Məhkəmə qərarları › İş №2(103)-2438/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2438/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2438/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 264/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 37 nömrəli müqaviləyə əsasən müqavilə üzrə birinci tərəf Azərbaycan Respublikasının elm və təhsil naziri X3 şəxsində təmsil olunan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və digər tərəf “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Belçika Krallığının “KU Leuven” ali təhsil müəssisəsində bakalavr təhsil səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdehdur, müqavilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 01 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nın (bundan sonra - Maliyyələşdirilmə Qaydası) 1.4-cü bəndinə uyğun olaraq bağlanılır və Proqram iştirakçısının Belçika Krallığının "KU Leuven" ali təhsil müəssisəsində "Kompüter texnologiyası" ixtisası üzrə sentyabr 2022-ci ildən sentyabr 2025-ci ilə kimi Bakalavr təhsil səviyyəsi üzrə 3 il müddətinə təhsilinin maliyyələşdirilməsinə dair tərəflərin öhdəliklərini müəyyən edir. Həmin müqavilənin 3.2.2-ci yarımbəndinə əsasən proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını ondan tələb etmək Nazirliyin hüququdur. Həmin müqavilənin 3.3.12-ci yarımbəndinə əsasən program iştirakçısı təhsil aldığı ixtisas istiqamətini dəyişdirməmək barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin 6.2-ci yarımbəndinə əsasən proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır.

2. xx.xx.2020-ci il tarixli 06 nömrəli təqaüd kartları üzrə hesabların açılması və təqaüd kartlarından istifadə haqqında müqaviləyə 2 nömrəli əlavəyə aid edilmiş, “2019- 2023-cü illər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”-nın idarəetmə qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə 12 nömrəli reyestrinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh hesabına 4536 avro məbləğində pul vəsaiti köçürülmüşdür.

3. 23 noyabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alan 13 nəfərin yaşayış xərci (köçürülən məbləğ rəqəmlə : 98874 avro) köçürülmüşdür.

4. iyun 2020-ci il tarixli 06 nömrəli təqaüd kartları üzrə hesabların açılması və təqaüd kartlarından istifadə haqqında müqaviləyə 2 nömrəli əlavəyə aid edilmiş, “2019- 2023-cü illər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”-nın idarəetmə qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə 25 nömrəli reyestrinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh hesabına 11020 avro məbləğində pul vəsaiti köçürülmüşdür.

5. 28 dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alan 14 nəfərin yaşayış xərci (köçürülən məbləğ rəqəmlə : 112611 avro) köçürülmüşdür.

6. 28 dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alanların xərcləri onların şəxsi bank hesabına köçürülmüşdür. Cavabdeh (köçürülən məbləğ rəqəmlə : 11866.80 manat) köçürülmüşdür.

7. 29 dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alanların yaşayış xərcləri (köçürülən məbləğ rəqəmlə : 179654.49 manat) köçürülmüşdür.

8. dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alanların xərcləri onların şəxsi bank hesabına köçürülmüşdür. Cavabdeh (köçürülən məbləğ rəqəmlə : 512.82.80 manat) köçürülmüşdür.

9. 29 dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alanların yaşayış xərcləri (köçürülən məbləğ rəqəmlə : 216404.17 manat) köçürülmüşdür.

10. Əmrdə dəyişiklik edilməsi barədə Emin Əmrullayev tərəfindən verilmiş əmrdən görünür ki, Azərbaycan Respublikasının elm və təhsil nazirinin xx.xx.2022-ci il tarixli F-473 nömrəli əmri ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyəsi üzrə təhsil alacaq proqram iştirakçılarının siyahısı”nda 1-ci, 41-ci, 52-ci, 55-ci, 75-ci, 106-cı və 197-ci hissələr ləğv edilməsi, X4 Qrupu (T. Topalova), Hüquq şöbəsi (S. Mahmudov), Beynəlxalq əməkdaşlıq şöbəsi (S.Feyzullayeva) və Maliyyə şöbəsi (R. Orucov) İ.Abaszadə, A.Əhməd, Ə.Əliyev, K.Əliyev, Z.Hacıyevə, L.Lətifova, Cavabdeh və Elm və Təhsil Nazirliyi arasında bağlanmış ikitərəfli müvafiq müqavilənin 6.2-ci maddəsinə uyğun olaraq onların təhsillərinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlər görülməsi qərara alınmışdır.

11. Əsas fəaliyyət əmrləri- qeydiyyat vərəqəsindən görünür ki, Emin Əmrullayev tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli “2022-2026 Dövlət Proqramın”-dan imtinaya dair əmr xx.xx.2024-cü il tarixdə icraya yönəldilib, xx.xx.2024- cü il tarixə qədər icra müddəti qeyd olunmuşdur.

12. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı”-nın idarəetmə qrupu tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-29-64/2-149/2024 nömrəli məktuba əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı) çərçivəsində Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2022-ci il tarixli F-473 nömrəli əmri ilə Belçika Krallığının "KU Leuven" xarici ali təhsil müəssisəsində bakalavr təhsilininin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Bağlanmış ikitərəfli müqaviləyə əsasən təhsil müddətiniz 2022-ci il sentyabr ayından 2025-ci il sentyabr ayınadək olan dövrü əhatə edir. Müqavilənin 3.3.12-ci yarımbəndinə əsasən təhsil aldığı ixtisas istiqamətini dəyişdirdiyininə görə Nazirlik tərəfindən onun təhsilininə çəkilən xərcləri 2 (iki) aydan gec olmayaraq qaytarmağı tələb olunur. Məlumat üçün bildirilmişdir ki, təhsilinin maliyyələşdirilməsi məqsədilə bu günə kimi qeyd olunan ödənişlər həyata keçirilmişdir: aylıq yaşayış xərci – 15.556,00 EUR, Təhsil x. – 11.866,80 AZN, Bank xidməti – 41,53 AZN, Yol x. -512,82 AZN, Bank xidməti 1,79 AZN, Plastik kart – 9 AZN. Qeyd olunanları nəzərə alaraq elm və təhsil nazirinin 18 04 2024-cü il tarixli, 3-29/3-2- 201F/2024 nömrən əmnnə əsasən bakalavr təhsilinin maliyyələşdirilməsi məqsədilə ödənilmiş ümumilikdə 15 556.00 avro (on beş min beş yüz əlli altı avro 00 sent) və 12 431.94 manat (on iki min dörd yuz otuz bir manat 94 qəpik) məbləği X4 Qrupunun qoşmada əlavə olunmuş avro və manat hesablarına qaytarmağı xahiş olunmuşdur.

13. Mail ünvanına göndərilmiş məktuba əsasən ikitərəfli müqaviləyə əsasən təhsil müddəti 2022-ci ilin sentyabr ayından 2025-ci il sentyabr ayınadək olan dövrü əhatə edir, 3.3.12-ci yarımbəndinə əsasən təhsil aldığı ixtisas istiqamətini dəyişdirdiyinə görə Nazirlik tərəfindən təhsilinə çəkilən xərclər 2 aydan gec olmayaraq qaytarılması tələb olunur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 15.556 EUR və 12.431.94 AZN vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq bank hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində bakalavr və magistratura səviyyələri üzrə təhsilin maliyyələşdirilməsini tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 01 iyun tarixli, 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” cərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsili maliyyələşdirən Azərbaycan Respublikası vətəndaşları olan gənclərin seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Qaydaların 1.3-cü bəndinə əsasən, Proqram iştirakçılarının xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), mülkiyyət formasından asılı olmayaraq, xarici və ya yerli hüquqi və fiziki şəxslərin, habelə fiziki şəxslərin ianələri hesabına bu Qaydalarla məyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə əsasən, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi məzun olduqdan sonra ölkəyə qayıdaraq 5 (beş) il müddətinə əmək fəaliyyəti ilə məşğul olmaq şərtilə həyata keçirilir. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə (bundan sonra - müqavilə) əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir. Bu Qaydaların 1.5-ci yarımbəndinə görə, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Nazirliyin nəzdində X1 Qrupu tərəfindən idarə olunur. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalvriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında 8 avqust 2022-ci il tarixli, 37 saylı müqavilə bağlanılmışdır. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş cavabdeh elm və təhsil nazirinin xx.xx.2022-cü il tarixli, F-473 nömrəli əmrinə əsasən xaricdə bakalavr təhsilin maliyyələşdirlməsi imkanını əldə etmişdir. Müqavilə şərtinə uyğun olaraq, cavabdeh sentyabr 2022-ci il tarixdən-sentyabr 2025-ci il tarixə kimi Belçika Krallığının “KU Leuven” ali təhsil müəssisəsində “Komyuter texnologiyası” bakalavr səviyyəsi üzrə təhsil almalı və Nazirlik isə bu təhsili maliyyələşdirməli idi. Cavabdehin müqavilə şərtlərinə uyğun olaraq maliyyələşməsinə baxmayaraq, təhsil müəsissəsini dəyişərək öz öhdəliklərini pozmuşdur. Müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması nəzərə alınaraq, Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-29/3-2-201 F/2024 nömrəli əmrlə Cavabdeh Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından xaric edilmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 3.2.2-ci yarımbəndində qeyd edilir ki, Proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını ondan tələb etmək Nazirliyin hüququdur. Müqavilənin 6.2-ci yarımbəndində nəzərdə tutulmuşdur ki, proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. Lakin, cavabdeh bu günə qədər həmin vəsaitin geri qaytarılması ilə bağlı heç bir hərəkət etməmişdir. Tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə cavabdehə xx.xx.2024-cü il tarixli, 3-29-64/2- 149/2024 saylı məktubla rəsmi qaydada müraciət edilərək onun təhsilinin təşkili ilə bağlı ödənilmiş 15.556,00 avro və 12.431,94 manat pul vəsaitinin geri qaytarlması tələb edilmişdir. Lakin cavabdeh tərəfindən məktubun alınmasına baxmayaraq, o ödənişdən yayınmışdır. Hesab edir ki, cavabdeh müqavilə şərtini pozaraq, təhsilini akademik müvəffəqiyyətsizlik səbəbindən başa vura bilmədiyindən ona ödənilmiş dövlət vəsaitini geri qaytarmalıdır.

16. Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddiaçı Nazirliklə Cavabdeh arasında bağlanan 08 avqust 2022-ci il tarixli, 37 saylı müqavilənin sonuncu tərəfindən imzalanmadığına görə iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh 2022-ci ildə X10 Bakı Türk Litseyini bitirmiş və 520 bal toplayaraq Azərbaycan Respublikasının Dövlət Neft Akademiyasının "Kompyuter mühəndisliyi" fakültəsinə ödənişsiz daxil olmuşdur. Eyni zamanda Belçikada yerləşən Belçika Kralığının "KU Leuveri" ali təhsil müəssəsindən dəvət almışdır. Bundan sonra o, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalanna dair 2022- 2026-cı illər üçün Dövlət Proqramına" uyğun olaraq müraciət etmiş və müsabiqələrdən keçmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Akademiyasının "Kompyuter mühəndisliyi" fakültəsinə daxil olduğu üçün xarici təhsil müəssisəsində də, həmin İxtisas üzrə təhsil almağı nəzərdə tutmuşdur. Lakin, iddiaçı Nazirliyinən 08 avqust 2022-ci İİ tarixli, 37 saylı müqaviləni atası bağladığına görə onun başqa ixtisas üzrə təhsil almağa göndərildiyini bilməmişdir. Belçikada yerləşən Belçika Kralığının "KU Leuveri" ali təhsil müəssəsinə gedəndə başqa fakültədə təhsil alacağı müəyyən edilmiş və təhsil haqqlarının ödənilmədiyini bilmişdir. Bu barədə Nazirliyə məlumat vermiş və oradan bildirmişlər ki, təhsil haqqlarını özləri etsinlər, sonradan həmin ödənilən vəsait onlara qaytarılacaqdır. Ailənin maddi imkanı olmadığına görə borc alaraq tələb edilən təhsil haqqlarını ödəmişlər. Bundan 4 (dörd) ay keçəndən sonra isə 30 dekabr 2022-ci il tarixdə tələb edilən vəsait kart hesabına köçürülmüş və alınan borcların bir hissəsi geri qaytarılmışdır. İddiaçı Nazirliyin üzərinə götürdüyü öhdəliyi müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən Cavabdeh ailəsini çıxılmaz vəziyyətə saldığı üçün stres keçirmiş və nəticədə imtahanlann birindən kəsiri yaranmışdır. Nazirlik isə kəsiri olduğuna görə lazımi vəsaiti ödəməyərək kartı bloklamışdır. X9 üzrə Cavabdeh ilə birlikdə 15 nəfər tələbə getmiş və onlarda fakültəni dəyişmiş, bəzilərinin isə kəsri olmuşdur. Onu da, qeyd edirlər ki, Nazirlik hesab kartına blok qoyaraq təhsil haqqlarını dayandırdığına görə Cavabdeh oxuduğu fakültənin ödənişi çox olduğu üçün və həmin məbləği qarşılaya bilmədiyinə görə fakültəni dəyişməyə məcbur olmuşdur. Göründüyü kimi iddiaçı Nazirlik müqavilənin əsassız şərtləri barədə Cavabdeh məlumat versəydi, o, yüksək balla daxil olduğu Azərbaycan Respublikasının Dövlət Neft Akademiyasının "Kompyuter mühəndisliyi" ödənişsiz fakültəsində təhsilini davam etdirərək ailəsinə zərər yetirməzdi. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2024-cü il tarixli 248 nömrəli Sərəncamı ilə həmin tarixdən Dövlət Proqramına dəyişikliklər edilərək "2022-2026cı" sözləri "2022-2028-ci" sözləri ilə əvəz edilmişdir. Həmin dəyişiklikdən sonra xaricdə təhsil alan şəxslər barədə öhdəliklər yumşaldılmışdır.

17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-264/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 15556 avro (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 12431.94 manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ödənilməsi qət edilmişdir. (hakim X7).

18. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, Cavabdeh təhsilininin maliyyələşdirilməsinə görə 15556 avro və 12431.94 manat məbləğində ödənişlər həyata keçirmiş, cavabdeh isə müqavilə şərtlərini pozaraq təhsil aldığı ixtisas istiqamətini dəyişdirmişdir. Müvafiq müqavilənin 3.3.12-ci yarımbəndinə əsasən program iştirakçısı təhsil aldığı ixtisas istiqamətini dəyişdirməmək barədə öhdəlik götürmüşdür. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15556 (on beş min beş yüz əlli altı) avro (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 12431.94 (on iki min dörd yüz otuz bir manat doxsan dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ödənilməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci, 386-cı, 389-cu, 390-cı, 399-cu, 405-ci, 421-ci, 425-ci, 448-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1-ci, 217.4-cü, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə verilən etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə, iddia ərizəsini qanunda nəzərdə tutulmuş qaydada araşdırmamış və cavabdehin göstərdiyi faktlarımüəyyən etməmişdir. İddiaçı təhsil haqlarınımüəyyən edilmiş müddətdə ödəmədiyinə görə cavabdeh isə həmin məbləği ödəyə bilmədiyi üçün başqa fakultəyə köçürülmüşdür. İddiaçı ilə cavabdeh arasında müqavilə mövcud deyildir. Məhkəmə, Öhdəliklərə əlaqədar Qanunun normalarına əməl etməmişdir. Cavabdehin müqavilə üzrə tərəf olduğu sübut edilməmişdir. Müqavilə cavabdeh tərəfindən imzalanmamışdır, məhkəmə isə həmin faktı yoxlamamış və qiymət verməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

24. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

d) Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır;

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

31. Hazırki işin faktiki hallarına əsasən Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 37 nömrəli müqavilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 01 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nın 1.4cü bəndinə uyğun olaraq bağlanılmış və Proqram iştirakçısının Belçika Krallığının "KU Leuven" ali təhsil müəssisəsində "Mühəndislik texnologiyası" ixtisası üzrə sentyabr 2022-ci ildən sentyabr 2025-ci ilə kimi Bakalavr təhsil səviyyəsi üzrə 3 il müddətinə təhsilinin maliyyələşdirilməsinə dair tərəflərin öhdəliklərini müəyyən edir. Əmrdə dəyişiklik edilməsi barədə əmrə əsasən Azərbaycan Respublikasının elm və təhsil nazirinin xx.xx.2022-ci il tarixli F- 473 nömrəli əmri ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyəsi üzrə təhsil alacaq proqram iştirakçılarının siyahısı”nda 1-ci, 41-ci, 52-ci, 55-ci, 75-ci, 106-cı və 197-ci hissələr ləğv edilmiş, Cavabdeh və Elm və Təhsil Nazirliyi arasında bağlanmış ikitərəfli müvafiq müqavilənin 6.2-ci maddəsinə uyğun olaraq onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlər görülməsi qərara alınmışdır. Müvafiq müqavilənin 6.2-ci yarımbəndinə əsasən proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır.

32. Göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, Cavabdeh təhsilininin maliyyələşdirilməsinə görə 15556 avro və 12431.94 manat məbləğində ödənişlər həyata keçirmiş, cavabdeh isə müqavilə şərtlərini pozaraq təhsil aldığı ixtisas istiqamətini dəyişdirmişdir. Müvafiq müqavilənin 3.3.12-ci yarımbəndinə əsasən program iştirakçısı təhsil aldığı ixtisas istiqamətini dəyişdirməmək barədə öhdəlik götürmüşdür. Bu səbəbdən hazırda iddiaçı cavabdehin müqavilə şərtini pozaraq, təhsilini akademik müvəffəqiyyətsizlik səbəbindən başa vura bilmədiyindən ona ödənilmiş dövlət vəsaitini geri qaytarılmasını tələb edir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Çünki cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, və nəticədə, müqavilənin şərtlərini pozmuşdır.

34. Həmçinin nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-264/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-264/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar