişdir. Cavabdehlər xx.xx.2018-ci il tarixli Tibbi xidmət müqaviləsinin 2.1.3-cü bəndinin tələblərini pozaraq anasının həyatının qarşılaşacağı yüksək riskləri barədə onu lazımi şəkildə məlumatlandırmamışdır. Belə ki, həkim anasının ürəyinə stend qoyulsa daha yaxşı olacağını bildirməklə yanaşı yaşlı xəstəyə çoxlu miqdarda qan durulducu sistemin vurulması və dərmanların verilməsi nəticəsində daxili xora, yara və s. olarsa qanaxma baş verə bilər və bunun üçün zond udduraraq mədəbaşırsaqlarda da müayinə aparılması yaxşı olar desəydi təbii ki, o, razı olardı. Amma həkim bu risk barədə ona bir kəlmə də olsun deməmiş, qanaxma baş verəndən sonra onu fakt qarşısında qoymuşdur. Yəni anasının ürəyində əməliyyat apararaq stend qoyulmasına görə qarşılıqlı razılığa əsasən 2474 manatı ödəmişdir. Daxili qanaxma təhlükəsi barədə məlumatlandırılmamışdır. Əgər məlumatlandırılsaydı, anasında mədə-bağırsağ müayinəsinə razılıq verib ona görə də ödəniş edərdi. Eyni zamanda cavabdeh müqavilənin 2.2.6-cı bəndində geyd olunan “xəstə”, hazır ki müqavilə ilə nəzərdə tutulmayan yanaşı xidmətlər göstərilməsi, fəsad çıxması, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 3.1-ci bəndində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür” qeyd olunmuş və cavabdehlər bu bəndə istinadən ondan əlavə vəsait almışdır. Lakin bu yanaşı xidmətlər və fəsad çıxmasının səbəbkarı cavabdehdir. Belə olan halda cavabdehlər səriştəsizlik, məsuliyyətsizlik və səhlənkarlığına görə ona ödəmiş olduğu vəsaiti geri qaytarmalıdır. 8.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim- Ayaz Məmmədov) 21 aprel 2021- ci il tarixli, 2(004)-1713/2021 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. 9.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı 1942-ci il təvəllüdlü X6 xx.xx.2018-ci il tarixdə Hospitaldan aparıldıqdan sonra Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində baş vermiş ölümündə hər iki xəstəxananın həkimlərinin əməllərində cinayət tərkibinin olmaması müəyyən edilmiş, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və X8 qərardan ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etmək hüququ izah olunmuşdur. 10.Məhkəmə araşdırmaları zamanı toplanılmış sübutlarını məcmusu ilə iddiaçının anası 1942-ci il təvəllüdlü X6 “Durğunluq ürək çatmamazlığı. Dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması. Miokardın kəskin subendokardial infarktı. Dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı” diaqnozu ilə Hospitalda müayinə və müalicə olunması, daha sonra xəstə yaxınları tərəfindən Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə aparılması və orada ölməsi və cavabdeh tibb müəssisəsi olan X18 təyin edilmiş müalicələrlə xəstənin ölümü arasında səbəbli əlaqənin olmasının istisna edildiyi məhkəmə baxışı zamanı müəyyən olunmuşdur. Bununla da, məhkəmə araşdırmaları zamanı iddiaçının hüquqlarının məhz iş üzrə cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tıbbi Xıdmət İdarəsinin Mərkəzi Hospitalı və həkim Cavabdeh2 tərəfindən pozulması təsdiq edilmədiyindən iddia tələbi təmin edilməməlidir. 11.Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı dəymiş maddi ziyanın həkim Cavabdeh2 tələb olunmasında haqlı olmamışdır. Belə ki, X3 müvafiq tibbi xidmətin göstərilməsi ilə bağlı müqavilə onunla Hospital arrasında bağlanmış və tibbi xidmətlərin göstərilməsi üçün pul vəsaiti Hospitalın hesabına ödənilmişdir. 12.Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 14.2.1-14.2.9, 21.2, 1096.1, 1096.2, 1097.1, 1097.2, 1112;Azərbayca Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 80, 81, 50.1, 50.3, 54, 771, 220.5 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 13.Qətnamədən iddiaçı ƏliyevaTahirə Əliqızıapellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 14.Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmaqla, qətnamənin əsassız olmasının maddi və prosessual hüquq normalarının pozulması qeyd olunmuşdur. 15.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova və Fuad Talışinski) 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 16.Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan sübutlardan, həmçinin cinayət təqibi üzrə qərardan və keçirilmiş ekspertiza rəylərindən – iddiaçının anasının üzərində aparılmış cərrahiyyə əməliyyatı ilə bağlı diaqnozun düzgün qoyulması, stasionar şəraitdə müayinənin qoyulmuş diaqnoz həcmində aparılması, aparılmış əməliyyatların müəyyən edilmiş diaqnoza uyğun olması, xəstəyə qoyulmuş ürəyin sağ tac arteriyasının stend-plantasiyası əməliyyatının düzgün təyin edilməsi və bu halın tibbi göstəricilərə uyğun olması, xəstəliyin ağırlaşmasında həlledici səbəblərdən birinin kardioloji xəstəliyin və ağır gedişə malik xarakterli olması, həmçinin stend implantasiya edilməsindən əvvəl xəstəyə diaqnoza müvafiq təyin edilmiş antikoaqulyant terapiya, durulducu məhlulların yeridilməsi səbəb ola bilməsi, bu halın həkim səhvi kimi qiymətləndirilmədiyi, xəstəyə ürəyin sağ tac arteriyasının stend implantasiyası əməliyyatından sonra müvafiq tibbi yardımların vaxtında göstərildiyi, aparılmış müayinələr və tibbi yardımlar zamanı normativ-hüquqi aktların tələblərinin pozulmasına yol verilmədiyi və s. müəyyən edilmişdir. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutü məhkəməyə təqdim edə bilməmişdir.Göründüyü kimi, işdə olan sübutlarla iddiaçının anasının üzərində aparılmış cərrahiyyat əməliyyatı ilə bağlı iddiaçının bildirdikləri (iddiası) öz təsdiqini tapmamış, ölümün baş vermə səbəbi ilə cavabdeh tərəfin hərəkəti arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat 17.İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 18.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsində işə baxarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan və sübut növü sayılan Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnaməni sübut növü saymayaraq MPM-nin 88-ci tələblərinin pozulmasına dəlalət etmişdir. Həmin ölüm haqqında Tibbi Şəhadətnamədən aydın görünür ki, xəstə X16 “X34” səbəbindən ölmüşdür. X16 xəstəxanaya gətirilərkən ürək problemi var idi, ürək əməliyyatından çıxanda da sağlamlığı qənaətbəxş idi. Lakin həkim səhlənkarlığı və səriştəsizliyi nəticəsində X34 səbəbindən bədənində olan qan tam axıb getmişdir. Xəstənin qanının tam axıb getməsi təbii ki həkim təqsiri üzündən baş vermişdir, buna baxmayaraq məhkəmə yalnız Məhkəmə Tibbi Ekspertizanın rəyi ilə kifayətlənmiş, ölüm haqqında Tibbi Şəhadətnaməyə məhəl qomamışdır.Halbuki MPM-nin 103-cü maddəsinə görə ekspert rəyi məhkəmə üçün məcburi deyildir.Məhkəmənin ekspert rəyi ilə razılaşmamasına isə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi tərəfindən verilmiş Ölüm haqqında tibbi şəhadətnamə əsas verməkdədir. 19.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6316/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qət edilmişdir. 20.Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan məhkəmələr sübutların qiymətləndirilməsi zamanı Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini pozmuş və düzgün olmayan nəticəyə gəmişlər. 21.Apellyasiya instansiya məhkəməsi iddiaçının anasının ölümünə cavabdeh Hospitalda aparılmış tibbi müayinənin səbəb olmaması qənaətinə gələrkən prokurorluq orqanında aparılmış araşdırma üzrə ekspert rəylərinə istinad etmiş, lakin işdə olan digər sübutları həmin sübutlarla yanaşı qiymətləndirməmişdir. 22.Belə ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan Akademik M.A. Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi tərəfindən verilmiş ölüm haqqında Tibbi Şəhadətnamədə iddiaçının anasının ölümünün səbəbi kimi göstərilmiş hallara qiymət verməmiş, bunun Hospitalda ona göstərilmiş yanlış tibb xidmətinin nəticəsində ola biləcəyini araşdırmamışdır. 23.Belə ki, həmin şəhadətnamdə xəstə X16 “X34” səbəbindən ölməsi göstərilmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı bildirir ki, anası xəstəxanaya gətirilərkən ürək problemi var idi, ürək əməliyyatından çıxanda da sağlamlığı qənaətbəxş idi. Lakin həkim səhlənkarlığı və səriştəsizliyi nəticəsində X34 səbəbindən bədənində olan qan tam axıb getmişdir. Xəstənin qanının tam axıb getməsi təbii ki həkim təqsiri üzündən baş vermişdir. 25.Buna baxmayaraq məhkəmə yalnız istintaq orqanı tərəfindən keçirilmiş Məhkəmə Tibbi Ekspertizanın rəyləri ilə kifayətlənmiş, ölüm haqqında Tibbi Şəhadətnaməyə məhəl qomamışdır. Halbuki MPM-nin 103-cü maddəsinə görə ekspert rəyi məhkəmə üçün məcburi deyildir. 26.Məhkəmə nəzərə almamışdır ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 27.Normanın tələbinə əsasən yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və digər qərarı mülki işə baxarkən preyudisial xarakter daşıyr və Yasamal Rayon Prokurorluğunun qərarı hazırki işə baxan məhkəmə üçün məcburi xarakter daşımır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. 28.Məhkəmə həmçinin nəzərə almamışdır ki, Yasamal Rayon Prokurorluğunda aparılmış araşdırma cavabdeh Hospitalın həkimlərinin hərəkətlərində cinayət xarakterli əməllərin olubolmamasının müəyyən edilməsi istiqamətində olmuş, ibtidai istintaq orqanı cavabdeh Hospitalın və hospitalın həkimlərinin hərəkətlərində mülki hüquq pozuntusunun, maddi və mənəvi məsuliyyətə səbəb ola biləcək hərəkət və hərəkətsizliyin olub-olmamasını müəyyən etmək vəzifəsi daşımamışdır. Müvafiq olaraq ekspertiza qarşısında qoyulan suallar da eyni xarakterli olmuşdur.
Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
29.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X15 və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. 30.Cavabdeh Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının nümayəndəsi X21 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 31.Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən Cavabdeh2apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 32.Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh2 məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 33.Maddə 6.2.Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 34.Maddə21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 35.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 36.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 37.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 38.Maddə 1097.2.Mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir. 39.Maddə 1112.Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 41.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 42.Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
Apellyasiya baxışının hədləri
43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 44.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənintam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(004)-1713/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 46.Kollegiya ilk öncə qeyd edir ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ilə Hospital arasında iddiaçının anasına tibbi xitmətin göstərilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilyə əsasən iddiaçının anasına Hospitalda tibb xidməti göstərilmişdir. Bunun üçün iddiaçı Hospitala 6000 manat pul vəsaiti ödənilmişdir. 47.Sonradan iddiaçı anasını Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə aparmış və anası xx.xx.2018-ci il tarixdə orada vəfat etmişdir. 48.İddiaçı hesab edir ki, anasının ölümünə səbəb cavabdeh Hospitalda müayinə və müalicənin düzgün aparılmaması olmuşdur. 49.Belə ki, anası reanimasiyada olan zaman ürək çatışmazlığı və qanaxma nəticəsində hipotenziv olduğuna görə böyrək və qaraciyərdə işemik dəyişiklilər baş vermiş, qaraciyər və böyrək yetməzliyi yaranmışdır. Yəni həkim Cavabdeh2 etiraf etmişdir ki, anasının ürək damarlarında olan daralmanın aradan götürülməsi üçün stend qoyulmalıdır və təbii ki, ürək-damar əməliyyatlarında mütləq şəkildə qan durulaşdırıcı vasitələrindən istifadə olunması bir qaydadır. Həkim Cavabdeh2 bilməli idi ki, qan durulaşdırıcı vasitələrdən mədə-bağırsaqda olan xoralar, yazva, kolit, qastrit və sair xəstəlikləri olan xəstələrə münasibətdə yolverilməzdir, aspirin preparatının yaşı 70-i ötmüş xəstələrə təyin etməkdən önçə mütləq şəkildə müfaviq müayinələr aparılmalı idi, çünki qanaxma və ardınca ağır fəsadlara gətirib çıxarması təhlükəsi ola bilər. Məhz anasında bu halın baş verməsində həkim Cavabdeh2 səhlənkarlığı ondan ibarətdir ki, onda qanaxma baş verəndən sonra yox, stend qoyulmadan öncə qastroskapiya müayinəsi keçirməli, ən azından sorğu etməklə mədəsində, bağırsaqlarında yara olub-olmamasını müəyyən etməli, sonra qan durulaşdırıcı vasitələrdən istifadə edilib-edilməməsinə qərar verməli idi. Həkim isə bunun əksinə etmiş, əvvəlcə qan durulaşdırıcı vasitələrdən istifadə etmiş, qanaxma olandan sonra isə bunun səbəbini müəyyən etmək üçün qastroskapiya müayinəsi keçirmişdir. 50.Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən iddiaçının dəlillərini əsassız hesab edərək məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 51.İlk olaraq qeyd olunmalıdır ki, məhkəmə düzgün olaraq hesab etmişdir ki, İddiaçı dəymiş maddi ziyanın həkim Cavabdeh2 tələb olunmasında haqlı olmamışdır. Belə ki, X3 müvafiq tibbi xidmətin göstərilməsi ilə bağlı müqavilə onunla Hospital arasında bağlanmış və tibbi xidmətlərin göstərilməsi üçün pul vəsaiti Hospitalın hesabına ödənilmişdir. 52.Həmçinin məhkəmə araşdırmaları zamanı toplanılmış sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, İddiaçı anası 1942-ci il təvəllüdlü X6 “Durğunluq ürək çatmamazlığı. Dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması. Miokardın kəskin subendokardial infarktı. Dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı” diaqnozu ilə X18 müayinə və müalicə olunması, daha sonra xəstə yaxınları tərəfindən Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə aparılması və orada ölməsi və cavabdeh tibb müəssisəsi olan X18 təyin edilmiş müalicələrlə xəstənin ölümü arasında səbəbli əlaqənin olması istisna olunmuşdur. Bununla da, məhkəmə araşdırmaları zamanı iddiaçının hüquqlarının məhz iş üzrə cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı və həkim Cavabdeh2 tərəfindən pozulması təsdiq edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. 53.İş materiallarında olan akad.M.A.Topsubaşov adına ECM-nin həkimi Həzi Aslanovun tərtib etdiyi ******* saylı ölüm haqqında tibbi şəhadətnaməyə əsasən 1942-ci il təvəllüdlü X6 ölümünün səbəbi: İ27.8-ağciyər-ürək çatışmazlığının digərdəqiqləşdirilməmiş formaları; N17,9dəqiqləşdirilməmiş kəskin böyrək çatışmazlığı. K27.2-dəqiqləşdirilməmiş lokalizasiya peptik xora, kəskin, qanaxma və deşilmə ilə diaqnozu təyin edilmişdir. 54.Göründüyü kimi, ölüm haqqında şəhadətnamədə ölümün 3 səbəbi- 1) ağciyər-ürək çatışmazlığının digər dəqiqləşdirilməmiş formaları; 2) dəqiqləşdirilməmiş kəskin böyrək çatışmazlığı 3) dəqiqləşdirilməmiş lokalizasiya peptik xora, kəskin, qanaxma və deşilmə ilə diaqnozu təyin edilmişdir. 55.Məhkəmə kollegiyasının 29 iyun 2022-ci il tarixli qərardadı ilə məhkəmə tibbi-ekspertizası və 12 oktybar 2022-ci il tarixli qərardadı ilə təkrar məhkəmə tibbi-ekspertizası təyin edilərək ekpert rəyləri alınmışdır. 56.Ekspert qarşısında sual qoyulmuşdur ki, tibbi sənədlərə əsasən (həmçinin i/v 326-da olan ölüm haqqında tibbi şəhadətnamə nəzərə alınmaqla) mərhum 1942-ci il təvəllüdlü X6 X18 müayinə və müalicə olunması, daha sonra xəstənin yaxınları tərəfindən Akademik M.A.Topçubaşov adına Elmi- Cərrahiyə Mərkəzinə aparılması və orada ölməsi halında, tibb müəssisəsi olan X18 təyin edilmiş müayinə və aparılmış müalicələrlə xəstənin ölümü arasında səbəbli əlaqə vardırmı, əgər vardırsa, burada tibb müəssisəsinin və həkimin məsuliyyəti və səhlənkarlığı olmuşdurmu? 57.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X19” publik hüquqi şəxsi tərəfindən verilmiş 16 sentyabr 2022-ci il tarixli, №3553 saylı ekspert rəyinə əsasən X6 meyitinin məhkəmə-tibbi ekspertizası aparılmadığı üçün onun ölümünün səbəbini müəyyən etmək mümkün deyil. Bu səbəbdən də, aparılmış müayinə və müalicələrlə onun baş vermiş ölümü arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söylənilməsi mümkünsüzdür. 58.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X19” publik hüquqi şəxsi tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli, №5101 saylı təkrar ekspert rəyinə əsasən 1942-ci il təvəllüdlü X6 adına tərtib olunmuş tibbi sənədlərdə və onun ölüm faktına dair məhkəmətibbi ekspert rəylərində yazılanlara, iş materiallarında qeyd olunanlara əsaslanaraq, qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suala uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: -“X1” –na əsasən X6 düçar olduğu ağır xəstəliklərin ya özü, ya da onun hər hansı ağırlaşması üzv və toxumalarda morfoloji dəyişiklərə və klinik pozğunluqlara gətirib çıxararaq xəstənin tibbi yardım üçün X20 daha sonra M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə müraciət etməsinə, müalicə üçün stasionara daxil olmasına və nahəyət son nəticədə ölümünə gətirib çıxarmasına səbəb olmuşdur. Bu səbəblərdən hansının X11 aparılmış müayinə və müalicələrlə səbəbli əlaqəsinin olub-olmamsının təyini ilə əlaqədar meyitinin məhkəmə-tibbi müayinəsi aparılmalı idi. Lakin meyitin tanataoloji müayinəsi aparılmadığından ölümün dəqiq səbəbi və digər xüsusatlar haqqında fikir söyləmək mümkün deyildir. 59.Göründüyü kimi ekspert- tibb müəssisələri tərəfindən təyin edilmiş müayinə və aparılmış müalicələrlə xəstənin ölümü arasında səbəbli əlaqənin olması, əgər vardırsa, burada tibb müəssisəsinin və həkimin məsuliyyəti və səhlənkarlığının olması ilə bağlı meyitin tanataoloji müayinəsi aparılmadığından ölümün dəqiq səbəbi və digər xüsusatları haqqında fikir söyləyə bilməmişdir. 60.Bundan başqa məhkəmə kollegiyasının 11 aprel 2023-cü il tarixli iclasında mütəxəssis-ATUnun X9 Cərrahiyyə Kafedrasının dosenti X13 izahatında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hal-hazırda təbabət 50 il əvvəlki kimi deyil. Belə ki, təbabət protokollar əsasında aparılır. Həkim invaziv kordioloqdu o, protokoldan bir addım kənara çıxa bilməz. Protokollarda yazılıb ki, infarktla bağlı hallarda antikardinatlar verilməlidir. Məqsəd odur ki, yenidən tramboz əmələ gəlməsin, ağırlaşmalar olmasın. X10 qəbul etdiyi protokol var ki, o protokollar ildə bir, iki dəfə dəyişilir, sonra ölkələrə göndərilir. Azərbaycanda həmin protokollar tərcümə edilərək xəstəxanalara paylanılır. Məsələn infarktla bağlı olan xəstədə birinci həyati məsələ ürəyə müdaxilədir. Bunun üçün xəstəyə qan duruldan dərmanlar verilməlidir. Hazırki halda həkim tərəfindən aparılmış tibbi müayinə və müalicələr tibbi qaydalara uyğun olmuşdur. Hətta, infarkt xəstəsində mədədə qanaxma vardırsa belə, birinci həyati göstəriş ürəyə müdaxilə olduğu üçün, qan duruldan dərmanlar verilməlidir. 61.Həmçinin məhkəmə kollegiyasının 15 may 2023-cü il tarixli iclasında mütəxəssis- Akademik M.A.Topçubaşov adına X28 X30 PHŞ-in Şüa diaqnostika şöbəsinin həkimi X29 izahatında ona verilən suallara cavab olaraq bildirmişdir ki, heç bir kordioloji xəstə bəri başdan lazımsız müayinələrə salınmır. Hazırki iş üzrə müalicə taktikası düzgün seçilib, stend düzgün qoyulub, ilk növbədə qan duruldan heparin, firoksobarin dərmanlar təyin olunub ki, trombozu ləğv eləsinlər. Təcili tibbi yardım zamanı qandurulaşdırıcı yeridilir, əməliyyat zamanı da heparin yeridilir, hətta əməliyyatdan sonra da tablet formasında kardiomaqzin, aspirin verilir. Xora sonra yoxlanıla bilər. Təbabətdə yüz faizlik deyilən bir şey yoxdur. Biz ürək xəstəsini qastroskopiyaya göndərə bilmərik, ilk əvvəl yoxlayırıq ki, anemnezində xora olubmu, qanaxma olubmu, biz ehtiyac olanda yoxlayırıq, mərhumun yaşında olan şəxslərdə trombozlar əmələ gələ bilir. X10 qəbul etdiyi protokola əsasən infarktla bağlı xəstələrdə birinci həyati vacib məsələ-ürəyə müdaxilədir. Yəni, ürək elə bir orqandır ki, müdaxilə olunmasa, insan həyatını itirə bilər. Buna görə də, mədədə qanaxma olsa belə, qan duruldan dərmanlar vacib olaraq vurulmalıdır. Ölüm müxtəlif səbəblərdən ola bilər. Buna ekspert rəy verməlidir. 62.Mülki Qanunvericiliyin yuxarıdakı bəndlərdə qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır. 63.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:
1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 64.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 65.Hazırkı halda isə, iş üzrə iki dəfə eksperiza keçirilərək ekspert rəyləri, iki müxtəlif sahələr üzrə mütəxəssislərin məsləhəti alınmışdır. Ölümün baş verməsi halı müəyyən olunsa da, bunun cavabdeh Hospitalının və ya Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, ölümün baş vermə səbəbi ilə cavabdeh tərəfin hərəkəti arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir. 66.Əksinə işdə olan tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçının anasının üzərində aparılmış cərrahiyyə əməliyyatı ilə bağlı diaqnoz düzgün qoyulmuş, stasionar şəraitdə müayinə qoyulmuş diaqnoz həcmində aparılmış, aparılmış əməliyyatların müəyyən edilmiş diaqnoza uyğun olmuş, xəstəyə qoyulmuş ürəyin sağ tac arteriyasının stend-plantasiyası əməliyyatı düzgün təyin edilmiş və bu hal tibbi göstəricilərə uyğun olmuşdur.Xəstəyə qan duruldan dərmanların verilməsi həyati göstəriş olaraq tibbi qaydalara uyğun olmuşdur. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. 67.Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. 68.“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükütəkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. 69.Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. 70.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(004)-1713/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 71.Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qətnamə qanuni və əsaslı hesab edilməlidir. 72.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının pozulması halları aşkar edilməmişdir. 73.Kollegiya qeyd edir ki, kassasiya instansiya məhkəməsinin qeyd etdiyi məhkəmənin ölüm haqqında şəhadətnaməyə qiymət verməməsi prosessual pozuntu olsa da, bu hal düzgün qəbul edilmiş qətnamənin ləğvinə səbəb ola bilməz (bənd 42). 74.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 75.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 76.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 77.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(004)-1713/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Emin Mehdiyev
Fərrux Qasımov