Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2437/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh X4 iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3487/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Şura oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X6 qarşı “verilmiş pul məbləğinin qalığının, ödənilmiş dövlət rüsumunun və hüquqi yardımın əvəzinin tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 630 (altı yüz otuz) manat məbləğində qalıq borcun, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və hüquq xidmət olaraq 80 (səksən) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X13 iddiaçı şəxsin mərhum atası ilə birlikdə işləmişdir. 2017-ci ildə atası ilə X13 arasında tikinti materialları ilə bağlı alışverişi olmuşdur. Həmin dövrdə onların evində maddi imkanları yox idi. Atası onun qardaşına təklif irəli sürmüşdür ki, qardaşının zəhmət haqqısı ilə Bakı şəhəri, Dərnəgül yolunda yerləşən tikinti malları mağazasından nağd olaraq 940 (doqquz yüz qırx) manat məbləğində divar təmizləyən sərt parça (şkurka) alaraq versin. Atası cavabdeh X6 940 (doqquz yüz qırx) manat dəyərində nisyə divar təmizləyən sərt parça (şkurka) vermişdir. X13 atası ilə razılaşmışdır ki, qısa müddətdə materialın dəyəri olan pul məbləğini ödəyəcəkdir. Lakin cavabdeh X13 bu günədək nisyə aldığı materialın pulunu tam ödəməmişdir. Dəfələrlə atası və qardaşı cavabdeh X3 müvafiq pul vəsaitini tələb etmişlər. Cavabdeh X13 ayrı-ayrı vaxtlarda 20 (iyirmi) manat və 30 (otuz) manat olmaqla, cəmi 310 (üç yüz on) manat məbləğində pul vəsaiti ödəmişdir. Cavabdeh X13 hal-hazırda Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmli küçəsi, 42 nömrəli evin yarım zirzəmisində tikinti materialları mağazasında satıcı işləyir. Hazırda cavabdeh X5 iddiaçı şəxsə 630 (altı yüz otuz) manat məbləğində borcu vardır. Məsələnin həlli ilə bağlı o, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin baş tətqiqatçısı, polis mayoru X7 xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən onun ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan cinayət işi başlanması rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X7 xx xxxxxx 2020-ci il tarixli 093-62572Z nömrəli məktubunda onun müvafiq məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3487/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 630 (altı yüz otuz) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi, onun atası ilə ticarət münasibətləri olub və həmin dövrdə bir az borcu qalsa da, daha sonra həmin borcunu tam şəkildə ödəmiş və hər hansı borcu qalmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh apelyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclаsınа gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3487/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 19 nömrəli notariat kontorunun xüsusi notariusu X12 tərəfindən 7E-15809 nömrəli reyestr ilə təsdiq edilərək verilmiş xx xxxx 2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 tərəfindən İddiaçı müvafiq səlahiyyətlər verilmiş, həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər, etibarnamə 20 il müddətinə verilmiş və xx xxxx 2037-ci il tarixədək qüvvədədir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X8 oğlu tərəfindən 7E-42981 nömrəli reyestr ilə təsdiq edilərək verilmiş xx xxxx 2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, X2 tərəfindən İddiaçı müvafiq səlahiyyətlər verilmiş, həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər, etibarnamə 3 il müddətinə verilmiş və xx xxxx 2020-ci il tarixədək qüvvədədir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 020790 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X2 xx xxxxx 2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə 353 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X7 xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən və məzmunundan görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı 2017-ci ildə Şamil adlı şəxsin satıcı işlədiyi “Caspian Plaza”nın qarşısında özünə məxsus mağazanın qarşısında atasından nisyə olaraq sonradan ödəmə şərti ilə 910 (doqquz yüz on) manat məbləğində divar təmizləyən şkurkanı alması, sonradan Şamil adlı şəxs tərəfindən həmin puldan 310 (üç yüz on) manat məbləğində olan hissəsini ödəməsi, yerdə qalan 630 (altı yüz otuz) manat məbləğində qalıq borcu bu günədək ödəməkdən boyun qaçırması barədə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ünvanladığı ərizəsi araşdırılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə göndərilərək xx xxxxxx 2019-cu il tarixdə müvafiq bölmənin baş təhqiqatçısı, polis mayoru X7 icraatına daxil olmuşdur. Araşdırma zamanı izahatı alınan vətəndaş İddiaçı ərizəsində göstərdiyi xüsustaları təsdiqləyərək oxşar izahat vermişdir. İzahatı alınan vətəndaş Cavabdeh İddiaçı dediklərini inkar edərək, sonuncunun atası ilə aralarında ticarət münasibətlərinin olduğunu, həmin dövrlərdə ona borclu qaldığını və qalmış olan borcu tamamilə ödədiyini bildirmişdir. Bununla da aparılmış araşdırma zamanı vətəndaş İddiaçı ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Nərimanov RPİ tərəfindən xx xxxxxx 2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1970-ci il tarixdə Qazax rayonu, Orta Salahlı kəndində anadan olmuş Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyetklər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olunanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavil ə əsası olmur. Hüquqi əsasolmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərinin məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil. Varlanmış şəxsin hər hansıhərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verənməhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədəuyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı 2017-ci il tarixdə Şamil adlı şəxsin satıcı işlədiyi “Caspian Plaza”nın qarşısında özünə məxsus mağazanın qarşısında atasından nisyə olaraq sonradan ödəmə şərti ilə 910 (doqquz yüz on) manat məbləğində divar təmizləyən şkurka almış, sonradan Şamil adlı şəxs tərəfindən həmin puldan 310 (üç yüz on) manat məbləğində olan hissəsi ödənilmiş, yerdə qalan 630 (altı yüz otuz) manat məbləğində qalıq borc isə ödənilməmişdir. Bununla bağlı iddiaçı şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, müvafiq məsələnin araşdırılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X14 xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar çıxarmışdır. Müvafiq ərizə üzrə aparılmış araşdırma zamanı İddiaçı izahatı alınmış və sonuncu ərizəsində göstərdiyi xüsustaları təsdiqləmişdir. Cavabdeh ərizədə yazılanları təkzib edərək, onun iddiaçı şəxsin atası ilə aralarında olan ticarət münasibətlərinə əsasən qeyd edilən dövrdə ona borclu qaldığını və qalmış olan borcu tamamilə ödədiyini bildirmişdir. Bununla da aparılmış araşdırma zamanı İddiaçı ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmçinin, qeyd edilən məbləğ məhkəmə araşdırması zamanı mövcud sübutlar, işdə iştirak edən şəxsin izahatı və şahid ifadəsi ilə öz hüquqi təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən hesab etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində qeyd olunanlar əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində də, apelyasiya icraatında da iddiaçıdan borc aldığını etiraf etmiş, sonra isə borcu ödədiyini bildirmişdir. Bu zaman isə sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh apelyasiya şikayətində borcun onun tərəfindən tam ödənildiyini bildirsə də, bununla bağlı nə birinci instaniya məhkəməsində, nə də apelyasiya məhkəməsində heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3487/2020 nömrəli xx xxxxxx 2020ci il tarixli qətnaməsi Cavabdeh Şura oğluna münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Şura oğlunun apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3487/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh Şura oğluna münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2437/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2437/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver