Məhkəmə qərarları › İş №2(103)-242/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-242/2022

14.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-242/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Vəkil1, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və ilk iddia üzrə cavabdehlərin nümayəndəsi vəkil X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın əsaslı təmirinə xərclənmiş pulun qaytarılması” barədə ilk, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 İddiaçı qarşı “real zərərə görə pulun ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-410/2020 saylı işi üzrə 14 yanvar 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Giləhli küçəsində yerləşən ümumi mülkiyyət olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 85.85 m2 yaşayış, 170.6 m2 köməkçi sahədən ibarət 20 saylı fərdi yaşayış evinin (bundan sonra - mübahisəli ev) əsaslı təmirinə tərəfindən xərclənmiş 100000 manat pulun yarısı, yəni 50000 manat məbləğinin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumi mülkiyyətdə olan əmlakın qədimi-tarixi arxitektura görünüşünü və qədimi tarixi daxili dizaynını dəyişdirərək, həmçinin evin taxta döşəmə, taxta tavan, taxta qapılar, taxta pəncərələr, taxta daxili rəflər, pəncərələrin dəmir reşotkaları, rəsmlər və naxışlarla bəzədilmiş aşağı yarus nişlər və yuxarı yarus nişlər, bütün otaqlarda qədimi memarlıq üslubunda olan divarların yuxarlarındakı karniz-rəfli elementlər, həmçinin, həyət tərəfdən 2-ci mərtəbənin zalına gedən pilləkənlərdən ibarət ləvazimatını icazələri olmadan sökərək yox etməklə vurduğu zədələrdən ibarət zərərə görə 50000 manat, razılıqları olmadan aparılmış təmir işləri nəticəsində istifadə imkanları aradan qaldırdığı üçün istifadə hüquqlarının bərpası və təmir işləri aparılmasından 20000 manat, həmçinin qonşu ilə aralarında sökülmüş hasarın yenidən tikilməsindən ötrü 5000 manat, real zərərə görə 25000 manat məbləğində, cəmi 75000 manat pul vəsaitinin alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instaniya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı N° ******* nömrəli çıxarışın təsdiq edilmiş surətinə əsasən, Şəki şəhəri, Giləhli küçəsində olan paylı 0,06 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X1 1/2 hissə, Cavabdeh1 1/2 hissə, Cavabdeh5 1/2 hissə, Cavabdeh3 1/2 hissə, Cavabdeh4 1/2 hissə, Cavabdeh2 1/2 hissə olmaqla adlarına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır; - 30.12.2007-ci il tarixli, 1/308 saylı Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin əsaslı təmir edilərək rekonstruksiya olunmasına icazə verilmiş və qeyd edilmişdir ki, pasporta əsasən 1885-ci ildə tikilmiş ikimərtəbəli yaşayış evi uzun müddət təmir edilmədiyindən üst örtüyü çöküb, divarlarda çatlar əmələ gəldindən evin əsaslı təmir edilərək rekonstruksiya olunmasına icazə verilməsi məqsədəmüvafiqdir; 14.09.2005-ci il tarixli, 249263 saylı müqvilənin notarial qaydada təsdiq edilmiş surəti ilə, X4 şəhəri, Giləhli küçəsində yerləşən 2/20 saylı fərdi yaşayış evini İddiaçı satmışdır; Şəki rayon 1 saylı Dövlət Notariusunun 08.10.2014-cü il tarixli, 590 saylı 12 saylı Ərazi İdarəsinə ünvanlandığı məktubdan görünür ki, Cavabdeh1 mərhum əri X9 vəfatından sonra miras qalmış Şəki şəhəri, Giləhli küçəsində yerləşən 20 saylı evə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyini bildirmişdir; Cavabdehlərin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 20.10.2014-cü il tarixdə alınmışdır; 11.03.2019-cu il tarixli, 2(102)- 1700/19 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarının təsviri hissəsindən görünür ki, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30.10.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 12.10.2017-ci il tarixli, 2(075)- 4805/2017 saylı qətnaməsi qismən iddianın təmin olunmuş hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilmiş, Şəki şəhəri Giləhli küçəsində yerləşən 20 saylı yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 həmin ərazidən mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdeh İddiaçı tərəfindən edilən maneənin aradan qaldırlaraq evin həyətinin giriş qapısı və iddiaçılara məxsus otaqların qapısı açılmaqla onların həyətyanı sahədən istifadəsinə şərait yaradılması qət edilmişdir; -13.01.2020-ci il tarixli aktın surəti ilə, Şəki şəhəri üzrə İPŞ-nin böyük icra məmuru E.Fətullayev, borclu və tələbkarların iştirakı ilə Şəki Apelyasiya Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(075)-2227/2018 saylı icra sənədinin icrası ilə əlaqədar ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qapıları açılmış, maneələr aradan qaldırılmışdır ( iş.l.cild.səh.34, 35, 71, 78, 79, 83, 121, 209) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-410/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddia tələbinin və qarşılıqlı iddia üzrə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 78.1, 107, 217.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 373.1, 375.1, 375.2, 1096.1, 1096.2, 1097.1, 1097.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçıya mübahisəli fərdi yaşayış evinin yarısının onun mülkiyyətində olmadığı 30.12.2007-ci il tarixli 1/308 saylı Sərəncamı verilərkən, o cümlədən də təmirə başlayarkən də məlum idi. Bu baxımdan iddiaçı cavabdehlərdən təmirə görə çəkilən vəsaitin yarısını tələb etməkdə haqlı deyildir. Belə ki, yuxarıda sadalanan mülkiqanunvericiliyin müddəalarından belə nəticəyə gəlinir ki, İddiaçı mübahisəli əmlakla bağlı hər hansı yaxşılaşdırma və təmir-bərpa işləri görməzdən öncə əmlakın digər yarısının mülkiyyətçisinin razılığını almalı idi. Digər mübahisəli məsələ isə cavabdehlərin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 20.10.2014-cü il tarixdə alınmışdır. Bundan sonra cavabdehlər əmlakın 1/2 hissəsinə dair mülkiyyət hüquqları 26.09.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçının təmir işlərinə başladığı zaman digər mülkiyyətçilərin ona bəlli olmamasına dair izahatları isə özü-özlüyündə inandırıcı və səmimi deyildir. Belə ki, hər bir halda işin mübahisəsiz halıdır ki, iddiaçı mübahisəli əmlakın yalnız yarısını alğı-satqı müqaviləsi üzrə əldə etmiş və digər yarısının başqa mülkiyyətçiyə aid olduğunu hər zaman bilmişdir. Üstəlik də təmir işlərinə mübahisəli evin naturada bölgüsünü aparmadan başlamışdır. Digər tərəfdən isə hazırki mübahisədə cavabdehlərin məhkəməyə təqdim etdiyi 11.10.2007-ci il, 16.10.2007-ci il tarixli Şəki şəhər Polis şöbəsinin Cavabdeh1 ünvanladığı teleqramlardan görünür ki, cavabdehlər icraatda olan materialla əlaqədar polis şöbəsinə gəlmələri xahiş olunmuşdur. Mülki iş üzrə tərəflər arasındakı bir çox məhkəmə mübahisələrindən görünür ki, X9 vərəsələri hələ o vaxtdan əmlakın digər yarısı ilə bağlı müxtəlif tələblər irəli sürmüşlər. İşin faktiki hallarından və qanunvericiliyin müvafiq müddəalarından görünüdüyü kimi, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı "paylı mülkiyyətdə olan daşınmaz əmlakın əsaslı təmirinə xərclənmiş pulun qaytarılması”na dair iddia tələbi irəli sürməkdə haqlı deyildir. Qarşılıqlı iddia üzrə iddiaçılar məhkəmə araşdırması zamanı tələbləri ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişlər. Belə ki, Şəki şəhəri, Giləhli küçəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 85.85 m2 yaşayış, 170.6 m2 köməkçi sahədən ibarət 20 saylı fərdi yaşayış evinə İddiaçı qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində zərərin vurulduğu, zərərin mövcud olması və bu hərəkətlərlə (hərəkətsizliklə) ziyanın arasındakı səbəbli əlaqənin olduğunu sübut edən dəlillər, o cümlədən, məhkəmə araşdırması zamanı qarşılıqlı iddia tələblərini əsaslandıran hallara dair (mübahisəli fərdi yaşayış evinin tarixi-arxitektura görünüşü və s. barədə) məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmişlər. Bu səbəbdən də qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə hazırki mübahisəyə nəzər saldıqda mübahisəli yaşayış sahəsinin təmirinə başlanılması tarixinin dəqiq müəyyən edilməsi mümkün deyildir. Belə ki, mübahisəli fərdi yaşayış evinin əsaslı təmiri üçün 2007-ci ildə icazə alınmışdır. Qarşılıqlı iddiaçılar bəhs edilən sərəncamı əsas götürərək qeyd edir ki, təmir 2007-ci ildən başlamışdır. Lakin ilkin iddia üzrə iddiaçı isə təmirə 2009-cu ildən başlandığını bildirir. Bununla belə iş materiallarında iddiaçı tərəfin təqdim etdiyi fotoşəkillərin tarixindən görünür ki, təmir işləri 2008-ci ildə də aparılmışdır. iddiaçı təmirə başlamazdan əvvəl digər mülkiyyətçinin (mülkiyyətçilərin) razılığını almalı olduğu halda bunu etməmişdir. Məhkəmə qeyd edir ki, təmir işlərinin başlanması tarixi 2007-2008-ci illərdən hesablanmalıdır. Belə olan halda isə iddiaçı T.Ə.Abdurəhmanova müəyyən edilmiş 10 illik iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia tələbi həmçinin də iddia müddətinin ötməsinə görə təmin edilməməlidir. Qətnamədən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə təmin edilməməsinə dair müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4421/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər - F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-410/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4421/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil1 kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 2(102)- 264/2021 sylı işi üzrə 23.02.2021-ci il tarixli qərarı ilə, ilk iddia üzrə İddiaçı kassasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4421/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə, yəni ilkin iddia tələbinə dair hissədə ləğv edilməsi və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Qərarda Mülki Prosessual Məcəllənin 217.1, 407.2, 418.3; Mülki Məcəllənin 213.2, 213.8, 214.3, 215.4, 217.3, 217.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Şəki şəhər İcra Hakimiyyətinin 30.12.2007-ci il tarixli, 1/308 saylı sərəncamdan göründüyü kimi iddiaçının qeyd olunan fərdi yaşayış evinin təmirinə çəkdiyi xərclər həmin fərdi yaşayış evinin uzun müddət təmir edilməməsi, onun üst örtüyünün çökməsi, divarlarında çatların əmələ gəlməsi ilə əlaqədar olmuşdur. Mülki Məcəllənin 157.7, 213.8-ci maddələrin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi həmçinin iddia müddətinin keçməsi əsasını göstərməklə ilkin iddia tələbini təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə qətnamədə buna hüquqi münasibət bildirməmişdir. Bununla əlaqədar qeyd olunmalıdır ki, göstərilən fərdi yaşayış evinin real bölgüsü həmin vaxt aparılmamışdır. Buna görə fərdi yaşayış evinin təmirinə çəkilmiş xərclərin yarısının cavabdehlərdən tutulmasının tələb edilməsi iddiaçının özünün mülkiyyət hüququnun müdafiəsi kimi qiymətləndirilməlidir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4982/2021 saylı işi üzrə 31.05.2021-ci il tarixli qərardadı ilə, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə mülkiyyətin hüquqi statusu barədə məlumatlar əldə edilməklə məhkəmə-tikinti texniki və əmtəəşünaslıq ekspertizalarının təyin olunması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 02.06.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş, ******* saylı çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən mənzilə mülkiyyət hüququ rəsmiləşdirilən şəxs Cavabdeh1dır. fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X1 1/2 hissə, Cavabdeh1 1/2 hissə, Cavabdeh5 1/2 hissə, Cavabdeh3 1/2 hissə, Cavabdeh4 1/2 hissə, Cavabdeh2 1/2 hissə olmaqla adlarına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 01.11.2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, Şəki şəhəri, Giləhli küçəsində yerləşən ümumi mülkiyyət olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2-(1) mərtəbəli, 5 otaqlı, 85.85 m2 yaşayış, 170.6 m2 köməkçi sahədən ibarət 20 saylı fərdi yaşayış evinin və mansardın təmir-bərpasına çəkilmiş xərcin ümumi məbləği hazırki mövcud olan bazar qiymətlərinə uyğun olaraq 61240,00 manat məbləğində müəyyən olunur.Tədqiq olunan ev üzrə təmir işlərinin aparıldığını, lakin təmirin yarımçıq vəziyyətdə olduğu, eyni zamanda qərardadın sualında göstərilən (evin taxta döşəmə, taxta tavan, taxta qapılar, taxta pəncərələr, taxta daxili rəflər, pəncərələrin dəmir reşotkaları, rəsmlər və naxışlarla bəzədilmiş aşağı yarus nişlər və yuxarı yarus nişlər, bütün otaqlarda qədimi memarlıq üslubunda olan divarların yuxarlarındakı karniz-rəfil elementlər, həmçinin həyət tərəfdən 2ci mərtəbənin zalına gedən piləkənlərdən ibarət ləvazimatların) elementlərin olmadığı müəyyən edilmişdir. Ekspertizanın aparılmasından imtina edilməsi haqqında 16.12.2021-ci il tarixli məlumatında qeyd edilmişdir ki, qoyulmuş suallar əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, evin tarixi ev olması ilə bağlı heç bir sənədin mövcud olmadığını, evi təmir edən zaman paylı mülkiyyət olmasından xəbərlərinin olduğunu, vərəsələrin olduğunu bilmədiklərini, evin təmirsiz vəziyyətdə və evdən sökülmələr və çatlar olduğunu, 2009-cu ildə təmirə başladıqlarını, vərəsələri bildikdən sonra təmiri dayandırdıqlarını, evi yaşamaq üçün təmir etdirdiklərini, bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilk iddia üzrə cavabdehlərin nümayəndəsi vəkil X10 əlavə ekspertizanın təyin edilməsinə dair vəsatətini təqdim edərək, qarşı tərəfin iddia müddətini ötürdüyünü, iddia müddətinin ümumi müqavilə münasibətlərdən irəli gələn üç illik müddətlə əhatə olduğunu, şəxslərin evə buraxılmasına icra hakimiyyəti tərəfindən suni maneələrin yaradıldığını, qarşı tərəfin təmirə 2008-ci ildə başladığını, evə çıxarış almaqda gecikmələrinə səbəb yaradılan maneələrin aşmağa güclələrinin çatmaması olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 X6 tərəfinfən verilmiş sorğuya cavab məktubunda həmin mübahisəli evə baxış zamanı təmir işləri nətiəcsində evin tarixi memarlıq görkəminin bərpasının mümkün olmadığının müəyyən edildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi qətnaməsinin əsaslılığını baxılan hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 60, 71; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 139, 146, 152-166, 180, 213,372-384, 1133, 1145, 1151, 1243, 1246- 1249, 1273-1.; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50, 76, 97, 101, 103, 14.2, 76.1, 77.1, 80 - 82, 106.2, 217.4, 372, 385 – 390, 420-ci maddələrinə istinadən tam və hərtərəfli araşdırma aparıb, apellyasiya şikayəti ilə əlaqəli şəkildə nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının qismən pozulmasına yol verilərək iddia ərizəsi üzrə düzgün olmayan nətcə hasil olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi müvafiq ekspertiza təyin etməməklə işi hərtərəfli araşdırılmasını təmin etməmiş, və tələb hüququnun, sübutların olmamasına, habelə iddia müddətinə istinad etməklə kifayətlənmişdir. Təkrar apellyasiya icraatı zamanı kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq prosessual hərəkətlər aparılaraq ətraflı araşdırma aparılmış və mötəbərliyi şübhə doğurmayan ekspertiza rəyləri üzrə sübutedici əsasların müəyyən edilməsi qənaəti formalaşmışdır. Nəzərə alınmalıdır ki, apellyasiya şikayətini yalnız ilk iddia tələbi üzrə iddiaçı verdiyindən və kassasiya instansiyasının göstərişləri məhz ilk iddianın rədd edilməsi hissəsinə aid olduğundan apellyasiya baxışının hədləri bu hissədə müəyyən edilir. Kassasiya instansiya məhkməsinin göstərişlərinə müvafiq əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, mübaisə edilən əmlakın tarixi arxitektura və ya sair abidə kimi qeydiyyata alınması sübuta yetirilməmiş, iddiaçı alqı-satqı əsasında 2005-2006-ci ildə evin ½ hissəsini əldə etmiş, 2006 cı ildə vəfat edən X7 miras qalmış mübahisəli evi vərəsə olaraq cavabdehər 2014-cü ildə qəbul etmiş və o zamandan tərəflərin müxtəlif mübahisələri olmuşdur. Miras şərikləri olan cavabdehərin əmlakın qəbulu (yiyələnməsi və qorunması) vəzifələri vərəsləliyin açıldığı zamandan (miras qoyanın öldüyü andan) yaranmış, lakin onların öz vəzifələrinin həyata keçirilməsinə 2014-cü ildən başlaması münasibətlərin məhz həmin ildən yarandığının müəyyən edilməsi, əmlakın saxlanılması üzrə payçı və vərəsə kimi vəzifələrini istisna etmir. İş materiallarından görünür ki, evin təmirə ehtiyacı olduğu (üst örtüyünün çökməsi və s.) icra hakimiyyətinin müvafiq sərəncamı və digər sübutlarla 2007-2008-ci illərdə artıq təsbit edilmişdir. İddiaçının cavabdehlərə məlumat verməyərək təmirə başlaması sonuncuların miras əmlaka sahib çıxmamaqları, habelə iddiaçının əldə etdiyi mülkiyyət hüquqlarının qanunvericiliklə təminat altında olan sahiblik, istifadə və sərəncam hüquqlarıının həyata keçirilməsi bağlıdır. Burada vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətlərin gözlənilməsindən başqa iddiaçıya münasibətdə məhdudiyyətlər müəyyən edilmir. Əlbəttə əgər vərəsələrin zamanında öz hüquqların həyata keçirilməsi mövcud olmuş olsa idi, onda iddiaçının həmin mülkiyyətçilərə məlumat vermək vəzifələri yaranmış olardı. Qeyd edilənlər iddiaçının subyektiv hüququnun mövcudluğunu istisna edilməsi ehtimal edilən əmlak mənafellərinə rəğmən ilk iddianın rədd edilməsinə əsas vermir. İddianın əsası onun daşınmaz əmlak üzərində hüquqları ilə bağlı əmlak hüquqlarının pozulması və ona maddi zərər dəyməsi təşkil edir ki, bunların da ilk növbədə baş verməsi və məhz cavabdehlərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi sübuta yetirilir. Diqqətə çatdırılmalıdır ki, Mülki Məcəllənin 213.8, 215.3, 217.1, . 384.0.1 və 384.0.4-cü maddələrinin təıləblərinə əsasən: Ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan: - əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək;- əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər. Paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir. Şəxsi qeyriəmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) iddia müddəti şamil edilmir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamə isə qismən (baxılan ilk iddia aid hissəsində) ləğv edilib iddiaçının iddiası qismən təmin edilməklə, həmin (baxılan) hissədə yeni qətnamə qəbul edilməli -Şəki şəhəri, Giləhli küçəsində yerləşən ümumi mülkiyyət olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 85.85 m2 yaşayış, 170.6 m2 köməkçi sahədən ibarət 20 saylı fərdi yaşayış evinin təmirinə xərclənmiş 61240,00 manat pulun yarısı, yəni 30620 manat məbləğinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı qaytarılması təmin edilməli, tələb (apellyasiya) qismən təsdiq olunduğundan məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsümu - məhkəmə xərci önları ödəyən şəxslərə, ekspertiza xərci isə cavabdehlərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-410/2020 saylı işi üzrə 14 yanvar 2020-ci il tarixli qətnaməsi qismən (baxılan ilk iddia hissəsində) ləğv edilsin və İddiaçı iddiası qismən təmin edilməklə həmin (baxılan) hissədə yeni qətnamə qəbul edilsin. Şəki şəhəri, Giləhli küçəsində yerləşən ümumi mülkiyyət olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 85.85 m2 yaşayış, 170.6 m2 köməkçi sahədən ibarət 20 saylı fərdi yaşayış evinin təmirinə xərclənmiş 61240,00 manat pulun yarısı, yəni 30620 (otuz min altı yüz iyirmi) manat məbləğinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı qaytarılması təmin edilsin. Digər (baxılan) hissədə ilk iddia tələbi rədd edilsin. Ekspertiza xərci olan 50 (əlli) manat məbləğdə pul vəsaiti ilk iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar