Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2439/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmrin ləğv edilməsi, işə bərpa, işə buraxılmamanın qanunsuz hesab edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və xəstəlik vərəqələrinə görə müavinatın və zərərin əvəzinin ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmrin ləğv edilməsi, işə bərpa, işə buraxılmamanın qanunsuz hesab edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və xəstəlik vərəqələrinə görə müavinatın və zərərin əvəzinin ödənilməsi barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(004)-537/2025 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-127/2023 saylı, 28 iyul 2023cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı intizam tənbehi verilməsi barədə əmrin ləğvi, əmək haqqı, əmək qabiliyyətinin olmamasına görə müavinətin tam ödənilməsi, mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona töhmət verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli N438 k/d saylı əmrin ləğv edilməsi, cavabdehdən verilişlərinin bərpa olunması, ona vurulmuş maddi ziyana görə 6000 manat (sentyabr, oktyabr və yanvar ayı ərzində (3 ay) alacağı qonorarın hər gecikdirilmiş günü üçün 1 faiz olmaqla, eləcə də xəstəlik vərəqələrinə görə aylıq qonorarının 60 faiz deyil, 100 faiz hesablanaraq ödənilməsi və mənəvi ziyana görə 2000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, qətnamə ilə iddia rədd edilmişdir
2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5919/2023 saylı, 31 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-957/2024 saylı, 19 mart 2024-cü il tarixli qərarına əsasən kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5919/2023 nömrəli, 31 oktyabr 2023cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. ******* nömrəli Əmək qabiliyyətinin olmamaması vərəqəsinə əsasən İddiaçı 02 noyabr 2023-cü il tarixdən 04 noyabr 2023-cü il tarixinə, 05 oyabr 2023-cü il tarixindən 07 noyabr 2023-cü il tarixinə, 08 noyabr 2023-cü il tarixindən 27 noyabr 2023-cü il tarixinə, 28 noyabr 2023-cü il tarixindən 17 dekabr 2023-cü il tarixinə kimi işdən azad edilmişdir.
5. ******* nömrəli Əmək qabiliyyətinin olmamaması vərəqəsinə əsasən İddiaçı 18 dekabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixinə, 28 dekabr 2023-cü il tarixindən 30 dekabr 2023-cü il tarixinə kimi işdən azad edilmişdir. İşə başlamalı olduğu tarix xx.xx.2023-cü il müəyyən edilmişdir.
6. ******* nömrəli Əmək qabiliyyətinin olmamaması vərəqəsinə əsasən İddiaçı 15 iyul 2024-cü il tarixdən 17 iyul 2024-cü il tarixinə, 18 iyul 2024-cü il tarixindən 20 iyul 2024cü il tarixinə, 21 iyul 2024-cü il tarixindən 30 iyul 2024-cü il tarixinə, 31 iyul 2024-cü il tarixindən 08 avqust 2024-cü il tarixinə, 09 avqust 2024-cü il tarixdən 13 avqust 2024-cü il tarixinə kimi işdən azad edilmişdir.
7. ******* nömrəli Əmək qabiliyyətinin olmamaması vərəqəsinə əsasən İddiaçı 14 avqust 2024-cü il tarixdən 23 avqust 2024-cü il tarixinə, 24 avqust 2024-cü il tarixindən 02 sentyabr 2024-cü il tarixinə, 03 sentyabr 2024-cü il tarixindən 12 sentyabr 2024-cü il tarixinə, 13 sentyabr 2024-cü il tarixindən 22 sentyabr 2024-cü il tarixinə kimi işdən azad edilmişdirİş materiallarında olan ******* nömrəli Əmək qabiliyyətinin olmamaması vərəqəsinə əsasən İddiaçı 23 sentyabr 2024-cü il tarixdən 29 sentyabr 2024-cü il tarixinə kimi işdən azad edilmişdir. İşə başlamalı olduğu tarix 30 sentyabr 2024-cü il müəyyən edilmişdir.
8. "xxxx" QSC-nin 11 sentyabr 2024-cü il tarixli, 762k/d nömrəli əmrindən görünür ki, Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı uzun müddət üzrlü səbəb olmadan, habelə heç bir hüquqi sənəd təqdim etmədən iş yerinə gəlməmiş, bununla da o, AR ƏM-nin 72-ci maddəsinin a bəndinin tələblərini pozmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən 11 sentyabr 2024-cü il tarixdən xitam verilmişdir.
9. "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 19 may 2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı "xxxx" QSC-də Azərbaycan Radiosu/RV Xüsusi Layihələr Redaksiyasında RV Xüsusi Layihələr redaksiyasının böyük redaktoru vəzifəsinə keçirilmişdir. İşçi 24 iyun 2005-ci il tarixindən işə başlamışdır.
10. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sədrinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanladığı 10 sentyabr 2024-cü il tarixli, 13-6/2-04/1-580/2024 saylı məktubla, AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılığın bildirilməsi xahiş olunmuşdur.
11. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sədrinə ünvanladığı 10 sentyabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 10 sentyabr 2024-cü il tarixində Həmkarlar İttifaqı Komitəsinə daxil olan 13-6/2-04/1-580/2024 saylı məktub üzrə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə əsasən 10 sentyabr 2024-cü il tarixində Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin iclası keçirilmişdir. Məktubda bildirilir ki, Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı uzun müddətdir işə gəlmir. Kadrlar və Xüsusi İşlər departamentinin rəis müavini Z.Əliyeva dəfələrlə İddiaçı ilə (***-***- **-**) nömrəli telefonla əlaqə saxlayaraq işə gəlməli olduğunu bildirmişdir. 02 avqust 2024cü il tarixində isə ona işə gəlməsi barədə bildiriş göndərilmişdir. Bildirişi alan İddiaçı ona heç bir əhəmiyyət verməmişdir. Radionun “Xüsusi Layihələr” redaksiyasının baş direktoru D.Mirzəyeva dəfələrlə onunla əlaqə saxlamağa çalışsa da, o zənglərə cavab verməmişdir. Həmkarlar İttifaqı Komitəsinə daxil olan sənədlərlə tanış olduqdan sonra yuxarıda qeyd olunan əlaqə nömrəsi ilə onunla əlaqə yaradılmışdır. Danışıq zamanı məktubda qeyd olunan məsələlərlə əlaqədar görüş keçirmək üçün İddiaçı AzTV QSC-yə dəvət olunsa da o, QSC-yə gəlməkdən imtina etmişdir. Toplanmış materiallar üzrə araşdırma aparılmış və İddiaçı hər hansı hüquqi sənəd təqdim etmədən uzun müddət iş yerinə gəlmədiyi öz təsdiqini tapmışdır. Bununla da İddiaçı AR ƏM-nin 70-ci maddəsinin ç bəndinin tələblərini kobud şəkildə pozmuşdur. Həmkarlar İttifaqı Komitəsi üzvləri qeyd edilənlərlə əlaqədar, habelə məktuba əlavə edilmiş sənədlər üzrə 10 sentyabr 2024-cü il tarixində iclas keçirərək, müvafiq qərar qəbul etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Həmkarlar İttifaqı Komitəsi AR ƏM-nin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı işdən azad edilməsinə etiraz etmir.
12. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin 10 sentyabr 2024-cü il tarixli, 08 saylı Protokolundan Çıxarışa əsasən AR ƏM-nin 70-ci maddəsinin ç bəndinin tələblərini pozduğu üçün ƏM-nin 80-cimaddəsinin 1-ci hissəsinə əsasən Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı işdən azad edilməsinə etiraz edilməməsi qərara alınmışdır.
13. Radionun “Xüsusi Layihələr” redaksiyasının baş direktoru D.Mirzəyevanın "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sədrinə ünvanladığı 09 sentyabr 2024-cü il tarixli təqdimatda qeyd edilmişdir ki, redaksiyanın əməkdaşı böyük redaktor İddiaçı uzun müddətdir işə gəlmir. Dəfələrlə mənzilinə, 539- 92-70 nömrəsinə işə gəlməsi ilə bağlı əlaqə saxlamağa cəhd olunmuş, telefon zənglərinə cavab verilməmişdir. Hazırda layihəsi və redaksiyası ilə heç bir əlaqəsi yoxdur. Bunları nəzərə alıb, müvafiq tədbir görülməsi xahiş olunur.
14. 09 sentyabr 2024-cü il tarixli aktda qeyd edilmişdir ki, Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı uzun müddətdir işə gəlmir. Dəfələrlə onun mənzilinə, ***-**-** nömrəsinə zəng vuraraq, işə gəlməsi ilə bağlı əlaqə saxlamağa cəhd edilsə də, telefon zənglərinə cavab verməyib və bir nəticə əldə olunmayıb
Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin ƏM-nin 70-ci madəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə 11 sentyabr 2024-cü il tarixli, 762k/d nömrəli əmrinin ləğv olunması, "xxxx" QSC tərəfindən 2021-ci ilin sentyabr ayından iş yerinə buraxılmamağının qanunsuz hesab edilməsi, işə bərpa edilməsi və 2021-ci ilin sentyabr ayından hesablanmaqla qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi işburaxma müddəti üçün əmək haqqının, əmək haqqının hər gecikdirilmiş günü üçün 1 faiz olmaqla məbləğin, eləcə də 2021-2024-cü illər üzrə xəstəlik vərəqələrinə görə müavinətin 60 faiz deyil 100 faiz hesablanaraq ona ödənilməsi və 7000 manat məbləğində ona dəymiş zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
16. İddia onunla əsaslandırılmışdır ki, 3 ildən artıqdır ki, qəsdən işəgötürən tərəfindən iş yerinə buraxılmamışdır. 3 ildən artıqdır ki, ona əmək haqqı verilməmişdir. Buna baxmayaraq onun barəsində qanunsuz olaraq əmək müqaviləsinə ƏM-nın 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsi barədə 11 sentyabr 2024-cü il tarixdə əmr verilmiş, (bu barədə 1 saylı Bakı Dost Mərkəzi Publik hüquqi şəxsindən məlumat almışam) həmin tarixədək cavabdehin rəsmi işçisi kimi qeydiyyatda olmuş, lakin onu 3 il müddətində iş yerinə buraxmamış, üstəlik ona əmək haqqı da verilməmişdir. Faktiki olaraq işəgötürən onu 3 ildir ki, işsiz qoymuşdur. Əmək müqaviləsinə xitam verilməsi barədə əmr eyni zamanda onun xəstə olduğu dövrdə (xəstəlik vərəqəsi olduğu halda) verilmişdir. Belə ki, 12 sentyabr 2024-cü il tarixdə 1 saylı Bakı Dost Mərkəzinə müraciət etmiş və ona bildirmişlər ki, 11 sentyabr 2024-cü il tarixdə onun əmək müqaviləsinə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddə 70 "xxxx") xitam verilmişdir. Həmin gün (xx.xx.2024) "xxxx" QSC-nin Həmkarlar İttifaqı Komitəsinə zəng edib məlumat almaq istəmiş və HİK-dən bildirmişlər ki, bu barədə Kadrlar və Xüsusi İşlər Departamenti tərəfindən onlara məlumat verilməmişdir. 11 sentyabr 2024-cü il tarixli (762k/d) ƏMR-də HİK-in qərarının nəzərə alındığı qeyd edirmişdir. Həmin qərardan onun ümumiyyətlə xəbəri olmamış, əmrdən belə görünür ki, həmkarlar İttifaqı Komitəsi iştirakı və xəbəri olmadan işdən çıxmağına razılıq vermişdir. Həmin əmr barədə ona rəsmi məlumat cavabdehin 13 sentyabr 2024-cü il tarixli məktubu ilə verilmiş, həmin məktubda “11 sentyabr 2024 - cü il tarixdə işdən azad olunmağınızla bağlı Cəmiyyətə gəlib əmək kitabçanızı və işdən azad əmrinizin surətini götürəsiniz” qeyd edilmişdir. O, 1986-cı ildə “Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də əmək fəaliyyətinə başlamışdır. Uzun müddətdir ki, həmin müəssisədə “Azərbaycan Radiousunun” Proqramlar Direktorluğunda radionun “Uşaq və Gənclik verilişləri baş redaksiyasında böyük redaktor vəzifəsində işləyirdi. Hər ay “Uğur” adlı iki veriliş hazırlayırdı. 2021-ci ildən başlayaraq ona qarşı iş yerində ayrı-seçkilik başlamış, işçi kimi hüquqlarının pozuntusuna yol verilmişdir. Məqsəd onu işdən çıxmaqla bağlı öz xahişi ilə könüllü ərizə yazmağa məcbur etmək olmuşdur. Heç bir əsas olmadan, izahatı alınmadan cavabdehin Kadrlar və Xüsusi İşlər Departamentinin rəisi İ.Hüseynovanın imzası ilə 18 noyabr 2021-ci il tarixdə ona töhmət verilmişdir. Qonorarı (aylıq əmək haqqı) ona töhmət verilməsi üçün “AKT’’-a imza edən redaktorların qonorarlarına əlavə edilmişdir. Həmin ildən ona əmək haqqının verilməsi dayandırılmışdır. İki ədəd iş kompüteri ondan alınmış, ona məxsus qovluqlar, verilişlər kompüterdən pozulmuş, kodu dəyişdirilmiş və redaksiyada 10 ildən çox işlədiyi iş otağının qapısının açarı dəyişdirilmiş, ona idarəyə daxil olmağa icazə verilməmişdir. Dəfələrlə rəhbərliyə etdiyi şifahi və yazılı müraciətləri nəzərə alınmamışdır. Bundan əlavə hər zaman aylıq qonorarı (əmək haqqı) dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı olmuşdur. Dəfələrlə müraciət etdikdən sonra qonorarı 250 manat olmuşdur. 2019-cu il tarixdən müharibə veteranlarının övladları gəlir vergisindən azad edilmişlər. Dəfələrlə müraciət etdikdən sonra iki ay nəzərə alınmış, növbəti aydan isə aylıq qonorarı (əmək haqqı) səbəb olmadan dayandırılmışdır. Müəllifi olduğu verilişin hazırlanması başqa bir redaktora tapşırılmışdır. 2021-ci ilin sentyabr ayından isə qonorarı töhmət əmrinin verilməsi üçün AKT imza edən redaktorların qonorarlarına əlavə edilmişdir. Bundan əlavə, Nazirlik tərəfindən verilən Sosial arayışda sentyabr 2021-ci il tarixdə 209 manat qonorar aldığı qeyd edilmişdir. 2021-ci ildə (sentyabr) məzuniyyətdən qayıtdıqdan sonra verilişinin səbəb olmadan efirə verilməsi dayandırılmışdır, həmin aydan (2021 ci il) qonorar almır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.7-ci maddəsinə əsasən onun iradəsinin əleyhinə əmək müqaviləsinin ləğv edilməsinə məcbur edilməyi və barəsində əsassız olaraq verilmiş töhmət əmrinin surətinin verilməsi ilə bağlı işəgötürənə poçt vasitəsi ilə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Ona töhmət verilməsi ilə bağlı 18 oktyabr 2021-ci il tarixli əmrin ləğv edilməsi, verilişlərinin bərpa olunması, 2021-ci ilin sentyabr, oktyabr və 2022-ci ilin yanvar ayı, eləcə də 2022-ci ilin 06 may tarixindən başalayaraq məcburi iş buraxmaya görə işəgötürən tərəfindən verilişlərin bərpa olunan tarixinədək müddət üçün əmək müqaviləsində göstərilən aylıq əmək haqqının ödənilməsi eləcə də mənəvi zərərə görə 2000 manat pul məbləğinin ödənilməsi barədə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-127/2023 nömrəli 28 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddiası rədd edilmiş, həmin qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Hal-hazırda sonuncu instansiya məhkəməsinin qərarından verdiyi şikayətə Konstitusiya Məhkəməsində baxılmaqdadır. Əmək hüquqlarınının pozuntusu cavabdeh tərəfindən davam etdirilmiş, 3 ildən artıqdır ki, qəsdən işəgötürən tərəfindən iş yerinə buraxılmamış, 3 ildən artıqdır ki, ona əmək haqqı verilməmişdir. 2023-cü ilin avqust ayında cavabdehə müraciət edərək əmək kitabçasının ona verilməsini və işsiz vətəndaş kimi Nazirliyə müraciət etmək istədiyini bildirmişdir. Növbəti 16 aprel 2024-cü il tarixli ərizəsinin hesablanıb, ödənişə göndərilməyən (02 noyabr 2023 - 30 dekabr 2023) xəstəlik vərəqələrinin geri qaytarılmasını və onun idarəyə daxil olub, 10 il oturduğu otaqdan şəxsi əşyalarını götürməyə icazə vermələri ilə bağlı yazılı müraciət etmişdir. Növbəti ərizəsini isə 23 may 2024-cü il tarixdə işəgötürənə təqdim etmişdir. Belə ki, Kadrlar və Xüsusi İşlər Departamentinin rəis müavini Zemfira Əliyeva telefon vasitəsilə ona bildirmişdir ki, onu ixtisar edəcəklər. Bu barədə 23 may 2024-cü il tarixdə ixtisarla bağlı yazılı müraciət etmişdir. Səhhəti ilə əlaqədar son illər müxtəlif vaxtlarda müalicə almışdır, bununla bağlı xəstəlik vərəqələrini işəgötürənə təqdim etmişdir. 2021-2022-ci illər üzrə xəstəlik vərəqələri üzrə müavinət əmək stajı nəzərə alınmadan qanunsuz olaraq 60 faizlə hesablanmışdır. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 fevral 2024 cü il tarixli məktubunda və məhkəmə ekspertizasının rəyində ətraflı qeyd edilmişdir. Növbəti dəfə cavabdehə təqdim etdiyi 02 noyabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək olan xəstəlik vərəqələri hesablanıb ödənişə göndərilmir. Bu barədə işəgötürənə və müvafiq Nazirliyə ərizə ilə müraciət etmişdir. Nazirliyin 29 fevral 2024-cü il tarixli məktubunda bu barədə daha ətraflı qeyd edilmişdir. Cəmiyyətin baş mühasibi tərəfindən Filiala 19 yanvar 2024-cü il tarixdə məktub göndərilmiş, həmin məktubda işəmuzd işlədiyi və 2021-ci il tarixdən ona əmək haqqı (qonorar) verilmədiyi və (əmək müqaviləsinə dəyişiklik edilib - işçiyə hər ay 365 manat məbləğində əmək haqqı ödənilir) xəstəlik vərəqələrinin həmin məbləğlə (365 manat) hesablanması qeyd edilmişdir. 02 noyabr 2023cü il tarixdən-xx.xx.2023-cü il tarixədək olan xəstəlik vərəqələrinə görə Cavabdeh tərəfindən ilk 14 gün üçün müəyyən olunmuş qaydada və miqdarda vəsait hesablanmadan, (Azərbaycan Respublikası Əmək Məcəlləsi maddə 74 (qeyd hissəsi) qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətin ödənilməsi üçün xəstəlik vərəqələri Filiala göndərilmişdir. Filial tərəfindən 388.13 manat məbləğində müavinət hesablanıb ödənişə göndərilmişdir Sonra isə həmin məbləğin geri qaytarılmasını tələb etmişlər. 351 manat vəsaiti geri qaytarıb qəbzi filiala təqdim etmişdir. Səbəb yuxarıda qeyd etdiyi kimi, Cəmiyyət tərəfindən 02 noyabr 2023-cü il tarixdən – 30 dekabr 2023-cü il tarixədək olan xəstəlik vərəqələrinə görə Cavabdeh tərəfindən ilk 14 gün üçün müəyyən olunmuş qaydada və miqdarda vəsait hesablanmadan, (Azərbaycan Respublikası Əmək Məcəlləsi maddə 74 (qeyd hissəsi) qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətin ödənilməsi üçün xəstəlik vərəqələri Filiala göndərilmişdir. Bu barədə Filialın 29 fevral 2024-cü il tarixli və 12 sentyabr 2024-cü il tarixli məktublarında ətraflı qeyd edilmişdir. Belə ki, 388,13 manat vəsaitdən qalan 38.13 manat məbləğində müavinət, 11 sentyabr 2024-cü il tarixinə kimi istifadə edilməmiş məzuniyyət gününün son haqq-hesabından tutularaq Filialın xəzinə hesabına qaytarılmışdır.Bu barədə, Filialın 12 sentyabr 2024 cü il tarixli məktubunda qeyd edilmişdir. Bundan başqa, 15 iyul 2024-cü il tarixdən 30 sentyabr 2024-cü il tarixədək olan xəstəlik vərəqələri Cəmiyyət tərəfindən qəbul edilmir. Xəstəliyi ilə əlaqədar müalicənin davam etdiyi bir vaxtda 11 sentyabr 2024-cü il tarixdə əmək müaviləsinə xitam verilmişdir. Belə kı, xəstəliyi müqaviləyə xitam verildiyi 11 sentyabr 2024-cü il tarixindən sonra yəni xx.xx.2024-cü il tarixdə bitmişdir. İşəgötürən tərəfindən xəstəlik vərəqəsi qəbul edilmədiyindən həmin xəstəlik vərəqələrinin surətini Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasına ünvanladığı 27 sentyabr 2024-cü il tarixli yazılı müraciətinə əlavə etmişdir. Cəmiyyətin Həmkarlar ittifaqı Komitəsində iclası isə 30 sentyabr 2024-cü il tarixdə keçirilmişdir. AHİK ünvanladığı 27 avqust 2024-cü il tarixli məktubda qeyd etmişdir ki, “Xəstəlik vərəqələri (2021-2022-ci illər üzrə) 60 faizlə hesablanmışdır. 02 noyabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək olan xəstəlik vərəqələri hesablanıb ödənişə göndərilmir, xəstəlik vərəqələrinin (02 noyabr 2023-30 dekabr 2023) əsli Cəmiyyət tərəfindən geri qaytarılmır, 15 iyul 2024 cü il tarixli (xəstəlik davam edir) xəstəlik vərəqələri Cəmiyyət tərəfindən qəbul edilmir”. İş yerinə daxil olmağa ona icazə verilmədiyi bir vaxtda (03 aprel 2023 cü il) və (26 iyul 2023-cü il) razılığı, ümumiyyətlə xəbəri olmadan əmək müqaviləsinə iki dəfə dəyişikliklər edilmiş, bu barədə ona məlumat verilməmişdir. Cavabdehə növbəti dəfə 22 aprel 2024-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Kadrlar və Xüsusi İşlər Departamentinin rəis müavini Zemfıra Əliyeva və Ümumi şöbənin müdiri telefon vasitəsi ilə ona bildirmişlər ki, “bu gün sizin yaşadığınız ünvana məktub çatdırılacaq. Biz sənin ştatını ixtisar edirik, sənə pul da verəcəyik, əmək kitabçasını da alacaqsan. Xəstəlik vərəqələri (02 noyabr 2023-30 dekabr 2023) hesablanmayacaq. Səbəb, sənə 2021-ci ilin sentyabr ayından əmək haqqı verilmir.” Belə ki, rəis müavini həmçinin qeyd etmişdir ki, “biz səni Radionun Uşaq və Gənglik baş redaksiyasından başqa redaksiyaya keçirmişik Kompüter səndən alınıb, verilişlər, qovluqlar pozulub, redaksiyanın həmin otağına daxıl olmağa sənə icazə verilmir.” 26 sentyabr 2024-cü il tarixdə AHİK-da qəbulda olmuşdur. Görüşdə cavabdehin nümayəndəsinə “Cəmiyyətin Həmkarlar Komitəsi tərəfindən iclas keçirilməsinin vacib olduğu, iclasın vaxtının ona bildirilməli olduğu qeyd olunmuşdur. Lakin bu deyilənlərin heç biri baş verməmişdir. Cavabdehin onunla müqaviləyə xitam verilməsi barədə 11 sentyabr 2024-cü il tarixli, 762k/d nömrəli əmri qanunsuz və əsassız olmuşdur. Həmin əmrdə müqaviləyə Əmək Məcəlləsinin maddə 70 "xxxx" bəndi ilə xitam verildiyi qeyd olunsa da, həmin maddənin tətbiqi ilə bağlı heç bir əsaslandırma gətirilməmişdir. Əmr verilməsinə əsas olmuş sənədlərin heç birisi bu barədə müraciətinin olmasına baxmayaraq onatəqdim edilməmişdir. Əsas kimi saxta formada tərtib olunmuş akt, təqdimat, Həmkarlar İttifaqı komitəsinin qərarından onun məlumatı olmamışdır. Əmrdən görünür ki, əmək müqaviləsi birtərəfli qaydada (işəgötürənin təşəbbüsü ilə) ləğv etmişdir. Lakin cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə əmr versə də, həmin maddədə nəzərdə tutulmuş onun hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməyini, Məcəllənin 72-ci maddəsində sadalanan hansı əmək vəzifələrini kobud şəkildə pozmağını əmrdə göstərməmiş və əsaslandırmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
17. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, bununla bağlı İddiaçı iddiası üzrə məhkəmədə araşdırma aparılıb. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməyib. İddiaçı apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(103)-5919/2023 saylı qətnamə ilə Yasamal Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayıb. Bundan sonra İddiaçı kassasiya şikayəti verib. Ali Məhkəmə kassasiya şikayətinin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılması barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edib. İddia ərizəsinə “3 ildən artıqdır ki, qəsdən işəgötürən tərəfdən iş yerinə buraxılmamışam” ifadələri ilə başlayan İddiaçı dəfələrlə rəsmi qaydada işə çağrılsa da, onlara məlum olmayan səbəbdən iş yerinə gəlməyib. Eyni zamanda, gəlməməsinin səbəbinə dair hər hansı sənəd də təqdim etməyib. “Kadrlar və Xüsusi İşlər” departamentinin əməkdaşları onunla dəfələrlə əlaqə saxlayaraq işə gəlməli olduğunu bildirmişlər. xx.xx.2024-cü il tarixində isə ona işə gəlməsi barədə bildiriş göndərilib. Bildirişi alan İddiaçı ona heç bir əhəmiyyət verməyib. Daha sonra da işlədiyi redaksiyanın baş redaktoru onunla əlaqə saxlamağa çalışsa da, o zənglərə cavab verməyib. Bundan başqa, QSC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli məktubunda sözügedən Komitənin əməkdaşlarının iddiaçı ilə əlaqə yaratdığı göstərilir. Danışıq zamanı məktubda qeyd olunan məsələlərlə əlaqədar görüş keçirmək üçün HİK-ə dəvət olunsa da, İddiaçı QSC-yə gəlməkdən imtina edib. Toplanmış materiallar üzrə araşdırma aparılıb və İddiaçı hər hansı hüquqi sənəd təqdim etmədən uzun müddət iş yerinə gəlmədiyi öz təsdiqini tapıb. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı bu hərəkətləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) və “f” (əmək qanunvericiliyinin tələblərinə əməl etmək) bəndlərinə tələblərindən irəli gələn əmək müqaviləsi üzrə vəzifə borcunu yerinə yetirməmiş və məhz buna görə də Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən tutduğu vəzifədən azad olunub. Eyni zamanda, QSC ilə işçiləri arasında bağlanmış əmək müqavilələri üzrə öhdəliklərinin yerinə yetirilməsi və ona nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məsələlərini tənzimləyən "xxxx" QSC-nin X2 8- ci maddəsi işçinin əmək va icra intizamını müəyyən edir. Beləliklə də hesab edirlər ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə tam qanuni əsaslarla xitam verilib. Hüquqi dəyərləndirmə baxımından isə İddiaçı iddiası formal mülahizələrdən ibarət olmaqla, onun maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi də əsassızdır.
18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-537/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qərardadına əsasən İddiaçı hazırda irəli sürdüyü iddia tələblərinin bəzi hissələri – “2021-2022-ci il üzrə xəstəlik vərəqələrinə görə müavinətin 60 faiz deyil 100 faiz hesablanaraq ona ödənilməsi” tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 127/2023 saylı mülki işi üzrə irəli sürülmüş iddia tələblərinin bəzi hissələri ilə – “2021- 2022-ci il üzrə xəstəlik vərəqələrinə görə müavinətin 60 faiz deyil 100 faiz hesablanaraq ona ödənilməsi” tələbi ilə eynilik təşkil etdiyindən İddiaçı "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına “2021-2022-ci il üzrə xəstəlik vərəqələrinə görə müavinətin 60 faiz deyil 100 faiz hesablanaraq ona ödənilməsi” hissələrində xitam verilməsi qərara alınmışdır.
19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(004)- 537/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq, "xxxx" QSC-nin 11 sentyabr 2024-cü il tarixli, 762k/d nömrəli əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, 11 sentyabr 2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh "xxxx" QSC tərəfindən İddiaçı ödənilməsi, 2023-2024-cü illər üzrə xəstəlik vərəqələrinə görə müavinətin hesablanıb İddiaçı ödənilməsi öhdəliyi cavabdeh "xxxx" QSC-nin üzərinə qoyulması qət edilmişdir.
20. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, iş materiallarında olan ******* nömrəli, ******* nömrəli və ******* nömrəli Əmək qabiliyyətinin olmamaması vərəqələri ilə təsdiq olunur ki, İddiaçı 15 iyul 2024-cü il tarixdən 29 sentyabr 2024-cü il tarixinə kimi işdən azad edilmiş, işə başlamalı olduğu tarix 30 sentyabr 2024-cü il müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı bülletendə olmasına baxmayaraq, AR ƏMnin 79- cu maddəsinin 1-ci bəndinin 3-cü hissəsinin tələbi pozularaq "xxxx" QSC-nin 11 sentyabr 2024-cü il tarixli, 762k/d nömrəli əmri əsasında Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən 11 sentyabr 2024-cü il tarixdən xitam verilmişdir. Belə olduğu təqdirdə, əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar ******* nömrəli, ******* nömrəli və ******* nömrəli Əmək qabiliyyətinin olmamaması vərəqələrinin olmasına baxmayaraq, əmək müqaviləsinə əsassız olaraq ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilərkən AR ƏM-nin 79-cu maddəsinin 1-ci bəndinin 3-cü hissəsinin tələbi ciddi şəkildə pozulduğundan "xxxx" QSC-nin 11 sentyabr 2024-cü il tarixli, 762k/d nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, 11 sentyabr 2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh "xxxx" QSC tərəfindən İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “2023-2024-cü illər üzrə xəstəlik vərəqələrinə görə müavinətin hesablanıb İddiaçı ödənilməsi 2023-2024-cü illər üzrə xəstəlik vərəqələrinə görə müavinətin hesablanıb İddiaçı ödəniməsi öhdəliyinin cavabdeh "xxxx" QSC-nin üzərinə qoyulması” hissəsində də təmin olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Müavinətin məbləği və hesablanması bu Əsasnamənin İİ hissəsində, təyin edilməsi və ödənilməsi isə Vİİ hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə hesab edir ki, iddia tələbi “işəgötürənin əmək müqaviləsini qanunsuz olaraq ləğv etməsi ilə əlaqədar hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin, cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin olunmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin tələbə münasibət bildirərək məhkəmə qeyd edir ki, AR ƏM-nin 172-ci maddəsinin 5-ci hissəsinin dispozitiv şərtləri və tətbiq sahəsi ayrıdır, hazırki mübahisəyə tətbiq edilə bilməz. Hazırki mübahisədən görünür ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərək, aralarında olan əmək münasibətlərinə xitam vermiş, işçiyə son haqq-hesab ödənişlərini həyata keçirmiş, bu barədə hər hansı yubanma olmamışdır. Sözügedən norma isə işəgötürənin işçiyə ödəməli olduğu ödəniş üzrə qanunla müəyyən edilmiş müddəti ötürməklə müvafiq ödənişləri həyata keçirməsi halı üçün keçərlidir. Hazırki mübahisə üzrə işəgötürən və işçi arasında əmək münasibətləri mövcud deyildir, bu səbəbdən işəgötürənin ödəməli olduğu ödənişdən də söhbət gedə bilməz. İddianın təmin edilməsi barədə (işə bərpa hissəsində) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olacağı təqdirdə əmək münasibətləri yenidən əvvəlki tarixdən hesablanmaqla bərpa ediləcəkdir. Bu halda gələcəkdə mübahisə yaranarsa (qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə ödənişin gecikdirilməsi) iddia tələbi yolverilən hesab edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “7000 manat məbləğində ona dəymiş zərərin ödənilməsi” hissəsində də təmin olunmamalıdır. Belə ki, məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097- ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79, 80, 83, 84-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
22. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməklə iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2021-ci ildən sonuncu dəfə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin verilməsinə tarixinə kimi onun işə buraxılmamağı və ona əmək haqqı verilməməsi işəgötürən ucbatından olmuş və məhkəmə tərəfindən bu məsələlərə hüquqi qiymət verilməmişdir. Halbuki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə aramızda əmək münasibətlərinin mövcud olmaması ilə bağlı səhv nəticəyə gəlmiş, bundan əlavə mənə guya işəgötürən tərəfindən son haqq-hesab ödənişlərinin həyata keçirildiyi qeyd olunmuşdur. Məhkəmə qətnaməsində həmin maddəyə münasibətdə qeyd olunmuşdur: “Həmin maddədə deyilir ki, həmin tələbə münasibət bildirərək məhkəmə qeyd edir ki, AR ƏM-nin 172-ci maddəsinin 5-ci hissəsinin dispozitiv şərtləri və tətbiq sahəsi ayrıdır,hazırkı mübahisəyə tətbiq edilə bilməz. Hazırkı mübahisədən görünür ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərək, aralarında olan əmək münasibətlərinə xitam vermiş, işçiyə son haqq hesab ödənişlərini həyata keçirmiş, bu barədə hər hansı yubanma olmamışdır. Sözügedən norma isə işəgötürənin işçiyə ödəməli olduğu ödəniş üzrə qanunla müəyyən edilmiş müddəti ötürməklə müvafiq ödənişləri həyata keçirməsi halı üçün keçərlidir. Hazırki mübahisə üzrə işəgötürən və işçi arasında əmək münasibətləri movcud deyildir, bu səbəbdən işəgötürənin ödəməli olduğu ödənişdən də söhbət gedə bilməz. İddianın təmin edilməsi barədə (işə bərpa hissəsində) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olacağı tədbirdə əmək münasibətləri yenidən əvvəlki tarixdən hesablanmaqla bərpa ediləcəkdir. Bu halda gələcəkdə mübahisə yaranarsa (qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə ödənişin gecikdirilməsi) iddia tələbi yolverilən hesab edilə bilər.” Göründüyü kimi məhkəmənin yanaşması düzgün deyil, bizim aramızda əmək münasibətləri qanunsuz işdən çıxarma əmri verilənədək yəni 11 sentyabr 2024-cü il tarixinə kimi qüvvədə olmuş, iş yerinə buraxılmamış və ona işəgötürən tərəfindən heç bir əmək haqqı ödənişi verilməmişdir. Cavabdeh tərəfindən mənə son haqq hesab tam şəkildə ödənilməmiş, onların mənə sonuncu dəfə ödədikləri məbləğə hansı ödənişlərin aid edildiyini məhkəmə araşdırmamışdır. Əmək Məcəlləsinin 83.4-cü maddəsinə əsasən “ Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir”. Məhkəmə qətnaməsində “işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərkən, aralarında olan əmək münasibətlərinə xitam verilmiş” qeyd olunur. Əmək Məcəlləsinin 178.1-ci, 83.4cü maddələri Əmək Məcəlləsinin 300-cü maddəsi olan əmək münasibətlərinə xitam verilmiş” qeyd olunur. Necə olur ki, əmək müqaviləsi qüvvədə ola-ola o 4 il ərzində işə buraxılmamışam və dörd ildən sonra cavabdeh işəgötürən işçi xəstə olduğu vaxda ƏM maddə 70 "xxxx" bəndi ilə işçinin əmək müqaviləsinə xitam verir və məhkəmənin yanaşmasına əsasən dörd ildən sonra işçiyə son haqq hesab ödənişlərini həyata keçirilmiş, sanki hər şey normal olmuş və bu barədə hər hansı yubanma olmamışdir. İşə baxan məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsini iş üzrə tətbiq etməmiş, nəticədə 7000 manat məbləğində mənə dəymiş zərərin ödənilməsi hissəsində iddia təmin edilməmişdir. Həmin maddədə qeyd olunur ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Dəymiş zərərin” anlayışı həmin maddənin qeyd hissəsində qanunverici orqan tərəfindən təsbit edilmişdir. Belə ki, həmin “Qeyd” hissəsinə əsasən “Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.” O artıq 4 ildir ki, iş yerimdən qanunsuz olaraq cavabdeh tərəfindən məhrum edilmişəm. Onun bu müddət ərzində maddi məhrumiyyətlərə məruz qaldığı, əsəb və sarsıntı keçirərək mənəvi ziyana məruz qalmağım açıq-aşkardır. 2021-ci ildən etibarən yuxarıda qeyd etdiyim kimi, işəgötürən öz istədiyi kimi birtərəfli qaydada mənim razılığım və iştirakım olmadan müqaviləyə dəyişiklik etmiş, xəbəri və izahatını alınmadan töhmət verilmiş, iş otağının kilidi dəyişdirilmiş, iş otağına, Cəmiyyətə daxil olmağa ona icazə verilməmiş, iki komputer məndən alınmış, kompüterdə olan qovluqlar digər işçi C.Budaqova tərəfindən pozulmuş, xəstəlik vərəqələri bu günki günə kimi hesablanmamış (gecikmə nəzərə alınmır),aylıq qonararı redaksiyanın işçiləri arasında bölüşdürülmüş, işəgötürən nədənsə 4 ildən sonra 2024-cü ildə əmək müqaviləsinə xitam verməyi qərara almışdır. Məhkəmə həmin müddət ərzində mənim əmək hüquqlarımın pozuntusuna hüquqi qiymət verməmiş, şahidlərin məhkəməyə gəlməsinə dair vəsatət versəm də təmin olunmamışdır. Yalnız xəstə olduğu dövrdə əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmiş, əmrin verilməsindən sonrakı müddət üçün mənə məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoymuşdur. Halbuki, 2021-ci ildən 2024-cü ilə kimi əmək müqaviləmin qüvvədə olduğu 2024-cü ilə kimi əmək müqaviləmin qüvvədə olduğu dövrdəki ödənişlərimi işəgötürənin ödəməməsi təkzib olunmaz faktdır. 2021-ci il tarixdən işsiz qaldığım vaxtlarda məcbur olub ev əşyalarımı satmışam. Kommunal borcları bu gündə ödəməkdə problemlər yaranmış, məcbur olub bankdan kredit götürmüşdür. Məhkəmə onun iddia tələblərinmə münasibətdə işin həqiqi hallarına münasibət bildirməmiş, işin mübahisə olunmayan halı kimi mənim 4 il ərzində işə buraxılmamağım, əmək haqqımın ödənilməməsini, xəbəri və razılığı olmadan əmək müqaviləsinə dəyişiklik edilməsi nəzərə alınmamış, bütün bu müddət ərzində maddi və mənəvi ziyana məruz qalmağım nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İddiaçı apellyasiya şikayətini uyğun izah verərək onun təmin ediləsini məhkəmədən xahiş etdi.
26. Cavabdehin nümayəndələri Nümayəndə2 apellyasiya şikayəti ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etmişdir.
27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər (onun nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;https://eqanun.az/framework/46943 c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 79.1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; ; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə: Bənd 1.1. Əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Müavinətin məbləği və hesablanması bu Əsasnamənin İİ hissəsində, təyin edilməsi və ödənilməsi isə Vİİ hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bənd 2. Məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar daxildir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları; əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); hamiləliyə və doğuma görə müavinət; uşağın anadan olmasına görə birdəfəlik müavinət; qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət; dəfn üçün müavinət; sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi. Bənd 3. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Bənd 6. Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Bənd 7. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz. Xəstəlik vərəqəsi itirildiyi halda müavinət dublikata (sənədin surəti çıxarılmış ikinci nüsxəsi) əsasən verilə bilər. Bənd 8. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir.
30. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı “Məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097- ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun”
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, qətnamə cavabdeh tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən və yalnız iddiaçı tərəfindən mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia apellyatora münasibətdə rədd olunan hissədə və onun apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
34. Birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin predmetini təşkid edən hissələrinə münasibətdə düzgün araşdırma və hüquqi qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası əlavə araşdırmaya zərurət görmür.
35. Apellyasiya şikayətinin 2021-ci ildən sonuncu dəfə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin verilməsinə tarixinə kimi onun işə buraxılmamağı və ona əmək haqqı verilməməsi işəgötürən ucbatından olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu xüsusat məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi əmri qanunsuz hesab etməsinin səbəbi kimi ona əsaslanmışdır ki, əmək qabiliyyətinin olmamaması vərəqələrinin olmasına baxmayaraq, əmək müqaviləsinə əsassız olaraq ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilərkən AR ƏM-nin 79-cu maddəsinin 1-ci bəndinin 3-cü hissəsinin tələbi ciddi şəkildə pozulmuşdur. Yəni, əmrin verilmə əsasını uzun müddət üzrlü səbəb olmadan iş yerinə gəlməməsi təşkil etsə də, həmin əmr qanunsuz hesab olunarkən bu halın düzgün olmadığına istinad olunmamışdır.
36. İşin hallarından da görünür ki, əmək müqavilələrinə əsasən əmək haqqının işəmuzd hesablanması nəzərdə tutulur, 2021-ci ildən iddiaçı tərəfindən heç bir veriliş hazırlanaraq təqdim olunmamışdır. Belə olduğu halda son haqq-hesab ödənişlərinin düzgün həyata keçirilməməsi qənaətinə gəlinməsi də mümkün deyildir.
37. İddianın zərərlə bağlı hissəsi də əsasən 4 il ərzində işəgötürən tərəfindən işə buraxılmama ilə əsaslandırıldığından birinci instansiya məhkəməsi həmin hissədə də iddanı rədd etməklə düzgün nəticəyə gəlmişdir.
38. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
39. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(004)- 537/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(004)- 537/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.