Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2413/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, ərizəçinin nümayəndəsi X1, maraqlı şəxsin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi yanında Dövlət X8 Bakı şəhəri Nəsimi rayon şöbəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1927/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1996-cı ildən 2001-ci ilin sonunadək X3 fəhlə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1971-ci ildə Şamaxı rayonunda anadan olmuşdur. Ərizəçi xx.xx.1990-cı ildə Bakı şəhəri Nəsimi rayonu Yaşıllaşdırma İdarəsində ikinci dərəcəli bağban-fəhlə vəzifəsində iş fəaliyyətinə başlamışdır. Bundan sonra həmin iş yerində müxtəlif trestlərdə müəyyən vəzifələrdə işləmişdir. Ərizəçi xx.xx.1996-cı ildə 3 №-li X2 köçürmə yolu ilə həmin rayonun X4 3-cü dərəcəli fəhlə qəbul olunmuşdur. Burada ərizəçi 2001-ci ilə qədər işləmişdir. 2001-ci ildə isə işdən çıxmışdır. Həmin idarə ləğv olunduğundan ərizəçi əmək kitabçasını uzun sürən axtarışlardan sonra arxiv idarəsindən götürmüşdür. Ərizəçi xx.xx.2008-ci ildə 49 saylı Mənzil-Kommunal İstismarı Sahəsinə süpürgəçi peşəsinə qəbul edilmiş, 2012-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. Ərizəçi xx.xx.2012-ci ildə 49 saylı Mənzil-Kommunal İstismarı Sahəsinə süpürgəçi peşəsinə qəbul olmuşdur. xx.xx.2013-cü ildə isə ərizəçi Mənzil-Kommunal İstismarı Sahəsinin təmizlik sahəsinə dalandar peşəsinə keçirilmiş və xx.xx.2017-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Ərizəçi əliliklə bağlı müraciət edəndən sonra aşkar olunmuşdur ki, onun 1996-cı ildə köçürmə yolu ilə işə qəbul edilməsi əmək kitabçasında qeyd olunsa da, işdən çıxması qeyd olunmamışdır. Bununla bağlı ərizəçi arxiv idarələrinə müraciət etmişdir. Lakin ərizəçiyə ünvanlanan məktublardan görünür ki, həmin idarəni su basdığından sənədlər məhv olmuşdur. Ərizəçi 1996-cı ildən 2001-ci ilədək orda işləməsi barədə arayışı heç yerdən ala bilmir. Kiminsə səhvi ucbatından ərizəçinin hüquqları pozulur. Ona görə də ərizəçi hüquqi faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hüquqi faktın müəyyən edilməsi əlilliklə bağlı pensiyanın təyin olunması üçün lazımdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Ərizəçi apelyasiya şikayət verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayət iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Apelyasiya baxışı zamanı ərizəçinin nümayəndəsi apelyasiya şikayətin məzmununa uyğun izahat verərək, qətnamənin ləğv olunaraq iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, prosessual qanunvericilik hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin xüsusi prosessual qaydasını - “Xüsusi icraat” qaydasını müəyyən etmişdir. Mülki Prosessual Məcəlləyə uyğun olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1). MPM-in 308-ci maddəsi isə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtləri müəyyənləşdirir. Həmin maddəyə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, prosessual qanunvericiliyin müddəalarında xüsusi icraat qaydasında baxılan işlərin dairəsi müəyyən olunmuşdur. Mülki prosessual qanunvericilik xüsusi icraat qaydasında baxılan işlərin bir növü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsini nəzərdə tutur. Eyni zamanda ərizəçinin hüquqi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olması bu işlərə məhkəmədə xüsusi icraat qaydasında baxılmasını istisna edir. İş materiallarına Ərizəçi məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surəti əlavə edilmişdir. Həmin sənədlərdən görünür ki, Ərizəçi xx.xx.1996-cı il tarixli 83 №-li əmrlə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 823 №-li sərəncamına uyğun olaraq Yaşıllaşdırma müəssisəsinin Baş İstehsalat idarəsinin xx xxxx 1996-cı il tarixli 30 №-li əmrinə əsasən 3 №-li YİT-nin ləğv edilməsi ilə əlaqədar olaraq 1 №-li YİTnə keçirilmiş, 53 №-li əmrlə xx.xx.1996-cı ildən 3 nömrəli YİT-dən köçürmə yolu ilə Nəsimi rayonuna 3-cü dərəcəli fəhlə qəbul olunmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq ərizənin təmin olunmaması barədə qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, mövcud vəziyyətdə ərizəyə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üzrə xüsusi icraat qaydasında məhkəmədə baxıla bilməz. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.3-cü bəndinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 391-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Qeyd olunanlara əsasən işin icraatına xitam verilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qeyd olunan hal qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün birmənalı əsas verdiyindən Kollegiya apellyasiya şikayətinin digər dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1927/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2413/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2413/2020
07.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver