Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2432/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X13 və X9 ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və X10 qarşı “mənzildən çıxarılma və digər şəxslərin təsirindən azad mənzilin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7043/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və X10 qarşı “mənzildən çıxarılma və digər şəxslərin təsirindən azad mənzilin verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ünvan 1ənzil 74 ünvanında yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılmasına və digər şəxslərin təsirindən azad mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7043/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehlər həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü il tarixli 211527 saylı order əsasında məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları”na əsasən qeyd olunan orderin hüquqi qüvvəsi dayandırldığına görə, iddiaçının bu iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh1, X11 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli 2/68 saylı kirayə müqaviləsinə əsasən Qaradağ rayonu, Ümid qəsəbəsi, 6A saylı evin 68-ci mənzilində məskunlaşmış, yalnız X14 ayrı təsərrüfat kimi qeydə alınmış və mübahisəli mənzildə yaşayır. Məhkəmə iclasında iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1983-cu il tarixli 211527 nömrəli orderə əsasən qeyd olunan mənzil X5 verilmiş, sonuncu digər ailə üzvləri ilə birlikdə qeydiyyatdadır. X12 ilə X2 nikahı pozulmuş və bu akt qeydləri kitabında xx.xx.1981-ci il tarixdə 306 nömrə ilə qeyd edilmiş, İddiaçı qeyd olunan şəxslərin nikahından xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, iddiaçının anası xx.xx.2014-cü ildə vəfat etmişdir. İddiaçı xx.xx.2005-ci ildən 2 nəfər ailə üzvü ilə Binəqədi rayonu, 6 mkr, İ.Həşimov küçəsi, ev 6a, mənzil 74 ünvanında qeydiyyatdadırlar. Bundan əlavə, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bakı şəhər Qaradağ rayon sektorunun A-6511 nömrəli, xx.xx.2019cu il tarixli arayışına əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Laçın rayonundan məcburi köşkün olmaqla, ünvan 2 ünvanında müvəqqəti məskunlaşmışlar. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bakı şəhər Binəqədi rayon sektorunun 7329 nömrəli, xx.xx.2019-cu il tarixli arayışına əsasən Cavabdeh1 ünvan 3 ünvanında məcburi köçkün kimi qeydiyyatdadır. Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bakı şəhər Binəqədi rayon sektoruna ünvanladığı 8/2530 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Laçın rayonu Mişni kənd sakini İbrahimov X7 inzibati-ərazi dairəsi üzrə nümayəndəlikdə ayrı təsərrüfat kimi qeydə alınmış və Rayon icra Hakimiyyəti başçısı yanında Şuranın xx.xx.2017-ci il tarixli 03 nömrəli qərarı ilə təsdiq edildiyi bildirilmiş və onun ayrı təsərrüfat kimi qeydə alınmasına köməklik göstərilməsi xahiş edilmişdir. Həmçinin, 8/2585 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Laçın rayonu Mişni kənd sakini X1 inzibati-ərazi dairəsi üzrə nümayəndəlikdə ayrı təsərrüfat kimi qeydə alınmış və Rayon icra Hakimiyyəti başçısı yanında Şuranın xx.xx.2015-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edildiyi bildirilmiş və onun ayrı təsərrüfat kimi qeydə alınmasına köməklik göstərilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi rayonu MKTB-nin 79 saylı MKİS-nin 534 nömrəli, xx.xx.2019-cu il tarixli arayışına əsasən X4 rayonundan məcburi köçkün kimi mübahisəli mənzildə məskunlaşıb. Birinci instansiya məhkəməsinin sorğusuna verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubunda sorğuda adları qeyd edilən məcburi köçkünlərin dövlət tədbirləri əsasında Qaradağ rayonu ərazisində yerləşən 500 mənzilli Ümid qəsəbəsində, 2 saylı binada 68 nömrəli 2 otaqlı mənzillə təmin edilməsi qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mübahisəli yaşayış evi uzun illər iddiaçının sahiblik və istifadəsində olmuş, hazırda isə iddiaçının həmin mənzildə yaşamaması və həmin evdən istifadə edə bilməməsi onun iradəsindən asılı olmayan səbəbdən baş vermiş, cavabdehlər mənzili qanunsuz olaraq zəbt etmiş, dəfələrlə müraciət etməsinə baxmayaraq mənzili tərk etməmişlər. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx xxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. (Nazirlər Kabineti, Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Həmin maddədə, həmçinin qeyd edilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları”nın 4-cü bəndinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3 və X14 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7043/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-2432/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2432/2020
11.03.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver