Məhkəmə qərarları › İş №2(103)-2435/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2435/2024

29.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2435/2024 29.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X21 (sədrlik edən və məruzəçi), qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-481/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimyyəti başçısının xx.xx.2013-cü il tarixli 589 nömrəli Sərəncamına əsasən, Nürəddin Süleymanov küçəsi 1 saylı ünvanında yerləşən ümumi sahəsi 46,5 kv.m. olmaqla 1 (bir) mərtəbəli fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş K.R.Nemətullayevin adına sənədləşdirilməsinə icazə verilməsi qərara alınmışdır.

2. 08.09.2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş fərdi yaşayış evinin alqısatqısına dair ilkin müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil 26.000 manat müqabilində X3 tərəfindən X16 xx.xx.2025-ci il tarixə kimi satılması nəzərdə tutulmuşdur.

3. xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş fərdi yaşayış evinin alqısatqısına dair ilkin müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil 20.000 manat müqabilində X3 tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixə kimi satılması nəzərdə tutulmuşdur. X1 əvəzinə X22 tərəfindən imzalanmışdır.

4. xx.xx.2017-ci il tarixli etibarnamə ilə etibar edən X23 Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 59 nömrəli sərəncamına əsasən adına olan ünvan 2 ünvanda yerləşən evi etibar edənin adına sənədləşdirib – özəlləşdirməyi və digər səlahiyyətləri xx.xx.2067-ci il tarixinədək X11 etibar etmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimyyəti başçısının xx.xx.2020-ci il tarixli 164 nömrəli Sərəncamından görünür ki, Nərimanov RİH-in nəzdində fəaliyyət göstərən mənzil-məişət məsələləri üzrə ictimai komissiyanın 1 sentyabr 2020-ci il tarixli rəyinin təsdiq edilməsi, Nərimanov rayonu, N.Süleymanov küçəsindəki 1 №-li ünvanda fərdi yaşayış evinin X12 adına sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli 59 №-li Sərəncamının ləğv edilməsi, fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli 589 №-li Sərəncamının dəyişdirilməsi, N.Süleymanov küçəsindəki 1 №-li ünvanda yerləşən, ümumi sahəsi 46,5 kv.m. olan 1 (bir) mərtəbəli fərdi yaşayış evi təqdim edilmiş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş Cavabdeh adına sənədləşdirilməsi qərara alınmış, sözügedən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət edilməsi Cavabdeh tövsiyə edilmişdir.

6. Sərəncamdan görünür ki, daşınmaz əmlakın ilkin sahibi X2 xx.xx.2017-ci il tarixli ərizəsi əsasında həmin fərdi yaşayış evi Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 59 nömrəli sərəncamı ilə X14 adına sənələşdirilmişdir. Daşınmaz əmlakın sahibi K.R.Nemətullayev tərəfindən notarial qaydada verilmiş etibarnamələr və evin alqısatqısına dair ilkin müqavilə mübahisəyə səbəb olmuş, tərəflər arasında daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə əlaqədar cinayət əməlləri aşkarlandıqdan sonra mübahisə hüquq müstəvisinə çıxarılmış, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə X14 barəsində həbs qətimkan tədbiri seçilmişdir.

7. X23 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 548/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı ünvan 3 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m2 olan fərdi yaşayış sahəsindən çıxarılması, həmin fərdi yaşayış sahəsi boşaldılaraq iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7618/2021 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-548/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1060/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7618/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3333/2022 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh iddiadan imtinası qəbul edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-548/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.

12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 3059/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh X4 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, iddiaçının ünvan 4 ünvanda yerləşən 46.5 kv.m sahədən ibarət fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

13. 14.11.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3059/2022 nömrəli icra sənədi üzrə aparılmış icra tədbirləri nəticəsində tələbkar Cavabdeh sözügedən mənzilə köçürülmüş, həmin mənzilin giriş-çıxış açarları tələbkara təhvil verilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Həmin akta əsasən, icra yerində olan X9 mənzilin açarlarını təhvil vermiş və şəxsi əşyalarını götürərək mənzili tərk etmişdir.

14. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 4223/2022 nömrəli qətnaməsi ilə İddiaçı (Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh X4 qarşı dəymiş maddi ziyanın ödənilməsi və mənzildən məcburi çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2140/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-4223/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4088/2023 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2140/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

17. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3285/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.

a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X24 2017-ci il tarixdə 25.000 pul qarşılığında Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 59 nömrəli sərəncamı əsasında adında olan ünvan 6 ünvanında yerləşən fərdi evi xx.xx.2017-ci il tarixdə X5na 50 il ərzində etibarnamə verərək satmışdır. İddiaçı X17 25.000 manat pulu özü ödəmişdir. X5 ilə həmin ünvanda yaşamışdırlar. Həmin evi X7 bir ay müddətinə kirayə vermişdir. Cavabdeh həmin evə saxta 164 saylı sərəncam əsasında çıxarış çıxardaraq kirayəyə verdiyi evdə yaşayan X7 tərəf tutaraq məhkəməyə müraciət edərək onun evdən çıxarılması barədə qətnamə çıxarılmışdır. Bununla da qızı və o, qanunsuz olaraq yaşayış yerindən məhrum edilmişdirlər. Qeyd edilən fərdi yaşayış evində özünün və X5na məxsus əşyaları mövcuddur. Faktiki olaraq yaşayış yerlərindən məhrum olmuşlar, başqa yaşayış yerləri yoxdur və kirayədə yaşayırlar. Həmin evin daşınmaz əmlakın dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Nərimanov rayon Bələdiyyəsindən ‘'Azərişıq” ASC-yə təqdim edilmək üçün alınmış arayışda da X5nın qeyd edilən ünvanda qeydiyyatda olmaqla yaşadığı göstərilmişdir. ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə görə kommunal xərcləri özü ödəmişdir. Göründüyü kimi özü və qızı yuxarıda qeyd olunan fərdi yaşayış evində yaşamışlar və yaşadıqları yerdən məhrum edilmişlər.

20. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək göstərmişdir ki, iddiaçı qeyd etdiyi ünvanda yaşamır, qeydiyyatda deyildir və kommunal xərcləri cavabdeh ödəyir. Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və həbs edilmiş X23 ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini dələduzluq yolu ilə ələ keçirmiş, eyni mənzili Afiz, Yeganə, Azad adlı şəxslərə satmış, Afiz başqa ölkənin vətəndaşı olduğu üçün istintaq dövründə qaçıb getmiş, Yeganə, Azad güclü stress keçirmiş, hər ikisi vəfat etmiş və həmin mənzilin əlindən çıxmaması üçün xx.xx.2017-ci il tarixdə vətəndaş Emilya Bayramovaya etibarnamə vermişdir. X15 ********* № li cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş "İttiham aktı”nın 98-ci səhifəsində İddiaçı öz ifadəsində qeyd olunan faktları etiraf edib. X15 həbsxanada vəfat etdiyini biləndən sonra İddiaçı yuxanda qeyd olunan mənzilə dair iddialar irəli sürməyə başlamış və heç bir subyektiv hüquqa malik olmadan mənzili zəbt etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-548/2021 nömrəli qətnaməsi ilə İddiaçı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Xəlilova X8 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-548/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və Apellyasiya Məhkəməsinin (hakim Anar Tanrıverdiyev) xx.xx.2021-ci il tarixli, 2(103)-5909/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim Anar Tanrıverdiyev) xx.xx.2021-ci il tarixli, 2(103)-7618/2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-548/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlkin alqı-satqı müqaviləsi ilə mənzili almış, mənzilin əsl sahibi Cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılma və mənzilə köçürülməsinə» dair Nərimanov rayon Məhkəməsində iddia qaldırmış, iddiası təmin edilmiş "İttiham Aktı”nın 98-ci səhifəsində İddiaçı verdiyi ifadə ilə 2(005)-4223/2022 saylı iş üzrə məhkəmədə verdiyi ifadə tam fərqlidir. Bundan əlavə, iddiaçının və onun qızı Emilya Bayramovanın (etibarnamə əsasında) yuxarıda qeyd olunan mənzilə dair heç bir subyektiv hüquqları olmayıb. X23 xx.xx.2021-ci il tarixdə həbsxanada vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə görə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması etibarnaməyə xitam verilməsi üçün əsasdır. İddiaçı Xəlilova X8 RİH-nə qarşı "sərəncamın ləğv edilməsi” iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3285/2023 saylı qərardadı ilə iddiası mümkün sayılmamışdır.

21. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 481/2024 nömrəli qətnaməsi ilə (hakim S.V.Nuriyeva) iddia təmin edilməmişdir.

22. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı Xəlilova X8 rayonu, Nurəddin Süleymanov küçəsi ev 1 ünvanında yerləşən fərdi evinin ona satıldığını, yaşadığı yerdən məhrum edildiyini və oraya köçürülməli olduğunu bildirsə də, təqdim edilmiş sübutlardan görünür ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədi, eləcə də hüququ mövcud olmamışdır. Belə ki, iddiaçının istinad etdiyi, iş materiallarına əlavə edilmiş 27 oktyabr 2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, mübahisələndirilən mənzilə dair X23 tərəfindən iddiaçının qızı hazırki iş üzrə tərəf olmayan X11 50 il müddətinə etibarnamə verilmişdir. Məhkəmə qeyd edir ki, bu etibarnamə mənzilin mülkiyyət hüququ ilə İddiaçı məxsus olmasına əsas olmamaqla, mənzilə dair hüququn etibarnaməli idarəçiyə keçməsinə də səbəb olmur.

23. Həmçinin İddiaçı “fərdi yaşayış evinə görə X19 25.000 manat pul verdiyini” bildirsə də, iş materiallarından göründüyü kimi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimyyəti başçısının xx.xx.2020-ci il tarixli 164 nömrəli Sərəncamına əsasən, Nərimanov rayonu, N.Süleymanov küçəsindəki 1 №-li ünvanda fərdi yaşayış evinin X15 adına sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli 59 №-li Sərəncamı ləğv edilmiş, X23 mənzilin qanuni sahibi olmamışdır. Bununla yanaşı iş materiallarında olan xx.xx.2020-ci il tarixli ittiham aktından görünür ki, X15 barəsində dələduzluq əməli törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi açılmışdır.

24. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh mübahisəli fərdi yaşayış evinə dair gözlənti hüququ vardır. Belə ki, xx.xx.2017ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi Cavabdeh satılmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimyyəti başçısının xx.xx.2020-ci il tarixli 164 nömrəli Sərəncamına əsasən isə həmin fərdi yaşayış evinin Cavabdeh adına sənədləşdirilməsi qərara alınmaqla, onun daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün müvafiq orqana müraciət etməsi tövsiyə edilmişdir.

25. Bununla yanaşı, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3059/2022 saylı xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə hazırki iş üzrə Cavabdeh mübahisəli fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, qətnamə icra edilərək Cavabdeh həmin evə köçürülmüşdür. Bu barədə tərtib edilmiş aktdan da görünür ki, icra yerində olan X9 mənzilin açarlarını təhvil vermiş və şəxsi əşyalarını götürərək mənzili tərk etmişdir. İddiaçı mübahisəli mənzildə yaşaması faktı aşkar olunmamışdır.

26. Məhkəmə qeyd etmişdir ki, şəxsin mənzilə köçürülmə barədə tələbinin əsaslılığı, onun həmin daşınmaz əmlaka əmlak hüquqlarının (mülkiyyət hüququ, əmlakdan istifadə hüququ və s.) mövcud olması ilə əlaqəlidir. Lakin iş materiallarında İddiaçı mübahisəli fərdi yaşayış dair əmlak hüququnun olmasına əsas verən mötəbər sübutlar (müqavilə və s.) mövcud deyildir və məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən edilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı mənzilin notariat qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satılması, habelə Cavabdeh məhkəmə qətnaməsi əsasında mübahisəli mənzilə köçürülməsi müəyyən edilir.

27. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh mübahisəli ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə sahiblik hüququna malik olmaqla yanaşı, Cavabdeh məhkəmə qətnaməsi ilə həmin fərdi yaşayış evinə köçürüldüyündən (e-2(005)- 3059/2022 saylı xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnamə), İddiaçı isə mübahisəli evə dair hər hansı bir hüququ müəyyən olunmadığından, hazırki ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyə dair iddia tələbi əsassızdır.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 43-cü maddələrinə, Mülki Məcəlləsinin 11.1, 158.1.2-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Əhmədovanın Azərbaycana qarşı iş üzrə Qərarına, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 124.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

29. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Müvafiq olaraq mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Maddə 365.1.7. Etibarnaməni vermiş fiziki şəxsin ölməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.https://e-qanun.az/framework/46945 Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamə tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, iş materialları ilə olunur ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 164 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, N.Süleymanov küçəsindəki 1 №-li ünvanda fərdi yaşayış evinin X15 adına sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli 59 №-li Sərəncamı ləğv edilmiş, həmin fərdi yaşayış evinin Cavabdeh adına sənədləşdirilməsi qərara alınmış, fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət edilməsi Cavabdeh tövsiyə edilmişdir.

40. İddiaçı X17 25.000 pul qarşılığında Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 59 nömrəli sərəncamı əsasında adında olan ünvan 6 ünvanında yerləşən fərdi evinə xx.xx.2017-ci il tarixdə X5na 50 il ərzində etibarnamə verərək satıldığını, onun qızı ilə həmin ünvanda yaşadığını, qeyd edilən fərdi yaşayış evində onlara məxsus əşyaların olduğunu bildirsə də, iş materiallarında olan X15 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə xx.xx.2020-ci il tarixli ittiham aktının surətindən müəyyən edilir ki, şahid qismində dindirilmiş İddiaçı ifadə verərək göstərmişdir ki, “..... Nazənim ona bildirmişdir ki, bəs onun Səfərəliyeva küçəsində evi vardır və həmin evin bir qədər ehtiyacı olmasını və evin damından yağışlı havada su dammasını bildirmiş, o ona N.Süleymanov küçəsində olan evdə qalmağı təklif etmiş və o imtina etmiş və yalnız əşyalarının evdə xarab olmaması üçün həmin evə yığılmasına razılıq vermişdir. O ilk dəfə Nazənim ilə birlikdə təxminən 3-4 il bundan əvvəl həmin evə getmiş və Nazənim üzərində olan mənzilin giriş qapısını açıb onu içəridə olan şəraitlə tanış etmiş və o evin şəraitsiz olmaqla yaşamaq üçün əlverişsiz olmasını görmüş və əşyalarını yığmaq üçün ona lazım bildirmiş və buna görə Nazənim ona həmin evin giriş qapısının 1 ədəd açarını vermiş və o əşyalarını yığmaq üçün həmin evə getmiş və onun evdə cəmi 3-4 bağlama əşyası olmuşdur və həmin əşyaları çay, ayaqqabı, paltar, köhnəlmiş geyim paltarları, qab-qacaq olmuşdur. O, Nazənimlə 2 dəfə həmin evdə olmuş və cəmi həmin evdə 3-4 dəfə olmuşdur ki, onun bir dəfəsində Cəlilabaddan müalicə üçün Bakı şəhərinə gəlmiş qızının səhhəti pis olmasına görə yataqxanaya qalxması qeyri-mümkün olduğundan həmin evdə bir neçə saat qalmışdır. Həmin evdə o 3-4 dəfə gecə qalmış və qızı da 2-3 dəfə rayondan gələn zaman və ya Bakı şəhərində olduğu zaman gecələmişdir. Həmin evi ona hər hansı bir şəxs satmamış və evə görə o Nazənim Rzayevaya hər hansı bir məbləğdə pul verməmiş və həmin evə dair hər hansı iddia və tələbi olmamış və onun evdə hər hansı haqqı olmamışdır. Əgər o evə görə Nazənim Rzayeva və ya hər hansı bir şəxsə pul vermiş olsaydı özü dərhal HMO-na ərizə ilə müraciət edərdi və həmin evə görə ona hər hansı miqdarda maddi ziyan dəyməmişdir. Həmin evdə hazırda Nazənim Rzayeva tərəfindən ona verilmiş köhnə geyinilmiş pal-paltar və ayaqqabı bağlamaları olmuş və həmin əşyalar da yenə Nazənimə məxsus olmuş və həmin evdə hər hansı şəxsi əşyası olmamışdır.

41. Bundan əlavə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 3059/2022 saylı xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında hazırki iş üzrə Cavabdeh mübahisəli fərdi yaşayış evinə köçürülməsi zamanı icra məmuru tərəfindən tərtib edilmiş aktdan da görünür ki, icra yerində olan X9 mənzilin açarlarını təhvil vermiş və şəxsi əşyalarını götürərək mənzili tərk etmişdir. İddiaçı mübahisəli mənzildə yaşaması faktı aşkar olunmamışdır.

42. O da qeyd edilməlidir ki, iddiaçı X24 tərəfindən mübahisəli evə dair onun X5na 50 il müddətinə etibarnamə verildiyinə istinad etsə də, həmin etibarnamənin məzmunundan görünür ki, N.Rzayeva tərəfindən E.Bayramovaya mübahisəli evin etibar edənin adına sənədləşdirilməsi və digər səlahiyyətlər verilmişdir. N.Rzayeva xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən mülki qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən etibarnamənin qüvvəsinə də xitam verilmişdir.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, mübahisəli evə dair iddiaçının hər hansı hüququ müəyyən olunmadığından onun iddiası təmin edilə bilməz.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

45. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 481/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar