Məhkəmə qərarları › İş №2(103)-244/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-244/2022

31.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-244/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı vəkili Vəkil və Cavabdeh nümayəndəsi X1 işirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdən çıxarılma” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-426/2021 nömrəli saylı işi üzrə 30.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cehiz əşyaları ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsi 2ci döngə, 109 saylı evdən çıxarılması, evdə olan cavabdehə məxsus cehiz əşyalarının cavabdehin hesabına boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 01 oktyabr 2020-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surəti ilə, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsi, 2-ci döngədə yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq üzərindəki 109 saylı ev İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7293/17 nömrəli, 11 oktyabr 2017-ci il tarixli qərarına əsasən, iddiaçı Quliyeva Şəhla Qeyrət qızının cavabdehlər X6, X2və X3 qarşı fərdi yaşayış evinə köçürülmə, istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12433/2017 nömrəli, 19 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-579/2017 sylı iş üzrə 29 mart 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Quliyeva Şəhla Qeyrət qızının azyaşlı övladı X16 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda «Bakelektroavtomat» zavodunun arxası, 326 nömrəli məktəbin yanında yerləşən və cehiz əmlaklarının olduğu 3 otaqdan ibarət cavabdeh X4 yaşadığı evə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3796/19 nömrəli, 03 iyun 2019-cu il tarixli qərarı ilə, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(103)- 686/2019 nömrəli qətnaməsi qismən - 3-cü şəxs X8 iddiası üzrə cavabdeh Quliyeva Şəhla Qeyrət qızının X8 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda «Bakelektroavtomat» zavodunun arxası, 326 nömrəli məktəbin yanında yerləşən torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində tikilmiş və hazırda Quliyeva Şəhla Qeyrət qızının yaşadığı qanunsuz tikili boşaldılmaqla X9 təhvil verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmişdir (iş. səh.40, 49, 52, 96) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-426/2021 nömrəli saylı işi üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, qətnamədə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi ilə Quliyeva Şəhla Qeyrət qızı azyaşlı övladı Əli Quliyev ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda «Bakelektroavtomat» zavodunun arxası, 326 nömrəli məktəbin yanında yerləşən evə köçürülmüş və həmin qətnamə hal-hazırda qüvvədədir. Həmin dövrdə mübahisəli ev və evin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olmamış və özbaşına tikili olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyun 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin üzərində olan tikili (hazırki mübahisə predmeti olan ev) Şəhla Quliyevanın (hazırda Mirzəlinin) hüququ ilə yüklü edilmişdir və ona görə də, həmin tikilidən çıxarılmağı üçün kompensasiya təklif olunmalıdır. Cavabdehin mübahisəli tikilidən, yəni mübahisəli evə istifadə hüququnun olması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmişdir və bu hal mübahisələndirilə bilməz. Cavabdehin həmin evdən çıxarılması üçün yalnız kompensasiya verilməlidir. İddiaçı isə belə bir tələb irəli sürməmişdir. Bu baxımdan iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Xəzər rayon Məhkəməsinin 2(003)- 426/2021 saylı 30.03.2021-ci il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.3; Azərbaycan Respublikası Konsititusiyasının 8, 25, 29;Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1, 152.3, 157.2-ci istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 0.7 ha torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin torpaq sahəsi iddiaçıya DƏDRX-dən Abşeron Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli 135 N-li əmri ilə ayrılmışdır və onun tərəfindən sözügedən torpaq sahəsində 2 ədəd 1 mərtəbəli yaşayış sahəsi tikilmişdir. Hazırda həmin yaşayış evlərinin yerləşdiyi ünvan ünvan 1 torpaq sahəsinə 16 may 2018-ci ildə DƏDRX-dən mülkiyyət haqqında şəhadətnamə verilmişdir. Daha sonra 01 oktyabr 2020-ci ildə torpaq sahəsi üzərində inşa edilmiş 2 ədəd fərdi yaşayış evinə DƏDRX-dən mülkiyyət hüququnu təsdiq edən sənədçıxarış verilmişdir.Cavabdeh iddiaçının qardaşının keçmiş gəlinidir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh Quliyeva Cavabdeh qızının iddiası qismən təmin edilərək, azyaşlı övladı X16 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda «Bakelektroavtomat» zavodunun arxası, 326 nömrəli məktəbin yanında yerləşən (hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsi 2-ci döngə, 109 saylı ev) və cehiz əmlaklarının olduğu 3 otaqdan ibarət X4 yaşadığı evə köçürülmüşdür. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6168/2017 nömrəli, 12 iyul 2017-ci il tarixli qətnaməsi ilə Xəzər rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi ləğv edilərək Quliyeva Şəhla Qeyrət qızının fərdi yaşayış evinə köçürülmə, istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə Ali Məhkəmənin qərarı ilə ləğv edilərək apellyasiya instanasiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12433/2017 nömrəli, 19 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Quliyeva Şəhla Qeyrət qızının azyaşlı övladı X16 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda «Bakelektroavtomat» zavodunun arxası, 326 nömrəli məktəbin yanında yerləşən və cehiz əmlaklarının olduğu 3 otaqdan ibarət cavabdeh X4 yaşadığı evə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa cavabdeh 2019-cu ilin oktyabr ayından iddiaçının mülkiyyətində olan evdən digər bir şəxslə ailə həyatı quraraq getmiş, lakin cehiz əşyaları həmin evdə qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Xəzər rayon Məhkəməsinin 2(003)-426/2021 saylı 30.03.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cehiz əşyaları ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsi 2-ci döngə, 109 saylı evdən çıxarılması, evdə olan cavabdehə məxsus cehiz əşyalarının cavabdehin hesabına boşaldılması barədə iddia tələbi əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Aşağıda göstərilən əsas və səbəblərə görə Xəzər rayon Məhkəməsinin 2(003)-426/2021 saylı 30.03.2021-ci il tarixli qətnaməsi ləğv edilməli iddia tələbi əsaslı olduğundan təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Xəzər rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh Quliyeva (Mirzəli) Şəhla Qeyrət qızının iddiası qismən təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda «Bakelektroavtomat» zavodunun arxası, 326 nömrəli məktəbin yanında yerləşən evə köçürülməsi qət edilmişdir. Həmin qətnamə artıq icra edilmiş və Quliyev (Mirzəli) Şəhla Qeyrət qızı X4 yaşadığı mənzilə köçürülmüşdür.Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6168/2017 saylı 12 iyul 2017-ci il tarixli (hakim Aygün xanım Abdullayeva) qətnaməsi ilə təmin edilmiş Xəzər rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək cavabdeh Quliyeva Şəhla Qeyrət qızının fərdi yaşayış evinə köçürülmə, istifadə hüquqnun tənınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə Ali Məhkəmənin qərarı ilə ləğv edilərək iş təkrar baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmiş və təkrar məhkəmə baxışında araşdırılarkən Bakı Apellyasiya Məhkəməsi 2(103)-12433/2017 saylı 19 dekabr 2017-ci il tarixli qətnaməsini (hakim Elnur Həsənov) əsaslandırarkən iş üzrə Kassasiya inistansiyası məhkəməsinin qərarına istinad edərək vurğulamışdır ki: Kassasiya inistansiyası məhkəməsi hazırki işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi ondan ibarət olmuşdur ki, “İnsanların yaşamaq məqsədi ilə istifadə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reystirində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. İddiaçının yəni Quliyeva Şəhla Qeyrət qızının və onun uşağının evə köçürülməsi barədə qətnamənin qəbul olunması gələcəkdə qanuni əsaslar olduğu halda iddiaçının və onun uşaqlarının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürülmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir”. Belə ki, hazırda cavabdehin həmin evdə yaşaması və hazırda cehiz əşyalarının orda saxlanılması mülkiyətçinin qanunla qorunan hüquqlarını pozmaqla yanaşı mülkiyətçinin öz mülkiyyəti üzərində faktiki olaraq sahiblik etmək və həmin mülkiyyət üzərində sərəncam vermək hüququndan da məhrum etmişdir.Azərbaycan Respublikası Konsititusiyasının 29-cu maddəsinin 2-ci hissəsinin tələbləri bu hissədə pozulmuşdur və məhkəmə tərəfindən qətnamə qəbul edilərkən düzgün olmayan qənaətə gəlmişdir. 1-ci instansiya məhkəməsi tərəfindən daha bir hissədə yalnış qənaətə gəlinmişdir ki, həmin qənaət də məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyun 2019-cu il tarixli qərarında göstərilən - mübahisəli torpaq sahəsinin üzərində olan tikili (hazırki mübahisə predmeti olan ev) Şəhla Quliyevanın (hazırda Mirzəlinin) hüququ ilə yüklü edilmişdir və ona görə də, həmin tikilidən çıxarılmağı üçün kompensasiya təklif olunması hissəsidir. Azərbayan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (İş №2(102)-3796/2019 saylı) 03.06.2019 tarixli qərarı ilə Cavabdeh Quliyeva Şəhla Qeyrət qızının kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli 2(103)-686/2019 nömrəli qətnaməsi qismən-3-cü şəxs X8 iddiası üzrə cavabdeh Quliyeva Şəhla Qeyrət qızının X8 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda, “Bakelektroavtomat” zavodunun arxası, 326 nömrəli məktəbin yanında yerləşən torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində tikilmiş və hazırda Quliyeva Şəhla Qeyrət qızının yaşadığı qanunsuz tikili boşaldılmaqla X9 təhvil verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddiası cavabdeh Quliyeva Şəhla Qeyrət qızının torpaq sahəsindən çıxarılması və torpaq sahəsi üzərində tikilmiş tikilinin boşaldılmaqla təhvil verilməsi hissəsində rədd edilməsi qərara alınmışdır.Cavabdeh mübahisəli mənzilə köçürülməsi ilə bağlı Ali Məhkəmənin 11 oktyabr 2017-ci il tarixli qərarında gəlinən nəticədə cavabdehin həmin mənzilə istifadə hüququnun olmaması köçürmənin müvəqqəti xarakter daşıması hissəsi ilə hazırda Xəzər rayon Məhkəməsinin istinad etdiyi Ali Məhkəmənin 03.06.2019 tarixli qərarı arasında ziddiyətli məqam yaranmışdır.Mübahisəli ev hələ Quliyeva Şəhla Qeyrət qızının ora gəlin köçməmişdən əvvəl inşa edilmiş özbaşına tikili olmuşdur.İş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından da aydın olur ki, hazırda Ali Məhkəmənin 03.06.2019 tarixli qərarı İddiaçı yox müstəqil tələb irəli sürən 3-cü şəxs X9 münasibətdə əsaslandırmışdır.Ali Məhkəmənin 03.06.2019 tarixli qərarı məhz X9 münasibətdə hüquqi mövqe sərgiləmişdir ki, həmin qərarın nəticəsində isə X8 tələbi ilə İddiaçı arasında bağlanmış torpağın alğısatqı müqaviləsinə xitam verilmiş və tərəflər əvvəlki vəziyyətə qayıtmışdırlar. Yəni alğısatqı müqaviləsi pozulduqdan sonra İddiaçı DƏDRX-nə müraciət etməklə daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd almış, cavabdehin mənzildən cehiz əşyaları ilə birlikdə çıxarılması üçün məhkəməyə müraciət etmişdir.Tərəfindən iddia ərizəsinə əlavə edilmiş və iş materillarında olan cavabdeh tərəfindən verilən yazılı izahatdan aydın olur ki, Cavabdeh digər bir şəxlə ailə həyatı qurmuş və həmin şəxsdən övladı olmaqla həmin şəxsin mənzilində yaşayır. Yəni cavabdeh etiraf etmişdir ki, artıq iddiaçı Zeynalovaya məxsus mülkiyyətdən özü öz iradəsi ilə çıxmışdır. Bu isə özüözlüyündə artıq cavabdehin yaşayış yerinin olmasına gətirib çıxarır ki. hazırda iddianın tələb edilməsi üçün əsas mövcud olmuşdur.Ümumiyyətlə cavabdehi mübahisəli mənzilə köçürən məhkəmə qətnaməsində cavabdehin mənzilə istifadə hüququnu tanınmamışdır. 1-ci instansiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən qanunun aliliyi pozulmuş, Konstitusiyanın 13 və 29 maddələri ilə ziddiyət təşkil edən normalar tətbiq edilmişdir. Məhkəmə iddia tələbini rədd etməklə tətbiq etmiş olduğu maddi hüquq normaları üzrə yalnış qənaətə gəlmiş və İddiaçı mülkiyyət hüququnu məhdudlaşdırmış, qəbul etdiyi qərar isə formal mülahizələrə əsasən qəbul olunmuşdur.Yuxarıda sadalanan qanunverivilik normalarının tələblərinə görə mənzil mülkiyyət hüququ ilə İddiaçı məxsus olduğundan cavabdehin həmin mənzildə yaşamasının hüquqi əsası olmadığından cavabdeh həmin mənzildən çıxarılmalıdır. Bakı Apelyasiya Məhkəməsinin 31.05.2021-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə mülkiyyətin hüquqi statusu barədə və tərəflərə aid məhkəmə qərarlarının icra vəziyyətinə dair müvafiq məlumatlar əldə edilməklə, məhkəmə-tikinti texniki ekspertizası təyin edilmişdir.Məhkəmə Ekspertizası Mərkəzinin 20.04.2022-ci il tarixli imtina məktubu ilə qeyd edilmişdir ki, ekspert qarşısında qoyulmuş sualların cavablanıdırılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinin Mərkəzə təqdim olunması zəruri olmuş, lakin həmin rəy Mərkəzə daxil olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 07.07.2021-ci il tarixli sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsi 2-ci döngə, 109 saylı fərdi yaşayış evi 01.10.2020-ci il tarixində İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Xəzər rayon İcra Şöbəsinin 18.11.2021-ci il tarixli məktubunda 2(003)-426/2021 saylı işi üzrə İddiaçı barəsində olan icra sənədinin şöbəsinin icraatına daxil olmaması qeyd edilmişdir (səh.163, 174). Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, 2 dəfə ekspert baxışı keçirildiyini, mənzilin mübahisəli həmin mənzil olduğunu, qarşı tərəfin məhkəmə qərarına əsasən mənzilə müvəqqəti olaraq köçürüldüyünü, cavabdehin başqa şəxslə nikaha daxil olduğunu, cehiz əşyalarının halhazırda həmin mənzildə olduğunu, qarşı tərəfə kompensasiya ödəməklə cehiz əşyalarının çıxarılma təklif edilsə də razı olmadıqlarını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək, evin həmin mübahisəli mənzil olduğunu, cavabdehin yenidən nikaha daxil olduğunu, cehiz əşyalarının həmin evdə olduğunu, evin tikintisində özünün iştirak etdiyini və qarşı tərəfin təklifi ilə razı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 29; Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Mülki Məcəllənin 139-146, 152- 164, 228, 560-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15, 50, 52, 76.1, 77.1, 80-82, 106, 119, 217.4, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, göstərilmiş nəticələr işin sübut edilməli olan hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməli, göstərilən faktiki və hüquqi istinadlar ilə iddia təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia üzrə dəyərləndirməni zəruri prosessual tələblər həddində aparmamış, habelə işin faktiki hallarına və maddi hüquq normalarına müvafiq əsaslandırmamışdır. Cavabdeh digər bir şəxslə ailə həyatı qurmuş və həmin şəxsdən övladı olmaqla mübahisəli mənzildən istifadə etmir. Yəni cavabdeh etiraf etmişdir ki, artıq iddiaçı Zeynalovaya məxsus mülkiyyətdən özü öz iradəsinə uyğun çıxmış, cavabdehin mübahisəli mənzilə köçürən məhkəmə qətnaməsində cavabdehin mənzilə istifadə hüququnu tanınmamış və ailə-hüquq münasibətləri başqa şəxslə olmuşdur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən: Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin 233.3-cü maddəsinə əsasən: Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Digər məhkəmə prosesi ilə bağlı məhkəmə tərəfindən müəyyən edilmiş faktlar və hüquq münasibətləri özbaşına tikili olan mənzilə cavabdehin köçürülməsi və başqa şəxs tərəfindən bu tikilidən cavabdehin çıxarılması və sair tələblər olmuşdur. Göründüyü kimi, hazırki mübahisə digər məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətləri ilə bağlı deyil, artıq yeni yaranmış hüquq münasibətləri üzrə əmələ gəlmişdir. Mülki Prosessual Məcəllənin 82.3 və 233.3-cü maddələrinin tələblərinin hazırki münasibətlərə aid təfsir(tətbiq) edilməsi hüquqlardan (diskression səlahiyyətlərdən və dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yol verilməzdir. Belə ki, artıq mübahisəli tikiliyə mülkiyyət hüququ cavabdehlə qohumluq əlaqəsində olmayan iddiaçıya məxsusdur, mənzilə istifadə hüququ olmayan cavabdehin başqa şəxslə ailə quraraq mənzili tərk etməsi və ona məxsus cehiz əşyalarının mənzildə qalması mübahisə edilməz faktlardır. Beləliklə müəyyən edilir ki, iddiaçıya və ona məxsus mülkə münasibətdə cavabdehin hər hansı hüquqları mövcud deyil, iddiaçının mülkiyyət (istifadə, sahiblik və sərəncam) hüquqları qanuni əsas olmayan istənilən maneə və qəsdlərdən müdafiə oluna bilər. Ona görə, məhkəmə kollegiyası hər hansı bir şübhələrdən kənar iddianın əsaslı olması qənaətinə gəlir. Məhkəmə xərclərinə dair kollegiya hesab edir ki, tələb olmadığından iddialar və apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumuna dair məhkəmə xərcləri onu ödəyənlərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-426/2021 nömrəli saylı işi üzrə 30.03.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mülkiyyətdən çıxarılma” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh cehiz əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsi 2-ci döngə, 109 saylı evdən çıxarılsın, evdə olan cavabdehə məxsus cehiz əşyalar cavabdehin hesabına boşaldılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar