Məhkəmə qərarları › İş №2(103)-2428/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2428/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2428/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 MMC-nə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbi üzrə ilkin, Cavabdeh2 MMC-nin İddiaçı qarşı İddiaçı ilə Cavabdeh1 MMC-nin arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 97A nömrəli müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (müqvilə üzrə öhdəliyini icrasının cavabdehin üzərinə qoyulması, əqdin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2(005)-2626/2022 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2018 il tarixli, 97 və 97a saylı müqavilələr imzalanmışdır. Müqavilələrə əsasən Cavabdeh1 MMC Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 38 ünvanda yerləşən “Mülkiyyətçi”nin mülkiyyətində olan 3 saylı mənzilin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan mənzilin əvəzinə dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 3 otaqlı, 100 kv.m mənzili və tam təmirli 2 otaqlı, 50 kv.m mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 2.İddiaçı cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmədiyini bildirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh1 MMC-nə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 MMC arasında bağlanmış 20 noyabr 2018-ci il tarixli 97 və 97a saylı müqavilələrin şərtlərinə əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində Cavabdeh1 MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli yaşayış binasından tam təmirli ümumi sahəsi 100 kv.m olan 3 otaqlı və ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzillərin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə və iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh2 MMC-nin cavabdeh kimi işə cəlb edilməsini və İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 20 noyabr 2018-ci il tarixli 97 və 97a saylı müqavilələrin şərtlərinə əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində Cavabdeh2 MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli yaşayış binasından tam təmirli ümumi sahəsi 100 kv.m olan 3 otaqlı və ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzillərin iddiaçıya verilməsi öhdəliyinin Cavabdeh2 MMCnin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.İddia ərizəsi və əlavə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 38 saylı evin 2 mərtəbədən ibarət 3 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmuş, 2018-ci ilin sonlarında Cavabdeh1 MMC-nin (bundan sonra tikinti şirkəti) əməkdaşları həmin evin yerləşdiyi ərazidə yeni hündürmərtəbəli çoxmənzilli yaşayış kompleksinin inşa edilməsini və həmin yaşayış kompleksində yeni təmir edilmiş mənzillər verilməklə ona məxsus evin sökülməsini bildirmişlər. Danışıqlar nəticəsində tikinti şirkətinin nümayəndələri ona məxsus evə onun və valideynlərinin iştirakı ilə baxış keçirmiş və hər iki mərtəbənin ölçülərini götürəndən sonra onlar tikinti şirkətinin ofisində 20 noyabr 2018-ci il tarixdə tikinti şirkətinin rəhbərliyi ilə 97 və 97a saylı müqavilələr bağlamışlar. Həmin müqavilələrin predmetinə əsasən onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 38 ünvanında yerləşən, 2 mərtəbəli, 3 saylı mənzilin söküntüsü qarşılığında tikinti şirkəti bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada ona məxsus 2 otaqlı, 40 kv.m və 3 otaqlı 80 kv.m mənzillərin əvəzinə yeni tikiləcək binada tam təmirli ümumi sahəsi 50 kv.m olan 2 otaqlı və ümumi sahəsi 100 kv.m olan 3 otaqlı mənzilləri onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilələr bağlandıqdan sonra ona məxsus ev tikinti şirkətinə təhvil verilərək sökülmüş, həmin ərazidə hündürmərtəbəli binanın tikintisi başlanmış və hər ay ona kirayədə qalmaq üçün 500 manat kompensasiya ödənilmişdir. Lakin həmin ərazidə çoxmənzilli hündürmərtəbəli binanın inşası başa çatsa da, cavabdeh təşkilat müqavilələr üzrə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçıraraq bir neçə aydır kı, mənzilləri ona təqdim etməkdən imtina edir. O, bir neçə dəfə valideynləri ilə birlikdə tikinti şirkətinin rəhbərliyi ilə görüşüb mənzillərin verilməsini tələb etsə də, hər dəfə müəyyən bəhanələr gətirərək mənzilin verilməsini uzatmış, sonuncu görüşdə isə mənzilin verilməsindən imtina etmişlər. Əldə edilmiş məlumata əsasən Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin müvafiq sərəncamında dəyişiklik edilmiş, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində tikinti işlərinin aparılması üçün Cavabdeh2 MMC-nə icazə verilmişdir. Cavabdeh2 MMCnin məhkəmə icraatına cavabdeh qismində cəlb olunması zərurəti yaranmışdır. Onunla cavabdeh arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən qarşılıqlı həll edilməyən mübahisələr Azərbaycan Respublikasının məhkəmələri tərəfindən Azərbaycan hüququ tətbiq edilərək həll ediləcəkdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 6.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 09 sentyabr 2022-ci il tarixli, 2(005)-2626/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Solmaz Ədilova) iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 20 noyabr 2018-ci il tarixli 97 və 97a saylı müqavilələrin şərtlərinə əsasən İddiaçı Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında tam təmirli ümumi sahəsi 100 kv.m olan 3 otaqlı və ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzillərin verilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması və mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. 7.İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 97 saylı müqavilədən görünür ki, Cavabdeh1 MMC ünvan 1 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 3 otaqlı, 80 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 3 otaqlı, 100 kv.m mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülkiyyətçi bu Müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh1 MMC-nə təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. 8.Müqavilənin 2.1.2-ci bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 3 otaqlı mənzil üçün aylıq 500 manat kirayə haqqını almaq “Mülkiyyətçi”nin hüququdur. 9.Müqavilənin 2.2-ci bəndinə əsasən Cavabdeh1 MMC-nin hüquq və vəzifələri aşağıdakılardır: 2.2.3. Müqavilənin 2.1.2. bəndində nəzərdə tutulmuş ödənişin rübdə 1 (bir) dəfə hər rübün birinci ayının 01-də “Mülkiyyətçi”yə ödənilməsini təmin etmək; 2.2.4.Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”yə mənzili təmir edib təhvil vermək; 2.2.5.Binanın tikintisi başa çatdırıldıqda aşkar olunmuş nöqsanları, görülməyən işləri tamamlamaq; 2.2.6. Yaşayış binasını müvafiq qaydada dövlət Komissiyasına təhvil vermək; 2.2.7. Bina tikilib təmir edildikdən sonra “Mülkiyyətçi”dən mənzilin təhvil alınmasını tələb etmək. 10.İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 97a saylı müqavilədən görünür ki, Cavabdeh1 MMC ünvan 2 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 2 otaqlı, 40 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 2 otaqlı, 50 kv.m mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülkiyyətçi bu Müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh1 MMC-nə təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. 11.İş materiallarında olan xx.xx.2018-ci il qeydiyyat tarixli, RX seriyalı ******* №-li çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 38 (yeni qaydalarla: AZ 1008, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 38,5 kv.m olan 3 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. 12.İş materiallarına əlavə edilmiş pretenziyadan görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixli 97 və 97a saylı müqavilələrdə nəzərdə tutulmuş tam təmirli ümumi sahəsi 100 kv.m olan 3 otaqlı və ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzillərin ona verilməsini Cavabdeh1 MMC-nin və Cavabdeh2 MMCnin rəhbərliyindən xahiş etmiş, əks təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı 7 gün ərzində məhkəmə orqanlarına müraciət etmək məcburiyyətində olacağını bildirmişdir. 13.İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 267 saylı, xx.xx.2017-ci il tarixli sərəncamından görünür ki, Cavabdeh1 rəhbərliyi xx.xx.2017-ci il tarixli, 01 №-li məktubu ilə Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edərək, rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinləri Cavabdeh1 MMC-nin vəsaiti hesabına, hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinə razılıq verməsini xahiş etmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhəri Nərimanov rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə 5 il müddətinə RİH-ə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunanları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2017ci il tarixli, xx/xx-1148 №-li rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələblərini rəhbər tutaraq, qərara alıram: 1. Rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Ə.Əlizadə və Tələt Şıxəliyev küçələrinin kəsişməsində 0,884 ha torpaq sahəsi Cavabdeh1 MMCnin daimi istifadəsinə verilsin. 2. Rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə Cavabdeh1 MMC-nə aşağıdakılar həvalə edilsin: 2.1. Cavabdeh1 MMC-nə ayrılmış torpaq sahəsini yerində qəbul etsin və onun sanitar vəziyyətinə nəzarət etsin; 2.2. Ayrılmış torpaq sahəsinə Cavabdeh1 MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin; 2.3 Ərazinin və obyektin memarlıq-planlaşdırma həlli layihələndirmə ərəfəsində RİH ilə razılaşdırılsın; 2.4. Tikinti işlərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Nallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması Cavabdeh1 MMC-nə tapşırılsın; 2.5.Layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla Cavabdeh1 MMC-nin vəsaiti hesabına həyata keçirilsin; 2.6. Rayonun Təbriz küçəsi 32, 34, 36, 38; Ə.Əlizadə küçəsi 23, 25, 27 və Ə.Vahid küçəsi 14, 16 nömrəli yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə, müvəqəti olaraq başqa mənzillərə köçürülsünlər. 3.Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz küçəsi 32, 34, 36, 38; Ə.Əlizadə küçəsi 23, 25, 27 və Ə.Vahid küçəsi 14, 16 nömrəli yaşayış binaları sökülsün. 4. Sərəncamın İ və İİ bəndlərinin tələbləri Cavabdeh1 MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RİH-ə müraciət edilsin. 5. Bu sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır. 6. Ayrılmış torpaq sahəsinin zəbt olunmasının, həmin ərazidə yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyətin nəzarətdə saxlanılması RİH Başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinə tapşırılsın. 7. Sərəncamın aidiyyəti ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılsın. 14.İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 306 saylı, xx.xx.2018-ci il tarixli sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarını rəhbər tutaraq, Cavabdeh1 MMC-nin müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini, Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-1148 nömrəli razılaşma məktubu, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 267 və xx.xx.2017-ci il tarixli, 309 nömrəli sərəncamlarını Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 24987 nömrəli ekspertiza rəyini nəzərə alaraq: 1. Təbriz, Əliəşrəf Əlizadə və Əliağa Vahid küçələrinin kəsişməsində sökülmüş qəzalı binaların yerində Cavabdeh1 MMC-nə yaşayış binalarının tikintisinə icazə verilsin. 2. Sərəncamın aidiyyəti ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılsın. 15.İş materiallarında olan Cavabdeh2 MMC-nin məhkəmə sorğusuna xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Qərarına əsasən Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 267 saylı sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz, Əliəşrəf Əlizadə və Əliağa Vahid küçələrinin kəsişməsində pilot layihə çərçivəsində qəzalı binaların yerləşdiyi sahədə yaşayış binalarının tikintisi üçün Cavabdeh1 MMC-nə icazə verilmişdir. Qeyd olunan ərazinin qəzalı olması barədə Azərbaycan Respublikasının FHN-nin xx.xx.2017-ci il tarixli rəyi mövcuddur. Cavabdeh1 MMC ilə sözügedən ərazidə yüksəkmərtəbəli yaşayış binasının tikilməsinin Cavabdeh2 MMC-nə həvalə edilməsinə dair 25 dekabr 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqavilə imzalanmışdır. Tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-1148 №-li rəyini nəzərə alaraq davam etdirilmişdir. xx.xx.2019-cu il tarixli, 16 nömrəli məktubla Cavabdeh2 MMC-nin rəhbərliyi Nərimanov rayon icra Hakimiyyətinə müraciət edərək Nərimanov rayon icra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 267 saylı sərəncamının dəyişdirilərək Cavabdeh2 MMCnin adına keçirilməsini xahiş etmişdir. Sərəncamın Cavabdeh2 MMC-nin adına sənədləşdirilməsi üçün Cavabdeh1 MMC xx.xx.2018-ci il tarixli, 11 nömrəli məktubu ilə öz razılığını bildirmişdir. Yuxarıda qeyd olunanları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-1148 №-li rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələblərini rəhbər tutaraq Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 267 saylı sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilmişdir. Nərimanov rayon icra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 161 saylı sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz, Əliəşrəf Əlizadə və Əliağa Vahid küçələrinin kəsişməsində pilot layihə çərçivəsində qəzalı binaların yerləşdiyi sahədə yaşayış binalarının tikintisi üçün 0,884 ha torpaq sahəsi Cavabdeh2 MMC-nin daimi istifadəsinə verilmişdir. Qeyd olunan ərazidə Cavabdeh2 MMC tərəfindən tikinti işləri davam etdirilir. 16.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2018 il tarixli, 97 və 97a saylı müqavilələr imzalanmışdır. Müqavilələrə əsasən Cavabdeh1 MMC Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 38 ünvanda yerləşən “Mülkiyyətçi”nin mülkiyyətində olan 3 saylı mənzilin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan - 3 otaqlı, 80 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 3 otaqlı, 100 kv.m mənzili və 2 otaqlı, 40 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli, 2 otaqlı, 50 kv.m mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 17.Məhkəmə Mülki Məcəllənin 442-ci maddəsinə əsaslanaraq qeyd etmişdir ki, hazırki mübahisənin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsini əsaslı hesab etmək olar. Belə ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2018-ci il tarixdə 97 və 97a saylı müqavilələr bağlanmış, sonradan iddiaçının mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 38 ünvanında yerləşən, 2 mərtəbəli, 3 saylı mənzilin yerləşdiyi ərazidə hündürmərtəbəli yaşayış binasının tikilməsi Cavabdeh2 MMC-nə həvalə edilmiş, bununla da xx.xx.2018-ci il tarixli 97 və 97a saylı müqavilələr üzrə iddiaçının mülkiyyətində olan - 3 otaqlı, 80 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 3 otaqlı, 100 kv.m mənzilin və 2 otaqlı, 40 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 2 otaqlı, 50 kv.m mənzilin iddiaçının mülkiyyətinə verilməsi öhdəliyi Cavabdeh1 MMC-dən Cavabdeh2 MMC-nə keçmişdir. 18.Lakin Cavabdeh2 MMC xx.xx.2018-ci il tarixli 97 və 97a saylı müqavilələrin 1.1-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, habelə həmin öhdəliklərin icrasına dair hər hansı sübutlar təqdim etməmişdir. 19.Məhkəmə yekun olaraq qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh2 MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh2 MMC yuxarıda qeyd edilən müqavilələrlə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, müqavilələrlə nəzərdə tutulan hərəkətləri tam icra etməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh2 MMC özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. 20.Beləliklə məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 20 noyabr 2018-ci il tarixli 97 və 97a saylı müqavilələrin şərtlərinə əsasən İddiaçı Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında tam təmirli ümumi sahəsi 100 kv.m olan 3 otaqlı və ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzillərin verilməsi öhdəliyi Cavabdeh2 MMC-nin üzərinə qoyulmalıdır. 21.Eyni zamanda, qeyd etmişdir ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 97 və 97a saylı xx.xx.2018-ci il tarixli müqavilələr üzrə öhdəliklər Cavabdeh2 MMC-yə keçdiyindən iddia tələbinə dair əlavə ərizədə iddiaçı öhdəliyin icrasını Cavabdeh2 MMCdən tələb etmişdir. 22.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 386.1, 442, 404.1, 404.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1, 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri. a) Apellyasiya şikayətinin dəlilləri 23.Qətnamədən Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni 20 noyabr 2018-ci il tarixli, 97a nömrəli müqavilənin şərtinə əsasən iddiaçıya Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində hündürmərtəbəli, çox mənzilli yaşayış binasında tam təmirli ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin verilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normasını mübahisəyə tətbiq edib iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edərkən hazırkı şikayətin 3-cü bəndində sadalanan xüsusatlara əsasən iddiaçıya məxsus olan eyni mənzilə dair iki müqavilə bağlanılması faktını, bu səbəbdən də iddiaçıya 2 otaqlı 50 kv.m mənzilin verilməsinə dair xx.xx.2018-ci il tarixli, 97A nömrəli müqavilənin əhəmiyyətsiz əqd olmasını nəzərə almamış, bununla da Mülki Məcəllənin 442-ci maddəsi məhkəmə tərəfindən hazırkı mübahisəyə düzgün tətbiq edilməmişdir. Qeyd olunan ünvanda iddiaçının mülkiyyətində iki deyil, yalnız bir mənzil olmuşdur. Belə ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli mülkiyyət hüququ haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən 3 saylı, ümumi sahəsi 38,5 kv.m olan mənzil iddiaçının mülkiyyətindədir. Həmin mənzilə dair tərtib edilmiş 10 noyabr 1995-ci il tarixli Texniki Pasportun surətindən görünür ki, qeyd olunan mənzil 12 və 15 kv.m olmaqla, ümumi sahəsi 27 kv.m yaşayış sahəsindən, 10 kv.m giriş (dəhliz) və 1,5 kv.m sanitar qovşaqdan ibarət olmaqla yalnız bir mərtəbədən ibarətdir. Göründüyü kimi həmin ünvanda iddiaçının xüsusi mülkiyyətində 80 kv.m sahəsi olan ikimərtəbəli mənzil mövcud olmamışdır. İddiaçı tərəfindən mülkiyətində olan ümumi sahəsi 38,5 kv.m olan mənzildə əlavə tikillilər aparılmaqla, həmin 38,5 kv.m mənzil üstundə əlavə tikili inşa olunmaqla həmin mənzil 80 kv.m ümumi sahədən ibarət olmaqla ikimərtəbədən ibarət tikili vəziyyətinə gətirilmişdir. Buna görədə iddiaçının mülkiyyətində olan və əlavə tikililərə görə sahibliyində və istifadəsində olan 38 saylı evin, 3 saylı mənzilinə dair Cavabdeh1 MMC ilə xx.xx.2018-ci il tarixli, 97 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə bağlanarkən iddiaçı tərəfindən şirkətə xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli mülkiyyət hüququ haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış təqdim edilmişdir. Həmçinin iddiaçı həmin mənzilə dair tərtib edilmiş 10 noyabr 1995-ci il tarixli Texniki Pasportun surətini şirkətə təqdim edərək, həmin ünvanda ona məxsus başqa bir mənzilin mövcud olduğunu inandıraraq xx.xx.2018ci il tarixli, 97a nömrəli müqavilə bağlanılmasına nail olmuşdur. Cavabdeh1 MMC-nin əməkdaşlarının diqqətsizliyi və səhlənkarlığı nəticəsində təqdim edilmiş texniki pasportda qeyd olunan mənzil ilə, xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli mülkiyyət hüququ haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda göstərilən mənzillərin eyni olması müəyyən edilməmiş və iddaçı ilə 97a nömrəli müqavilə bağlanılmışdır. Göründüyü kimi iddiaçıya məxsus olan eyni mənzilə dair iki müqavilə bağlanılmışdır ki, iddiaçıda əsassız olaraq həmin müqavilə əsasında mənzilin ona verilməsini tələb edir. Belə ki, tərəflər arasında bağlanmış 97 və 97a saylı hər iki müqavilənin 1.1-ci bəndində Təbriz küçəsi ev 38, mənzil 3 ünvanda yerləşən yaşayış üçün qəzalı vəziyətdə olan mənzilə görə inşa olunacaq binada yeni mənzilin verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçı ilə bağlanmış müqavilələrin 1.1-ci bəndində sökülməsi nəzərdə tutulan mənzillər fərqli deyil, eyni mənzil olaraq göstərilmişdir. Bu hal onu təsdiq edir ki, iddiçıya məxsus olmuş eyni mənzilə görə iki müqavilə bağlanılmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən şikayətin 3 və 4-cü bəndində göstərilən halları nəzərə almamış, bununla da qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından – MPM-in 217-ci maddəsinin tələbləri pozulmuş, bu pozuntu isə iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. 25.Həmçinin işə baxılmanın apellyasiya mərhələsində Cavabdeh2 MMC qarılıqlı iddia ərizəsi verərək İddiaçı ilə Cavabdeh1 MMC-nin arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 97A nömrəli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 26.Qarşılıqlı iddia tələbi apellyasiya şikayəti ilə eyni məzmunda olmaqla qeyd olunmuşdur ki, iddiaçıya 2 otaqlı, 50 kv.m mənzilin verilməsinə dair xx.xx.2018-ci il tarixli, 97A nömrəli müqavilə əhəmiyyətsiz hesab edilməli və həmin müqavilə üzrə cavabdehin iddiaçıya mənzilin təhvil verilməsi öhdəliyi mövcud deyil. 97 saylı müqavilədə kirayə haqqının verilməsi nəzərdə tutulsa da, 97A saylı müqavilədə kirayə haqqının verilməsi nəzərdə tutulmayıb. Həmçinin, ilkin iddiaçının dəlillərinə əsasən onun qeyd olunan ünvanda ümumi sahəsi 120 kv.m olan mənzili qeyd olunsa da, ilkin iddiaçı tərəfindən bu halı təsdiq edəcək sübutlar təqdim olunmamışdır. 27.Məhkəmə kollegiyası Cavabdeh2 MMC-nin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmamasının nəzərə alaraq MPM-in 155.2-ci maddəsinə əsasən onun tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini mümükün hesab edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 28.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 29.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti və qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, Cavabdeh1 MMC-nin hüquqları Cavabdeh2 MMC-yə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 21 iyun 2019-cu il tarixli Sərəncamına əsasən keçmişdir. Həmin vaxtdan bütün müqavilələr Cavabdeh2 MMC-yə təhvil verilmişdir. İddiaçı sadəcə olaraq Cavabdeh1 MMC-ni aldatması nəticəsində 97A saylı müqavilə bağlanmışdır. İddiaçı müqavilə bağlanandan sonra evini təhvil vermiş, onun evi sökülmüş, hazırda həmin evin yerində hündürmərtəbəli bina tikilmişdir. 30.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini və qarşılıqlı iddia tələbini qəbul etməyərək, onların təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, 2018-ci ilin sonlarında Cavabdeh1 MMC-nin əməkdaşları həmin evin yerləşdiyi ərazidə yeni hündürmərtəbəli çoxmənzilli yaşayış kompleksinin inşa edilməsini və həmin yaşayış kompleksində yeni təmir edilmiş mənzillər verilməklə, iddiaçıya məxsus evin sökülməsini bildirmişlər. Danışıqlar nəticəsində tikinti şirkətinin nümayəndələri iddiaçıya məxsus evə onun və valideynlərinin iştirakı ilə baxış keçirmiş, hər iki mərtəbənin ölçülərini götürəndən sonra onlar tikinti şirkətinin ofisində 20 noyabr 2018-ci il tarixdə tikinti şirkətinin rəhbərliyi ilə 97 və 97a saylı müqavilələr bağlamışlar. Həmin müqavilələrə əsasən iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 38 ünvanında yerləşən, 2 mərtəbəli, 3 saylı mənzilin söküntüsü qarşılığında tikinti şirkəti bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada ona məxsus 2 otaqlı, 40 kv.m və 3 otaqlı 80 kv.m mənzillərin əvəzinə yeni tikiləcək binada tam təmirli ümumi sahəsi 50 kv.m olan 2 otaqlı və ümumi sahəsi 100 kv.m olan 3 otaqlı mənzilləri onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Bundan sonra iddiaçı iki mərtəbəli evini təhvil vermiş, Cavabdeh1 MMC tərəfindən ev sökülərək yerində hündürmərtəbəli bina tikilmişdir. Hazırda Cavabdeh1 MMC-nin hüquqlarını qəbul edən Cavabdeh2 MMC 97A saylı müqavilənin aldatma ilə bağlandığını qeyd edir. Sual olunur ki, cavabdeh bunu ev sökülməmiş deyə bilərdimi? İddiaçı ilə razılığa gəlinir, evi sökülür, yerində hündürmərtəbəli bina tikilir, indi isə cavabdeh müqavilə üzrə öhdəliyinin icrasından yayınaraq, müqavilənin etibarsızlığı tələbini irəli sürür və bildirir ki, iddiaçı sübut etsin ki, 120 kv.m evi olmuşdur. Bu heç bir məntiqə sığmır. 97 və 97A saylı müqavilələr cavabdehə 21 iyun 2019-cu il tarixdə təhvil verilib. Müqavilənin etibarsızlığı ilə bağlı iddia isə 1 illik müddət keçəndən sonra irəli sürülüb. 31.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, digər cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 32.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 33.Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradəifadəsidir. 34.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 35.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 36.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 37.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 38.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 39.Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 40.Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin 41.Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 42.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 43.Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 44.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 45.Maddə 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 46.Maddə 387.2.2.İşdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya baxışının hədləri 47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 48.Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadının 59-cu bəndinə əsasən məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvini tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Həmin qərardadın 62-ci bəndinə əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlamalıdır. 49.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadını nəzərə almaqla qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin tələbində və dəlillərində qətnaməni iddianın xx.xx.2018-ci il tarixli 97A saylı müqavilə ilə bağlı təmin edilən hissəsində mübahisələndirdiyindən, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın xx.xx.2018-ci il tarixli 97A saylı müqavilə ilə bağlı təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 50.Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarının tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia həmin hissədə təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. 51.Belə ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 MMC-yə ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 MMC lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. 52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır” 53.Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və şikayətin digər dəlillərindən asılı olmadan qətnamə mübahisələndirilən hissədə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 54.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər xx.xx.2018ci il tarixdə 97 və 97A saylı müqavilələr bağlamış, bu zaman tərəflərə hüquq və vəzifələri izah edilmişdir. Müqavilə üzrə Cavabdeh1 MMC Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 38 ünvanda yerləşən “Mülkiyyətçi”nin mülkiyyətində olan 3 saylı mənzilin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan - 3 otaqlı, 80 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 3 otaqlı 100 kv.m mənzili və 2 otaqlı, 40 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 2 otaqlı 50 kv.m mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 55.İlk olaraq kollegiya tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 97A saylı bağlı müqavilənin etibarsızlığı ilə bağlı cavabdeh tərəfin dəlillərinə qiymət verilməsini əsaslı hesab edir. 56.Cavabdeh apellyasiya şikayəti və qarşılıqlı iddia ərizəsi verərək iddiaçının həmin mənzilə dair tərtib edilmiş 10 noyabr 1995-ci il tarixli Texniki Pasportun surətini şirkətə təqdim edərək, həmin ünvanda ona məxsus başqa bir mənzilin mövcud olduğuna inandıraraq, xx.xx.2018-ci il tarixli, 97a nömrəli müqavilə bağlanılmasına nail olduğunu, Cavabdeh1 MMC-nin əməkdaşlarının diqqətsizliyi və səhlənkarlığı nəticəsində təqdim edilmiş texniki pasportda qeyd olunan mənzil ilə, xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli mülkiyyət hüququ haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda göstərilən mənzillərin eyni olmasının müəyyən edilməməsi nəticəsində iddiaçı ilə 97a nömrəli müqavilənin bağlanmasını, iddiaçı ilə eyni mənzilə dair iki müqavilənin bağlandığını, buna görə iddiaçıya 2 otaqlı 50 kv.m mənzillərin verilməsinə dair xx.xx.2018-ci il tarixli, 97A nömrəli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. 57.Kollegiya 97A saylı müqavilə bağlanarkən cavabdeh tərəfin aldadılması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, bu halı təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim edilməmiş, həmçinin tərəflər arasında bağlanmış müqavilə daşınmaz əmlakla bağlı tərəflərin sərbəst iradə ifadələri əsasında bağlanmış, müqavilə üzrə tərəflərin öhdəlikləri aydın şəkildə göstərilmişdir. 58.Kollegiya qeyd edir ki, qanunverici tərəfindən etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə müvafiq maddələrdə qruplaşdırılmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmasını ehtiva edir. Bu baxımdan, kollegiya qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. 59.Hazırkı işdə cavabdeh 97A saylı müqaviləsinin etibarsızlığı tələbini irəli sürərkən həmin əqdin bağlanması zamanı iddiaçı tərəfindən cavabdehin aldadılmasını, yəni iddiaçının cavabdehi ona məxsus başqa bir mənzilin mövcud olduğuna inandırdığını qeyd etmişdir. 60.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. 61.Aldatma isə bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. 62.Belə ki, müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) aldadıcı davranış qəsdən edilmiş olmalı, belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı, müqavilə həmin aldadıcı hərəkətin nəticəsində bağlanmalıdır. Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı müqavilə ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərtlərlə bağlanacaqdı. Bu şərtlərdən hər hansı biri aşkar edilməzsə aldatmaya dayanaraq əqdin etibarsızlığı tələbi irəli sürülə bilməz. 63.Hazırkı mülki işdə isə müəyyən olunur ki, iddiaçının mülkiyyət sənədinə əsasən 38,5 kv.m ümumi sahəsi olan evi olsa da, onun artırmalarla iki mərtəbəli evi olmuşdur. 97 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıya 3 otaqlı, 80 kv.m mənzilin əvəzinə 3 otaqlı 100 kv.m olan mənzil, 97A saylı müqavilə üzrə 2 otaqlı, 40 kv.m mənzilin əvəzinə 2 otaqlı 50 kv.m mənzilin verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Hər iki müqavilə eyni evə görə bağlanmışdır. Göründüyü kimi, iddiaçının artırmalarla birlikdə 120 kv.m sahəsi olan evi olmuşdur. 64.Müqavilələrdən sonra iddiaçı tərəfindən ev cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən ev sökülmüş, hazırda həmin evin yerində hündürmərtəbəli bina tikilmişdir. 65.Belə ki, cavabdeh iddiaçı ilə razılığa gəlir, evi sökür, yerində hündürmərtəbəli bina tikir, indi isə cavabdeh müqavilə üzrə öhdəliyinin icrasından yayınaraq, müqavilənin etibarsızlığı tələbini irəli sürür və qeyd edir ki, iddiaçı sübut etsin ki, 120 kv.m evi olmuşdur. 66.Kollegiya cavabdehin iddiaçının 120 kv.m evinin olmasını sübut etməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdeh iddiaçı ilə razılaşmadan sonra, iddiaçının evinin söküntüsünü həyata keçirmiş, yerində hündürmərtəbəli bina tikmişdir. 4 ilə yaxın müddət keçəndən sonra əmlakından məhrum olmuş iddiaçının üzərinə belə bir sübutetmə yükünün qoyulması, prosessual qanunvericiliyin tələbinə zidd olmaqla yanaşı ədalətsiz olardı. 67.Kollegiya hesab edir ki, tərəflər arasında xx.xx.2018-ci ildə bağlanmış 97A saylı müqavilənin etibarsızlığı üçün əsaslar-iddiaçı tərəfindən cavabdehin aldadılması halı müəyyən olunmur. 68.Digər tərəfdən kollegiya apellyatorun 97 saylı müqavilədə kirayə haqqı nəzərdə tutulduğu halda, 97A saylı müqavilədə kirayə haqqının nəzərdə tutulmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, həmin dəlil 97A saylı müqavilənin etibarsızlığı üçün əsas yaratmır, əksinə 97A saylı müqavilədə kirayə haqqının nəzərdə tutulmaması onu deməyə əsas verir ki, 97 və 97A saylı müqavilələr eyni evə görə bağlanılmış, iddiaçının mənzil söküləndən sonra kirayə haqqının verilməsi bir müqavilədə nəzərdə tutulmuşdur. 69.Bundan əlavə cavabdeh tərəf qeyd etmişdir ki, Cavabdeh1 MMC-nin hüquqları Cavabdeh2 MMC-yə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 21 iyun 2019-cu il tarixli Sərəncamına əsasən keçmişdir. Cavabdehin də nümayəndəsinin qeyd etdiyi kimi həmin vaxtdan bütün müqavilələr Cavabdeh2 MMC-yə təhvil verilmişdir. Cavabdeh isə hazırkı iddianı xx.xx.2023-cü il tarixdə irəli sürmüş, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən mübahisələndirilən əqdlər üzrə 1 illik müddəti də keçirmişdir. 70.Qeyd olunanlara əsasən kollegiya xx.xx.2018-ci ildə bağlanmış 97A saylı müqavilənin etibarsızlığı üçün əsaslar müəyyən etmədiyindən, qarşılıqlı iddianın təmin edilməməsi qənaətinə gəlir. 71.Kollegiya hesab edir ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən hazırkı mübahisənin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsini əsaslı hesab etmək olar. 72.Belə ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2018-ci il tarixdə 97a saylı müqavilə bağlanmış, iddiaçının mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 38 ünvanında yerləşən, 2 mərtəbəli, 3 saylı mənzilin yerləşdiyi ərazidə hündürmərtəbəli yaşayış binasının tikilməsi Cavabdeh2 MMC-nə həvalə edilmiş, bununla da xx.xx.2018-ci il tarixli 97a saylı müqavilə üzrə iddiaçının mülkiyyətində olan - 2 otaqlı, 40 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 2 otaqlı 50 kv.m mənzilin iddiaçının mülkiyyətinə verilməsi öhdəliyi Cavabdeh1 MMC-dən Cavabdeh2 MMC-nə keçmişdir. Lakin Cavabdeh2 MMC xx.xx.2018-ci il tarixli 97a saylı müqavilənin 1.1-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, habelə həmin öhdəliklərin icrasına dair hər hansı sübutlar təqdim etməmişdir. 73.Belə ki, iddiaçı xx.xx.2018-ci il tarixli 97a saylı müqavilə üzrə öhdəliklərini icra etsə də cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etməmiş, bunula da müqavilənin şərtlərini pozmuşdur. 74.Buna görə də kollegiya hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh2 MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və Cavabdeh2 MMC özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. 75.Buna görə də qətnamə mübahisələndirilən hissədə ləğv edilərək iddia tələbi həmin hissədə təmin edilməli, 20 noyabr 2018-ci il tarixli 97a saylı müqavilə şərtlərinə əsasən İddiaçı Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında tam təmirli ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin verilməsi öhdəliyi Cavabdeh2 MMC-nin üzərinə qoyulmalıdır. Qarşılıqlı iddia isə əsassız olduğundan təmin olunmamalıdır. 76.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384,392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2(005)-2626/2022 saylı qətnaməsi ilk iddianın 20 noyabr 2018-ci il tarixli 97a saylı müqavilə üzrə ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzillə bağlı təmin edilən hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qbul edilsin. İlkin iddia qeyd olunan hissədə təmin edilsin. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 20 noyabr 2018-ci il tarixli 97a saylı müqavilənin şərtlərinə əsasən İddiaçı Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında tam təmirli ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin verilməsi öhdəliyi Cavabdeh2 MMC-nin üzərinə qoyulsun. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar