Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-241/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2nə və Bakı şəhəri 19 saylı notariat ofisinə qarşı icra qeydinin ləğvi, müqavilənin etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: icra qeydinin ləğvi, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Bakı şəhəri 19 saylı notariat ofisinə qarşı icra qeydinin ləğvi, müqavilənin etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, e-2(006)- 88/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 12 fevral 2023-cü il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən 8İ-782 reyestr nömrəsi ilə qeyd edilmiş "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Cavabdeh2-nun xeyrinə 70 210 07 71 nömrəli abunə müqaviləsinə əsasən vaxtında ödənilməmiş 39395,87 manatın borclu İddiaçı tutulmasında dair icra qeydi verilmişdir.
2. Cavabdeh2 MMC ilə abunəçi İddiaçı arasında 19 aprel 2007-ci il tarixdə bağlanmış “mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda” 175980 saylı müqavilədən görünür ki, həmin müqavilə Azerfonun abunəçiyə nömrə, açıq rabitə xətti ayırması və rabitə xidmətləri ilə təmin etməsi, abunəçinin isə xidmətlərə görə bu müqavilə, qaydalar və tarif planına əsasən ödənişin həyata keçirməsi haqqında bağlanmışdır.
3. Cavabdeh2 MMC ilə abunəçi İddiaçı arasında 19 aprel 2007-ci il tarixdə bağlanmış müqaviləyə əlavə A N175980 xidmətin göstərilməsindən görünür ki, abunəçiyə 70 210 07 71 saylı nömrə təqdim edilmişdir.
4. Cavabdeh2 MMC ilə abunəçi İddiaçı arasında 10 aprel 2018-ci il tarixdə imzalanmış abunəçi məlumatlarının dəyişdirilməsi və tarif dəyişikliyi barədə əməliyyat sənədlərindən görünür ki, həmin əməliyyat sənədlləri 70 210 07 71 GSM nömrəsinə aid edilməklə B2B Pro 7 xidmətinin göstərilməsi haqqında imzalanmışdır.
5. Məhkəmənin sorğusu əsasında Cavabdeh2 MMC tərəfindən təqdim edilmiş məlumata əsasən 70 210 07 71 kombinasiyalı mobil nömrədə yaranmış borc həmin nömrədə aktiv olan “Business+” tarifinə əsasən hesablanmışdır. Həmin tarifə əsasən aylıq abunə haqqı 1.5 manat, ölkədaxili səs, video zənglər (hər dəqiqə üçün) 0.05 manat, ölkədaxili sms üçün (hər ədəd üçün) 0.04 manat, beynəlxalq sms (hər ədəd üçün)-0.06 manat, internet (hər 1MB üçün)-0.1 manat təşkil edir.
6. Cavabdeh2 MMC tərəfindən İddiaçı ünvanlanmış 23 noyabr 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə yaranmış 39395,86 manat borcun hazırki pretenziya məktubunu aldıqdan sonra 10 iş günü müddətində "xxxx"a ödənilməsi xahiş edilmiş, əks təqdirdə həmin məbləğin, müvafiq faizlərin və məhkəmə xərclərinin tutulması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
7. Cavabdeh2 MMC tərəfindən təqdim edilmiş 70 210 07 71 kombinasiyali mobil nömrə üzrə hesablanmiş borca dair məlumatda 39383,84 manat borcun 2017-ci ilin oktyabr ayından 2022-ci ilin avrqust ayına qədər olması müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “Azerfon“ Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 19 aprel 2007-ci il tarixli, 175980 saylı ‘'Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqqında“ müqavilənin etibarsız hesab edilməsi, "xxxx" MMC tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 39395 manat borcun silinməsi, 19 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 8İ-782 reyestr nömrəli xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi, dövlət rüsumu üçün ödənilmiş 210 manat məbləğində pulun cavabdeh “Azerfon“ MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbi dəqqiləşdirilmişdir)
9. İddia onunla əsaslandırılmışdır ki, ona təqdim edilən 10 fevral 2023-cü il tarixli icra qeydinə əsasən onun Cavabdeh2nə 39395 manat borcu olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçı barəsində hesablanmış borc əsassız və qanunsuz olduğundan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin halları ilə bağlı qeyd etmək istəmişdir ki, iddiaçı tərəfindən borcun hesablanmasına əsas olmuş telefon nömrəsi ümumiyyətlə iddiaçı tərəfindən istifadə olunmamışdır. Ümumiyyətlə qeyd olunan telefon nömrəsinə dair iddiaçı ilə hər hansı müqavilə imzalanmamışdır. Tərəfindən vəkil sorğusu ilə müraciət edilmiş, müqaviləni əldə etdikdən sonra imza ilə bağlı məsələ tərəfindən məhkəmədə mübahisələndiriləcək, ekspertizanın keçirilməsi zəruriyyəti yaranacaqdır. Eyni zamanda borcun hesablanması mexanizmi isə qeyri-müəyyəndir. Belə ki, əgər borc məbləği hesablanmaqda idisə, bununla bağlı iddiaçıya bu zamana qədər hər hansı bildiriş və ya borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunmalı idi. Həmçinin, nə üçün borc, məsələn daha yüksək və ya digər başqa məbləğə çatdıqda deyil, 39395 manat məbləğə çatdıqda icra ilə bağlı məlumat verilmişdir. Eyni zamanda iddia ərizəsində də qeyd olunduğu kimi, cavabdeh və iddiaçı arasında telefon nömrəsinə dair hər hansı müqavilənin bağlanılıb-bağlanılmamasına dair tərəfiindən “Azerfon“ MMC-ə sorğu ilə müraciət edilmişdir. Həmin müraciət 07 mart 2023-cü il tarixli məktub ilə cavablandırılmışdır. 19 aprel 2007-ci il tarixli müqavilə və müqaviləyə əlavə təqdim edilmişdir. Məhkəmədə iddia qaldırılan zaman müqavilə əldə olunmadığı üçün tərəflər arasında müqavilənin olubolmaması barədə məlumatı olmamış və iddia tələbi sadəcə olaraq borcun silinməsi barədə olmuşdur. Hazırda isə müqavilə tərəfindən əldə edildiyi üçün bildirmişdir ki, həmin müqavilə etibarsız hesab olunmalıdır. Belə ki, müqavilə iddiaçı tərəfindən imzalanmadığından onun iradə ifadəsini əks etdirmir. Müqavilənin tərəflərin imzasının qeyd olunduğu hissəyə nəzər yetirdikdə abunəçi hissədə qeyd olunan imza İddiaçı məxsus deyildir. İddiaçıya məxsus olan şəxsiyyət vəsiqəsində olan imzadan da bu halı müəyyən etmək mümkündür. Göstərilənlərdən əlavə bildirmişdir ki, müqaviləyə əlavəyə nəzər yetirdikdikdə “Service list” (Xidmət siyahısı) adlanan bölmədə qeyd edilən bütün məlumatlar qarşısında heç bir qiymət göstərilməmişdir. Halbuki, tərəfindən vəkil sorğusu ilə müraciət edilmiş və abonentin, yəni iddiaçının şəxsi hesab vərəqəsindən çıxarışların təsdiq edilmiş surətinin təqdim edilməsi xahiş olunmuşdur. Buradan da tələb olunan əsassız borc məbləğinin hesablanması mexanizminin qeyri-müəyyən olması davam etməkdədir.
10. Məhkəmə Ekspertiza Mərkəzinin 18 may 2023-cü il tarixli rəyinə əsasən ekspertizaya təqdim olunmuş, mülki işin 52-53-cü vərəqlərində Cavabdeh2 LLC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli “Müqaviləyə Əlavə AN 175980 saylı xidmətin göstərilməsinə" dair sənədin 2-ci vərəqində “Abunəçi" qrafasındakı imza və 54-55-ci vərəqlərində Cavabdeh2 LLC ilə İddiaçı arasında bağlanmış 19 aprel 2007-ci il tarixli 175980 saylı “Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda müqavilənin" 1ci vərəqində "ABUNƏÇİ" qrafasındakı imza və həmin müqavilənin 2-ci vərəqində “ABUNƏÇİ” qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin rəyə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 85-86-cı səhifələrində olan "Azərfon” MMC ilə abunəçi İddiaçı arasında olan 10 aprel 2018-ci il tarixli abunəçi məlumatlarının dəyişdirilməsi və tarif dəyişikliyi barədə əməliyyat sənədlərdə “Abunəçi” qrafalarındakı imzaların - İddiaçı tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır.
11. Məhkəmənin 07 noyabr 2023-cü il tarixli iclasında iştirak etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Əlyazmalar və səslərin ekspertizaları” şöbəsinin aparıcı eksperti, İ dərəcəli ədliyyə qulluqçusu X5 izahatında bildirmişdir ki, təqdim olunan imza elementlərində və tərkibində hər hansı qiymətli əlamətə yəni həm uyğunlaşdırıcı həm də fəqrləndirici əlamətlərin olması, müqayisəedici təqdiqat zamanı imkan vermir ki, qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək mümkün olsun. Birbaşa çəkilən imzada nümunələr arasında müqayisədə imzalar uyğun gəlməmişdir. Yeni nümunələr təqdim olunduqda və digər ekspertə həvalə olunduqda qəti (müsbət və ya mənfi) bir rəyə gəlməsi mümkün olacaqdır.
12. Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2024-cü il tarixli rəyinə əsasən məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspertizaya təqdim edilmiş, e-2(006)-1575/2023 saylı mülki 85-ci vərəqində olan 10 aprel 2018-ci il tarixli Abunəçi məlumatlarının dəyişdirilməsi barədə “Əməliyyat sənədi”nin aşağı hissəsində “Abunəçi:" qrafasında “İddiaçı" yazılarının qarşısındakı imza; mülki, işin 86-cı vərəqində olan olan 10 aprel 2018ci il tarixli Tarif dəyişikliyi barədə əməliyyat sənədinin aşağı hissəsində “Abunəçi:" qrafasında "İddiaçı” yazılarının qarşısındakı imza eyni şəxs – İddiaçı tərəfindən icra olunmuşdur. Sənədlərin materiallarının tədqiqi üzrə rəyin tədqiqi hissəsinin 1-ci bəndində göstərilən səbəbə görə qərarda göstərilən Əməliyyat sənədlərində (mülki işin 85-86-cı səhifələri) olan sənədlərin imzalanma tarixini müəyyən etmək mümkündürmü, mümkündürsə hansı tarixdə imzalanmışdır və həmin sənədlərin tərtib edilmə tarixini müəyyən etmək mümkündürmü sualları üzrə tədqiqat aparılmamışdır. Sənədlərin məhkəmə texniki ekspertizası üzrə təqdiqata təqdim edilmiş 10 aprel 2018-ci il tarixli 0******* nömrəli əməliyyat sənədlərinin üzərlərində olan imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsi ilə icra edilmişlər. Təqdim edilmiş 10 aprel 2018-ci il tarixli 0******* nömrəli əməliyyat sənədlərin blankları elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxaran və s.) ilə çap edilmişdirlər.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, e-2(006)- 88/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Bakı şəhəri 19 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş 12 fevral 2023-cü il tarixli 8İ782 reyestr nömrəli icra qeydinin ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
14. Qətnamənin əsaslarına görə, normativ hüquqi aktların tələblərinə uyğun icra qeydi aparılmamışdan öncə icra qeydinin aparılacağı barədə 20 gün əvvəl borcluya məlumatın göndərilməsinin təsdiqini cavabdeh və notariat ofisi təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən notariat ofisi tərəfindən icra qeydinin qanuna uyğun qaydada verilməsinin sübutu olmadığından həmin icra qeydi ləğv edilməlidir. Əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun. İddiaçı tərəfin müqavilənin etibarsızlığı iddiasını təşkil edən dəlillərin əsasında qeyd olunan telefon nömrəsinə dair iddiaçının hər hansı müqavilənin imzalamaması durmuşdur. Bu məsələyə aydınlıq gətirilməsi üçün işin məhkəmədə baxılması zamanı məhkəmə tərəfindən üç dəfə ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən xx.xx.2007- ci il tarixli 175980 saylı “Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda müqavilənin" 1-ci vərəqində "abunəçi" qrafasındakı imza və həmin müqavilənin 2-ci vərəqində “abunəçi” qrafasındakı imza - İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması müəyyən edilsə də, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən xx.xx.2018-ci il tarixli Abunəçi məlumatlarının dəyişdirilməsi barədə “Əməliyyat sənədi”nin aşağı hissəsində “Abunəçi:" qrafasında “İddiaçı" yazılarının qarşısındakı imza; xx.xx.2018-ci il tarixli Tarif dəyişikliyi barədə əməliyyat sənədinin aşağı hissəsində “Abunəçi:" qrafasında "İddiaçı” yazılarının qarşısındakı imza eyni şəxs –İddiaçı tərəfindən icra olunması qeyd edilmişdir. Məhkəmə, xx.xx.2018-ci il tarixli Abunəçi məlumatlarının dəyişdirilməsi barədə “Əməliyyat sənədi”ndə olan imzanın iddiaçıya məxsusluğu müəyyən edilidyindən ondan əvvələ aid xx.xx.2007-ci il tarixli 175980 saylı “Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda müqavilə” də olan imzanın da iddiaçıya məxsusluğu qənaətinə gəlir. Belə ki, sonra bağlanılan müqavilə əvvəl bağlanılan müqavilə ilə sıx əlaqəli olmaqla, həmin müqaviləyə aparılan tarif dəyişikliyi/əlavəsi haqqındadır. Bu səbəblə onların hər ikisinin İddiaçı aid olması halı məntiqli və ağlabatandır. Beləliklə də, müqavilənin etibarsızlığı əsası sübut olunmadığından qeyd edilən hissədə iddia əsaslı olmadığından, təmin edilməməlidir. Silinməsi tələb edilən borc tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli “mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda” 175980 saylı müqavilədən irəli gəlmişdir. Məhkəmə tərəfindən həmin müqavilənin etibarsızlığı sübuta yetirilmədiyindən, məhkəmə hesab edir ki, borcun silinməsi üçün əsaslar mövcud olmamaqla qeyd edilən hissədə də iddia təmin edilməməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 76, 79-cu, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331, 337, 385, 405, 442, 527-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qismən – iddianın rədd olunduğu hissədə ləğv edilib, iddianın tam təmin olunmasını xahiş etmişdir.
17. Şikayətin dəlillərinə görə, mübahisələndirilən 39000 manat borcun yaranmasına əsas olacaq tərəflər arasında razılaşma mövcud deyil. Tərəflər arasında yalnız imzası saxtalaşdırılmış abunə müqaviləsi “bağlanmış”, həmin müqavilədə isə tərəfi ağır maddi vəziyyətə salacaq borcun hesablanma mexanizmləri, tariflər göstərilməmişdir. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər üçün vəzifələr yaratmır. İnternet tarifinin hansı qaydada hesablanması barədə tərəflər arasında hər hansı razılaşma mövcud olmadığı halda cavabdeh hansı əsasla iddiaçıya 39000 manat məbləğində internet hesablayıb, məhkəmə isə bu halı düzgün qiymətləndirib. O zaman cədvəldə qeyd olunan ölkədaxili sözünün əvəzinə kainatdaxili sözünü əlavə edək ki, kainat daxilində 39000 manat internetin sərfiyyatı real ola bilər. İlk növbədə istinad edilən normalar, tərəflər arasında əqd, müqavilə münasibətlərini tənzimləyir. MM-in 324.6-cı maddəsində birbaşa olaraq qeyd edilir ki, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Sorğu əsasında cavabdeh tərəfindən təqdim edilən ilk müqavilə işin hallarından və məhkəmə qətnaməsindən, o cümlədən ekspertiza rəyindən göründüyü kimi, imzanın iddiaçıya məxsus olmaması faktı bəllidir. Müqavilənin anlayışına isə nəzər saldıqda, “razılaşdırılmış iradə ifadəsi” anlayışı əsas götürülməkdədir. İmza İddiaçı aid olmadığından burada razılaşdırılmış iradə ifadəsindən isə söhbət getmədiyi aşkardır. Məhkəmə qətnaməsinin 9-cu səhifəsinin 8-ci absazında qeyd edilir: “Məhkəmə, 10 aprel 2018-ci il tarixli abunəçi məlumatlarının dəyişdirilməsi barədə “Əməliyyat sənədi”ndə olan imzanın iddiaçıya məxsusluğumüəyyən edilidyindən ondan əvvələ aid 19 aprel 2007-ci il tarixli 175980 saylı “Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda müqavilə” də olan imzanın da iddiaçıya məxsusluğu qənaətinə gəlir. Belə ki, sonra bağlanılan müqavilə əvvəl bağlanılan müqavilə ilə sıx əlaqəli olmaqla, həminmüqaviləyə aparılan tarif dəyişikliyi/əlavəsi haqqındadır. Bu səbəblə onların hər ikisinin İddiaçı aid olması halı məntiqlivə ağlabatandır...” Müqavilənin anlayışı və onun etibarlı sayılmasıüçün hüquqi əsaslar MM-də aşkar şəkildə qeyd edilmişdir. Qətnamədə məhkəmənin gəldiyi qənaət göstərilsə də, o qənaətə gəlmək üçünmövcud olan hal vəəsaslar göstərilməmişdir. Müqavilənin razılaşdırılmış iradə ifadəsi olduğu bəllidir, birinci halda imza iddiaçıya məxsus olmadığından bu iradə də mövcud deyil. MM-in 324.6-cı maddəsinin təfsiri isə bizə müqavilənin mövcud olmadığı qənaətinə də gəlməyə imkan verir. Həmçinin, MM-in 404.1-ci maddəsi də qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənasıilə müqayisəsini nəzərə alır. Əgər hesab etsək ki, tərəflər arasında mövcud müqavilə var, o belə MM-in bir sıra maddələrinə əsaslanaraq etibarsız hesab olunmalıdır. Belə ki, MM-in 339.1-ci maddəsində qeyd edilir:“,..habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Ağır şərtli əqd tərəflərin hüquq və vəzifələri arasında qeyri mütənasibliyi ifadə edir. Belə ki, müqaviləyə, o cümlədən mütənasibliyi ifadə edir. Belə ki, müqaviləyə, o cümlədən əməliyyat sənədinə baxıdıqa tariflərlə bağlı razılaşma görmək mümkün deyildir. Belə olduğu təqdirdə o nəticəyə gəlirik ki, burada məhzcavabdehin mülahizəsinə uyğun olaraq uyğun hesab etdiyi tariflər əsasında məbləğ hesablanacaqdır. Bu məsələ isə ağır şərtliəqdin təsir dairəsinə düşür. Belə ki, belə bir hüququnun cavabdehə verilməsi, iddiaçının isə hesablanacaq məbləğlər, limitlər barədə məlumatlı olmaması olduqca ağır şərtlə bağlanılmış əqdi ifadə edir ki, bu əqd etibarsız hesab olunmalıdır. MM-in 6.1.1-ci maddəsi mülki qanunvericiliyin təməl prinsiplərindən olan tərəflərin hüquq bərabərliyi prinsipidir. Belə bir hüququn mövcudluğu halında, həm həmin prinsip pozulmuş olar, həm də tərəflərin hüquq və vəzifələri arasında qeyrimütənasiblik yaranar, həm də iddiaçı hədsizəlverişsiz vəziyyətə düşər. Hətta imzası iddiaçıya məxsus olmayan müqavilənin ağır şərtli əqd olmasını göstərən digər nüans müqavilənin 4.2.2-ci maddəsidir. Burada cavabdehə tarifləri birtərətfli qaydada dəyişmək imkanı da tanınır. Amma bunu hansı həddə edə biləcəyi müəyyən olunmur. Yəni müqavilənin digərtərəfin vəziyyəti yenə qeyri-mütənasib qalmaqla əlverişsiz vəziyyətdədir. Bu hal isə MM-in 420.2-ci maddəsi nöqteyi nəzərindən də qanunsuzdur. Cavabdehə birtərəfli imkanın tanınması, iddiaçıya 39000 manat internet borcu hesablamasına əsas olan tarifi özünün müəyyənləşdirməsi MM 420-ci maddəsi ilə uzlaşmır, mülki hüquqdan sui-istifadədir. Bu hal müqavilənin standart şərtlərinin qeyri-müəyyənliyi kimi şərh olunmalı və cavabdehin ziyanına şərh edilməlidir. Belə ki, 420.2-ci maddəyə əsasən müqaviləninstandart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə,etibarsızdır. Əgər mövcud bir müqavilə varsa, bu müqaviləni digər bir istiqamətdən də etibarsız hesab edə bilərik. Belə ki, müqavilə oferta və aksept vasitəsilə bağlanır ki, ofertada (təklifdə) müqavilənin mühüm şərtləri əks olunmalıdır. Həmçinin, mühüm şərtlər barədə tələb olunan formada razılığa gəlindikdə, müavilə bağlanmış sayılır. (MM 405.1) Mühüm şərt dedikdə isə, müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlərmühümsayılır. Müqavilənin qiyməti müqavilənin mühüm şərti olmaqla, barəsində razılaşma tələb olunan şərtidir. Qiymət müəyyənləşdirilmədən hər hansı alqı-satqı müqaviləsinin bağlanmasını necə ağlabatan hesab etmək mümkün deyildirsə, bu məhkəmə işində də tariflərin müəyyən olunmadan iddiaçı ilə müqavilə bağlanması qanunvericiliyə zidd hesab olunmalıdır. Dolayısı ilə, cavabdehə birtərəfli imkanlar tanınmış (tarifləri razılaşma olmadan müstəqil, iddiaçının məlumatlı olmadığı hesablama sistemi ilə hesablamaq) və bu imkanlar isə onun mülahizəsindən asılı olmuşdur. Bundan əlavə iş materiallarında olan 13 mart 2024-cü il tarixli cavabdehin məktubunda “Business+” tarifi barədəişin həllində əhəmiyyətli sayılmayan məlumat təqdim olunur. Qeyd edilir ki, borc məbləği həmin qiymətlər əsasında hesablanır. Borc məbləğinin bu qiymətlər əsasında hesablanmalı olmasına dair tərəflər arasında razılaşma mövcud deyil. Nə müqavilə, nə əməliyyat sənədində tariflər müəyyən edilmir. Deməli, qiymətləri cavabdeh birtərəfli imkanla özü tərəfindən müəyyən edilir. Bu hal iki istiqamətdə də qanunvericiliyəziddir. A) Birinci istiqamətdə, hətta iddiaçı bu şərtlə müqavilə bağlamağa razılıq versəydi belə, yuxarıda qeyd edildiyi kimi ağır şərtli əqddir. Çünki hüquqlar arasında qeyri mütənasiblik var və müqavilə tərəfi kimi iddiaçının müqavilə üzrə gələcək taleyi qeyri-müəyyəndir, müqavilədə də cavabdehin tarifləri birətəfli dəyişmək hüququ var . B) İkinci halda isə iddiaçının bu şərtlə razılaşdığına dair heç bir sübut mövcud da deyil. Çünki, absurd olardı ki, hər hansı bir şəxs onun barəsində borcun necə hesablanacağı, hansı tariflər əsasında müəyyən ediləcəyini bilmədən müqavilə bağlamağa razılıq versin. Əlavə olaraq bildirmək istərdik ki, iddia tələbinin predmeti olan 39395 manat məbləğin hesablanması barədə hər hansı sənəd hər hansı qanun norması deyildir ki, iddiaçıya Azərbaycan Respublikasının Konstitusiyasının “Qanunu bilməmək məsuliyyətdən azad etmir” müddəası tədbiq edilsin. Dolayısı ilə iddiaçının bu məbləği bilməməsi onu məsuliyyətdən azad etməsinin səbəblərindən də biri hesab olunmalıdır. Bu məbləğ məhz müqavilə münasibəti predmetidir ki, bununla bağlı razılaşma mövcud olmalı idi. Əks halda iddiaçı barəsində bu qədər məbləğin hesablanacağını bilə bilməzdi. Həmin qərarda qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yənimüqa‐ vilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. İş materiallarında iddiaçının iddiasının əsaslı olmasına dair kifayət qədər sübutlar olduğu halda məhkəmə bu sübutları düzgün qiymətləndirməyib. qiymətləndirməyib. Məhkəmə özü işi hərtərəfli araşdırmış,cavabdehə işin halları ilə bağlı möhtəşəm və hərtərəfli suallar vermiş, lakin hazırkı qətnaməni qəbul etməsi onun proses zamanı olan hərəkətləri ilə tərs mütənasibdir. X9 sözün əsl mənasında “sürpriz” bir qərarla onu və təmsil etdiyi şəxsi təəccübləndirmişdir. Belə ki, məhkəmə iclasında dəfələrlə cavabdehin vəkili ilə müzakirələr baş tutmuş, iddia tələbinin əsasını təşkil edən borc məbləği ilə bağlı kifayət qədər cavablanmamış və ziddiyyətli cavabları olan suallar mövcud olmuşdur. Həmin hallar ziddiyyətli olaraq qalmış, lakin nədənsə bütün bu proseslər barəsində məhkəmə qətnaməsində heç bir halı qeyd etməmişdir. Əlbəttə ki, hakim qətnaməsində o halları qeyd etsəydi iddia ərizəsini tam təmin etməli idi. Lakin məhkəmə qətnaməsini “bəzəmək” üçün bu halları qətnaməsində qeyd etməkdən çəkinmişdir. Cavabdeh tərəfindən məhkəməyə “borcun mövcud olması” barədə iki “sübut” təqdim edilib və maraqlısı odur ki, həmin sübutlar bir-birini təkzib edir. Məhkəmənin “faktlara” əsaslanmalı olması ali qanunvericilik aktında o cümlədən MPM-də əksini tapmışdır. Sual olunur: “Ziddiyyətli materiallar necə sübut qismində qəbul olunaraq, onlara fakt kimi qiymət verilmişdir?” Belə ki, cavabdeh 14 dekabr 2023 tarixli məktubla təqdim etdiyi cədvəldə 2018-ci ilin oktyabr ayında iddiaçının internetdən istifadə etmədiyini qeyd etmiş, internet yazılan xanada 0 rəqəmi qeyd edilmişdir. Lakin yeni təqdim etdiyi cədvəldə qeyd olunan internet sərfiyyatını nəzərəalsaq və həmin sərfiyyatı 0.10 qəpiklə hesablasaq iddiaçının 2018-ci ilin oktyabr ayında 300 manatdan çox internetdən istifadəetdiyi“müəyyən olunur”. Cavabdeh 14 dekabr 2023 tarixli məktubla təqdimetdiyi cədvəldə 2020-ci ilin aprel ayında iddiaçı tərəfindən 2372 manat məbləğində internetdən “istifadə etdiyini”, lakin excell formatında təqdim etdiyi cədvəldə isə 2020 aprel ayında internet sərfiyyatının 0 olduğunu göstərir. Ziddiyyətli olması, o cümlədən iddiaçıya aiddiyyəti müəyyən olunmayan bu materiallar əsasında məhkəmə qənaətə gəlmişdir ki, iddia tələbi borcun silinməsi hissəsində rədd edilməlidir. Lakin MPM-də 80-ci maddəsi yalnız işdətərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar sübutların qəbul edilməli və nəzərə alınmalı olmasını göstərir., qeyd edilən müvafiq konstitusion normalara və mülki prosessual normalara əməledilməmişdir. Cavabdeh tərəfindən borcun hesablanması barədə “sübutların” aidiyyatı ilə bağlı tərəfimizdən məhkəməyə ayrıca ərizə təqdim edilmiş və kifayət qədər əsaslandırılmışdır. Lakin məhkəmə özünü həmin ərizənin mövcudluğundan xəbərdar olmadan aparmışdır. Bu barədə məhkəmə iclasında cavabdehin vəkilinə suallar verilmiş, ziddiyyətlərə aydınlıq gətirilməsi xahiş edilmişdir. Lakin cavabdehin vəkili “bu barədə məlumatım yoxdur” tipli cavablar verərək ziddiyyətlərə aydınlıq gətirməmişdir. Görünür X9 “bu barədə məlumatım yoxdur” cavabı ilə kifayətlənmiş, bu cavabı mötəbər sübut hesab etmişdir. Bundan əlavə, təqdim edilən sənədlərdəki borcun iddiaçıya məxsus olması faktı hələ də qeyri müəyyən-qalır. Hər iki cədvəldəki məlumatlar insan faktoru tərəfindən yığılıb, hətta cavabdehin vəkili həmin cədvəldəki məlumatların “copy past” edildiyini bildirmişdir. İndi bir sual doğur: Cədvəllərin tərtib edilməsi müddətləri fərqlidir, aralarında uzun müddət mövcud olmuş, cavabdeh iki fərqli şəxsin məlumatlarını məhkəməyə təqdim etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh həmin borcun iddiaçıya aid olmasını nə təqdim elədiyi “müqavilə” lərlə, nə əməliyyat sənədi ilə, nə də excel formatında olan sənədlərə sübuta yetirə bilmir. Belə ki, iddia olunan borcun yaranma əsasını sübutetmə yükü hazırda cavabdehin üzərindədir. Halbuki, cavabdeh təqdim elədiyi, insan işinin nəticəsi olan məktub və excel sənədləri ilə həmin faktı təsdiq edə bilmir. Məhkəmə isə qeyd olunan normanın tələbini pozaraq, sübuta yetirilməyən hal üzrə qətnamə qəbul etmişdir. Cavabdeh təqdim elədiyi insan işi olan sənədin billinq sistemi üzərindən əldə etdiyini bildirir. Lakin bu sistemin işləmə mexanizmi, o cümlədən həqiqətən də təqdim olunan elektron faylın bu sistem üzərindən əldə edildiyinə dair hər hansı dəlil mövcud deyildir. Bu məlumatlar həm uydurma olaraq tərtib edilə, həm də başqa şəxsə aid məlumatlar olması da mümkündür. Bütün bu sualları cavablandırmaq və təkzib etmək üçün cavabdeh iddia etdiyi kimi bilinq sistemindən rəsmi şəkildə iddiaçıya aid olduğu müəyyən olunan material təqdim etməli idi. Cavabdeh billinq sistemi üzərindən çıxarış versəidi belə (halbuki hazırki situasiyada adi excel faylı təqdim edib), həmin əməliyyatların İddiaçı aid olduğunu, yəni onu identifikasiya etdiyini müəyyən etmək mümkün deyildisə, bu sənəd mötəbər dəlil və sübut hesab oluna bilməzdi. Göstərilən normaların tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslandırıcı hissəsində işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir. İş materialarındakı cədvəllərdəki məlumatların Bəxtiyara aid olduğu müəyyən edilmir. Cavabdehin özü tərəfindən tərtib edilmiş cədvəldə Bəxtiyarın adının qeyd olunması o məlumatların ona aid olduğunu göstərmir. Bu sadə qaydanı məhkəmə bilməli idi. Məhkəmə qətnaməsində qeyd olunan borc məbləğinin həqiqətən iddiaçıya məxsus olması faktı heç bir halda sübuta yetirilməmişdir. Belə ki, qətnamə qəbul etmək üçün əsaslandığı sənədlərdə (müqavilə və əməliyyat sənədləri) heç bir tarif müəyyən edilməməkdədir. Məhkəmə “daxili inamı əsasında” hər iki sənədin iddiaçı tərəfindən imzalanmasını qəbul etsə də, iddiaçının hər hansı məbləğdən xəbərdar olmadan müqaviləyə razılıq verə bilməməsi faktını daxili inamı əsasında qiymətləndirmir. Beləliklə, nə müqavilədəki imzanın iddiaçıya aid olması, nə cavabdeh tərəfindən təqdim edilən materiallarda məbləğ və əməliyyatların iddiaçıya aid olması, nə də həmin materiallın cavabdehin iddia etdiyi bilinq sistemindən iddiaçıya aid çıxarış olması sübut edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
21. Cavabdehin nümayəndəsi Vəkil3 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirmişdir.
22. İşə apellyasiya instansiyası mərhələsində baxılarkən ekspertiza təyin olunmuş və Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2025-ci il tarixli 3-16-16/1-9/1604-5/158/2025 nömrəli rəyinə əsasən suallar aşağıdakı qaydada cavablandırılmışdır: - "xxxx" MMC-yə məxsus olan daxili sistemdə (kompüter bazasında) İddiaçı dair məlumatlarda borc məbləği varmı? Cavab: Qeyd edilən məsələnin araşdırılması məqsədilə "xxxx" MMC-yə məxsus “BSS” adlı sistemə (kompüter bazasına) yerində baxış keçirilmişdir. İddiaçı məlumatları sistem üzərindən sorğulandıqda, həqiqətən borc məbləğinin mövcud olduğu müşahidə edilmişdir. - Əgər borc məbləğinin mövcudluğu kompüter bazasında əksini tapsa, həmin borcun yaranma əsasları nədir, hansı tarixlərdə yaranmışdır və məbləği nə qədər təşkil edir? Cavab: "xxxx" MMC-yə məxsus olan “BSS” sisteminə nəzər keçirdiyimiz zaman məlum olmuşdur ki, borc “GPRSNoRoamFee”, yəni ölkə daxilində istifadə olunan İnternet xidmətin istifadəsi ilə əlaqəlidir. Maliyyə məsələləri üzrə ixtisaslanmış mütəxəssis olmadığıma görə borcun hansı tarixdə yaranmasına dair məlumat verə bilmərəm, lakin onu deyə bilərəm ki, borc bir dəfə yaranandan sonra hər ay artmağa davam edib.xx.xx.2025-ci il tarixinə olan məlumatlara əsasən borc məbləği 39,395.87 AZN təşkil edir. - Məlumatların əks olunduğu sistemdə "xxxx" MMC tərəfindən məlumatlara dəyişiklik və ya sistemə müdaxilə olması mümkündürmü? Cavab: "xxxx" MMC-yə məxsus olan “BSS” sistemində məlumatlara dəyişiklik etmək yalnız səlahiyyətli şəxslər tərəfindən mümkündür. Səlahiyyətli şəxslər dedikdə, sistemin təchizatçısı nəzərdə tutulur. Dəyişikliklər hər mərhələdə cavabdəh əməkdaşlar tərəfindən təsdiqlənir. "xxxx" MMC-nin əməkdaşları tərəfindən təqdim olunan məlumatlara əsasən təchizatçı tərəfindən bu cür dəyişikliklərin edilməsi yalnız “fövqəladə” hallarda nəzərdə tutulub. - Məlumatların əks olunduğu sistem olan məlumatlar saxlanma müddəti nə qədərdir? Cavab: "xxxx" MMC-yə məxsus olan “BSS” sistemində saxlanma müddəti 60 ay təşkil edir. Lakin, zərurət yarandığı halda, daha "köhnə" məlumatlar təchizatçının dəstəyi ilə əldə oluna bilər. - Sistemdə İddiaçı adına hesablanmış borca dair məlumatlar hansı tarixlərdə daxil edilmişdir? Cavab: Maliyyə məsələləri üzrə ixtisaslanmış mütəxəssis olmadığıma görə hesablanmış borca dair məlumatların hansı tarixlərdə daxil edildiyinə dair məlumat verə bilmərəm. - İş materiallarından olan 14 dekabr 2023-cü il tarixli məktubla, həmçinin Excel cədvəlində təqdim olunan məlumatlar İddiaçı aiddirmi? Əgər hər 2 sənədlə təqdim olunmuş məlumatlar İddiaçı aiddirsə həmin cədvəllər arasında mövcud olan ziddiyyətlərin yaranma səbəbi nədir və borc hesablanarkən hansı məlumatlar əsas götürülmüşdür? Cavab: Maliyyə məsələləri üzrə ixtisaslanmış mütəxəssis olmadığıma görə və eyni zamanda Excel cədvəllərinə əks olunan məlumatlardan xəbərsiz olduğuma görə bu sualın cavablandırılması mən tərəfdən mümkün deyil. Cədvəllər arasında mövcud olan ziddiyyətlərin yaranma səbəbi və borcun hesablanmasında hansı məlumatların əsas götürüldüyü barədə məlumatı yalnız müvafiq ixtisaslaşmış şəxslər və Excel cədvəlində əks olunan məlumatlarla tanış olan şəxslər təmin edə bilər.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti ilə qətnamənin qismən – iddianın təmin olunmayan hissələrində ləğv edilərək təmin olunması tələb edildiyindən, məhkəmə aktı həmin hissələrdə şikayətin dəlilləri üzrə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. İddianın təmin olunmayan və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılan hissələri aşağıdakılardır: - tərəflər bağlanmış 19 aprel 2007-ci il tarixli, 175980 saylı ‘'Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqqında“ müqavilənin etibarsız hesab edilməsi; - Cavabdeh2 MMC tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 39395 manat borcun silinməsi,
27. Məhkəmə kollegiyası müqavilənin etibarsız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, düzgün əsaslandırma aparıldığından əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri bu hissədə qətnamənin ləğvi və ya dəyişdirlməsi üçün əsas deyildir.
28. İddianın borcun silinməsi ilə bağlı hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, borcun hansı əsaslarla yaranması, tərəflərin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərin icra olunub – olunmaması məsələləri araşdırılmalıdır.
29. İlkin olaraq tərəflər arasında bağlanmış müqavilənin aşağıdakı şərtlərinə diqqət yetirilməlidir: 3.1. Tərəflər bununla razılaşır ki, Azerfon Abunəçiyə nömrə, açıq rabitə xətti ayırır və rabitə xidmətləri ilə təmin edir, Abunəçi isə xidmətlərə görə bu müqavilə, qaydalar və tarif planına əsasən ödəniş həyata keçirir. 4.1.3. Azerfon Abunəçini rabitə xidmətlərinin şərt və müddəaları, qayda və tarifləri haqqında məlumatlandırır. 4.2.7. Bu müqavilənin 9-cu maddəsində müəyyən olunmuş hallarda müqaviləyə birtərəfli qaydada xitam vermək Azerfonun hüququdur. 5.2. Abunəçi hesab faktura aldıqda, o, ödənişi hesab – fakturada göstərilən tarixdən əvvəl həyata keçirməlidir. 5.5. Ödəniş bank və ya başqa pul köçürmə vasitələri ilə həyata keçirilirsə, ödəniş tapşırığında hesab fakturanın nömrəsi və nömrə göstərilməlidir. 5.9. Hesab – fakturalar gələn hesablaşma dövrünün əvvəlində təqdim edilir. 5.12. Təmin olunan xidmətlər üzrə hesab – faktura Abunəçi tərəfindən verilən və ya Abunəçiyə, yaxud Abunəçinin səlahiyyətli nümayəndəsinə verilən ünvana göndərilir. Abunəçinin ünvanına göndərilən bütün hesab fakturalar Abunəçiyə çatdırılmış hesab olunur. 9.3. Ödəniş öhdəlikləri müqavilənin şərtlərinə uyğun olaraq yerinə yetirilmədikdə Azerfon bu müqaviləni dayandıra və ya ona xitam verə bilər.
30. Müqavilənin şərtlərindən də görünür ki, abunəçi tərəfindən ödəniş yalnız Cavabdeh2 MMC tərəfindən verilmiş hesab – fakturalar əsasında aparılmalıdır, yəni, hesab – faktura təqdim olunmursa, ödəniş aparmaq vəzifəsi də yaranmır. Hətta müqavilənin 5.5-ci bəndində qeyd olunur ki, bank və ya başqa pul köçürmə vasitələri ilə həyata keçirilirsə, ödəniş tapşırığında hesab fakturanın nömrəsi göstərilməlidir, yəni, abunəçi ödənişi həyata keçirmək istəsə belə, hesab fakturanın nömrəsi göstərilməsə, bu ödənişi həyata keçirə bilmir.
31. İş materiallarında hesab – fakturaların nəinki qarşı tərəfə göndərilməsi, ümumiyyətlə tərtib olunmasına dair Cavabdeh2 MMC tərəfindən birinci instansiya məhkəməsinə heç bir sübut təqdim olunmamışdır, hətta apellyasiya instansiyasında işə baxılarkən məhkəmə kollegiyası tərəfindən cavabdehin nümayəndəsinə dəfələrlə hər hansı bir hesab – fakturanın təqdim olunması təklif edilsə də, nəticəsi olmamışdır.
32. Beləliklə, Cavabdeh2 MMC müqaviləyə zidd olaraq hesab – fakturanı təqdim etmədən, yəni, öz vəzifəsini yerinə yetirmədən, həmçinin, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd olaraq borcun mövcudluğu barədə qarşı tərəfə məlumat vermədən icra qeydinin aparılması ilə bağlı notariat kontoruna müraciət etmişdir ki, Mülki Məcəllənin 560.3-cü maddəsinə əsasən bu hallar məhkəmə kollegiyası tərəfindən hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Həmçinin, onu da qeyd etmək lazımdır ki, hazırkı araşdırmanın predmetini təşkil etməsə də, icra qeydinin ləğvi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsasını da notariat haqqında qanunvericiliyin tələblərinə zidd olaraq bildirişlərin çatdırılmaması təşkil etmişdir.
33. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin 4.2.7 və 9.3-cü bəndlərinə əsasən ödəniş öhdəlikləri müqavilənin şərtlərinə uyğun olaraq yerinə yetirilmədikdə müqaviləni dayandırmaq və ya xitam vermək Cavabdeh2 MMC-nin hüququ kimi nəzərdə tutulsa da, sonuncu bu hüququndan da istifadə etməmişdir. Halbuki, borcun əsas hissəsinin yarandığı müddət 2019 – 2021-ci illləri, yəni, 3 illik müddəti əhatə edir.
34. Bundan başqa ay ərzində hesablanmış borclar reallığa uyğun olmadığından məhkəmə kollegiyası tərəfindən cavabdehə borcun yaranma əsasarı ilə bağlı sübutların təqdim olunması təklif olunsa da, heç bir sənəd təqdim olunmamışdır. Məsələn ölkədaxili internet xidmətindən istifaədəyə görə 2020-ci ilin aprel ayı üzrə 2359,9 manat, iyul ayı üzrə 1354,35 manat, noyabr ayı üzrə 2522,04 manat, dekabr ayı üzrə 5850,76 manat, 2021-ci ilin yanvar ayı üzrə 4379,98 manat, fevral ayı üzrə 1665,32 manat, mart ayı üzrə 1881,26 manat, iyul ayı üzrə 3091,21 manat, avqust ayı üzrə 3255,44 manat, sentyabr ayı üzrə 2117,18 manat məbləğində borc hesablandığından Cavabdeh2 MMC tərəfindən məhkəməyə bu məbləğin hansı həcmdə internetdən istifadəyə görə yaranması, hansı tarif planı ilə hesablanması ilə bağlı sübutlar təqdim olunmalı idi.
35. Həmçinin, iş materiallarından görünür ki, cavabdeh tərəfindən məhkəməyə ayrı – ayrılıqda 14 dekabr 2023-cü il tarixli məktubla, həmçinin Excel cədvəlində məlumatlar təqdim olunmuşdur. Apellyasiya şikayətində də qeyd olunduğu kimi həmin məlumatların arasında fərqlərin olduğu aşkardır. Cavabdehin nümayəndəsinə bu fərqin yaranma səbəbləri ilə bağlı suallar ünvanlansa da cavablandırılmamış, sübutların təqdim olunması təklif olunsa da hər hansı bir sənəd təqdim olunmamışdır.
36. Qeyd olunan sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmasa da məhkəmə kollegiyası tərəfindən hərtərəfli və obyektiv araşdırmanın aparılması məqsədilə ekspertiza təyin olunmuş, lakin iş üçün əhəmiyyət kəsb edən “Əgər borc məbləğinin mövcudluğu kompüter bazasında əksini tapsa, həmin borcun yaranma əsasları nədir, hansı tarixlərdə yaranmışdır və məbləği nə qədər təşkil edir?”, “Sistemdə İddiaçı adına hesablanmış borca dair məlumatlar hansı tarixlərdə daxil edilmişdir?”, “İş materiallarından olan 14 dekabr 2023-cü il tarixli məktubla, həmçinin Excel cədvəlində təqdim olunan məlumatlar İddiaçı aiddirmi? Əgər hər 2 sənədlə təqdim olunmuş məlumatlar İddiaçı aiddirsə həmin cədvəllər arasında mövcud olan ziddiyyətlərin yaranma səbəbi nədir və borc hesablanarkən hansı məlumatlar əsas götürülmüşdür?” sualların cavablandırılması mümkün olmamışdır.
37. Beləliklə, işin hallarına əsasən müəyyən olunur ki, cavabdeh tərəifndən iddiaçıya hesablanmış borcun 39383,84 manat məbləğində borcun 268,84 manat hissəsi zəng və aylıq abunə haqqına görə, 39115 manat məbləğində hissəsi isə internetdən istifadəyə görə hesablanmışdır. 268,84 manat məbləğində borcun zəng və aylıq abunə haqqına görə hesablanması ilə məhkəmə kollegiyası razılaşır, lakin internetdən istifadəyə görə 39115 manat məbləğində borcun hesablanması real və ağlabatan deyildir, həmçinin, yuxarıdakı bəndlərdə qeyd olunduğu kimi bu borcun hansı əsaslarla yaranması və hesablanması məlum deyildir, cavabdeh tərəfindən bununla bağlı heç bir sübut təqdim olunmur. Bundan başqa 4 il ərzində iddiaçıya hər hansı bir hesab – fakturanın təqdim olunmaması, kifayət qədər yüksək məbləğdə borcun yaranmasına baxmayaraq bu müddət ərzində cavabdeh tərəfindən müqaviləyə xitam verilməməsi də borcun əsassız hesablandığını təsdiq edir.
38. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın borcun silinməsi hissəsinin rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız olmuşdur, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin qismən ləğvinə əsas verir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin olunaraq həmin hissədə qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməlidir.
39. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, e-2(006)-88/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, e-2(006)- 88/2024 nömrəli qətnaməsi iddianın borcun silinməsi tələbinin rədd olunduğu hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilsin. Cavabdeh2 tərəfindən İddiaçı hesablanmış 39115 manat məbləğində borc silinsin. İddia 268,84 manat məbləğində borcun silinməsi hissəsində rədd edilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.