Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2433/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı Şüalla oğlunun, onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndələri X4, Nümayəndə, X5, Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndəsi mütəxəssis X3 iştirakları ilə, İddiaçı Şüalla oğlunun Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7198/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Şüalla oğlu Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli, kb№ 911 saylı əmrinin ləğv edilməsi, Cavabdeh MMC-nin Texniki departamentinin Energetika şöbəsinin Enerji sistemiərinin planlanması və istismarı sektorunun müdiri vəzifəsinə bərpa edilməsi, iş buraxma müddəti üçün əmək haqqı məbləğinin, vəkilə ödənilmiş 200 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki: Cavabdeh MMC-nin texniki direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli Cavabdeh MMC-nin baş energetikinin vəzifə təlimatı”nın surətinə əsasən, baş energetik elektrik qurğularının texniki saz vəziyyətdə saxlanması, texniki istismar, texniki təhlükəsizlik qaydalarına və normativ tələblərə əməl edilməsi, aşkar olunmuş nöqsanların aradan qaldırılması, elektrik qurğularına baxış, əsaslı və cari təmir işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsi işinin təşkili və tədbir görülməsinə nəzarət edir.Baş energetik tabeçilikdəki bütün müəssisələrdə elektrik avadanlıqlarının istismar qaydalarına əməl olunmasına nəzarət etmək, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün vəzifəli şəxslərə göstəriş vermək üzrə hüquqi məsuliyyət daşıyır (səh.14); Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli. 422 saylı əmri ilə təsdiq edilmiş xx.xx.2016-cı il tarixli “Enerji sistemlərinin planlanması və istismarı sektoru müdirinin vəzifə təlimatı”nın surətindən görünür ki,Sektor müdirinin əsas vəzifəsi birbaşa rəhbərin nəzarəti altında Cavabdeh MMC-də Enerji sistemlərinin İstismarı prosesi və ona aid olan bütün sənədləri yaradıb, daim təkmilləşdirməyindən və prosesə riayət edilməsindən ibarətdir (səh.14); xx.xx.2019-cu il tarixli aktın və arayışın surətinə əsasən, Cavabdeh MMC-nin EŞ-nin müdiri baş energetik Habil Həsənov, EŞ-nın ESPİS-nun müdiri İddiaçı, HŞ-nin müdiri vəzifəsini icra edən Ayaz Mirzəzadə, MHŞ-nin müdiri Məmmədov Həzrətqulu, “xxxxxxx" MMC-nın hüqurşünası Qəzənfər Paşayev, İT mühəndisi Əhməd Hüseynov bu aktı tərtib edərək "xxxxxxx" MMC-nin "Cavabdeh” MMC-nin inzibati binasının 7-ci mərtəbəsində yerəşən otağında mövcud olan "xxxxxxx” MMC-yə məxsus iki şirkət arası elektrik sərfiyyatını təyini məqsədi iliə quraşdırılmış elektrik sayğacının qüsurlu olması aşkarlanmış, elektrik sayğacının gostəricisinin xx.xx.2015-ci il tarixində bağlanmış aktdakı sayğac göstəricisidən 106456 kvt) 6111 vt az olduğunu müəyyən etmiş, mövcud yükün metodiki hesablanmasında elektrik sayğacının düzgün işləmədiyini təsdiqləmişlər. Orta aylıq elektrik enerjisi sərfiyyatı çıxarılaraq dəymiş ziyanın 15257,63 manat təşkil etdiyi məyyən olunmuşdur (səh.50-51); Hacıqabul TKQ-nin rəisi X12 və qovşağın digər əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktın surətinə əsasən, MEATS-də inzibati binanın birinci mərtəbəsində 0,4 kv-lıq elektrik ayrıcısından TKQ-nin balansında olan 6/0,4 kv-İuq transformator Y\St-dakı 0,4 KV-İuq elektrik şitinə qədər məsafədə mövcud AVVQ 4x16 markalı elektrik kabeli MMV 3x70x35 markalı elektrik kabeli ilə əvəz olunması üçün Cavabdeh MMC-nin EŞ. ESPİS-nın müdiri İddiaçı Hacıqabul TKQ-na ezam olunmuşdur. Qeyd olunan işlərin icrası zamanı İddiaçı səhlənkarlığı nəticəsində fazalar arası birləşmələri düzgün təyin etməmiş, nəticədə TKQnin inzibati binasına 220 V gərginlik əvəzinə 2 fazla gərginlik daxil olmuş, bu səbəbdən MEATS-də rabitə avadanlıqlarında, transmissiya avadanlıqlarında, komputer şəbəkəsində, işıqlanma sistemində, siqnalizasiya sistemində, şaxta otağında, kompressor qurğusunda, nəzarət kamerasında, bir sözlə, 220V gərginliklə işləyən bütün avadanlıqlarda qısa qapanma baş vermiş, qeyd olunan avadanlıqlar sıradan çıxmışdır. TKQ-nin inzibati binasında, iş və istehsalat otaqlarında elektrik İampaları, patronlar, UPS-lər, elektrik şitində 1 ədəd avtomat ayırıcı, 8 ədəd adaptor, modemlər sıradan çıxmış, ümumilikdə komputer şəbəkəsi zədələnmişdir. Qeyd olunan səbəbdən TKQ-na mənəvi və maddi ziyan dəymişdir (səh.52); “Cavabdeh ” MMC-nin EŞ, ESPİS-nun müdiri İddiaçı, ESPİS-nun mütəxəssisi Məmməd Məmmədov və Hacıqabul TKQ-nin Q.Q üzrə böyük elektromexaniki Əlikram Əliyev tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli digər aktın surətinə əsasən, Hacıqabul TQK-nın transfarmator məntəqəsində istismar olunan 2 ədəd 250 KVA gücündə transfarmatordan AVR (avtomatik qoşulma) qurğusuna kimi MMV3x16 markalı elektrik kabeli və bina daxili elektrikpaylayıcı qurğusundan dəhlizdəki elektrik şitinə qədər AWQ 4x16 markalı elektrik kabelləri 2 MMV 3x70+1x35 markalı elektrik kabelləri ilə əvəz olurımuş, elektrik şitləri arasında 1 ədəd ötürücü AVVQ 3x70 markalı elektrik kabeli quraşdırılmışdır. İşin görülməsi zamanı EATS-in yükü akkumlyatorların üzərinə qoşulmuş, təkrar elektrik enerjisi verilən zaman akkumlyatorlar növbə ilə doldurulmuşdur. Bu da qida qurğusunun qəza vəziyyətində olduğunu göstərir; xx.xx.2019-cu il tarixli təqdimata əsasən, Cavabdeh MMC-nin baş direktorunun birinci müavini Zaman Verdiyev, İnsan resursları departamentinin direktoru Səidə Hüseynova və Hüquq şöbəsinin Korporativ tənzimləmə sektorunun müdiri Ayaz Mirzəzadə tərəfindən İddiaçıla bağlanmış xx.xx.2018ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi məsələsi ilə bağlı baş direktor Suat Paşayevə təqdimat verilmişdir (səh.55); Cavabdeh MMC-nin baş direktoru Suat Paşayev tərəfindən Rabitə İşçiləri X1 Bakı 1 Şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 102-xx/xx/0339-19 saylı məktubunun surətindən görünür ki,vəzifə öhdəliklərıni lazımınca yerinə yetirməyərək yuxarıda qeyd olunan hər iki hal üzrə Cəmiyyətə maddi zərər dəyməsinə səbəb olan Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri İddiaçı ilə bağlanmış xx xxxxxx 2018-ci i! tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç' bəndınə əsasən işəgötürən tərəfindən xıtam verilməsı məsələsinə münasibət bıldırilməsi xahiş olunmuşdur (səh.57); Azərbaycan Rabitə İşçiləri X1 Bakı 1 Şöbəsinin xx.xx.2019-cu il tarixli yazılı razılığının surətinə əsasən, Həmkarlar İttifaqı Cavabdeh MMC-də Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri vəzifəsində çalışan İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə etiraz etmədiyini bildirmişdir.(səh.54); Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli, kb№ 911 saylı əmrinin surətinə əsasən, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Texniki departament Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri İddiaçı xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrə əsas kimi Cavabdeh MMC-nin baş direktorunun birinci müavini Zaman Verdiyev, İnsan resursları departamentinin direktoru Səidə Hüseynova və Hüquq şöbəsinin Korporativ tənzimləmə sektorunun müdiri Ayaz Mirzəzadənin təqdimatı və RİMHİ Bakı 1 şöbəsinin razılığı qeyd edilmişdir (səh.13); "xxxxxxx" MMC-nin baş direktoru İsmayıl Şabani və "Cavabdeh” MMC-nin baş direktoru Suat Paşayev arasında bağlanmış xx.xx.2019-cu il tarixli Razılaşma protokolunun surətinə əsasən, tərəflər "xxxxxxx" MMCnin avadanlıqların yerləşdirilməsinə görə və hesablanmış elektrik enerjisindən istifadəyə görə "Cavabdeh” MMC-yə ümumi borc məbləğinin 17756,04 manat olduğu və həmin məbləğin bu Protokolun imzalandığı tarixdən 2 iş günü ərzində tam həcmdə Cavabdehun bank hesabına ödənilməsinin təmin edilməsi barədə razılığa gəlmişlər (səh.59); xx.xx.2019-cu il tarixli, 64020119(2) və 64020119(3) saylı ödəniş tapşırıqlarının surətinə əsasən, "xxxxxxx" MMC" Cavabdeh MMC-nin hesabına cəmi 15257,62 manat pul köçürülmüşdür (səh.34-35); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7198/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin olunmuş, Cavabdeh MMCnin əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli, kb№ 911 saylı əmri ləğv edilməsi, İddiaçı Şüalla oğlu Cavabdeh MMC-nin Texniki departamentinin Energetika şöbəsinin Enerji sistemiərinin planlanması və istismarı sektorunun müdiri vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməsi, Cavabdeh MMC-dən vəkilə hüquqi yardıma görə ödənilmiş 20 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 50 manat pul vəsaiti tutularaq İddiaçı Şüalla oğluna ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası MPM-in 14.2, 76, 77.1, 119, 217; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 70-71, 80, 186, 187, 201, 292, 300-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh MMC xx.xx.2019-cu il tarixli, kb№ 911 saylı əmri ilə icarəyə verilmiş sahədə quraşdırılmış elektrik avadanlıqlarının texniki vəziyyətinə nəzarət edilməsi vəzifə təlimatına daxil olmayan, əvvəllər barəsində hər hansı intizam tənbeh tədbiri tətbiq edilməyən, tərəfindən yol verilmiş nöqsanlar nəticəsində cavabdeh təşkilata maddi ziyan dəyməsi sübuta yetirilməyən Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri vəzifəsində çalışan İddiaçı onun qeyd edilən pozuntularda hansı dərəcədə təqsirli olub-olmamasını aydınlaşdırmadan, şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi və əvvəllər hər hansı intizam məsuliyyətinə cəlb edilməməsi nəzərə alınmadan ona əmək qanunvericiliyində nəzərdə tutulmuş ən ağır intizam tədbiri olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi növündə tənbeh tədbiri tətbiq etmişdir. Cavabdeh iddia tələbinə etirazında İddiaçı onun təqsiri səbəbindən dəymiş zərərin tələb oluna biləcəyini ehtimal etdiyindən, müxtəlif dövlət qurumlarına və məhkəməyə müraciət edərək özünü məsuliyyətdən kənarda saxlamaq istədiyini bildirsə də, belə bir halı təsdiq edən sübut təqdim etməmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnaməni ləğv edərək, İddiaçı iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1.3, 9, 14, 77, 88, 217, 360, 384, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının həm məhkəməyə təqdim etdiyi xx.xx.2016-cı il tarixli “Cavabdeh’’ MMC-nin baş energetikinin vəzifə təlimatında, həm də Enerji sistemlərinin planlaması və istismarı sektorunun müdirinə dair vəzifə təlimatında onun vəzifə öhdəlikləri aydın şəkildə göstərilmişdir. xx.xx.2016-cı il tarixli Cavabdeh MMC-nin baş energetikinin vəzifə təlimatının 2.2-ci bəndində göstərilmişdir ki, baş energetik elektrik qurğularının texniki saz vəziyyətdə saxlanmasına, texniki istismar, texniki təhlükəsizlik qaydalarına və normativ tələblərinə əməl edilməsinə, aşkar olunmuş nöqsanların aradan qaldırılması, elektrik qurğularına baxış, əsaslı və cari təmir işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsi işinin təşkili və tədbir görülməsinə nəzarət edir. Həmin Təlimatın 3.1-ci bəndində isə tabeçilikdəki bütün müəssisələrdə (Telekommunikasiya Qovşaqlarında) elektrik avadanlıqlarının istismar qaydalarına əməl olunmasına nəzərat etməməyə, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün vəzifəli şəxslərə göstəriş verməməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Təlimatın 3.1-ci bəndində qeyd edilən “tabeçilikdəki” sözünə iddiaçının yanaşması yanlışdır. Çünki həmin bənddəki “tabeçilikdəki” sözü onu göstərir ki, baş energetik qeyd edilən vəzifələri yalnız Cavabdeh MMC-nin özündə deyil, tabeçilikdə olan və rayonlarda yerləşən Telekommunikasiya Qovşaqlarında da həyata keçirməlidir. Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdirinə dair vəzifə təlimatının 4.6-cı bəndinə əsasən, sektor müdiri enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normadan kənara çıxmamasını təmin edir; Həmin Təlimatın 4.8-ci bəndinə əsasən istismar sahələrinin ehtiyyat hissələri və alətlərlə təmin olunmasına, həmçinin ölçü cihazları ilə təmin olunmasına nəzarət edir və lazım gəldikdə bu haqda rəhbərlik qarşısında məsələ qaldırır. Göründüyü kimi İddiaçı hərəkətləri hər iki təlimatın tələbləri ilə ziddiyyət təşkil etmişdir. “xxxxxxx” MMC-yə istifadəyə verilmiş sahə Cavabdeh MMC-yə məxsusdur və həmin sahənin elektrik enerjisi ilə təmin olunması nəticəsində enerji sərfiyyatına görə hesablanmış ödəniş məhz Cavabdeh MMC tərəfindən aidiyyəti təşkilata (xxxxxxxx) ödənilir. Bu səbəbdən də həmin sərfiyyata və sərfiyyatı ölçən elektrik sayğacına nəzarət (o cümlədən elektrik sərfiyyatını ölçən cihazda olan nasazlığı vaxtında müəyyən etməklə aradan qaldırılması üçün zəruri addımları atmaq və lazım gəldikdə bununla bağlı Cəmiyyət rəhbərliyi qarşısında məsələ qaldırmaq) birbaşa Cavabdeh MMC tərəfindən - vəzifə təlimatına əsasən İddiaçı tərəfindən aparılmalı idi. Qeyd edilənlərlə bağlı xx.xx.2019-cu il tarixdə İddiaçı özünün də iştirakı ilə akt tərtib edilmişdir. Həmin aktla elektrik sərfiyyatının ölçülməsi məqsədilə quraşdırılmış elektrik sayğacının qüsurlu olması və elektrik sayğacının göstəricisinin xx.xx.2015-ci il tarixində tərtib edilmiş aktdakı göstəricidən (rəqəmdən) böyük olmalı olduğu halda, əksinə az (daha kiçik rəqəm) olması müəyyən edilmiş, elektrik sayğacının düzgün işləmədiyi təsdiqlənmişdir. Bundan əlavə, sayğacda yaranmış problemlə bağlı İddiaçı iştirakı ilə akt tərtib edilmiş, o cümlədən həmin akt əsasında müvafiq faktı təsdiq edən arayış hazırlanmış və iddiaçı öz imzası ilə aktı və həmin arayışı təsdiq etmişdir. Həmin arayışda qeyd edilənlərlə bağlı Cavabdeh MMC-yə dəymiş zərərin məbləğinin 15257,63 manat təşkil etdiyi göstərilmişdir. Hacıqabul TKQ-də baş verənlərlə bağlı iddiaçının iddia ərizəsində qeyd etdikləri tam təsvir olunmamış və həqiqətlərin təhrif olunmasına yönəlmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə tərtib edilmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş akta diqqət yetirdikdə aydın şəkildə görünür ki, Qovşaqda müəyyən işlərin aparılması qeyd edilsə də, işin yekununda qurğuların yoxlanması və istismara verilməsi barədə məlumatlar əks etdirilməmişdir. Belə ki həmin akt yalnız müəyyən işlərin görüldüyünü təsdiq edir. Bu isə sübut edir ki, o, icra etdiyi işi qüsursuz təhvil verə bilməmiş, yəni istismara verilmiş yeni kabeli qoşduqdan sonra işin yekunu barədə rəsmiləşdirmə aparmamış və bunu etməkdən qəsdən yayınmışdır. Belə ki, Hacıqabul TKQ-də elə həmin gün - xx.xx.2019-cu il tarixində istismara verilən kabel xəttində qısa qapanma baş vermiş, nəticədə Qovşağın inzibati binasında iş və istehsalat otaqlarında elektrik lampaları, patronlar, UPS-lər, elektrik şitində 1 ədəd avtomat ayırıcı, 8 ədəd adapter, modemlər sıradan çıxmış, ümumilikdə kompüter şəbəkəsi zədələnmişdir. Bununla bağlı xx.xx.2019-cu il tarixdə Hacıqabul TKQ-nin rəisi, baş mühasibi və digər əməkdaşlarının iştirakı ilə akt tərtib edilmişdir. Məlum olmuşdur ki, yeni qoşulmuş və istismara verilmiş kabeldə fazalararası qoşulma düzgün edilməmiş və nəticədə yaranmış yüksək gərginlik Qovşaqda elektrik cərəyanına qoşulu olan avadanlıqların sıradan çıxmasına səbəb olmuşdur. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, İddiaçı təqsiri nəticəsində həm Cavabdeh məxsus sahədə yerləşmiş “xxxxxxx” MMC-nin avadanlıqlarının qidalandığı Cəmiyyət tərəfindən dəyəri aidiyyəti təşkilata (Azərişığa) ödənilmiş elektrik enerjisi ilə bağlı, həm də Hacıqabul TKQ-də baş verənlərlə bağlı Cavabdeh MMC-yə maddi zərər dəymişdir. Bununla əlaqədar olaraq, İddiaçı xx.xx.2019cu il tarixində Cavabdeh MMC-nin Hüquq şöbəsinə dəvət edilərək izahat yazması təkilf olunmuşdur. Lakin S. Məhərrəmov izahat yazmaqdan imtina etmiş, imtina etməsi barədə müvafiq şöbədə izahatın alınmasında iştirak edən əməkdaşlar tərəfindən akt tərtib edilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin baş direktorunun birinci müavini Zaman Verdiyev, İnsan resursları departamentinin direktoru Səidə Hüseynova və Hüquq şöbəsinin Korporativ tənzimləmə sektorunun müdiri Ayaz Mirzəzadənin imzası ilə İddiaçıla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi məsələsi ilə bağlı baş direktor Suat Paşayevə təqdimat verilmişdir. Bundan sonra Cavabdeh MMC-nin baş direktoru qeyd edilən məsələ ilə bağlı Rabitə İşçiləri X1 Bakı 1 Şöbəsinə (HİK) qeyd olunan işçi ilə əmək münasibətlərinə xitam verilməsinə razılıq verilməsi məqsədilə müraciət etmişdir. HİK-in Rəyasət Heyətinin xx.xx.2019-cu il tarixdə keçirilən və İddiaçı, o cümlədən işəgötürənin səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilən iclasında vəzifə öhdəliklərini lazımınca yerinə yetirmədiyinə və Cavabdeh MMC-yə maddi zərər dəyməsinə səbəb olduğuna görə Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair qərar qəbul edilmiş və bununla bağlı Cəmiyyətin baş direktorunun (işəgötürənin) əmək müqaviləsinin xitam olunmasına razılıq verilməsi barədə müraciətinə müsbət cavab verilmişdir. Beləliklə də, xx.xx.2019-cu il tarixdə İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmr verilmişdir. Qətnaməyə diqqət yetirdikdə, aydın olur ki, birinci instansiya məhkəməsi işə çox səthi yanaşmış, heç bir əsaslandırma aparmadan və sübutlara istinad etmədən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmənin əsaslandırmalarından biri bu olmuşdur ki, “xxxxxxx” MMC tərəfindən vurulmuş zərər xx.xx.2019-cu il tarixində ödənilmişdir. Lakin məhkəmə dəymiş zərərin ödənilməsi məsələsinə istinad edərkən həmin ödənişin iddiaçının əmək müqaviləsinə xitam verilməsindən təxminən bir ay sonraya təsadüf etməsinə diqqət yetirməmişdir. Yəni, iddiaçının özünün də iştirakı ilə tərtib olunmuş aktdan (xx.xx.2019-cu il tarixli) və arayışdan da görünür ki, həqiqətən də zərər dəymişdir və həmin zərərin dəyməsinə səbəb olan halların aradan qaldırılması isə Vəzifə təlimatına əsasən iddiaçının vəzifəsi olmuşdur. Əsaslardan biri də bu olmaqla, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən təxminən bir ay sonra dəymiş zərərin ödənilməsi xitamla bağlı əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə əmək qanunvericiliyinin tələblərinə əsasən işçisinin bilərəkdən və ya səhlənkarlıq nəticəsində (hərəkət və ya hərəkətsizliyinə görə) ona (işəgötürənə) dəymiş maddi zərərə görə təqsirkar işçi barəsində intizam tənbehinin görülməsi (ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən) hüququnu məhdudlaşdırması qəbuledilməzdir. Belə ki, Əmək qanunvericiliyi işəgötürənin və işçinin hüquq və öhdəliklərini açıq şəkildə müəyyən etmişdir, məhkəmənin əmək münasibətlərinin tərəflərinə münasibətdə bir tərəfli yanaşması və işəgötürənin qanundan irəli gələn hüquqlarını məhdudlaşdırmaqla işçiyə xüsusi güzəştlər tanıması ümumilikdə həm maddi, həm də prosessual qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə nəzərə almamışdır ki, Əmək qanunvericiliyinə əsasən (ƏM-nin 187.2-ci maddəsi) işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək ona intizam tənbehi verilə bilər. İşəgötürən müəssisəyə xeyli miqdarda maddi zərər vurulmasına səbəb olan işçi barəsində qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq, intizam tənbeh tədbiri görməyə haqlıdır. Eyni zamanda, məhkəmə qətnamədə əsaslandırmağa çalışmışdır ki, icarəyə verilmiş sahədə quraşdırılmış elektrik avadanlıqlarının texniki vəziyyətinə nəzarət edilməsi vəzifə təlimatına daxil olmadığından, onunla bağlanmış əmək müqaviləsinə ƏMnin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilməz. Məhkəmənin bu əsaslandırması tamamilə qəbuledilməzdir, belə ki, İddiaçı (Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdirinin) vəzifə təlimatının 4.6-cı bəndinə əsasən, o, enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normadan kənara çıxmamasını təmin etməli idi. Bildiririk ki, “xxxxxxx” MMC-nin avadanlıqları Cavabdeh” MMC-yə məxsus sahədə yerləşmişdir və həmin avadanlıqların istifadə etdiyi enerjinin dəyərini Cavabdeh aidiyyəti təşkilata (Azərişığa) ödəyir və qeyd olunan sayğac Cavabdeh MMC-nin inzibati binasında olan enerji şəbəkəsinin bir hissəsi olmaqla həmin avadanlıqların istifadə etdiyi enerjinin miqdarına hesablamaqla sonradan “xxxxxxx” həmin məbləğin tələb olunması üçün əsas vasitə olmuşdur. İddaçının Vəzifə təlimatı üzrə öhdəliyi Cavabdeh” MMC üzrə bütün enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normadan kənara çıxmamasını, o cümlədən şəbəkənin bir hissəsini təşkil edən qeyd olunan avadanlığın (sayğac cihazının) dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərinin normadan kənara çıxmamasını təmin etmək olsa da, bu qeyd olunan vəzifəsini bilərəkdən (qəsdən) və ya etinasızlıqdan (kobud ehtiyatsızlıqdan) icra etməmişdir. Nəticədə dövlət müəssisəsinə (dövlət əmlakına) ciddi zərər dəymişdir. Bundan əlavə, məhkəmə işçiyə əmək və ya icra intizamını pozduğu hallarda işəgötürən tərəfindən verilə bilən və qanunvericiliklə müəyyən edilmiş intizam tənbehlərindən birini vermək işəgötürənin Əmək Məcəlləsinə əsasən hüququ olduğu halda, sanki həmin hüquqa və onun verilməsinə işəgötürənin öhdəliyi kimi yanaşaraq, işçiyə istənilən əmək və ya icra intizamı pozuntusuna görə ilkin olaraq daha yüngül, intizam tənbehinin verilməli olduğunu və ya intizam tənbehi hesab edilməyən “Xəbərdarlıq” edilməli olduğunu qeyd etmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə işəgötürən pozuntunun əhəmiyyət və miqyasına görə birbaşa qanunla müəyyən edilmiş daha ağır intizam tənbehini verməkdə haqlıdır və pozuntunun müəssisə üçün ağırlıq dərəcəsini müəyyən etmək və qanunda müəyyən edilmiş intizam tənbehlərindən birini vermək və ya verməmək işəgötürənin hüququdur. Qətnamənin əsaslandırılmasında yol verilmiş hüquqi nöqsanlar bir daha sübut edir ki, məhkəmə iddia ərizəsini qanunun tələblərinə deyil, şəxsi mülahizəyə əsaslanaraq təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, iddiaçının əvvəllər Cavabdeh MMC-də baş energetik işlədiyini, sonra sektor müdiri keçdiyini, sonradan onunla bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini, istifadəyə verilmiş sahənin “Cavabdeh" MMC-yə məxsus olduğunu və həmin sahənin elektrik enerjisi ilə təmin olunması nəticəsində enerji sərfiyyatına görə hesablanmış ödənişin məhz "Cavabdeh“ MMC tərəfindən aidiyyəti təşkilata (xxxxxxxx) ödənildiyini, bu səbəbdən də vəzifə təlimatına əsasən, İddiaçı tərəfindən aparılmalı olduğunu, elektrik sayğacının düzgün işləmədiyinin təsdiqləndiyini, bundan əlavə, sayğacda yaranmış problemlə bağlı İddiaçı iştirakı ilə akt tərtib edildiyini, bundan əlavə Hacıqabul TKQ-də elə xx.xx.2019-cu il tarixində istismara verilən kabel xəttində qısa qapanma nəticəsində maddi zərər dəydiyini, ümumilikdə kompüter şəbəkəsinin zədələndiyini, bununla bağlı xx.xx.2019-cu il tarixdə Hacıqabul TKQ-nin rəisi baş mühasibi və digər əməkdaşlarının iştirakı ilə akt tərtib edildiyini, İddiaçı xx.xx.2019-cu il tarixində "Cavabdeh MMC-nin Hüquq şöbəsinə dəvət edilərək izahat yazması təklif olunduğu, lakin İddiaçı izahat yazmaqdan imtina etdiyini, imtina etməsi barədə müvafiq şöbədə izahatın alınmasında iştirak edən əməkdaşlar tərəfindən akt tərtib edildiyini, borcun sonradan “xxxxxxx" MMC-nin isə “Cavabdeh" MMC arasında olan razılığa əsasən 2019-cu ilin noyabr ayında “xxxxxxx" MMC tərəfindən ödənildiyini, sənədlər təqdim edilmədiyi təqdirdə ekspert tərəfindən rəy verməkdən imtina edilməli olduğunu, ekspertin öz səlahiyyətinə aid olmayan sualları cavablandırdığını, buna görə təkrar ekspertiza keçirilməli olduğunu, Hacıqabul şəhərində hadisə baş verən zaman əməkdaşlar tərəfindən audit cəlb edildiyini, hal-hazırda təqdim edilən mütəxəssis rəyini bir aydır ki əldə etdiklərini, mütəxəssisin sahə yerinə gedib araşdırdığını, hazırda həmin yerdə nasazlıq olmadığını, xx.xx.2020-ci il tarixdə “xxxxxxx” MMC-yə məxsus sayğacda hadisə baş verdikdən bir ay sonra iddiaçının işdən azad edildiyini, sayğac qoyulmasına görə “xxxxxxxx” ASC-dən icazə alınmadığını, lakin “xxxxxxxx” ASC-nin hesabına ödənişlər edildiyini, “xxxxxxx” MMC ilə Cavabdeh MMC arasında razılaşma əsasında sayğacın quraşdırıldığını, “xxxxxxx” MMC-nin hesablanmış borcu sayğaca uyğun olaraq ödədiyini, iddiaçının digər müəssisələr üçün bütün illərdə akt tərtib etdiyini, lakin “xxxxxxx” MMC-nin sayğacı ilə bağlı akt tərtib etmədiyini, iddiaçının son 3 ayda sayğaca baxış keçirtmədiyini, qəza baş verməsə də, iddiaçının öz vəzifə funksiyalarını icra etmədiyinə görə müəssisəyə zərər dəydiyini, 2019-cu il tarixdə sayğacın göstəricisinin geri göstərdiyinin məlum olduğunu, Cavabdeh MMC-nin xx.xx.2016-cı il tarixli baş energetikinin vəzifə təlimatının 2.1, 2.2, 4.6, 4.8, 4.23-cü bəndlərinə əsasən vəzifə öhdəliklərini yerinə yetirmədiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, ekspert rəyi ilə razı olmadığını, rəyə etiraz etdiyini, ekspertin verdiyi cavabların suallara aidiyyatı olmadığını, vəsatət verərək təkrar ekspertizanın keçirilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Şüalla oğlu apellyasiya şikayətini qəbul etməyərək, onun vəzifə təlimatında sayğaca nəzarət etmək vəzifəsinin olmadığını, MMC-nin tabeliyində olan müəssəsisələrin sayğaclarına nəzarət etmək səlahiyyətinin olduğunu, “xxxxxxx" MMC-nin isə “Cavabdeh" MMC-nin tabeliyində olmadığını, sayğac olan əraziyə heç kimin buraxılmadığını, borcun “xxxxxxx" MMC tərəfindən bağlandığını, həmin borcun ona heç bir aidiyyatının olmadığını, Hacıqabul rayonunda baş verən hadisə ilə əlaqədar məsələdə isə orada sayğacın işləməməsi barədə onun məlumat verdiyini, sayğacın nə geri, nə dəki dayanmaq funskiyasının olmadığını, spataların yeri dəyişik düşəndə qısa qapanma baş vermədiyini, 0 xəttinin yerində qaldığını, xx xxxxxxxx 2019-cu il tarixdə Hacıqabul şəhərində onun təqsirindən heç bir qəza baş vermədiyini, işləri görüb təhvil verib çıxdıqlarını, “Cavabdeh" MMC tərəfindən ona şər atıldığını, MMC tərəfindən əvvəl ona ərizə yazıb işdən çıxmağı təklif etdiklərini, əvəzinə oğlunu işə götürə biləcəklərini, sonra onun yerinə başqa şəxsin gətirildiyini, həmin şəxsin özünü doğrultmadığını, oğlunu çağırıb onu ələ saldıqlarını, özünü də şər ataraq işdən azad etdiklərini, onun özünün 1968-ci il tarixdən energetika sahəsində işlədiyini, 2016-cı il tarixdə yeni rəhbərlik gəldikdən sonra onlara limit təqdim edilmədiyini, onun yerinə xəbəri olmadan başqa şəxsi keçirtdiklərini, 11-xx xxxxxxxx 2019cu il tarixlərdə Hacıqabul şəhərinə ilk dəfə ezamiyyətə getdiyini, sayğac “xxxxxxx” MMCnin otağında yerləşdiyini, qapının bağlı olduğunu, təlimat üzrə vəzifəsi olmasa da ona tapşırdıqları üçün əvvəllər 2016-cı ilin sonlarına kimi hər dəfə sayğaca baxaraq hesabatı yazdığını, lakin 2017-ci ildən etibarən baş energetik vəzifəsindən sektor müdiri vəzifəsinə keçdikdən sonra hesabat aparmadığını, ona zorla təzyiq edərək ərizə yazıb işdən çıxmağı tələb etdiklərini, əks halda ona şər atıb çıxaracaqlarını ilə hədələdiklərini, cavabdeh tərəfindən təqdim edilən rəyin mütəxəssis rəyinə oxşamadığını bildirmiş və şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, etirazı müdafiə edərək, energetikin vəzifə təlimatında “icarəyə verilmiş sahəyə nəzarət etmək” deyə bir bəndin olmadığını, Cavabdeh MMC-nin əməkdaşları Habil Həsənov, İddiaçı, Ayaz Mirzəzadə və Həzrətqulu Məmmədovun tərtib etdikləri və imzaladıqları arayışda “xxxxxxx" MMC şirkətinin Cavabdeh MMC-nin inzibati binasında yerləşən ofisində elektrik sayğacında yaranmış problemlər nəticəsində elektrik sayğacı sərfiyyatının qeydə almadığının qeyd edildiyini, tərtib edilən və imzalanan arayışda öz imzası ilə təsdiq edən Ayaz Mirzəzadənin hazırda məhkəmədə Cavabdeh MMC-nin nümayəndəsi kimi təmsil olunduğunu, Cavabdeh MMC ilə “xxxxxxx" MMC arasında bağlanmış razılaşma protokolundan da göründüyü kimi “xxxxxxx” MMC İddiaçı Cavabdeh MMC-yə vurduğu maddi ziyanı deyil, icarədə olduğu ərazidə istifadə etdiyi elektrik sərfıyyatına görə yaranmış borcu ödəməyi öhdəsinə götürdüyünü, Cavabdeh MMC ilə “xxxxxxx” MMC arasında rəsmi müqavilənin bağlanmadığını, “xxxxxxxx” ASC-də rəsmi qeydiyyata alınmış sayğacın olmadığını və maddi zərərin sübuta yetirilmədiyini, cavabdehin xx.xx.2019-cu ildə baş vermiş hadisəni xx.xx.2019-cu il tarixdə baş vermiş kimi göstərməyə çalışdığını, Cavabdeh MMC tərəfindən xx.xx.2019-cu il tarixli əmr verilən zaman xx.xx.2019-cu il tarixdə baş vermiş qəzaya görə intizam tənbehi verilməsi üçün Əmək Məcəlləsinin 187-ci maddəsində nəzərdə tutulmuş müddətin ötdüyünü bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndəsi mütəxəssis X7 Cavabdeh MMC-yə məxsus inzibati binada yerləşən “xxxxxxx” MMC subabonent olaraq “xxxxxxxx” ASC-də istehlakçı kimi qeydiyyata götürülmədiyini və həmin ünvan üzrə ona aid elektrik sayğacına dair elektrik enerjisinin alqı-satqısı ilə bağlı “xxxxxxxx” ASC ilə müqavilə bağlanmadığını, Cavabdeh MMC və “xxxxxxx” MMC arasında quraşdırılmış sayğacın rəsmi qeydiyyatının olmadığını, öz aralarında borcu müəyyən etmək üçün, sərfiyyat barədə razılaşma olduğu üçün sayğac quraşdırılmasının mümkünlüyünü, “xxxxxxx” MMC ilə Cavabdeh MMC arasında sayğacla bağlı müqavilə bağlanıb-bağlanmaması onların daxili məsələlərinin olduğunu, Azərbaycan Respublikası Energetika Nazirliyinə heç bir aidiyyatının olmadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin eksperti, Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı müəyyən edilir ki: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/757 saylı rəyinə əsasən, Cavabdeh MMC-nin xx xxxxxxx 2019-cu il tarixli kb№911 saylı əmrdə göstərilmiş Cavabdeh MMC-nin baş ofisinin yerləşdiyi inzibati binasının 7-ci mərtəbəsində «xxxxxxx» MMC-yə icarəyə verilmiş sahədə yerləşdirilmiş avadanlıqların istifadə etdiyi elektrik enerjisinin sərfiyatının müəyyən edilməsi üçün quraşdırılmış mübahisəli sayğacının göstəricilərinə nəzarətin və uçotun aparılması, İddiaçı Şüalla oğlunun Cavabdeh MMC-də baş energetik və Enerji sistemlərinin planlaması və istismarı sektoru müdirinin vəzifəsində işləyərkən, həmin vəzifələrə aid olan vəzifə təlimatlarında nəzərdə tutulmamışdır. Bununla yanaşı, xx xxx 2020-ci il tarixli 10/757 nömrəli vəsatət ilə ekspert tərəfindən sorğu edilmiş əlavə materiallarının (mübahisəli elektrik sayğacının növü, tipi və konstruktiv quruluşu barədə sənədlərin, xərc edilmiş elektrik enerji sərfiyyatlar barədə məlumatların, həmin elektrik sayğacında yaranmış qüsurun müəyyən edilməsi üçün, sayğacın müvafiq avadanlıqlarla təmin olunmuş yerdə yoxlamaqlda, həmin yoxlamanın nəticələrinin və s.) ekspertizaya təqdim edilmədiyinə görə, mübahisəli elektrik sayğacının nasazlığın yaranma səbəbini və yaranmış borcun həcmini müəyyən etmək mümkün deyildir. Materiallarla təqdim edilmiş arayışa (arayışın tərtib olunma tarixi yoxdur, i.v.51) görə, orta aylıq elektrik enerjisinin sərfiyatı fazaların üzərində olan yüklərə (elektrik cərəyanlarına) görə çıxarılmış (3232 kVTs) və müvafiq müddətlərə (aylara) vurulmaqla xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək istifadə edildiyi elektrik enerjisinə görə borcu hesablanmışdır (13622,88 AZN). Ekspertizaya təqdim edilmiş mülki iş materiallarına əlavə edilmiş aktlarda mübahisəli dövründə aparılan təmir-bərpa işlərin görüldüyü zaman, Hacıqabul TKQ-nın elektrik enerji təchizatında bir-birindən fərqli olduğu probləmlərin əmələ gəldiyinin (bir aktlarda kabellərin əvəz edilməsi zamanı fazaların düzgün qoşulmadığının, digər aktda isə qida qurğusu qəza vəziyyətində olduğuna görə EATS-in yükü akkumulyatorların üzərinə qoşulduğunun) göstərildiyini, eləcə də TKQ-nın inzibati binasında sıradan çıxmış elektrik enerji qəbuedicilərində hansı nasazlıqların əmələ gəldiyi və həmin nasazlıqların izləri barədə zəruri məlumatların eksperizaya təqdim edilmədiyindən, İddiaçı Şüala oğlunun öz vəzifələrinin yerinə yetirilməməsi müəyyən edilmir. Aparılmış tədqiqatın dəyəri 150 manat müəyyən edilmişdir (səh.225); iddiaçının nümayəndəsi Vəkil etiraz və mülahizəni təqdim edərək, xx.xx.2019-cu il tarixli, k/ə 911 saylı əmrin birinci bəndində qeyd edilənlər əsassızdır, həmin bənddə belə bir qeyd aparılması yalnız qanunsuzluğu pərdələmək məqsədi güdür. Əmrin birinci hissəsində qeyd edilən nöqsanların olub-olmamasının araşdırılmasından əvvəl həmin nöqsanlara görə kimin məsuliyyət daşıdığı aydınlaşmalıdır. Belə ki, əmrdə qeyd edilmişdir ki, inzibati binanın 7-ci mərtəbəsində “xxxxxxx” MMC-yə icarəyə verilmiş sahədə yerləşdirilmiş avadanlıqların istifadə etdiyi elektrik enerjisi sərfiyyatının yoxlanılmasına dair hər aylıq aktlar tərtib edilməli olduğu halda icra edilməmişdir. Cavabdeh MMC-nin baş energetikinin vəzifə təlimatı xx.xx.2016-cı il tarixdə həmin vəzifədə işləmiş İddiaçı tanış edilmiş və onun tərəfindən vəzifə təlimatı imzalanmışdır. Qeyd edilən vəzifə təlimatın 1.1-ci bəndində qeyd edilir ki, Cavabdeh MMC-də baş energetik energetika xidmətinin işini aparan şəxsir. Energetikin vəzifə təlimatında “icarəyə verilmiş sahəyə nəzarət etmək” deyə bir bənd yoxdur. Belə bir bəndin olması isə mülki hüquqlara zidd olardı. Belə ki, “xxxxxxx” MMC həmin sahəni Cavabdeh MMC-dən icarəyə götürmüş və həmin sahə “xxxxxxx” MMC-nin istifadəsində və sərəncamında olmuşdur. Həmçinin İddiaçı həmin sahəyə nəzarət və müdaxilə etməsi qeyd edilən vəzifə təlimatının tələblərinə ziddir. Həmin vəzifə təlimatının 3.1-ci bəndində qeyd edilmişdir ki, “tabeçilikdəki (Cavabdeh MMC-nin) bütün müəssisələrdə elektrik avadanlıqlarının istismar qaydalarına əməl olunmasına nəzarət etmək, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün vəzifəli şəxslər göstəriş vermək”. Təlimatın bu bəndi isə onu deməyə əsas verir ki, qeyd edilən əmrin birinci hissəsi əsassız olmasına dəlalət edir. Belə ki, “xxxxxxx” MMC Cavabdeh MMC-nin tabeçiliyində olan müəssisə deyil, icarə müqaviləsinə əsasən həmin sahənin icarədarıdır və sahədən istifadə hüquq ona məxsusdur. İddiaçı əmrin birinci hissəsində qeyd edilən vəzifə və məsuliyyəti olmadığı halda həmin “nöqsan”lara görə onu işdən azad etmişlər. Vəzifə təlimatında İddiaçı bu işlərə görə məsul olmadığı halda həmin yol verilmiş nöqsanlara görə məsuliyyət onun üzərinə qoyulması son dərəcə anlaşılmayan və absurd haldır, eyni zamanda Əmək qanunvericiliyinə ziddir. Eyni zamanda Məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixində təyin edilmiş Məhkəmə Tikinti-texniki ekspertizasının nəticəsi olaraq Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020- ci il tarixli ekspert rəyinin nəticə hissəsində əmrin bu hissəsinə dair qeyd edilmişdir ki, Cavabdeh MMC-nin xx xxxxxxx 2019-cu il tarixli kb№911 saylı əmrdə göstərilmiş Cavabdeh MMC-nin baş ofisinin yerləşdiyi inzibati binasının 7-ci mərtəbəsində «xxxxxxx» MMC-yə icarəyə verilmiş sahədə yerləşdirilmiş avadanlıqların istifadə etdiyi elektrik enerjisinin sərfiyyatının müəyyən edilməsi üçün quraşdırılmış mübahisəli sayğacının göstəricilərinə nəzarətin və uçotun aparılması, İddiaçı Şüalla oğlunun Cavabdeh MMC-də baş energetik və Enerji sistemlərinin planlaması və istismarı sektoru müdirinin vəzifəsində işləyərkən, həmin vəzifələrə aid olan vəzifə təlimatlarında nəzərdə tutulmamışdır. Cavabdeh MMC-nin əməkdaşları Habil Həsənov, İddiaçı, Ayaz Mirzəzadə və Həzrətqulu Məmmədovun tərtib etdikləri və imzaladıqları arayışda qeyd edilir ki, “xxxxxxx" MMC şirkətinin Cavabdeh MMC-nin inzibati binasının 7-ci mərtəbəsində yerləşən ofisində elektrik sayğacında yaranmış problemlər nəticəsində elektrik sayğacı sərfiyyatı qeydə almamışdır. Cəmi qeyd olunan illər üzrə “xxxxxxx” MMC şirkətinin Cavabdeh MMC-nin inzibati binasının 7-ci mərtəbəsində yerləşən ofisin xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu tarixədək istifadə etdiyi elektrik enerjisinə görə borcu 13622.88 AZN təşkil edir. Elektrik enerjisi itgiləri və avadanlığa qulluq xərclərini nəzərə alsaq (12%) 13622.88 AZN+12%= 15257.63 AZN təşkil edir. Müvafiq arayışdan da göründüyü kimi arayış tərtib edilən zaman elektrik enerjisinə görə heç bir ziyandan söhbət getməyib, sadəcə sonradan İddiaçı Şüalla oğlunun əmək müqaviləsinə xitam verilməsi üçün bəhanə olmuşdur. Maraqlı və diqqət çəkən məsələ isə ondan ibarətdir ki, arayışı tərtib edərək onu öz imzası ilə təsdiq edən Ayaz Mirzəzadə hazırda məhkəmədə Cavabdeh MMC-nin nümayəndəsi kimi təmsil olunur. Arayışda öz imzası ilə zərər deyil borc olduğunu etiraf etsə də məhkəmədə qeyd edilən məbləği İddiaçı Şüalla oğlunun Cavabdeh MMC-yə vurduğu ziyan kimi qələmə verməklə əmək müqaviləsinə xitam verilmə barədə müvafiq əmrə qanuni don geyindirməyə çalışır. Bundan əlavə əmrin birinci hissəsində İddiaçı Şüalla oğlu tərəfindən vurulmuş zərər kimi göstərilən “maddi ziyan” la bağlı İddiaçı əmək müqaviləsinə xitam verildikdən sonra Cavabdeh MMC ilə “xxxxxxx” MMC arasinda xx xxxxxx 2019-cu il tarixində razılaşma protokolu bağlanmışdır. Protokolda aşağıda qeyd edilən bəndlər mövcuddur: Tərəflər qəbul edir ki, xx.xx.2019-cu il tarixində səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşdə danışıqlar nəticəsində “Cavabdeh " MMC-nin (bundan sonra “Cavabdeh ”) Bakı şəhəri, Tbilisi prospekti 187 ünvanındakı inzibati binasının 7-ci mərtəbəsindəki sahədə “xxxxxxx’’ MMC-yə (bundan sonra “xxxxxxx") məxsus avadanlıqların yerləşdirılməsinə görə (xx.xx.2018 - xx.xx.2020- ci il tarixlərini əhatə edən dövr üçün) və həmin avadanlıqların istifadə etdiyi elektrik enerjisinə görə (xx.xx.2015 xx.xx.2019-cu il tarixlərini əhatə edən dövr üçün) “xxxxxxx’in Cavabdeha borcu mövcuddur. Tərəflər qəbul edir kı, onlar arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən “xxxxxxx”in Cavabdeh MMC-yə ödənilməli olan borcu xx.xx.2020-ci il tarixinə qədər avadanlıqların yerləşdirilməsinə görə 2208,04 manat (iki min iki yüz səkkiz manat 04 qəpik) təşkil edir. Tərəflər qəbul edir ki, istifadə olunan elektrik enerjisinə görə Cavabdeh və “AvirteHn səlahiyyətli nümayəndələrinin iştirakı ilə sərfıyyatın hesablanması Protokolun 1-ci bəndində qeyd olunan dövr üçün aparılmış və sərfiyyat müəyyənləşdirilərək nümayəndələrin iştirakı ilə aktlaşdırılmış və bunun əsasında borc məbləği 15548 (on beş min beş yüz qırx səkkiz) manat müəyyən edilmişdir. Tərəflər təsdiq edir ki, Protokolun 1-ci bəndində qeyd olunmuş borcların hesablanması dövrləri nəzərə alınmaqla, Protokolun 2 və 3-cü bəndlərində qeyd olunan müqavilə üzrə avadanlıqların yerləşdirilməsinə görə və hesablanmış elektrik enerjisindən istifadəyə görə ümumi borc məbləği 17756,04 (on yeddi min yeddi yüz əlli altı manat 04 qəpik) təşkil edir. Tərəflər razılaşır ki, “xxxxxxx" bu Protokolun imzalandığı tarixdən 2 (iki) iş günü ərzində Protokolun 4-cü bəndində qeyd edilən məbləği tam həcmdə Cavabdeh MMC-nin aşağıda qeyd edilən bank hesabına ödənilməsini təmin edir. Bundan sonra razılaşma protokolunda qeyd edilən yaranmış borc məbləği “xxxxxxx” MMC tərəfindən razılaşmaya əsasən Cavabdeh MMCyə ödənilmişdir. (Borcun ödənilməsinə dair sənədlər Məhkəmə işinə əlavə edilmişdir) İşin bu halında görünür ki, Cavabdeh MMC-yə İddiaçı Şüalla oğlu tərəfindən heç bir formada maddi ziyan vurulmamışdır. Yalnız “xxxxxxx” MMC tərəfindən icarəyə götürdüyü ərazidə istifadə etdiyi elektrik enerjisinə görə borcu yaranmışdır. Əgər İddiaçı Şüalla oğlu tərəfindən Cavabdeh MMC-yə maddi ziyan vurulmuş olsaydı Cavabdeh MMC tərəfindən S.Məhərəmova qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair məhkəmə qaydasında iddia qaldırılmış olardı. Razılaşma protokolundan da göründüyü kimi “xxxxxxx” MMC İddiaçı Cavabdeh MMC-yə vurduğu maddi ziyanı deyil, icarədə olduğu ərazidə istifadə etdiyi elektrik sərfıyyatına görə yaranmış borcu ödəməyi öhtəsinə götürmüşdür. İşin digər maraqlı və iş üçün mühüm əhəmiyyət kəsb edən halı ondan ibarətdir ki, “xxxxxxx” MMC nin istifadə etdiyi enerji sərfiyyatını hesablayan sayğacın nə istismar müqaviləsi mövcud deyil, nə də həmin sayğac “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin balansında möcud deyil. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin 1-ci hissəsinin absurt tərəfi ondan ibarətdir ki, İddiaçı Şüalla oğlu tərəfindən öz vəzifə təlimatının ziddinə olaraq balansda olmayan (əslində ümumiyyətlə mövcud olmayan) sayğaca həm texniki baxış keçirməli, həm də qeyri qanuni quraşdırılmış sayğacın göstərici götürməlidir. Hansı ki, öncə Cavabdeh MMC ilə “xxxxxxx” MMC arasında rəsmi müqavilə bağlanmalı və bu müqavilə əsasında “xxxxxxx” MMC-nin enerji istifadə etdiyi binaya sənaye tipli sayğac quraşdırılmalıdır. Qeyd edilən əmrin 2-ci bəndini ümumiyyətlə əsassız hesab edir. Belə ki, cavabdeh tərəf iddia ərizəsinə etirazda qeyd edir ki, Hacıqabul TKQnin baş verənlərlə bağlı iddiada qeyd edilənlər tam deyil və həqiqətlərin təhrif olunmasına yönəlmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə tərtib edilmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş akta diqqət yetirdikdə aydın şəkildə görünür ki, qovşaqda müəyyən işlərin aparılması qeyd edilsə də işin yekununda qurğuların yoxlanması və istismara verilməsi barədə məlumatlar əks etdirilməmişdir. Belə ki, həmin akt yalnız müəyyən işlərin görüldüyünü təsdiq edir. Bu isə sübut edir ki, o, icra etdiyi işi qüsursuz təhvil verə bilməmiş, yəni istismara verilmiş yeni kabeli qoşduqdan sonra işin yekunu barədə rəsmiləşdirmə aparmamış və bunu etməkdən qəsdən yayınmışdır. Belə ki, Hacıqabul TKQ-də elə həmin gün xx.xx.2019-cu il tarixdə istismara verilən kabel xəttində qtsaqapanma baş vermiş, nəticədə qovşağın inzibati binasında iş və istehsalat otağında elektrik lampaları, patronlar, UPS-lər, elektrik şitində 1 ədəd avtomat ayırıcı, 8 ədəd adapter modemlər sıradan çıxmış, ümümilkidə komuter şəbəkəsi zədələnmişdir. Bununla bağlı xx.xx.2019-cu il tarixdə Hacıqabul TKQ-nin rəisi, baş mühasibi və digər əməkdaşlarının iştirakı ilə akt tərtib edilmişdir. Məlum olmuşdur ki, yeni qoşulmuş və istismara verilmiş kabeldə fazalararası qoşulma düzgün edilməmiş və nəticədə yaranış yüküək gərginlik qovşaqda elektrik cərəyanına qoşulu olan avadanlıqların sıradan çıxamasma səbəb olmuşdur. Cavabdeh MMC-nin iddiaya etirazla bağlı təkzibetdilməz sübut kimi Hacıqabul TKQ-də bağlanmış xx.xx.2019-cu il tarixli Aktı məhkəmənin diqqətinə çatdırırıq, həmin aktda aşağıdakılar qeyd edilmişdir. İşin görülməsi zamanı tərəfimizdən EATS-in yükü akumlyatorların üzərinə qoşulmuş, təkrar elektrik enerjisi verilən zaman akumlyatorlar növbə ilə doldurulmuşdur. Bu da qida qurğusunun qəza vəziyyətində olduğunu göstərir. Bu isə onu deməyə əsas verir ki, Cavabdeh MMC-nin etirazının heç bir əsası yoxdur. Belə ki, Cavabdeh MMC əsas gətirir ki, Məhərrəmov X6 TKQ-də xx.xx.2019-cu il tarixdə gördüyü işin nəticəsində işin yekununda qurğular yoxlanmayıb və işi təhvil verməyib. Lakin həmin gün İddiaçı özünün də iştirakı ilə tərtib edilmiş aktda qeyd edilmiş “təkrar elektrik enerjisi verilən zaman” sözləri diqqətdən qaçmamalıdır. İşlər yekunlaşandan sonra həmin xəttə təkrar elektirik enerjisinin verilməsi o demekdir ki, əgər görülmüş işlərdə hər hansı xəta var ididsə təkrar elektrik enerjisi xəttə buraxılan anda problemlər özünü göstərməli idi. Bütün bu qeyd edilənlər onu deməyə əsas verir ki, Cavabdeh MMC-nin rəhbərliyi əmək müqaviləsinə xitam verilmə barədə əmrin 1-ci hissəsindəki əsaslarının zəif olduğu üçün 2-ci bədlə bağlı ssenari hazırlamış və Hacıqabul TKQ-nın əməkdaşlarını da bu qanunsuzluğu təsdiq etməyə məcbur etmişlər. Eyni zamanda bildirir ki, İddiaçı Şüalla oğlu daha əvvəl Hacıqabul TKQ-də xx.xx.2019-cu il tarixdə də ezimiyyətdə olmuşdur. Cavabdeh MMC-nin qeyd etdiyi problemlər xx.xx.2019cu il tarixdə deyil, xx.xx.2019-cu il tarixdə baş vermişdir. xx.xx.2019-cu il tarixdə tərtib edilmiş Aktda tərəfimizdən məhkəməyə təqdim edilmişdir. Lakin xx.xx.2019-cu il tarixdə də baş vermiş qəzada İddiaçı Şüalla oğlunun heç bir təqsiri olmamışdır. Əgər xx.xx.2019-cu il tarixdə baş vermiş qəza zamanı İddiaçı Şüalla oğlunun təqsiri olsaydı və o, öz vəzifəsinin öhdəsindən gələ bilməsəydi onu təkrar olaraq xx.xx.2019-cu il tarixdə Hacıqabul TKQ-ya ezam etməzdilər. Bəlkə də Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilməyə dair əmrin əsası xx.xx.2019-cu il tarixli hadisəyə görə olsaydı daha inandırıcı olardı. Lakin Cavabdeh MMC tərəfindən xx.xx.2019-cu il tarixli əmr verilən zaman xx.xx.2019-cu il tarixdə baş vermiş qəzaya görə intizam tənbehi verilməsi üçün Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinə əsasən nəzərdə tutlumuş bir aylıq müddət ötmüşdü. Ona görə də müvafiq əmrin ikinci bəndinin inandırıcı olması üçün xx.xx.2019-cu ildə baş vermiş hadisəni xx.xx.2019-cu il tarixdə baş vermiş kimi göstərməyə çalışmışlar. Ona görə Cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-7198/2019 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (səh.258); Azərbaycan Respublikası Energetika Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən, Cavabdeh MMC-yə məxsus inzibati binada yerləşən “xxxxxxx” MMC subabonent olaraq “xxxxxxxx” ASC-də istehlakçı kimi qeydiyyata götürülməmiş və həmin ünvan üzrə ona aid elektrik sayğacına dair elektrik enerjisinin alqı-satqısı ilə bağlı “xxxxxxxx” ASC ilə müqavilə bağlanmamışdır. Bu səbəbdən də Cavabdeh MMC və “xxxxxxx” MMC arasında elektrik enerjisindən istifadədə hesablaşmaların aparılması məqsədilə quraşdırılmış elektrik sayğacı ilə əlaqədar yaranmış münasibətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın predmetini təşkil edə bilməz. Göstərilən məlumatların və sənədlərin təqdim edilməsi Energetika Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə aid olmadığından qeyd edilən vəsatətin icrasının təmin edilməsi mümkün olmamışdır (səh.205); Cavabdeh MMC tərəfindən verilmiş “xxxxxx” MMC-nin mütəxəssis (tarixi göstərilməyən) rəyinə əsasən, aparılmış araşdırma nəticəsində məlum oldu ki, fazalar arasındakı gərginlik 2 (iki) halda yüksək ola bilər: 1-ci hal: 0,4 kv kabelin “0” xətti yarımstansiyanın “0” xəttinə qoşulmadığı halda; 2-ci hal: Kabeldə faza ilə “0” xəttinin yeri səhv bağlandığı halda. Nəticədə o qənaətə gəlinir ki, yuxarıda qeyd olunan işləri həyata keçirən əməkdaş (energetik) tərəfindən tələblərə əməl edilmədiyi üçün istismarda olan avadanlıqlar yaranmış yüksək gərginlik nəticəsində sıradan çıxmışdır (səh.245). Cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə aparılan araşdırma onları sübuta yetirilmədiyi qənaətini formalaşdırır. Belə ki, sübutetmə cavabdehin üzərində olduğu halda əmrin əsaslarını sübuta yetirməmiş, əmrdə qeyd edilən əsaslandırma üzrə xidməti araşdırma aparılmadan bir (neçə) vəzifəli şəxsin subyektiv mövqeyi əsasında qərar qəbul edilmiş, həmkarlar ittifaqından məktub göndərilsə də qərarları təqdim edilməmişdir. Qeyd edilməlidir ki, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Texniki departament Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri vəzifəsindən azad edilən iddiaçının vəzifə təlimatında qeyd edilən vəzifə funksiyalarına istinad etməklə əsas kimi Cavabdeh MMC-nin baş direktorunun birinci müavini Zaman Verdiyev, İnsan resursları departamentinin direktoru Səidə Hüseynova və Hüquq şöbəsinin Korporativ tənzimləmə sektorunun müdiri Ayaz Mirzəzadənin təqdimatı və RİMHİ Bakı 1 şöbəsinin razılığı əmrdə göstərilmiş, bununla da, qanunvericiliklə müəyyən edilən əmrin əsaslandırma tələbinə formal yanaşılmışdır. Əmrdə istinad edilən maddənin dispozitiv şərtində müəyyən edilmişdir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Məcəllənin 70 və 72-ci maddələrində yalnız işçinin “əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə” əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsasları müəyyən edilməmişdir. Bu əmrin tərtibatında məzmun tələblərinə riayət edilməməsinin formal əsasları olsa da işəgötürənin ehtimal etdiyi mahiyyət də dayanıqlı sübutlarla təsdiq edilmir. Belə ki, xüsusi biliyə malik mütəxəssislərin iştirakı ilə xidməti araşdırma aparılmalı olan sahənin təftişi aparılmadan kargüzarlıq qaydalarına riayət edilməyərək qeydiyyyata alınmayan ayrı-ayrı aktlar (arayışlar) sübut kimi məhkəməyə təqdim edilmiş “sənəd”lərlə “xxxxxxx” MMC-yə istifadəyə verilmiş sahədə yerləşdirilmiş avadanlıqların istifadə etdiyi enerji sərfiyyatının hesablanmasını həyata keçirən aralıq sayğacının işləməsində olan qüsurun vaxtında müəyyən edilməməsi, o cümlədən hər ay elektrik sərfiyyatının müəyyən edilməklə aylıq aktlar tərtib edilməməsi nəticəsində, həmçinin iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixində Cəmiyyətin Hacıqabul Telekommunikasiya Qovşağının inzibati binasında Hacıqabul rayonuna ezam olunaraq həyata keçirdiyi kabel xəttinin dəyişilərək yenisi ilə əvəz olunması zamanı istismara verilən kabel xəttində baş vermiş qısa qapanma nəticəsində müəssisəyə dəymiş zərərlə bağlı iddiaçının təqsirinin (əmək funksiyalarının icrasında yol verdiyi nöqsanların) əsaslandırılmasına uğursuz cəhdlər edilmiş və əsaslı şübhələrdən kənar təkzibedilməz sübutlar təqdim edilməmişdir. Burada “aralıq sayğac”ın texnikibalansda mövcudluğu, “işləməsində olan qüsur”a görə, habelə Cəmiyyətin Hacıqabul Telekommunikasiya Qovşağının inzibati binasında isə kabel xəttində baş vermiş qısa qapanmaya görə iddiaçının vəzifələrinin kobud pozuntusu və maddi məsuliyyəti müəyyən edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Prezidentininxx xxxxxxxx 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 19, 20, 24, 25, 31, 46 - 50, 143, 146, 147, 151-ci maddələrinə görə: Sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Xüsusi olaraq vurğulanmalıdır ki, ilkin olaraq müəyyən edilən mövcud olan maddi zərər olmalı və onun üçün maddi məsuliyyət müəyyən edilməlidir. Qanunvericiliyə əsasən isə maddi məsuliyyətin əsaslarını -ziyanın həqiqətən vurulduğu, təqsirkarın əməlinin (hərəkət və ya hərəkətsizliyinin) qanuna zidd olması, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqənin olması təşkil edir ki, ilkin olaraq bunlar sübuta yetirilməli idi. İş materiallrında olan aktlar və digər sənədlərdən mövcud əmək münasibətləri zəminində işçi tərəfindən işəgötürənə maddi zərərin dəyməsi müəyyən edilməmişdir. Məcəllənin 202-ci maddəsinin ikinci hissəsinə əsasən, işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Əmək Məcəlləsinin 203-cü maddəsinə görə işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası ƏM-in 2, 7, 9, 70, 72, 75, 83-85, 186-192, 202-203, 300;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 115-119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddiaçı iddianın əsasını təşkil edən sübutları təsdiq edən mötəbər sübutlar təqdim etmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün olan məhkəmə xərci cavabdehə aid edilməli, aparılan ekspertiza üzrə xərc Cavabdeh MMC-dən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i: Cavabdeh MMC tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7198/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 150 (yüz əlli) manat məbləğdə pul vəsaiti Cavabdeh MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2433/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2433/2020
12.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver