Məhkəmə qərarları › İş №2(103)-2417/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2417/2021

15.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2417/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı oğunun Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və vurulmuş mənəvi zərərin ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5043/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5043/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-nin 94 saylı xx xxxxxxxx 2020-ci il tarixli əmri ləğv edilmiş, İddiaçı maliyyə işləri üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilmiş, İddiaçı əmək kitabçasında və elektron hökümət portalında müvafiq düzəlişlərin edilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixindən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Nəsimi rayon Məhkəməsinin 2(006)-5043/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya instansiyasında isə şikayətindən imtina etmiş, bunun nəzərə alınmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən, tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəfin ərizəsini nəzərdən keçirib hesab edir ki, Cavabdeh MMC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5043/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və Cavabdeh MMC-yə münasibətdə apellyasiya icraatına xitam verilməli, dövlət rüsumu üçün ödənilmiş məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369, 377, 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5043/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin, Cavabdeh MMC-yə münasibətdə apellyasiya icraatına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar