Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-242/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı İddiaçı X1 cavabdehlər Cavabdeh MMC-yə, X22, X4 qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrə və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: «pul tələbi, müqavilələrin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndə və vəkilləri Nümayəndə2 və Vəkil4, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2, cavabdeh X2 nümayəndəsi və vəkili Nümayəndə4, cavabdeh X18 nümayəndəsi Nümayəndə3, nümayəndəsi və vəkili Vəkil5 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh MMC-yə qarşı əmlak və pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1843/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsindən və birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, X22, X4 qarşı(Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) müqavilələrin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-78/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. ünvan 1 ünvanında yerləşən “İstilik” kafesi X1 mülkiyyətində olmuşdur.
2. İddiaçı adından nümayəndəsi X12 və Cavabdeh MMC arasında bağlanmış 30 dekabr 2009-cu il tarixli razılaşma müqaviləsinə əsasən tərəflər birgə kommersiya maraqlarını rəhbər tutaraq pul vəsaitlərini, digər maddi resurslarını, peşəkar təcrübələrini, işgüzar nüfuzlarını və işgüzar əlaqələrini birləşdirmək yolu ilə ünvan 2 ünvanında 1 girişli, 12 mərtəbəli yaşayış binasını inşa etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 5.1-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılaşmasına əsasən obyektin dəmir beton kontruksiyasının xarici və daxili arakəsmələrinin hörülməsi müqavilə imzalandığı gündən 26 ay müddətinə başa çatmalıdır. Müqavilənin 6-cı bəndində tikiləcək binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 kv.m, 18 kv.m qaraj, yaşayış mərtəbəsinin 613 kv.m sahəsi birinci tərəfə - X3 məxsus olması razılaşdırılmışdır.
3. İddiaçı adından etibarnamə əsasında nümayəndəsi X6 notariat qaydada verdiyi 31 mart 2011-ci il tarixli ərizəsinə əsasən İddiaçı ünvan 3 ünvanında yerləşən torpaq sahəsində Cavabdeh MMC-nin tikinti işləri aparmasına etiraz etməmiş, bu barədə gələcəkdə iddia qaldırmayacağını bəyan etmişdir.
4. Bəşir İnşaat MMC-nin direktoru (MMC) ilə X11 (payçı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu Şərifzadə-215 ünvanda binanın tikintisi başa çatdıqdan sonra, həmin binada 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 960 kv.metr olan sahəni “MMC" “Рауçıyа (Sahənin son kalkulyasiya dəyərini müqavilədə müəyyən edilmiş qaydada tam ödəndikdən sonra) verməyi, "Payçı" isə həmin sahəni qəbul etməyi öz öhdələrinə götürmüşlər.
5. Cavabdeh MMC-nin direktoru (MMC) ilə X26 (payçı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu Şərifzadə - 215 ünvanda binanın tikintisi başa çatdıqdan sonra, həmin binada 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 960 kv.metr olan sahəni “MMC" “Рауçıyа (Sahənin son kalkulyasiya dəyərini müqavilədə müəyyən edilmiş qaydada tam ödəndikdən sonra) verməyi, "Payçı" isə həmin Sahəni qəbul etməyi öz öhdələrinə götürmüşlər.
6. X11 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, Bakı şəhəri, Yasamal rayonu Şərifzadə -215 ünvanda Bəşir İnşaat MMC tərəfindən inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 960 kv m olan qeyri-yaşayış sahəsinin X18 adına sənədləşdirilməsinə və keçirilməsinə etiraz etmədiyini və həmin sahəyə dair adına olan müqavilənin ləğv edilməsinə razı olduğunu və gələcəkdə bununla bağlı heç bir şikayətinin və iddia tələbinin olmayacağını bildirmişdir.
7. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubunda göstərilib ki, ünvan 7 ünvanda (Yeni qaydalarla ünvan 8i-yaşayış sahəsi Cavabdeh MMC ilə bağlanmış xx.xx.2020- ci il tarixli Y/2 nömrəli müqaviləyə, "Bəşir İnşaat” MMC-nin 157 nömrəli xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixdə X18 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
8. Bakı şəhəri Lokal Gəlirlər İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubunda göstərilib ki, Cavabdeh MMC-nin fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılmışdır. Təsisçisi 20 manat 100% pay hüququ ilə X16r.
1-ci mülki iş üzrə qəbul olunmuş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı Cavabdeh MMC-yə qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 30 oktyabr 2009-cu il tarixdə Bakı şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış (reyestr nömrəsi 3M/640) ünvan 2 ünvanında yerləşən və iddiaçının mülkiyyətində olan əmlak kompleksi kimi müəssisə “İstilik” kafesinin pay qoyuluşu olaraq nəzərdə tutulduğu Razılaşma Müqaviləsinin 6-cı bəndində nəzərdə tutulan öhdəliklərin cavabdeh tərəfindən icra edilməmiş hissəsi olaraq həmin ünvanda tikilmiş çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsinin və 18 kv.m qarajın cavabdehdən alınaraq ona verilməsi və vurulmuş maddi zərərə görə cavabdehdən 120000 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiada göstərilib ki, cavabdeh 30 oktyabr 2009-cu il tarixli müqavilə öhdəliklərini yaşayış sahəsi ilə bağlı hissəsində əməl etsə də, binanın 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinin 293 kv.m hissəsi və 18 kv.m qarajla bağlı öhdəliklər bu günə qədər yerinə yetirilməmişdir.
11. Cavabdeh MMC birinci instansiya məhkəməsində ərizə verərək, iddia tələbi üzrə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1843/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Günay Axundova) iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh tərəf öz öhdəliyini lazımınca icra etdiyini sübut edə bilmir. Lakin müqavilənin icrası müddətinin 26 ay müəyyən edilməsini, habelə mübahisəli ərazidə cavabdehin tikinti işləri aparmasına etiraz etmədiyi və gələcəkdə buna dair iddia qaldırmayacağına dair iddiaçının adından onun nümayəndəsi X12 tərəfindən yazılmış 31 mart 2011-ci il tarixli ərizəni nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddia müddəti ötürülmüşdür.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 373.2, 375.2, 377.1-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarı ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci iş üşrə birinci icraat:
15. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2021-ci il tarixli, 2(103)-8119/2021 nömrəli qətnaməsi ilə (hakim Tofiq Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İkram Şirinovdan və Anar Tanrıverdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(004)-1843/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı ilə “Bəşir İnşaat" MMC ilə arasında 30 oktyabr 2009-cu il tarixdə Bakı şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış (reyestr nömrəsi 3M/640) ünvan 2 ünvanında yerləşən və mülkiyyətində olan əmlak kompleksi kimi müəssisə “İstilik” kafesinin pay qoyuluşu olaraq nəzərdə tutulduğu Razılaşma Müqaviləsi üzrə həmin ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşən 293 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin və 18 kv.m ölçüdə qarajın İddiaçı təhvil verilməsinin Cavabdehnə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mülki mübahisə üzrə iddia müddətini tətbiq etməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarına istinad edərək göstrəmişdir ki, cavabdehin müqavilə üzrə öz öhdəliklərini icra etməməsi nəticəsində İddiaçı mülkiyyətindən qanunsuz məhrum olmaqla məhz onun mülkiyyət hüquqları pozulmuş, onun mülkiyyəti bərpa olunmamış və belə olan halda mübahisə mülkiyyət hüququ ilə bağlı olduğundan iddia müddəti tətbiq edilə bilməz və onun tələb hüququ hər hansı müddətlə məhdudlaşdırıla bilməz. Bundan başqa, işin hallarından göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Cavabdeh iddiaçının əmlaklarının əvəzində iddiaçıya pul vəsaitini verdiyini bildirsə də, bununla bağlı sübutlar təqdim edə bilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçıya pulun verilməsini təsdiq edən sübutların məhkəmə kollegiyasına təqdim edilməsi cavabdehə təklif olunsa da və buna görə məhkəmə iclası təxirə salınsa da, cavabdeh tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməsi sübut olunmur. Müqavilə üzrə 293 kv.m ölçüdə qeyri-yaşayış sahəsi və 18 kv.m ölçüdə qaraj İddiaçı təhvil verilməli, həmin hissədə iddia təmin olunmalıdır. Lakin bununla da onun mülkiyyət və əmlak hüquqları bərpa olunmaqla maddi ziyanın tutulması barədə iddia sübut olunmadığından və təmin edilməsi üçün əsaslar olmadığından, iddia həmin hissədə təmin edilməməlidir.
c) Kassasiya instansiyası məhkəməsində icraat:
18. Cavabdeh MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2021-ci il tarixli, 2(103)-8119/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki halların düzgün müəyyən etməmişdir. Belə ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası MM-in 373.2-ci maddəsinin tələblərini pozmuş, MM-in 384.0.4-cü maddəsini düzgün tətbiq etməmiş, uzun müddətdir ki, fəaliyyəti dayandırılmış cavabdeh MMC-nin bütün sübutları saxlamaq imkanının olmamasını nəzərə almamış, mübahisəli qeyri-yaşayış sahəsinin digər şəxslərin mülkiyyətində olmasına münasibət bildirməmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1531/2022 saylı, 04 aprel 2022-ci il tarixli qərarı ilə (hakim Elşad Şamayevin sədrliyi və məruzəsi ilə, hakimlər Elşanə Vəliyevadan və Aqil Abbasovdan ibarət tərkibdə) Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2021-ci il tarixli, 2(103)-8119/2021 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
21. Kassasiya instansiyası məhkəməsi mövqeyində göstərmişdir ki, iş materiallarından müəyyən olunur ki, cavabdehin hazırki iddiaya və iddiaçının verdiyi apellyasiya şikayətinin dəlillərinə etirazın dəlillərinə iddiaçının iddia müddətinin ötürülməsi ilə yanaşı, mübahisələndirilən qeyri-yaşayış sahəsinin başqa şəxsin mülkiyyətində olması olmuşdur. Apellyasiya məhkəməsi iddia müddətinin tətbiqinə yuxarıda şərh edilən qaydada hüquqi qiymət vermişdir. Lakin məhkəmə tərəfindən cavabdehin irəli sürdüyü digər dəlili ilə bağlı hər hansı qiymətləndirmə aparılmamışdır. Halbuki, birinci instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu verilmiş və alınan sənədlərlə müəyyən olunmuşdur ki, X11 Cavabdeh MMC ilə bağlanmış 25 fevral 2018-ci il tarixli 1 nömrəli müqavilə ilə onun adına olan Yasamal rayonu, Şərifzadə küçəsi, 215 ünvanında yerləşən ümumi sahəsi 945 kv.m. qeyriyaşayış sahəsini 30 aprel 2020-ci il tarixdə "xxxx" MMC-nin icarəsinə vermişdir. X9 Cavabdeh MMC ilə bağlanmış 28 iyul 2020-ci il tarixli Y/2 nömrəli müqavilə ilə onun adına olan Yasamal rayonu, Şərifzadə küçəsi, 215 ünvanında yerləşən ümumi sahəsi 960 kv.m. qeyri-yaşayış sahəsini 18 noyabr 2020-ci il tarixdə "xxxx" MMC-nin icarəsinə vermişdir. Lakin apellyasiya məhkəməsi iddiaçının tələb etdiyi qeyri-yaşayış sahələrinin hazırda başqa şəxslərin hüquqlarından azad vəziyyətdə mövcud olub-olmamasını, o cümlədən tələb olunan 293 kv.m. qeyri-yaşayış sahənin X4 və (və ya) X22 müqavilə ilə verilmiş sahə(lər) ilə üst-üstə düşməsini araşdırmamış, düşdüyü halda sahənin hazırki sahibini (sahiblərini) işə cəlb edib, onun iştirakı ilə tərəflərin hansının üstün hüquqlara malik olmasına hüquqi qiymət verməmişdir. Halbuki, qeyd olunan məsələlərin həllindən hazırki iddianın təmin edildiyi halda qətnamənin icrasının mümkünlüyü asılıdır. Məhkəmə kollegiyası bildirmişdir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:
22. Mülki iş hazırki apellyasiya icraatında olarkən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 vəsatətlə məhkəməyə müraciət edərək hazırki mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-242/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakim Elşən Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər Rəşad Həsənovdan və Namiq Cəfərovdan ibarət tərkibdə) İddiaçı Cavabdeh MMC-yə qarşı əmlak və pul tələbinə dair hazırki mülki işin icraatı iddiaçı X18 cavabdehlər X22 və Cavabdeh MMC-yə qarşı əqdin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.
2-ci mülki iş üzrə qəbul olunmuş məhkəmə aktları:
b) Birinci instansiya məhkəməsində icraat:
24. İddiaçı cavabdehlər Cavabdeh MMCyə, X22 qarşı müqavilənin etibarsız hesab edilməsinə və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 9 ünvanda (Yeni qaydalarla ünvan 10-yaşayış sahəsinə dair X26 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y/2 nömrəli müqavilənin etibarsız hesab edilməsinə və həmin müqavilə əsasında ünvan 9 ünvanda (Yeni qaydalarla ünvan 10yaşayış sahəsi üzərində X18 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil4 iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək ünvan 9 ünvanda (Yeni qaydalarla ünvan 10yaşayış sahəsinə dair X26 ilə ''Bəşir İnşaat” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y/2 nömrəli müqavilənin qismən, yəni 293 kv.m qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilməsinə və həmin müqavilə əsasında ünvan 9 ünvanda (Yeni qaydalarla ünvan 10-yaşayış sahəsi üzərində X18 adına mülkiyyat hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış (********** nömrəli qeydiyyatın və **********83-05301-083001 nömrəli reyestrin) qeydiyyatın ləğv edilməsinə; X18 ünvan 9 ünvanda (Yeni qaydalarla ünvan 10-yaşayış sahəsinin 293 kv.m aid hissəsindən çıxarılmasına və 293 kv.m qeyriyaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Yekun olaraq iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək X2 iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsini xahiş edərək eyni zamanda iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 215 (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 347) ünvanında Cavabdeh MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1- ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair cavabdehlər Cavabdeh MMC ilə X11 arasında bağlanılmış 25 fevral 2018-ci il tarixli, 1 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, Cavabdeh MMC ilə X26 ilə bağlanılmış 28 iyul 2020-ci il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının yalan əqd olaraq əhəmiyyətsizliyinin təsdiqinə; cavabdeh X18 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 215 (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 347) ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın (********** nömrəli qeydiyyat, **********83-05301-083001 nömrəli reyestr) ləğv olunmasına və cavabdeh X18 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 215 (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 347) ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılaraq, həmin sahənin 293 kv.m hissəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-78/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia tələbi rədd edilmiş və iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə aid edilmişdir.
28. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iş materiallarına əsasən, iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirilməsini cavabdeh Bəşir İnşaat MMC-dən tələb etmək hüququ olsa da, işin hallarından göründüyü kimi iddiaçı ötən illər ərzində tələb hüququndan istifadə etməmişdir, həmçinin qeyri-yaşayış sahəsinin verilməsi yalnız birgə fəaliyyət haqqında müqavilədə nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi mübahisə predmeti olan qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixdə Kəmalə Əliyevaya satılmış və sonuncu da həmin sahəni icarəyə vermişdir. Qeyri-yaşayış sahəsi icarədə olarkən Kəmalə Əliyeva tərəfindən xx.xx.2020-ci il tarixdə Fariz İbadova satılmışdır. DƏDRX çıxarışdan da göründüyü kimi qeyri-yaşayış sahəsi hal-hazırda Fariz İbadovun sahibliyində və mülkiyyətindədir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsi hazırda başqa şəxslərin hüquqlarından azad vəziyyətdə deyildir, belə olduğu halda sahənin hazırki sahibi üstün hüquqlara malikdir. Beləliklə, qeyriyaşayış sahəsi hal-hazırda Fariz İbadovun mülkiyyətində olduğundan məhkəmə onun üstünlük hüququnu nəzərə alaraq iddia tələbinin əqdlərin etibarsızlığı hissəsində rədd olunması qərarına gəlir. Həmçinin məhkəmə hesab edir ki, işin halları ilə müqavilənin etibarsızlığına səbəb olan qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Məhkəmə həmçinin iddiaçının iddia ərizəsində Kəmalə Əliyevanın Cavabdeh MMC-nin direktorunun həyat yoldaşı olmasına istinad edərək müqaviləni mübahisələndirməsi ilə bağlı qeyd edir ki, qanunvericilikdə hüquqi şəxsin təsisçisinin ailə üzvləri ilə müqavilə bağlamasına hər hansı bir məhdudiyyət qoyulmamışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi əqdlərin etibarsızlığı hissəsində əsassız hesab edilərək rədd edildiyindən cavabdeh X18 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 215 (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 347) ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın (********** nömrəli qeydiyyat, **********83-05301-083001 nömrəli reyestr) ləğv olunması və cavabdeh X18 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 215 (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 347) ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılaraq, həmin sahənin 293 kv.m hissəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində də rədd edilməlidir. Eyni zamanda, işin müəyyən edilmiş hallarını əsas götürərək məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdeh Bəşir İnşaat MMC-yə qarşı ümumi qaydada tələb irəli sürmək hüququnun olması İddiaçı izah edilməlidir Məhkəmə həmçinin Cavabdeh MMC-nin nümayəndəsi və vəkili tərəfindən verilmiş etiraza münasibətdə qeyd etmişdir ki, həmin etirazda iddiaçıya qeyri-yaşayış sahəsinə görə pul vəsaitini ödənildiyi qeyd edilsə də, MMC tərəfindən həmin halı təsdiq edən sənəd, ödəniş qəbzi məhkəməyə təqdim edilməmişdir. Cavabdeh MMC və eləcə də cavabdeh X18 nümayəndəsi və vəkili etirazlarında iddiçının nümayəndəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ərizəyə istinad edərək iddiaçının gələcəkdə heç bir iddia qaldırmayacağı barədə yazılı zəmanət verməsinə istinad etsə də, məhkəmə qeyd edir ki, həmin ərizədə İddiaçı özünə məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsində Cavabdeh MMC tərəfindən tikinti işlərinin aparılmasına etirazının olmadığını və bu barədə gələcəkdə iddia qaldırmayacağını bildirmişdir. Göründüyü kimi həmin ərizədə qeyri-yaşayış sahəsinə görə pul məbləğinin ödənilməsi və həmin qeyri-yaşayış sahəsinə görə iddia qaldırılmayacağı qeyd edilməmişdir. Məhkəmə hesab etmişdir ki, belə olduğu halda iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirilməməsi nəticəsində vurulmuz ziyanla bağlı Cavabdeh MMC-dən tələb etmək hüququ saxlanılır. Cavabdehlər Fariz İbadovun nümayəndəsi və vəkili Vəkil5 və Bəşir İnşaat MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş etirazlarda iddia müddətinin tətbiq edilərək iddiann rədd edilməsinə dair etirazlarına münasibət bildirərək, məhkəmə iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi qənaətinə gəldiyindən iddia müddətinin tətbiqinin müzakirə edilməsini məqsədə müvafiq hesab etmir.
29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 3371, 337.2, 452.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarı ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat:
30. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3852/2023 saylı, 03 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim Məhəmməd Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər Akif İsgəndərovdan və Vahid Sadıqovdan ibarət tərkibdə) İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin icrası” tələbinə dair 2(103)-242/2023 saylı və İddiaçı X1 cavabdehlər Cavabdeh MMC-yə, X22, X4 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrə və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair 2(103)-3852/2023 saylı mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətlərinin dəlilləri
32. Birinci mülki iş üzrə İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək şikayətini bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə və həmin əsasla iddianı rədd etməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir. “İstilik” kafesi iddiaçının mülkiyyətindədir. Yəni mübahisə predmeti iddiaçının tam əşya hüququ olan daşınmaz əmlakdan məhrum olması ilə bağlıdır. Bu mübahisəyə yalnız müqavilə öhdəliklərinin icrası kimi baxılması doğru deyildir. Belə ki, müqavilənin predmeti müqavilə tərəflərindən birinin tam əşya hüququnun itirilməsi müqabilində əldə edilməli olan digər tam əşya hüququ ilə bağlıdır. Belə olan halda, iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə məhkəmə, mübahisənin Mülki Məcəllənin 384.0.4-cü maddəsinin təsiri dairəsinə düşdüyü nəticəsinə gəlməli idi. Digər tərəfdən, hətta, Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələbləri nəzərə alınmasa belə, iddia müddətinin ötürülmüş olması barədə məhkəmənin gəldiyi nəticə yalnışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin 7-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və bu Müqavilədə əks olunan tərəflərin üzərlərinə götürdükləri öhdəlikləri həyala keçirilənədək qüvvədədir. Göründüyü kimi, müqavilənin qeyd olunan bəndində tərəflərin üzərlərinə götürdükləri öhdəlikləri həyata keçirdikləri ana qədər müqavilənin qüvvədə olması təsbit olunmuşdur. Belə olan halda, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirilmədiyinə görə həmin müqavilə hal-hazırda da qüvvədədir. Buna baxmayayaraq, işə baxan birinci instansiya məhkəməsi qeyd olunan hallara ümumiyyətlə münasibət bildirib hüquqi qiymət verməmiş, bununla da iş üzrə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir.
33. İkinci mülki iş üzrə İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək şikayətində göstərib ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə Mülki Məcəllənin (bundan sonra MM) 452.1-ci maddəsini tətbiq edərək iddianın rədd olunmasını onunla əsaslandırmışdır ki, “...qeyri-yaşayış sahəsi hal-hazırda Fariz İbadovun mülkiyyətində olduğundan məhkəmə onun üstünlük hüququnu nəzərə alaraq iddia tələbinin əqdlərin etibarsızlığı hissəsində rədd olunması qərarına gəlir”. Məhkəmənin həmin qənaətindən belə çıxır ki, artıq iddianın predmeti olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Fariz İbadovun adına qeydə alındığı üçün, həmin əmlakın əvvəlcə Kəmalə Əliyevanın, sonra isə onun adına sənədləşdirilməsinə dair müqavilələrin etibarsızlığı müzakirə predmeti deyildir və məhkəmə üçün heç bir əhəmiyyəti yoxdur. Başqa sözlə, məhkəmənin bu cür əsassız yanaşmasına əsasən, fərdi-müəyyən əşya (bu halda qeyri-yaşayış sahəsi) etibarsız müqavilə əsasında belə başqa şəxsin mülkiyyətinə verilmişdirsə və bu müvafiq qaydada qeydə alınmışdırsa, deməli, həmin şəxs üstünlük hüququna malikdir və əşya onda qalmalıdır!?. Göründüyü kimi, məhkəmə əvvəlcə mübahisələndirilən əqdlərin hal-hazırda mövcud olan hüquqi nəticəsinə qiymət vermiş, həmin müqavilələrin əhəmiyyətsizliyinə dair iddia ərizəsində şərh olunmuş dəlillərə isə qiymət verməmişdir. Halbuki, məhkəmənin özünün də qətnamədə istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir”. Bu baxımdan, birinci instansiya məhkəməsi ilk addım olaraq, mübahisələndirilən əqdlərin etibarsızlığına (əhəmiyyətsizliyinə) qiymət verməli idi. İddianın dəyişdirilməsi barədə ərizədə şərh edildiyi kimi, həmin müqavilələr əhəmiyyətsiz olan etibarsız əqdlərdir. Belə ki, mülki qanunvericiliyin əqdlərə aid hüquq münasibətlərini tənzimləyən normalarının məna və tələbinə əsasən əqdin etibarlı olması üçün əqd: 1) subyekt tərkibinə; 2) məzmununa; 3) formasına; 4) iradə və iradə ifadəsinə görə qüsurlu olmamalıdr. Bu ünsürlərdən hər hansı birinin qüsurlu olması, əqdin etibarsızlığına səbəb olur. Mübahisələndirilən hər iki müqavilədə qeyd olunan hallar qüsurlu olmuşdur. Müqavilələrin subyekt tərkibi ilə bağlı bildirir ki, Cavabdeh MMC-nin təsisçisi və direktoru olmuş X14 öz həyat yoldaşı Kəmalə Əliyeva ilə müqaviləni hüquqi şəxslər tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanılması qaydasını tənzimləyən MM-nin 49-1 maddəsinin tələblərini pozmaqla bağlamışdır. Halbuki, həmin normanın tələbinə əsasən, aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır. Həmin əqdə münasibətdə aidiyyəti şəxs olan iştirakçı məsələ ilə əlaqədar olan səsvermədə iştirak edə bilməz (maddə 49-1.2). Müqavilənin predmetini təşkil edən 960 kv.m qeyri-yaşayış sahəsinin dəyəri (1 kv.m dəyəri ən azı 4000 manatdır) MMC-nin aktivinin (nizamnamə kapitalı 20 manat) 5%-dən dəfələrlə çox olduğundan MM-nin 49-1.2-ci maddəsinin tələbi baxımından həmin müqavilə bağlanılmazdan əvvəl müstəqil auditorun rəyi alınmalı idi. Məhz bundan sonra həmin rəy və təsisçinin qərarı (tək təsisçi olduğuna görə) ilə müqavilə bağlanılmalı idi. Lakin maddi hüquq normasının bu şərtlərinə əməl olunmamışdır. MM-nin 337.1-ci maddəsi həmin Məcəllənin müəyyənləşdirdiyi şərtlərin, o cümlədən qaydaların pozulması ilə bağlanılan müqavilələri etibarsız əqd kimi tövsif etmişdir. Eləcə də, vəkil araşdrması ilə müəyyən olunmuşdur ki, Fariz İbadov ilə müqavilə MMC-nin fəaliyyət göstərmədiyi dövrdə xx.xx.2020-ci il tarixdə bağlanılmışdır. Belə ki, Bakı şəhəri Lokal Gəlirlər İdarəsindən vəkil sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli, **********777500 saylı cavab məktubundan göründüyü kimi Cavabdeh MMC-nin fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılmışdır. Vergi qanunvericiliyinə əsasən, vergi ödəyicisi olan hüquqi şəxsin fəaliyyətinin dayandırıldığı dövrdə hər hansı bir maliyyə əməliyyatı, xüsusən də vergi öhdəliyi yaradılması ilə nəticələnən alqı-satqı əməliyyatını aparması yolverilməzdir. Belə bir əməliyyatın aparılmasına zərurət yarandığı təqdirdə, əvvəlcə MMC-nin fəaliyyəti bərpa olunmalı, sonra bu həyata keçirilməlidir. Lakin göründüyü kimi, Fariz İbadov ilə müqavilə bağlanılarkən subyekt olaraq MMC-nin fəaliyyəti bərpa olunmamışdır. Bundan başqa, Fariz İbadovun sözügedən müqavilənin subyekti- tərəfi olması inandırıcı deyil. Belə ki, xx.xx.1999-cu il təvəllüdlü, yaşına görə heç bir gəliri və ya gəlir mənbəyi olmayan bir şəxsin kifayət qədər ciddi dəyəri olan (4 milyon manat yaxın, atasının məhkəmədə bildirdiyinə görə 2,4 mln manat) bir əmlakı satın alması mümkün deyildir. Müqavilələrin məzmununa gəldikdə isə əqdlər real vəziyyəti -həqiqəti əks etdirmir. Belə ki, həm Kəmalə Əliyevanın, həm də Fariz İbadovun adına olan müqavilələrin məzmununu təşkil edən şərtlərinə, xüsusən də müqavilənin qanunvericiliyiə əsasən mühüm şərtləri sayılan (MM-nin 405-ci maddəsi) predmetindən bəhs edən 1-ci (müqavilənin mahiyyəti) və hesablaşmalara aid 5-ci bəndinə diqqət yetirmək kifayət edir ki, həmin müqavilələrin formal olaraq bağlanıldığı, həqiqəti əks etmədiyi aydın olsun. Belə ki, hər iki müqavilənin 1-ci bəndində göstərilir ki, MMC müqavilənin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 215 ünvanıda ona ayrılmış torpaq sahəsində yüksək mərtəbəli yaşayış binasını payçıların vəsaiti və öz imkanları hesabına inşa edərək binanı tikintisi başa çatdıqdan sonra payçıya müqavilə əsasında ödədiyi məbləğə uyğun ölçüdə sahəni verməli, payçı isə binanın tikintisi başa çatdıqdan sonra sahənin kalkulyasiya dəyərini müqavilədə müəyyən edilmiş qaydada ödəyərək sahəni qəbul etməyi öhdəsinə götürür. Göstərilən müqavilə şərtlərindən belə çıxır ki, həmin müqavilələr sözügedən binanın inşasına başlamazdan əvvəl bağlanılmışdır. Halbuki, məhkəmə baxışı zamanı binanın tikintisinin çox əvvəl başladığı və artıq 2018-ci ildə, həmin müqavilələr tərtib olunmazdan əvvəl başa çatdığı müəyyən edilmişdir. Müqavilədə ödənişlərin qaydasını təsbit edən 5-ci bənddə göstərilir ki, payçı tikinti başladığı tarixdə müqavilələrin 1.1-ci bəndində göstərilmiş planlaşdırılmış qiymətinin razılaşdırılmış məbləğində vəsaiti ilk ödəniş məbləği olaraq MMC-nin hesabına və ya kassasına nağd pulla ödəyir, qalan hissə isə bərabər hissələrələ hər ay yenə də MMC-nin bank hesabına və kassasına ödənilməlidir. Müqavilədə mühüm element kimi qiymət göstərilməsə də (maliyyə arayışında da məbləğ göstərilməyib) hesablaşmanın qaydasına dair şərtdən belə çıxır ki, 960 kv.m sahənin dəyəri MMC-nin bank hesabına və ya kassasına ödənilmişdir. Lakin həmin ödənişləri (nə qədər və nə vaxt?) təsdiq edən rəsmi sənəd (mədaxil qəbzi və ya orderi) yoxdur. Deməli, əslində müqavilənin əvəzli olmasına baxmayaraq, istər Kəmalə Əliyeva, istərsə də Fariz İbadov tərəfindən sözügedən qeyri-yaşayış sahəsinin dəyəri MMC-yə ödənilməmiş, onların borcu olmamasına dair verilmiş maliyyə arayışı isə saxtadır. Məhkəmə baxışı zamanı Fariz İbadovun atası Nümayəndə3 aldığı əmlaka görə 2,4 mln manat pul ödədiyini bildirsə də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mübahisələndirilən müqavilələr üzrə mühüm əhəmiyyət kəsb edən halın- Cavabdeh MMC-yə pul ödənilib-ödənilməməsinin aydınlaşdırılması məqsədi ilə MMC-nin hesabı olan bankdan məlumat alınması üçün verdikləri vəsatəti də məhkəmə təmin etməkdən əsassız olaraq imtina etmişdir. İşin qeyd olunan faktiki əsasları həmin əqdin və maliyyə arayışının həqiqəti əks etmədiyini, sözügedən qeyri-yaşayış sahəsinin əslində MMC-nin təsisçiçi və direktoru olmuş Qurban Əliyevin mülkiyyətinə keçməsinə yönəlmiş başqa bir əqdi pərdələmək üçün formal olaraq bağlanıldığını təsdiq edir. Həmin müqavilələrdə tərəflərin iradəsi və iradə ifadəsi də qüsurlu olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin öz qərarlarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də, müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Qeyd olunduğu kimi hər iki müqavilə formal olaraq bağlanılmış, tərəflərin niyyət və iradəsi müqavilələrin predmeti olan əmlakın payçı kimi göstərilmiş Kəmalə Əliyevanın və ya Fariz İbadovun mülkiyyətinə keçməsinə yönəlməmişdir. Başqa sözlə, tərəflərin iradəsi və iradə ifadəsi formal, görünüş üçün olmuşdur. Bu cür əqdlər MM-nin 340-cı maddəsinə əsasən əhəmiyyətsiz əqdlərdir. MM-nin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Əhəmiyyətsiz əqdlər heç bir hüquqi nəticə doğurmur. Şərh olunanlardan göründüyü kimi, məhkəmənin MM-nin 452.1-ci maddəsinə istinad edərək mübahisəli qeyri-yaşayış sahəsinə Fariz İbadovun üstünlük hüququ olduğuna dair qənaəti tamamilə yanlışdır. Həmin əmlak üzərində onun mülkiyyət hüququ qeydə alınmış olsa da, bu əhəmiyyətsiz əqd əsasında baş verdiyindən o, bu əmlaka dair heç bir hüquq əldə edə bilməz. Konstitusiya Məhkəməsinin ifadə etdyi hüquqi mövqeyə görə, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərar). Ona görə də mübahisəli qeyri-yaşayış sahəsi üzərində Fariz İbadovun xeyrinə aparılmış qeydiyyat, onun həmin əşya üzərində hüquq əldə etməsinə əsas vermir. Digər tərəfdən, hətta formal olaraq qəbul olunsa ki, Fariz İbadovla bağlanmış müqavilə etibarlıdır, yenə də MM-nin 452.1-ci maddəsinə əsasən, mübahisəli əmlaka üstünlük hüququ İddiaçı olmuşdur. Belə ki, həmin normaya əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Yuxarıda qeyd olunduğu kimi, məhkəmə Fariz İbadovun adına çıxarış verildiyini əsas götürüb, üstünlük hüququnun onda olmasını hesab etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, birincisi, İddiaçı həminəmlakın dəyərini hələ Cavabdeh MMC ilə arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən öz əmlakını təqdim etməklə tam şəkildə ödəyərək, MM-nin 178.8-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasının tələbinə görə artıq həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu əldə etmişdir. İkincisi, İddiaçı DƏDRX-dən əmlak üzərində mülkiyyət hüququna dair çıxarışın Fariz İbadova verildiyi tarixdən (xx.xx.2021-ci il) əvvəlxx.xx.2021-ci il tarixdə rəsmi qaydada iddia irəli sürmüşdür. Deməli, İddiaçı öz tələb hüququnu əmlakın Fariz İbadovun mülkiyyətinə verilməsindən əvvəl həyata keçirdiyinə görə üstünlük hüququnu itirməmişdir. Beləliklə, şərh olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsinədə nəzərdə tutulmuş, qətnamənin ləğv edilməsinə əsas verən hallara yol vermişdir. Odur ki, qətnamə ləğv olunmalı və iddia tələbi tam şəkildə təmin edilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 81, 88 və 217-ci maddələrinin tələblərini pozaraq ədalət mühakiməsini faktlara əsasən keçirməmiş, öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə əsaslandırmamış, sübutların mümkünlüyü baxımından onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməli olduğu halda, buna əməl etməmiş, sübutları düzgün qiymətləndirməmiş, qətnaməni iş üz üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmayaraq, cavabdehin təqdim etdiyi mülahizələrin üzərində qurmaqla qanunsuz və əsassız nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
34. Məhkəmə iclasında İddiaçı nümayəndə və vəkilləri Nümayəndə2 və Vəkil4 apellyasiya şikayətlərini müdafiə edərək onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.
35. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2, cavabdeh X2 nümayəndəsi və vəkili Nümayəndə4, cavabdeh X18 nümayəndəsi Nümayəndə3 və nümayəndəsi və vəkili Vəkil5 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və qətnamələrin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
36. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 49-1.1, 49-1.1.1 və 49-1.1.3. Hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və üzvlərinin qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları) hüquqi şəxsə aidiyyəti olan şəxslərdir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara(imperativ normalara) uyğun gəlməlidir. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 399.3 və 399.4. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
39. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamələrin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.
40. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
42. Hər iki apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddialar təmin edilmədiyi üçün şikayətlərin obyektini qətnamələrin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnamələrinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
43. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
44. Həm birinci, həm də birləşdirilmiş iş üzrə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsi hər iki qətnamə ilə iddianı tam rədd etməklə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
45. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həm birinci, həm də birləşdirilmiş iş üzrə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia qismən haqlı sayılırdı. 46.Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.
47. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçının həm birinci, həm də birləşdirilmiş iş üzrə iddia ərizəsinin nəticə hissəsində tələbin bir neçə hissəyə bölünməsi, eləcə də iddia tələbini bir neçə dəfə dəyişdirilməsi iddiaların yalnız bu hallara görə tam rədd olunması üçün əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçının tələblərinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM.mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.
48. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir.
49. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər(MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqili olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır.
50. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli qərarında göstərildi ki,... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Bu Qərarda formalaşdırılan hüquqi mövqeyə əsasən, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. ...Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında göstərildi ki, xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. 52.Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci iş üzrə kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.
53. Kassasiya instansiyası məhkəməsinin məcburi göstərişləri ilə əlaqədar birinci iş üzrə apellyasiya instansiyası məhkəməsi X26 və X11 üçüncü şəxs qismində işə cəlb olundu və mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki 215 (Yeni qaydalarla: AZ 1012, Bakı şəhəri Yasamal rayonu X28 küçəsi 347) nömrəli evin 1-ci mərtəbəsindəki X18 mülkiyyətində olan 905 kv. metrdən ibarət qeyri-yaşayış sahəsinin faktiki ölçüsü, həmin sahə ilə iddiaçı X8 və Cavabdeh MMC arasında bağlanmış və 30 dekabr 2009-cu ildə təsdiq olunmuş müqavilənin 6-cı bəndində nəzərdə tutulan 293 kv. metr qeyri-yaşayış (bax.i.v.10-16) sahəsinin üst-üstə düşüb-düşməməsi, yoxsa ayrı sahə olması, 905 kv. metrdən ibarət qeyri/yaşayış sahəsindən əlavə hər hansı bir ölçüdə boş olan (hansısa şəxsin istifadəsində olmayan) qeyri-yaşayış sahəsinin mövcud olub-olmaması, mövcuddursa, sahəsinin nə qədər olmasının müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edərək rəy alınmasını təmin etdi.
54. Belə ki, məhkəmə tikinti-texniki ekspertizanın 10/5839 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilir ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki 215 (yeni qaydalarla: AZ 1012, Bakı şəhəri, Yasamal rayonu X28 küçəsi 347) nömrəli evin 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin ümumi sahəsi faktiki olaraq 905,0 kv.metr təşkil etdlyi müəyyən edilir; Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki 215 (yeni qaydalarla: AZ 1012, Bakı şəhəri, Yasamai rayonu X28 küçəsi 347) nömrəli evin 1-ci mərtəbəsindəki mübahisə predmeti olan X18 mülkiyyətində olan 905 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi ilə, iddiaçı X8 və cavabdeh "xxxx" MMC arasında bağlanmış və 30 dekabr 2009-cu ildə təsdiq olunmuş müqavəlinin 6-cı bəndində nəzərdə tutulan 293 kv.metr qeyri-yaşayış sahəsinin üst-üstə düşdüyü və eyni sahə olduğu müəyyən edilmişdir; Bakı şəhərl, Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki 215 (yeni qaydalarla: AZ 1012, Bakı şəhəri, Yasamal rayonu, X28 küçəsi 347) nömrəli evin 1-ci mərtəbəsində mübahisə predmeti olan qeyri-yaşayış sahəsindən əlavə hər hansı bir ölçüdə boş olan qeyri-yaşayış sahəsindən əlavə hər hansı bir ölçüdə boş olan qeyri-yaşayış sahəsinin mövcud olmadığı müəyyən edilmişdir.
55. Göründüyü kimi, ekspertiza rəyi ilə də mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ümumi qeydə alınan sahəsinin faktiki olaraq 905,0 kv.metr təşkil etdlyi, X18 mülkiyyətində olan 905 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi ilə, İddiaçı və cavabdeh "xxxx" MMC arasında bağlanmış və 30 dekabr 2009-cu ildə təsdiq olunmuş müqavəlinin 6-cı bəndində nəzərdə tutulan 293 kv.metr qeyri-yaşayış sahəsinin üst-üstə düşdüyü, eyni sahə olduğu və mübahisə predmeti olan qeyri-yaşayış sahəsindən əlavə hər hansı bir ölçüdə boş olan qeyri-yaşayış sahəsinin mövcud olmadığı müəyyən edilmişdir. Bu faktı işdə iştirak edən şəxslərdən heç biri mübahisələndirmir. Deməli bu məsələ işin mübahisəsiz halına çevrilib. Ona görə də, məhkəmə tərkibinin növbəti dəyərləndirməsi mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin 293 kv.metr hissəsinə həqiqi hüquq sahibinin hansı şəxs olmasını müəyyən etməkdən ibarətdir. Əlbətdə ki, qeyri-yaşayış sahəsinin 293 kv. metri də 905 kv.metr sahənin tərkibində olduğundan bu sahənin isə tam olaraq xx.xx.2021-ci ildə Fariz İbadovun adına mülkiyyət hüququ ilə qeydə alındığından iddia tələbləri üzrə bütövlükdə hüquqi dəyərləndirmə aparılması zərurəti yaranmışdır.
56. İddiaçı ilə cavabdeh MMC arasında hazırki mübahisənin yaranmasının səbəbi aralarında bağlanmış 30 dekabr 2009-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar olmuşdur. Bu müqavilə mahiyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi də qiymətləndirilə bilər. Çünki, müqavilənin şərtlərində müxtəlif müqavilələrə aid elementlər mövcuddur. Başqa sözlə, bu cür müqavilə Mülki Məcəllədə konkret nəzərdə tutulmasa belə ona zidd də deyil, hər hansı digər şəxsin hüquqlarını da pozmur. Müqavilə üzrə tərəflər üzərinə öhdəlik götürmüş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də cavabdeh MMC öhdəliyini yerinə yetirmək istəmir, müxtəlif bəhanələrlə, o cümlədən hüquqdan iddiaçıya zərər vurmaq məqsədilə sui-istifadə edərək bundan yayınır. Belə ki, ilk növbədə qeyd olunur ki, birinci iş üzrə məhkəmənin gəldiyi qənaət yanlış olmuşdur. Çünki, mübahisəli ərazidə müqavilə bağlanmamışdan əvvəl iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan qeyri-yaşayış sahəsi (“İstilik” kafesi) olmuşdur. İddiaçı da mülkiyyətində olan daşınmaz əmlakının əvəzində yeni daşınmaz əmlak əldə etmək üçün birincinin sökülərək yerində yenisinin inşa olunmasına razılıq vermişdir. Demək ki, hazırki mübahisə də iddiaçının mülkiyyətində olan daşınmaz əmlakdan məhrum olması ilə bağlı yaranmışdır. Ona görə də bu mübahisəyə yalnız müqavilədən əmələ gələn öhdəliklərin icra edilməməsi kimi baxılması düzgün olmazdı. Çünki, müqavilənin predmeti müqavilə tərəflərindən birinin mülkiyyətində olan əmlaka tam əşya hüququnun itirilməsi müqabilində əldə edilməli olan digər daşınmaz əmlaka tam əşya hüququnun əldə edilməməsi ilə bağlıdır. Bu cür vəziyyətdə iddia müddətinin tətbiqini Mülki Məcəllənin 384.0.4-cü maddəsi açıq-aşkar istisna edirdi. Hətta, Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələbləri nəzərə alınmasa belə, iddia müddətinin ötürülmüş olması barədə birinci iş üzrə məhkəmənin gəldiyi nəticə yanlış olmuşdur. Çünki, müqavilənin 7-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və bu Müqavilədə əks olunan tərəflərin üzərlərinə götürdükləri öhdəlikləri həyata keçirilənədək qüvvədə qalır. Göründüyü kimi, müqavilənin qeyd olunan bəndində tərəflərin üzərlərinə götürdükləri öhdəlikləri həyata keçirdikləri ana qədər müqavilənin qüvvədə olması təsbit olunmuşdur. Belə olan halda, cavabdeh üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirilmədiyinə görə həmin müqavilə hal-hazırda da qüvvədədir. Deməli, birinci instansiya məhkəməsi iddianı rədd etmiş olsa belə qeyd olunan hallara münasibət bildirməli idi.
57. Bundan əlavə, birləşdirilmiş mülki iş üzrə birinci instansiya məhkəməsi mübahisənin həllinə Mülki Məcəllənin 452.1-ci maddəsini tətbiq edərək iddianı rədd edərkən qeyri-yaşayış sahəsinin hal-hazırda Fariz İbadovun mülkiyyətində olduğundan onun üstünlük hüququnu nəzərə alıb iddia tələbinin əqdlərin etibarsızlığı hissəsində rədd olunması qərarına gəlmişdir. Bununla əlaqədar, məhkəmə tərkibi qeyd edir ki, fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər(MM.m.452.1, 452.2). Mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin 293 kv.metr hissəsi fərdi müəyyən əşya kimi qəbul edilsə ona dair həm iddiaçı, həm də cavabdehlər Kəmalə Əliyeva və Fariz İbadov ilə bağlanmış müqavilələrin etibarlılığına hüquqi qiymət verilərkən yalnız daşınmaz əşyanın dövlət reyestrində hüququn qeydə alınması və sahənin Fariz İbadovun istifadəsində olması əsas götürülməklə həmin müqavilələrin qanuni olması, digər müqavilənin isə nəzərə alınmaması qanuni yanaşma deyildir. Buna görə də bu cür müqavilələr üzrə fərdi müəyyən əşya hansı şəxsə verilmişdirsə, yəni müqavilə artıq icra olunmuşdursa həmin icra da etibarlı ola bilər. Bu cür hallarda da əvvəl bağlanmış müqavilə tərəfi öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzini ödənilməsini tələb edə bilər. Lakin hazırki iş üzrə mübahisəli qeyri-yaşayış(293 kv.m) sahəsinə dair əvvəlcə Kəmalə Əliyeva, sonra Fariz İbadovla müqavilə bağlanaraq onlara təhvil verilməsi və sonradan Fariz İbadovun mülkiyyətinə keçməsi əhəmiyyətsiz əqd, yəni görünüş üçün bağlanmış əqd nəticəsində baş vermişdir. Bu cür vəziyyətdə məhkəmənin Mülki Məcəllənin 452-ci maddəsinin tələblərini düzgün şəkildə təfsir etməməsi, əlbətdə ki, iddianın əsaslı olmasını istisna etmirdi. Yəni, məhkəmənin qənaətindən belə çıxır ki, artıq iddianın predmeti olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Fariz İbadovun adına qeydə alındığı üçün, həmin əmlakın əvvəlcə Kəmalə Əliyevanın, sonra isə onun adına sənədləşdirilməsinə dair müqavilələrin etibarsızlığı tələb edilə bilməz. Başqa sözlə, məhkəmənin yanaşmasına görə, fərdimüəyyən əşya əhəmiyyətsiz əqd əsasında belə başqa şəxsin mülkiyyətinə verilmişdirsə və bu müvafiq qaydada qeydə alınmışdırsa, deməli, həmin şəxs üstünlük hüququna malikdir və əşya onda qalmalıdır. Ona görə də əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Ona görə də mübahisəli qeyriyaşayış sahəsi üzərində Fariz İbadovun xeyrinə aparılmış qeydiyyat, onun həmin əşya üzərində hüquq əldə etməsinə əsas vermir. Bir daha qeyd olunur ki, İddiaçı 293 kv. metr qeyri-yaşayış sahəsinin dəyərini hələ Cavabdeh MMC ilə arasında bağlanmış xx.xx.2009cu il tarixli müqaviləyə əsasən öz əmlakını təqdim etməklə tam şəkildə ödəyərək, Mülki Məcəllənin 178.8-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasının tələbinə görə artıq həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu əldə etmişdir. Eyni zamanda, iddiaçı qeyd olunan əmlak üzərində mülkiyyət hüququna dair çıxarışın Fariz İbadova verildiyi tarixdən (xx.xx.2021-ci il) əvvəl- xx.xx.2021-ci il tarixdə rəsmi qaydada iddia irəli sürmüşdür. Deməli, İddiaçı öz tələb hüququnu əmlakın Fariz İbadovun mülkiyyətinə verilməsindən əvvəl həyata keçirdiyinə görə üstünlük hüququnu da itirməmişdir. Göründüyü kimi, məhkəmə əvvəlcə əhəmiyyətsiz əqdlərin hal-hazırda mövcud olan hüquqi nəticəsinə qiymət vermiş, lakin müqavilələrin əhəmiyyətsizliyinə hüquqi qiymət verməmişdir.
58. Belə ki, əqdin etibarlı olması üçün, 1) subyekt tərkibi; 2) məzmunu; 3) forması; 4) iradə və iradə ifadəsi qüsurlu olmamalıdr. Bu elementlərdən birinin qüsurlu olması, əqdin etibarsızlığına səbəb olur. Mübahisələndirilən hər iki müqavilədə qeyd olunan hallar qüsurlu olmuşdur. İlk növbədə Cavabdeh MMC-nin təsisçisi və direktoru olmuş X7 Əliyeva arvadı olduğundan sonuncu ilə olan müqaviləni hüquqi şəxslər tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanılması qaydasını tənzimləyən Mülki Məcəllənin 49-1 maddəsinin tələblərini pozmaqla bağlamışdır. Demək, həmin maddi hüquq normasının şərtlərinə əməl olunmamışdır. Bundan başqa, Fariz İbadov ilə müqavilə MMC-nin fəaliyyət göstərmədiyi dövrdə - xx.xx.2020-ci il tarixdə bağlanılmışdır. Çünki, Cavabdeh MMC-nin fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılmışdır. Vergi qanunvericiliyinə əsasən, vergi ödəyicisi olan hüquqi şəxsin fəaliyyətinin dayandırıldığı dövrdə hər hansı bir maliyyə əməliyyatı, xüsusən də vergi öhdəliyi yaradılması ilə nəticələnən alqı-satqı əməliyyatını aparması qanuna uyğun olmamışdır. Eyni zamanda, Fariz İbadovun müqavilənin həqiqi subyekti-tərəfi olması da inandırıcı deyil. Çünki, xx.xx.1999-cu il təvəllüdlü Fariz İbadovun kifayət qədər yüksək dəyəri olan əmlak əldə etməsi inandırıcı və ağlabatan deyildir.
59. Bundan əlavə, etibarsız olduğu tələb edilən müqavilələrin məzmunu da tərəflər arasında həqiqi mülki hüquq münasibətlərinin yarandığını istisna edir. Çünki, həmin şərtlər daha çox gələcəkdə icra ediləcək öhdəlikləri nəzərdə tutan hallara aiddir və bağlanıldığı tarixə görə həqiqi hüquqi vəziyyəti əks etdirmir. Çünki, işin mübahisəsiz halıdır ki, müqavilələrdə göstərilən tarixlərdə qeyri-yaşayış sahəsi artıq tam hazır vəziyyətdə idi. X19 müqavilədə göstərilən tarixdə qeyri-yaşayış sahəsi artıq uzun müddət ərzində icarədə olmaqla fəaliyyət göstərdiyi də işin mübahisəsiz halıdır. Bu cür vəziyyətdə “müqavilə tərəflərinə”, xüsusən də sonuncu müqavilə üzrə nə mane olurdu ki, onlar müqavilə şərtlərini həqiqi, puç olmayan mülki hüquq münasibətlərinə uyğun müəyyənləşdirə bilmirdilər. Əlbətdə ki, bu ritorik sual kimi səslənsə də cavabını da cavabdehlər inanıdırıcı və ağlabatan şəkildə məhkəmənin diqqətinə çatdırmalı idi, ancaq çatdırmayıb yada çatdıra bilməyiblər. 60.Müqavilələrdə qeyri-yaşayış sahəsinin qiymətinin dəqiq və konkret göstərilməməsi də onlarının əhəmiyyətsizliyini, yalnız görünüş üçün bağlanıdığını daha da əsaslı edir. Yuxarıda qeyd olunduğu kimi Kəmalə Əliyeva cavabdeh MMC-nin rəhbərinin arvadı olduğundan sonuncunun kifayət qədər yüksək məbləği ödəyib qeyri-yaşayış sahəsini əldə etməsi inandırıcı deyildir. Əvvəla, buna, yəni alıcıların qeyri-yaşayış sahəsini əvəzli əldə etmələrinə dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Kəmalə Əliyevanın MMC-nin bank hesabına və ya kassasına hansısa məbləğdə ödəniş etməsi təsdiq olunmur. Müqavilədə qiymət göstərilmədiyi kimi maliyyə arayışında da məbləğ göstərilməyib. Demək, Kəmalə Əliyeva tərəfindən hansısa formada ödəniş etməsi təsdiq olunmur. Fariz İbadov mübahisə predmeti olan sahəni bilavasitə MMC dən deyil, Kəmalə Əliyevadan 2400000(iki milyon dörd yüz min) manata aldığını bəyan etsə də bu hallar da sübuta yetirilməlidir. Düzdü, cavabdeh MMC maliyyə arayışında Fariz İbadovun müqaviləyə əsasən aldığını və borcunun olmadığını qeyd edib. Ancaq bir halda ki, Fariz İbadov mübahisəli qeyri-yaşayış sahəsini MMC-dən deyil, Kəmalə Əliyevadan bəyan etdiyi qiymətə alıb, onda MMC deyil, Kəmalə Əliyeva ona qeyri-yaşayış sahəsinin dəyərinin ödənildiyinə və borcu qalmadığına dair sənəd verməli idi yaxud da qeyd olunan məbləğdə vəsaitin verildiyi hansısa bir sübutla qeydə alınmalı idi. Lakin belə bir sənədin (mədaxil qəbzi və ya orderi)mövcudluğuna dair də məhkəməyə sübut təqdim edilməmişdir. Deməli, əslində müqavilənin əvəzli olmasına baxmayaraq, istər Kəmalə Əliyeva, istərsə də Fariz İbadov tərəfindən qeyri-yaşayış sahəsinin dəyəri nə MMC-yə, nədə bir-birinə ödənilməmiş, verilmiş maliyyə arayışları isə saxta tərtib edilmişdir. Mübahisələndirilən müqavilələr üzrə Cavabdeh MMC-yə pul ödənilib-ödənilməməsinin aydınlaşdırılması məqsədi ilə MMC-nin hesabı olan bankdan məlumat alınması üçün verilə vəsatəti birinci instansiya məhkəməsi təmin etməkdən imtina etsə də, apellyasiya baxışı zamanı həmin vəsatət təmin edildi və "xxxx" ASC tərəfindən verilmiş məlumatda Kəmalə Əiyeva və Fariz İbadov tərəfindən MMC-nin hesabına qeyri-yaşayış sahəsi ilə əlaqədar hər hansı bir ödəniş edilməsi aşkarlanmadığı göstərilmişdir. Demək, əslində MMC-nin təsisçiçi və direktoru olmuş Qurban Əliyev qeyri-yaşayış sahəsini öz mülkiyyətinə keçirmək üçün bu cür görünüş üçün müqavilələr bağlamışdır ki, onlar da puç əqdlər sayılır.
61. Qeyd olunduğu kimi hər iki müqavilə formal olaraq bağlanılmış, tərəflərin niyyət və iradəsi müqavilələrin predmeti olan əmlakın payçı kimi göstərilmiş Kəmalə Əliyevanın və ya Fariz İbadovun mülkiyyətinə keçməsinə yönəlməmişdir. Başqa sözlə, tərəflərin iradəsi və iradə ifadəsi formal, görünüş üçün olmuşdur. Bu cür əqdlər Mülki Məcəllənin 340-cı maddəsinə əsasən əhəmiyyətsiz əqdlərdir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Əhəmiyyətsiz əqdlər heç bir hüquqi nəticə doğurmur. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən mübahisələndirilən müqavilələr görünüş üçün bağlanan uydurma əqd hesab olunur. Çünki, uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakter daşıyır. Mübahisələndirilən müqavilələrin əhəmiyyətsiz əqd olduğunu iddiaçı iddia edir. Müqavilələrin tərəfi olan şəxslər isə həmin müqavilələri hansısa formada mübahisələndirməyiblər. Demək ki, bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşüb və dərk ediblər ki, həmin əqd üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gəlməyəcək. Göründüyü kimi, müqavilələri bağlamaqla müqavilə tərəflərinin başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi, yəni 293 kv. metr qeyri yaşayış sahəsinin iddiaçının mülkiyyətinə qaytarmaq istəməmələri açıq-aşkar təsdiq olunur.
62. Göstərilənlərlə yanaşı, iddia tələbinin 18 kv.m qarajın alınaraq verilməsi və vurulmuş maddi zərərə görə 120000 manatın tutulması hissəsi təmin edilə bilməz. Çünki, birinci iş üzrə aparılan araşdırma zamanı da tərəflərin məlumatlarına əsasən cavabdeh MMC-nin sahibliyində və istifadəsində heç bir qarajın qalmadığı təsdiq edildi. Deməli, qarajın naturada verilməsi mümkün olmayacaqdır. Lakin iddiaçının qeyd olunan qarajın hal-hazırki bazar dəyərinin əvəzinin cavabdehdən tələb etmək hüququ mövcuddur. Maddi zərər əvəzi olaraq 120000 manat hissədə isə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2021-ci il tarixli, 2(103)-8119/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdi və həmin hissədə qətnaməni iddiaçı kassasiya qaydasında mübahisələndirməmişdir. Düzdü, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Ali Məhkəmənin qərarı tam ləğv edilmişdir. Ancaq kassasiya instansiyası məhkəməsi də kassasiya baxışının hədləri hissəsində iddianın təmin edilməmiş hissəsini yoxlanılmadığını qeyd etmişdir. Ona görə də maddi zərərin vurulduğuna dair sübut təqdim edilmədiyindən həmin hissədə iddia təmin oluna bilməz.
63. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdehlər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əhəmiyyətsiz əqdlər, hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
64. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1843/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 78/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbləri qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 215 saylı (Yeni qaydalarla ünvan 12 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.m.(qeydə alınan sahə 905.kv.m) olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh məhdud məsuliyyətli cəmiyyət ilə X11 arasında bağlanmış 1 nömrəli, 25 fevral 2018-ci il tarixli müqavilə qismən, yəni 293 m2 qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız olması təsbit(təsdiq) edilməli; Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 215 saylı (Yeni qaydalarla ünvan 12 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.m.(qeydə alınan sahə 905.kv.m) olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh məhdud məsuliyyətli cəmiyyət ilə X26 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y/2 nömrəli müqavilə qismən, yəni 293 m2 qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız olması təsbit(iəsdiq) edilməli; Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 215 saylı (Yeni qaydalarla ünvan 12 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.m.(qeydə alınan sahə 905.kv.m) olan qeyri-yaşayış sahəsinin 293 m2 hissəsində X18 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyat ləğv edilməli və qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsi cavabdeh X26 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməli; iddia tələbləri qalan hissədə təmin edilməməli; Ekspertiza tədqiqatının dəyəri - 50 (yüz) manat Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməlidir.
65. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1843/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 78/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbləri qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 215 saylı (Yeni qaydalarla ünvan 12 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.m.(qeydə alınan sahə 905.kv.m) olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh məhdud məsuliyyətli cəmiyyət ilə X11 arasında bağlanmış 1 nömrəli, 25 fevral 2018-ci il tarixli müqavilə qismən, yəni 293 m2 qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız olması təsbit(təsdiq) edilsin. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 215 saylı (Yeni qaydalarla ünvan 12 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.m.(qeydə alınan sahə 905.kv.m) olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh məhdud məsuliyyətli cəmiyyət ilə X26 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y/2 nömrəli müqavilə qismən, yəni 293 m2 qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız olması təsbit(təsdiq) edilsin. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 215 saylı (Yeni qaydalarla ünvan 12 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.m.(qeydə alınan sahə 905.kv.m) olan qeyri-yaşayış sahəsinin 293 m2 hissəsində X18 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyat ləğv edilsin və qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsi cavabdeh X26 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. iddia tələbləri qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri - 50 (yüz) manat Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.