Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2412/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı1 və digər iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ləyaqətsiz vəsərə hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-1530/2020 saylı qətnaməsindən iddiaçıların apelyasiya şikayətinə əsasən Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ləyaqətsiz vərəsə olmasının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 1530/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçılar apelyasiya şikayəti verərək, qətnamə ləğv edilməklə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən sorğu ilə müraciət edilərək, iş üzrə Cavabdeh iddianı təmin etmə tədbirinin ləğv edilməsinə dair ərizəsinə baxılması məqsədi ilə mülki işin Nərimanov Rayon Məhkəməsinə göndərilməsi üçün müvafiq göstərişin verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və digər iddiaçının nümayəndəsi mülki işin apelyasiya baxışından çıxarılmasına etiraz etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh (nümayəndə) məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh iddianı təmin etmə tədbirinin ləğv edilməsinə dair ərizəsinə baxılması üçün iş apelyasiya baxışından çıxarılaraq həmin birinci instansiya məhkəməsinə göndərilməlidir. Göründüyü kimi, cavabdeh tərəfindən mülki iş üzrə verilmiş iddianı təmin etmə tədbirinin ləğv edilməsinə dair ərizə məhkəməyə daxil olarkən mülki iş artıq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-1530/2020 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması üçün Bakı Apelyasiya Məhkəməsində olmuş, icraata qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ləyaqətsiz vəsərə hesab edilməsi tələbinə dair” mülki iş üzrə Cavabdeh iddianı təmin etmə tədbirinin ləğv edilməsinə dair ərizəsinə baxılması üçün mülki iş apelyasiya baxışından çıxarılsın və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2412/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2412/2021
15.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver