Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2414/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı – ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə “xxxx” ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 qarşı “borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, mənzilin boşaldılması və istifadə hüquqlarının itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” ASC (bank) Cavabdeh1 qarşı iddia ərizəsi, sonradan isə Cavabdeh4, Cavabdeh5n, Cavabdeh2 və Cavabdeh3 cavabdeh qismində göstərdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bankla Cavabdeh1 arasında xx xxxx 2008-ci il tarixdə kredit müqaviləsi bağlanaraq ona illik 24% ödəməsi şərtilə 36 ay müddətinə 88 000 ABŞ dolları məbləğində kredit verildiyini, kredit öhdəliyinin təminatı qismində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində 0,09126 ha torpaq sahəsində yerləşən 1 №-li, 7 mərtəbəli binanın 2-ci girişində 4-cü mərtəbəsində, 99 kv.m ümumi, 64.6 kv.m yaşayış sahəsindən ibarət olan 5 otaqlı 28 №-li mənzilin bankın xeyrinə ipoteka ilə yüklü edildiyini, borcalan tərəfindən 2008-ci ildən etibarən mütəmadi olaraq, o cümlədən xx.xx.2015-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə isə 450 ABŞ dolları ödəniş həyata keçirilsə də sonradan heç bir ödəniş olunmadığını bildirmiş, buna görə də 59 188,07 manat borcun Cavabdeh1 bankın xeyrinə tutulması, həmin vəsaitin ödənilməsi üçün ipotekaya qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində 0,09126 ha torpaq sahəsində yerləşən 1 №-li, 7 mərtəbəli binanın 2-ci girişində 4-cü mərtəbəsində, 99 kv.m ümumi, 64.6 kv.m yaşayış sahəsindən ibarət olan 5 otaqlı 28 №-li mənzilə tutma yönəldilməsi, mənzilin açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə ediləcək məbləğ kifayət etmədikdə qalan məbləğin qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh1 tutularaq bankın hesabına ödənilməsi, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 bir aydan gec olmayaraq həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, əsassız olaraq iddia müddətinin ötürülmüş olması nəticəsinə gəldiyini, sübutlara düzgün qiymət vermədiyini irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbləri təmin olunmuşdur. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qərarı ilə təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx xxxx 2017-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbləri təmin olunmamış, həmçinin İddiaçı-dən Cavabdeh1 tərəfindən kassasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 15 manatın alınaraq cavabdehə ödənilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 445 manatın alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə təmin edilmiş, qətnamə ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya həmçinin qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeyi və göstərişləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşaıdakı kimi olmuşdur: “Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 905 №-li kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 36 ay müddətinə, illik 26 % hesablanmaq şərtilə 88 000 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı-nin xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2015-ci il tarixədək mütəmadi olaraq edilmiş ödənişlər ilk növbədə kredit müqaviləsi üzrə hesablanmış faizlərin ödənilməsinə yönəldilmiş, nəticədə faiz borcunun tam olaraq ödənilməsinə baxmayaraq, əsas borcun 59188,07 ABŞ dolları məbləğində hissəsi ödənilməmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 905 №-li ipoteka müqaviləsindən görünür ki, kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh1 məxsus və 130 000 ABŞ dolları məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində yerləşən 1 №-li binanın 28 №-li mənzili ipoteka ilə yüklü edilmişdir. Tərəflərin vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixə banka əsas borc üzrə 83 170,40 ABŞ dolları, faiz borcu üzrə 86 932,53 ABŞ dolları təşkil edir. Cavabdehin vəsatəti üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli rəyinə görə Cavabdeh1 banka xx.xx.2015-ci il tarixə borcu əsas borc üzrə 83 147,78 ABŞ dolları, faiz borcu üzrə 6756,24 ABŞ dolları təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə yenidən təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli rəyi ilə Cavabdeh1 banka borcu xx.xx.2011-ci il tarixə əsas borc üzrə 62 864,69 ABŞ dolları, faiz borcu üzrə 8274,42 ABŞ dolları, xx.xx.2016-cı il tarixə isə əsas borc üzrə 62 864,69, faiz borcu üzrə 51 193,35 AbŞ dolları təşkil edir. İddia tələbini rədd edən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin tələb olunan məbləğdə bocunun olmasını sübut edə bilməmişdir. Belə ki, iddiaçı ilkin iddia ərizəsi və ona edilmiş dəqiqləşdirmələrə dair ərizələrində, eləcə də hazırkı mülki işə üçüncü dəfə apellyasiya qaydasında baxılanadək verdiyi vəsatətlər, izahatlar və məhkəmə aktlarından yazdığı şikayət ərizələrində cavabdehə 88 000 ABŞ dolları kredit verildiyini iddia etmişdir. Yalnız hazırkı apellyasiya baxışı zamanı iddiaçı tərəf bildirmişdir ki, kredit müqaviləsində veriləcək kreditin məbləği 88 000 ABŞ dolları qeyd olunsa da, əslində cavabdehə ayrı-ayrı iki tranşla - xx.xx.2008-ci il tarixdə 38 768,44 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə isə 32 457,08 ABŞ dolları olmaqla cəmi 71 225,52 ABŞ dolları pul verilmişdir. Bundan başqa, tərəflərin qarşılıqlı istəyi ilə məhkəmə hazırkı iş üzrə üç dəfə məhkəmə-mühasibatlıq ekspertizaları təyin etmişdir. Hər üç rəyin də mülki işin digər materialları ilə ziddiyyət təşkil etdiyi və aşkar əsassız olduğu müəyyən olunmuşdur. Çünki iddiaçı tələbində cavabdehin yalnız əsas borcunun qaldığını, onun da məbləğinin 59 188,07 ABŞ dolları olduğunu iddia etdiyi, eləcə də cavabdehin faiz borcunun qalmadığını, faiz borcunun tam olaraq bağlandığını bildirdiyi halda, hər üç ekspert rəyində cavabdehin faiz borcunun olduğu, həm də birinci rəydə faiz borcunun 86 932,53 ABŞ dolları təşkil etdiyi, ikinci rəydə faiz borcunun 67 556,24 ABŞ dolları təşkil etdiyi, üçüncü rəydə isə faiz borcunun 51 193,35 ABŞ dolları təşkil etdiyi qeyd olunmuşdur. Halbuki bank cavabdehin faiz borcunun qalmadığını bildirir. İddiaçının tələb etdiyi əsas borca münasibətdə də ekspert rəylərində göstərilən məbləğlər açıq-aşkar uyğunsuz və ziddiyyətli olmuşdur. Belə ki, bank iddia tələbində cavabdehin əsas borca görə 59 188,07 ABŞ dolları borcu qaldığını iddia etdiyi halda, ekspert rəylərində tamamilə fəqli məbləğlər - birinci rəydə borcu əsas borc üzrə 83 170,40 ABŞ dolları, ikinci rəydə əsas borc üzrə 83 147,78 ABŞ dolları, üçüncü rəydə isə əsas borc üzrə 62 864,69 ABŞ dolları borcun qaldığı göstərilmişdir. Göründüyü kimi, iddiaçı hazırkı iş üzrə cavabdehin dəlilləri kontekstində onun xx.xx.2008ci il tarixli 905 №-li kredit müqaviləsi üzrə 59 188,07 ABŞ dolları həcmində borcunun olmasına dair əsaslı və şübhədənkənar sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı istinad etdiyi müqavilə üzrə cavabdehin borcu olmasına dair hər hansı şübhədən kənar və biri digərini tamamlayan, həm də təkzibolunmaz sübutlar verməlidir. İddiaçının belə sübutları yoxdur. …Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. ...İddiaçı bank ilə Cavabdeh1 arasında kredit və ipoteka müqavilərinin bağlanması, onlar arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranması, iddiaçı tərəfindən cavadehə pulun verilməsi, kredit müqaviləsinə əsasən cavabdehin bir müddət ödənişlər etməsi işin mübahisə edilməyən hallarıdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, kredit müqaviləsində verilmiş kredit məbləğinin 88 000 ABŞ dolları olması qeyd olunsa da, iddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı əslində cavabdehə ayrı-ayrı iki tranşla xx.xx.2008 tarixdə 38768,44 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə isə 32457,08 ABŞ dolları olmaqla cəmi 71255,52 ABŞ dolları pul vəsaiti verildiyini bildirmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hazırki iş üzrə kreditin cavabdehə verilməsi mübahisələndirilmir. Cavabdeh1la bank arasında cavabdehə 88 000 ABŞ dolları kreditin verilməsi barədə müqavilə bağlanmış və cavabdeh krediti alaraq kredit müqaviləsi üzrə ödənişlər etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilməsini digər əsası kimi, iş üzrə keçirilmiş ekpertiza rəyləri arasında ziddiyətlərin olması və nəticədə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməməsini göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaətini əsaslı hesab etmir. Belə ki, tərəflər arasında xx.xx.2008-ci il tarixli 36 ay müddətinə kredit müqavilə bağlanmış, müqavilənin müddəti xx.xx.2011-ci il tarixdə bitmişdir. İşdən göründüyü kimi, Cavabdeh1 banka mütəmadi olaraq, o cümlədən müqavilə müddəti qurtardıqdan sonra da ödənişlər etmişdir. İddiaçı bank hazırki tələbində cavabdehin etdiyi ödənişləri faiz borcuna silindiyini, lakini cavabdehin 59 188,07 ABŞ dolları əsas borcunun qalmasını bildirmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi ekspertiza təyin edərkən ekspert qarşısında cavabdehin müqavilə müddətinin qurtardığı günə qədər nə qədər faiz, nə qədər əsas borcunun olmasını, müqavilə müddəti qurtardıqdan sonra faiz borcunun hesablanıbhesablanmamasını, müqavilə müddəti ərzində və sonrakı dövrlərdə cavabdeh tərəfindən edilmiş ödənişlərin hansı qaydada silinməsi barədə araşdırılma aparması barədə ekspert qarşısında sual qoymamış, bu halları müəyyən etməmişdir. Məhkəmə müqavilə müddəti qurtardıqdan sonra bankın faiz borcu hesablamasının qanunvericiliyə uyğun olmaması, cavabdeh tərəfindən edilmiş ödənişlərin artıq hesablanmaış faiz borclarına silinməsinin qanuni və əsaslı olmamasını nəzərə almamışdır. İş materiallarına əlavə edilmiş ekspertiza rəylərindən görünür ki, tədqiqat aparılarkən tərtib edilmiş ödəniş cədvəllərinə əsasən bank tərəfindən xx.xx.2015-ci il tarixə, yəni müqavilə müddəti bitən dövrdən sonraya faiz borcu hesablanmış və cavabdeh tərəfindən edilmiş ödənişlər həmin faiz borcları da nəzərə alınmaqla faiz borclarına silinmişdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsində isə belə bir şərt nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Ən nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində kreditin vaxtında qaytarılmaması ilə bağlı kredit müddətindən sonra borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi faiz məbləği yalnız kredit müqaviləsinin icra müddətinin bitdiyi tarixədək hesablana bilər. Həmin tarixdən sonrakı dövrə isə iddiaçı yalnız vurulmuş zərər qismində pulun tutulmasının tələb edə bilər ki, bu da hazırkı iddianın predmetini təşkil etmir. Bundan başqa işdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin təyin etdiyi son ekspertiza nəticəsində cavabdehin müqavilə müddətində banka 62864,69 ABŞ dolları əsas borcunun olması müəyyən edilmişdir. İddiaçı isə tələbində cavabdehdən 59188,07 ABŞ dolları əsas borcu tələb erdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyləri arasında ziddiyətlərin olması iddia tələbinin ümumiyyətlə rəd edilməsi üçün əsas ola bilməz. Digər tərəfdən ekspert rəyləri arasında ziddiyətlərin olmasının əsas səbəbi, ekspertlərin müxtəlif dövrlər üçün borcu hesablamalaır olmuşdur. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2018-ci il tarixli rəyi ilə Cavabdeh1 xx.xx.2016-cı il tarixə, xx xxxxxxx 2018-ci il tarixli rəyi ilə xx.xx.2015-ci il tarixə, xx xxxx 2019-cu il tarixli rəyi ilə isə xx.xx.2011-ci il tarixə olan borc məbləği hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirməmişdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Cavabdeh1 xx.xx.2008-ci il tarixli kredit müqaviləyə əsasən verilmiş kreditin məbləği, müqavilə müddəti qurtaran tarixə, yəni xx.xx.2011-ci il tarixə olan borcu dəqiq müəyyən edilməli, müqavilə müddəti başa çatandan sonra faizlərin hesablanıbhesablanmaması, əgər hesablanmışdırsa xx.xx.2011-ci il tarixdən sonrakı ödəmələrin həmin faiz borclarına silinməsinin qanunvericiliyin yuxarıda sadalanan normalarına zidd olması nəzərə alınmaqla bu ödəmələrin müqavilə müddətində olan borclara silinməklə cavabdehin qalıq borcu müəyyən edilməlidir. Qeyd edilən sualların aydınlaşdırılması məqsədilə məhkəmə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi məsələsinə baxmalıdır”. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan və işin hallarını (faktiki və hüquqi) təkrarən sadalamağa zərurət görməyən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini rədd etməklə hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Kassasiya instansiyasının qərarında da göstərildiyi kimi, bankla Cavabdeh1 arasında kredit və ipoteka müqavilələrinin bağlanması, onların arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranması, iddiaçı tərəfindən cavadehə pulun verilməsi, kredit müqaviləsinə əsasən cavabdehin bir müddət ödənişlər etməsi işin mübahisə edilməyən hallarıdır; iş üzrə sonuncu dəfə alınmış ekspert rəyi ilə isə müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2011-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) 62 864,69 ABŞ dolları əsas, 8274,42 ABŞ dolları faiz borcu yaranmış, xx.xx.2011-ci il tarixindən sonrakı dövrdə ümumilikdə 31 450 ABŞ dolları ödəniş həyata keçirilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən də, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı bankla Cavabdeh1 arasında kredit (ipoteka) müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Bununla belə qeyd olunmalıdır ki, iddiaçı bank Cavabdeh1 əsas kredit borcunun məhz 59 188,07 ABŞ dolları olduğunu sübuta yetirə bilməmişdir və nə qədər ki, ekspert rəyi əsasında müqavilə müddətinin bitdiyi tarixdə əsas borc məbləğinin 62 864,69 ABŞ dolları, faiz borcunun 8274,42 ABŞ dolları təşkil etdiyi, müqavilə müddətinin bitdiyi tarixdən sonra isə ümumilikdə 31 450 ABŞ dolları ödəniş həyata keçirildiyi müəyyən olunmuşdur, bu halda Cavabdeh1 qalıq borcunun 39 689,11 ABŞ dolları olduğu (62 864,69 + 8274,42 – 31 450 = 39 689,11) nəticəsinə gəlinməlidir. Kollegiya iddianın, “ipotekaya qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində 0,09126 ha torpaq sahəsində yerləşən 1 №-li, 7 mərtəbəli binanın 2-ci girişində 4-cü mərtəbəsində, 99 kv.m ümumi, 64.6 kv.m yaşayış sahəsindən ibarət olan 5 otaqlı 28 №-li mənzilə tutma yönəldilməsi, mənzilin açıq hərracda satış yolu ilə realizə edilməsi” hissəsinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlak Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. İş materiallarından görünür ki, ipoteka saxlayan İddiaçı ipoteka qoyana “İpoteka haqqında” Qanunun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmçinin həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə ona məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində 0,09126 ha torpaq sahəsində yerləşən 1 №-li, 7 mərtəbəli binanın 2-ci girişində 4-cü mərtəbəsində, 99 kv.m ümumi, 64.6 kv.m yaşayış sahəsindən ibarət olan 5 otaqlı 28 №-li mənzilə tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına banka ödənilməli olan pul vəsaiti ödənilməli, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehə qaytarılmalıdır. Kollegiya iddianın, “satışdan əldə ediləcək məbləğ kifayət etmədikdə qalan məbləğin qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh1 tutularaq bankın hesabına ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edir ki, bu tələbin müstəqil şəkildə irəli sürülməsinə ümumiyyətlə zərurət mövcud deyildir, çünkü, yuxarıda qeyd edildiyi kimi iddiaçının Cavabdeh1 tələb etdiyi pul məbləğinin tutulması qənaətinə gəlinmişdir (qismən) və qanunvericiliyin tələbinə görə, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Başqa sözlə həmin tələb, “cavabdehdən borcun tutulması” tələbinin təkrarı mahiyyətini daşıyır və bununla bağlı yenidən əlavə əsaslandırma aparılmasına ehtiyac da yoxdur. Bununla belə kollegiya, iddianın “Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 bir aydan gec olmayaraq həmin mənzildən çıxarılmaları” hissəsini əsaslı hesab edir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Eyni zamanda kollegiya qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında razılaşma olmadığından təkrar apellyasiya baxışı zamanı qiymətləndirmə təyin olunmuş və ekspert rəyi ilə ipoteka predmetinin bazar qiymətinin 160 000 (yüz altmış min) manat, likvid qiymətinin isə 145 000 (yüz qırx beş min) manat olması müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 46,40 (qırx altı manat 40 qəpik) manat Cavabdeh1 alınaraq iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş ekspertiza xərcləri isə tərəflərdən tutularaq müvafiq hesablara köçürülməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı-ninapellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2116/2015 saylı iş üzrə xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbləri qismən təmin edilsin. Cavabdeh1 39 689,11 (otuz doqquz min altı yüz səksən doqquz dollar 11 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə)əsas kredit borcu, habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 46,40 (qırx altı manat 40 qəpik) manat ləğv prosesində olan İddiaçı-nin xeyrinə tutulsun. İpoteka predmeti olanBakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində 0,09126 ha torpaq sahəsində yerləşən 1 №-li, 7 mərtəbəli binanın 2-ci girişində 4-cü mərtəbəsində, 99 kv.m ümumi, 64.6 kv.m yaşayış sahəsindən ibarət olan 5 otaqlı 28 №-li mənzilə tutma yönəldilsin, həmin əmlak hərracda satılsın, onun satışından əldə edilmiş pul vəsaiti hesabına cəmi 39 689,11 (otuz doqquz min altı yüz səksən doqquz dollar 11 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə)əsas kredit borcu, habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 46,40 (qırx altı manat 40 qəpik) manatləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılsın. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində 0,09126 ha torpaq sahəsində yerləşən 1 №-li, 7 mərtəbəli binanın 2-ci girişində 4-cü mərtəbəsində, 99 kv.m ümumi, 64.6 kv.m yaşayış sahəsindən ibarət olan 5 otaqlı 28 №-li mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 oradan çıxarılsınlar. İddia tələbləri qalan hissələrdə təmin olunmasın. İpoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində 0,09126 ha torpaq sahəsində yerləşən 1 №-li, 7 mərtəbəli binanın 2-ci girişində 4-cü mərtəbəsində, 99 kv.m ümumi, 64.6 kv.m yaşayış sahəsindən ibarət olan 5 otaqlı 28 №-li mənzilin ilkin satış qiyməti 145 000 (yüz qırx beş min) manat məbləğində müəyyən edilsin. Məhkəmə-mühasibatşünaslıq ekspertizalarının xərci olan 445 (dörd yüz qırx beş) manatın 245 (iki yüz qırx beş) manatı Cavabdeh1, 200 (iki yüz) manatı isə ləğv prosesində olan İddiaçı-dən alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22), ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat isə Cavabdeh1 alınaraq “X2” MMC-nin hesabına (VÖEN:**********, hesab№:AZ30GUNA********************,Bank:“xxxx”ASC,VÖEN:**********,Müxbir hesab:AZ25NABZ**********00000479, KOD: 505594, SWİFT: GUNAAZ22) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2414/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2414/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver