Məhkəmə qərarları › İş №2(103)-244/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-244/2024

14.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-244/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh1, Cavabdeh2 Heybət oğluna qarşı ümumi mülkiyyətdən payın ayrılması tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı1 və Bakı şəhəri Tİ və MHQİ-nə qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi, payın müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Açar sözlər: (Qeydiyyat vəsiqəsinin ləğv edilməsi, payın müəyyən edilməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Elşən Cələddin oğlu Kazımov və X13 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs, onun vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11, onun vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 1999-cu il tarixli, 2-400/1999 saylı qətnaməsindən mübashiə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.ünvan 1 ünvanı ünvan 1im oğlunun, Heybət İbrahim oğlunun adlarına ilkin qeydiyyatdan keçmişdir. 2.Bakı şəhəri 12 saylı DNK-nin 2V-2-550 reyestr nömrəli, xx.xx.1997-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1997-ci il tarixdə evin 1/8 hissəsi İddiaçı1 adına qeyydiyyatdan keçmişdir. 3.Bakı şəhəri 12 saylı DNK-nin 2V-2-549 reyestr nömrəli, xx.xx.1997-ci il tarixli transmissiya qaydasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1997-ci il tarixdə evin 1/4 hissəsi İddiaçı1 adına qeyydiyyatdan keçmirşdir. 4.Bakı şəhəri 12 saylı DNK-nin 2V-2-665 reyestr nömrəli, xx.xx.1997-ci il tarixli transmissiya qaydasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1997-ci il tarixdə evin 1/4 hissəsi İddiaçı1 adına qeyydiyyatdan keçmirşdir.

5. xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı1 mübahisəli evin 5/8 hissəsinin, Məmmədkərim İbrahim oğlu 1/8 hissəsinin, Heybət İbrahim oğlu isə 2/8 hissəsinin mülkiyyətçisidir.

a)Birinci instansiya məhkəməsində icraat

6.İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 Heybət oğluna qarşı ümumi mülkiyyətdən payın ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 3-cü Sovet döngəsi 6, 4 saylı evdən payın ayrılaraq sahəsi 14,0 kv.m olan 3 saylı və sahəsi 6.4 kv.m olan 4 saylı “A” tikinti sahəsindəki otaqlarının və “B” tikinti sahəsində yerləşən sahəsi 17,7 kv.m olan 1 saylı otağın və sahəsi 6,7 kv.m olan 2 saylı mətbəxin onun istifadəsinə verilməsini və ümumi mülkiyyətdə yerləşən həyətdən istifadə qaydalarının müəyyən edilməsini xahiş etmişdir. 7.İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri 3-cü Sovet döngəsi 6-da yerləşən 4 saylı evin 5/8 hissəsinin mülkiyyətçisidir. Həmin evin 1/8 hissəsinin mülkiyyətçisi Cavabdeh1, 2/8 hissəsinin mülkiyyətçisi isə Cavabdeh2 Heybət oğlunun atası Heybət İbrahim oğludur. Məmmədkərim İbrahim oğlu 1942-ci ildə vəfat etmişdir. Digər mülkiyyətçi Heybət İbrahim oğlu isə 1950-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra ondan qalan miras payı oğlu Cavabdeh2 Heybət oğlu tərəfindən faktiki-qəbul edilərək idarə olunur, ümumi mülkiyyət “A” və “B” tikinti hissəsindən ibarətdir. “A” tikinti hissəsinin sahəsi 14,0 kv.m olan 3 saylı, sahəsi 6:4 kv.m olan 4 saylı otaqları “B” tikinti sahəsində yerləşən sahəsi 17,7 kv.m olan 1 saylı, sahəsi 6,2 kv.m olan 2 saylı mətbəxi onun istifadəsindədir. Digər otaqlar və mətbəxlər isə cavabdehlərin istifadəsindədir. Könüllü qaydada ümumi payın ayrılmasına cavabdeh razılıq vermirlər. 8.Eyni zamanda, Cavabdeh1 cavabdeh İddiaçı1 və Bakı şəhəri Tİ və MHQİ-nə qarşı “qeydiyyat vəsiqəsinin ləğv edilməsi, payın müəyyən edilməsi” barədə qarşılıqlı iddia verərək, İddiaçı1 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsini və Bakı şəhəri, 3-cü Sovet döngəsi 6, 4 saylı evdən ona çatası payın müəyyən edilməsini xahiş etmişdir. 9.Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 3-cü Sovet döngəsi 6-da yerləşən 4 saylı evin mülkiyyətçiləri X33, Umgülsüm Huseyn qızına, Məmmədkərim İbrahim oğluna və Heybət İbrahimov oğluna məxsus olmuşdur. İddiaçı isə heç bir əsas olmadan evin 5/8 hissəsinin mülkiyyətçisi olmuşdur. 10.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 15 mart 1999-cu il tarixli, 2-400/1999 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 Heybət oğluna ümumi mülkiyyətdən payın ayrılması və həyətdən istifadə qaydasının müəyyən edilməsinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı1 Bakı şəhəri, 3-cü Sovet döngəsi 6, 4 saylı evə dair xx.xx.1997-ci il tarixdə verilmiş 177 kitabın, 8083-cü səhifələrində qeyd edilmiş 30/28428 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi, Bakı şəhəri, 3-cü Sovet döngəsi, 6, 4 saylı evin 1/2 hissəsinə Cavabdeh1 adına qeydiyyat vəsiqəsinin, 1/2 hissəsinə isə X7 adına qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin Bakı şəhəri Tİ və MHQİ-nin üzərinə qoyulması qət edilmişdir. 11.Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı1 Əlishuseyn qızı ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı rədd edərək göstərmişdir ki, Umgülsüm həyat yoldaşının və Kərimağanın nənəsi olmuşdur. Məmmədkərim İbrahim oğlu isə onların atası olmuşdur. X26 vərəsələri isə paylarını ona vermişdir. Ona görə onun payı 5/8 hissə təşkil edir. Ona düşən payın ayrılmasında və iddia tələbində göstərilən otaqların ona verilməsini məhkəmədən xahiş etmişdir. 12.Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddianı müdafiə edib, ilkin iddianı rədd edərək göstərmişdır ki, Bakı şəhəri 3-cü Sovet döngəsi 6-da yerləşən 4 saylı evin mülkiyyətçisi olan Umgülsüm onun nənəsi olmuşdur. Məmmədkərim İbrahim oğlu isə onun atası olmuşdur. Kərimov Yusif isə onun əmisi olmuşdur. İddiaçı1 onun qardaşının həyat yoldaşıdır. Onların miras paylara bərabər hüquqları vardır. Ona görə Güldəstənin adına olan qeydiyyat vəsiqəsinin ləğv edilməsi ona çatası payın müəyyən edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarına əsasən qeyd etmişdir: 13.Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri 3-cü Sovet döngəsi 6-da yerləşən 4 saylı evin mülkiyyətçiləri X39, Umgülsüm Hüseyn qızı, Məmmədkərim İbrahim oğlu və Heybət İbrahim oğludur.

14. 2-B-2-550-549-664 saylı vərəsəlik işindən görünür ki, X26 payı və Umgülsüm Hüseyn qızının payı İddiaçı1 Əlihuseyn qızı tərəfindən qəbul edilərkən Cavabdeh1 vərəsə olması göstərilməmişdir.

15. xx.xx.1997 ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı1 mübahisəli evin 5/8 hissəsinin, Məmmədkərim İbrahim oğlu 1/8 hissəsinin, Heybət İbrahim oğlu isə 2/8 hissəsinin mülkiyyətçisidir. 16.Vərəsəlik işindən görünür ki, X26 vərəsəlik payını X8 Güldəstənin xeyrinə imtina etmişdir. X37 isə ərizə yazaraq Heybət İbrahim oğlundan qalan miras payı Cavabdeh1 Xeyrinə imtina etmişdir. 17.X27 və Məmmədkərim İbrahim oğlundan miras qalan paya isə həm iddiaçı, həm də cavabdehlərin payları bərabərdir. 18.Məhkəmə mübahisəli evə baxış keçirərkən müəyyən etmişdir ki, miras mülk İddiaçı1 və Cavabdeh1 tərəfindən faktiki qəbul edilərək idarə olunur. Digər vərəsələr isə miras payı qəbul etməmişlər və kəmin paya dair heç bir iddia qaldırmamışlar. 19.Məhkəmə tikinti ekspertizasının xx.xx.1998 ci il tarixli, 1257 saylı rəyindən görünür ki, Bakı şəhəri 3-cü Sovet döngəsi 6-da yerləşən 4 saylı evin paya müvafiq bölgüsünün aparılması texniki və sanitar cəhətdən mümkün deyildir. 20.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Umgülsüm Hüseyn qızının və Məmmədkərim İbrahim oğlunun vərəsələri İbrahimova X48 Cavabdeh1dur. Onların miras mülkdə yaşamaqla mirası faktiki qəbul edərək idarə edirlər. 21.Məhkəmə belə nəticəyə gəlmişdir ki, mübahisəli miras mülk İddiaçı1 və Cavabdeh1 tərəfindən fakitki qəbul edildiyindən onların hər ikisinin vərəsəlik hüquqları bərabər surətdə tanınmalı, İddiaçı1 adında verilmiş qeydiyyat vəsiqəsi ləğv edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

22.Maraqlı şəxs qətnamənin onun hüquq və vəzifələrinə toxunması, işdə iştirak etməyə cəlb olunmaması əsası ilə 09 fevral 2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, onun da miras mülkdə vərəsəlik payının müəyyən edilməsini xahiş etmişdir. 23.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, sözügedən qətnamə qanunsuz və əsassız olmaqla 1999-cu ildə həmin mülki işə baxılarkən o, atası Ağahüseyn Məmmədkərim oğluna çatmalı olan paydan məhrum edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25.Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs vəkili Vəkil apellyasiya şikayətinin müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 1999-cu il tarixl, 2-400/1999 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 Heybət oğluna qarşı ümumi mülkiyyətdə payın ayrılmasına və həyətdən istifadə qaydasının müəyyən edilməsinə dair iddiası əsassız olduğuna görə rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı1 Bakı şəhəri, 3-cü Sovet dönğəsi, 6-da yerləşən 4 saylı evə dair xx.xx.1997ci il tarixdə verilmiş 177-ci kitabın 8082-ci səhifəsində qeyd edilmiş 30/28428 saylı qeydiyyat vəsiqəsi ləğv edilmiş, Bakı şəhəri, 3-cü Sovet döngəsi, 6-da yerləşən 4 saylı evin 1/2 hissəsinə Cavabdeh1 vərəsəlik hüququ, 1/2 hissəsinə İddiaçı1 vərəsəlik hüququ tanınmış, Bakı şəhəri, 3-cü Sovet dönğəsi, 6-da yerləşən 4 saylı evin 1/2 hissəsinə Cavabdeh1 adına qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsi Bakı şəhəri Tİ və MHQİ-nin üzərinə qoyulması qət edilmişdir. Evin mülkiyyətçisi Məmmədkərim İbrahim oğlunun beş övladı olub: Ağahüseyn, Ağaməmməd, Kərimağa, Gövhər və Elmira. Bunların beşi də vəfat ediblər. Vərəsələrdən Gövhər və Elmira miras evdən pay istəməyiblər. Miras ev iki vərəsə aralarında bölüşdürülüb: Ağaməmməd və Kərimağa. Maraqlı şəxsnm atası Ağahüseyn vərəsəliyə cəlb edilməyib. Məhkəmə iclasında qarşı tərəf ifadəsində bildirdi ki, hüquqlarını müdafiə etdiyi Maraqlı şəxs 1999-cu ildə Yasamal Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında iştirak etmiş, hətta hakim ona demişdir ki, məhkəməyə müraciət etsin. Lakin, Maraqlı şəxs məhkəməyə müraciət etmədi. Bildirir ki, hüquqlarını müdafiə etdiyi Maraqlı şəxs bildirir ki, həmin məhkəmə iclasında iştirak etməyib və hakim tərəfindən ona belə bir təklif olunmayıb, miras evin vərəsələr arasında bölünməsindən təzəlikcə xəbər tutub. Əğər belə bir epizod mövcud olsaydı belə, hakim Maraqlı şəxs ərizə ilə müraciət etməyi məsləhət görməli deyil, hazırda olduğu kimi işin baxılması təxirə salıb, bütün vərəsələrin cəlb edilməsinə səy göstərməli idi. Hüquqlarını müdafiə etdiyi Maraqlı şəxs atası X6 1926-cı ildə həmin evdə anadan olub və 1962-ci ildə həmin evdə vəfat edib. Maraqlı şəxs 09 avqust 1958-ci ildə həmin evdə anadan olub, həmin vaxtdan bu günə kimi həmin evin pasport qeydiyyatındadır. 06 mart 2024-cü il tarixdə həmin evə baxış keçirilən zaman müəyyən olundu ki, maraqlı tərəf Maraqlı şəxs yaşamış olduğu otaq bərbad gündədir, işığı yoxdur və qarşı tərəfin deməsinə görə həmin otaq uzun illərdir ki, saxlanc yeri, anbar kimi istifadə olunur, lakin, orada saxlanılan heç bir əşya aşkar olunmadı. Miras mülkün texniki pasportuna baxdıqda müəyyən olunur ki, sahəsi 17,4 kv. metr olan 5 sıra nömrəli otaq anbar deyil, yaşayış otağıdır. Hüquqlarını müdafiə etdiyi maraqlı tərəf Maraqlı şəxs bildirdi ki, həmin otaqda olan “Bekker” markalı fortepianosu, ayaq tikiş maşını, stol-stul, divan, qab-qacaq var idi, həmin əşyalar bu otaqdan yoxa çıxmışlar. Axırıncı dəfə həmin otaqda təxminən 2 il bundan əvvəl olub, bundan sonra ona öz otağına gəlməyi qarşı tərəf qadağan etdi, səbəb o, idi ki, evlər sökülməlidirlər və buna görə kompensasiya ödəniləcək. Yerli baxış keçirilən zaman oraya çoxsaylı qonşular toplanmış, Maraqlı şəxs həmin evdə yaşamasını bildirmişlər. Hüquqlarını müdafiə etdiyi Maraqlı şəxs həmin mülki işə baxılarkən cəlb edilməmiş, buna ğörə də qətnamə qəbul edildikdən 20 ildən artıq müddət keçdikdən sonra apellyasiya şikayəti ilə müraciət etmişdir. Qətnaməyə görə, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, 3-cü Sovet (hazırda Nərimanov) döngəsi, 6 ünvanda yerləşən 4 saylı ev iki nəfər vərəsələr arasında bölünmüşdür: A hissəsi Cavabdeh1 və A hissəsi diğər qardaş - mərhum X2 arvadı İddiaçı1. 1999-cu ildə vərəsəlik işinə baxan Yasamal Rayon Məhkəməsi Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinə zidd olaraq, bütün vərəsələri, yəni hazırki iş üzrə Maraqlı şəxsm cəlb etməmiş və hazırki mübahisə üzrə qanunazidd qərar qəbul etmişdir. 26.Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs vəkilinin dedikləri ilə razı olduğunu, qeyd etmiş, izahatında və ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin evdə anadan olmuş, orada böyümüşdür, ondan qabaq 1956-cı ildə qardaşı da orada anadan olmuş, lakin sonradan üzərinə çay töküldüyündən yanaraq ölmüşdür. Bu hadisədən sonra ana babası bildirdi ki, uşağı aparıb gətirməsin. O, anası ilə ana babası gilə tez-tez gedib gəlirdi. Atası sağ olduqda, vəfat etdikdən sonra da ana babası gilə çox gedib gəlmişdir. Ancaq bu evdə də otağı olmuş, onun açarı onda olmuş, içərisində əşyaları olmuşdur. Onun atası Ağahüseyn 1962-ci ildə, anası isə 1982-ci ildə vəfat etmişdir. Anası vəfat edəndən sonra o, ana nənəsinin İ.Qutqaşınlı küçəsi 25 saylı evində yaşamışdır. O, mübahisəli evə gəlib-getmişdir. 1999cu ildə bilmişdir ki, 1997-ci ildən Güldəstə öz başına heç kimə bildirmədən bütün həyətə çıxarış çıxartdırmışdır. Əmisi bildikdən sonra məhkəməyə müraciət etmiş, özü yenə kənarda qalmışdır. O vaxt məhkəmə işi gedəndə, o, insanlığa, onların mərhəmtinə görə şikayət etməmiş, heç arxasınca getməmişdir. Mübahisəli evin kommunal xidmətlərinin ödənilməsi ilə bağlı təqdim olunası sübutu yoxdur. 27.Məhkəmə kollegiyasının iclasında İddiaçı1 nümayəndəsi və vəkili, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, Nailə xanım o evdə qeydiyyata düşməsinə baxmayaraq miras əmlakı nə qanuni, nə də faktiki şəkildə qəbul etməmişdir. O, həmin evdə yaşamamışdır. Maraqlı şəxs atası Ağahüseyn 1962-ci ildə, anası isə 1982-ci ildə vəfat etmişdir. Maraqlı şəxs anası vəfat edəndən sonra İ.Qutqaşınlı küçəsi 25 saylı evdə yaşamışdır. Yerli baxış zamanında müəyyən olundu ki, otaq yaşayış üçün tam yararsızdır, işığı yoxdur, tavanı uçub. Həmin otaq iddiaçı tərəfin istifadəsindədir, oranı anbar kimi istifadə edir. Yerli baxış zamanı üçüncü şəxs Maraqlı şəxs bildirdi ki, evə gələndə öz otağına keçmək üçün qapını döymüş, iddiaçı ona qapını açmışdır. Bütün bunlar bir daha onun dediklərinin həqiqət olmadığını göstərir. Mirası iddiaçı Güldəstə və mərhum cavabdeh Kərimağa qəbul etmişlər. Bu bir daha yerli baxış zamanı öz təsdiqini tapdı. Hətta 1999-cu ildə də, məhkəmə yerli baxış keçirərkən mirası Güldəstə və Kərimağanın qəbul etdiklərini və orada yaşadıqlarını qeyd etmişdir. 1982-ci ildə anası vəfat edəndən sonra da mirası faktiki qəbul etməmiş, bununla bağlı notariat kontoruna müraciət etməmiş, heç bir kommunal xidmətlər və pullar ödəməmişdir. Bütün kommunal xidmətlər, torpaq və digər vergilər İddiaçı1 tərəfindən ödənilmişdir. 28.Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 apellyasiya şikayətini qəbul etmədi, vəkili Nümayəndə izahatına uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. 29.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh2 Heybət oğlu, cavabdeh İbrahimov X28 hüquqi varisləri İbrahı̇ mov Arif Kərimağa oğlu, X19, X24 və X29, cavabdeh DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 məhkəmə iclasında gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. 30.Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X34 ifadəsində qeyd etdi ki, Nailə ilə onun valideyinləri əmiuşağıdır. O, şahiddir ki, Nailə həmin həyətdə, ünvanı dəqiq bilmir, Qədirli küçəsindəki evdə 1958-ci ildə anadan olmuşdur. O, Nailə ilə bir yerdə böyümüşlər. Nailənin 4 yaşı olanda atası rəhmətə getdi. Anası dövlət işində işləyirdi, işə gedəndə Nailəni gətirib Bakı şəhəri, İ.Qutqaşınlı 25 ünvanına anasıgilə qoyurdu. Onlar bir həyətdə idi, arada hasar var idi. Nailə ilə uşaqlıqları eyni evdə keçib. Nailənin anası 1981-ci ildə yanvarın 3-cü rəhmətə getdi. Nailə də üniversitetdə oxuyurdu həmin vaxtlarda. Nailə anasının sağlığından anası rəhmətə gedəndən sonra həmin evə yenə gedib-gəlirdi. Evdə hər şeyi, qabı, qaşığı pianinosu var idi. Kommunal ödəmirdi, ödəməsə də, ora ata evidi, atasından ona nəsə qalmamlıdır. Nailə anasının sağlığından Bakı şəhəri, İ.Qutqaşınlı 25 ünvanında yaşayırdı, o biri evə gəlib-gedirdi.

Tətbiq edilən hüquq

xx.xx.2000-ci ilə tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 31.Maddə 527.Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. 32.Maddə 528.Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 33.Maddə 529.Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. 34.Maddə 532.Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 35.Maddə 552.Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 36.Maddə 553.Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 37.Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 38.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 40.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 42.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 43.Məhkəmə kollegiyası tərəflərin və üçüncü şəxslərin izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsnin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 44.Kollegiya ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli №**********81 saylı məktubudan müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, 3-cü Nərimanov döngəsi, 4 saylı fərdi yaşayış evi Umgülsüm Hüseyn qızının, X26, Məmmədkərim İbrahim oğlunun, Heybət İbrahim oğlunun adlarına ilkin qeydiyyatdan keçmişdir. -Bakı şəhəri 12 saylı DNK-nin 2V-2-550 reyestr nömrəli, xx.xx.1997-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1997-ci il tarixdə evin 1/8 hissəsi İddiaçı1 adına qeyydiyyatdan keçmirşdir. -Bakı şəhəri 12 saylı DNK-nin 2V-2-549 reyestr nömrəli, xx.xx.1997-ci il tarixli transmissiya qaydasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1997-ci il tarixdə evin 1/4 hissəsi İddiaçı1 adına qeyydiyyatdan keçmirşdir. -Bakı şəhəri 12 saylı DNK-nin 2V-2-665 reyestr nömrəli, xx.xx.1997-ci il tarixli transmissiya qaydasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1997-ci il tarixdə evin 1/4 hissəsi İddiaçı1 adına qeyydiyyatdan keçmirşdir. -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 1999-cu il tarixli, 2-400/1999 saylı qətnaməsinə əsasən xx.xx.1999-cu il tarixdə evin 1/2 hissəsi İddiaçı1, 1/2 hissəsi Cavabdeh1 Məmədkərim oğlunun adlarına qeydiyyatdan keçmişdir. -Bakı şəhəri 12 saylı DNK-nin 3M-3-517 reyestr nömrəli, xx.xx.2000-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2000-ci il tarixdə B tikilisinin 1 otağı X14 adına qeydiyyatdan keçmişdir. -Bakı şəhəri xüsusi notariusu H.Y.Vəliyev tərəfindən təsdiq edilmiş 2V-01-41 reyestr nömrəli xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2011ci il tarixdə evin 1/8 hissəsi X15, 1/8 hissəsi X16, 1/8 hissəsi X12 adlarına qeydiyyatdan keçmişdir. -Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu S.R.Ələkbərova tərəfindən təsdiqlənmiş 4Ə- 2032 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə evin 4/8 hissədən qalan hissəsi X11 adlarına qeydiyyatdan keçmişdir. -Hazırda Bakı şəhəri, Yasamal rayonu, 3-cü Nərimanov döngəsi, 4 saylı fərdi yaşayış evinin 1/8 hissəsi X15, 1/8 hissəsi X16, 1/8 hissəsi X10, 1/8 hissəsi X12, 4/8 hissədən 1 yaşayış otağı B tikilisi X14, 4/8 hissədən qalan hissəsi X11 mülkiyyətindədir. 45.Kollegiya mübahisə ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, məhkəmə kollegiyasının 26 iyul 2023-cü il tarixli qərardadı ilə hazırki mülki iş üzrə icraat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Heybət oğlunun hüquqi varisləri müəyyən edilənədək dayandırılmışdır. 46.Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, 3- 16-5/4-13-7436/2023 saylı məktubu ilə müəyyən olunmuşdur ki, xx.xx.1935-ci il təvəllüdlü Cavabdeh1 ölümü Yasamal rayon qeydiyyat şöbəsində qeydə alınmış, Cavabdeh2 Heybət oğlunun ölümü haqqında akt qeydinə dair məlumat aşkar olunmamışdır. 47.Məktuba əlavə edilmiş xx.xx.2000-ci il tarixli, 1183 saylı ölüm haqqında akt qeydinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. 48.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Cavabdeh1 hüquqi varisləri İbrahı̇ mov Arif Kərimağa oğlu, X19, X24 və X20 işə cəlb etmişdir. X5 və X23 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar. 49.Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 5 ünvan-ünvan 4seyn qızı (Maraqlı şəxs nənəsi), Məmmədkərim İbrahim oğlu (Maraqlı şəxs babası) və Heybət İbrahim oğlu olmuşlar. X35 beş övladı olub: Ağahüseyn, Ağaməmməd, Kərimağa, Gövhər və Elmira. Bunların beşi də vəfat etmişlər. Məmmədkərim İbrahim oğlu 1942-ci ildə, Heybət İbrahim oğlu 1950-ci ildə vəfat etmişlər. X26 vərəsəlik payını X8 Güldəstənin xeyrinə imtina etmişdir. X37 isə ərizə yazaraq Heybət İbrahim oğlundan qalan miras payı Cavabdeh1 xeyrinə imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən miras evə baxış keçirilərkən müəyyən etmişdir ki, miras mülk İddiaçı1 və İbrahimov X40 tərəfindən faktiki qəbul edilərək idarə olunur. Digər vərəsələr isə miras payı qəbul etməmişlər və həmin paya dair heç bir iddia qaldırmamışlar. Məhkəmə X27 və X31 miras qalan paya isə həm İddiaçı1, həm də cavabdeh İbrahimov X28 paylarını bərabər hesab etmişdir. 50.Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs atası 1962-ci ildə, anası 1982-ci ildə vəfat etmişdir. 51.Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs 1999-cu ildə işə baxılarkən atası X3 çatmalı olan paydan məhrum edildiyini qeyd edərək, qətnamədən apellyasiya şikayəti vermişdir. 52.Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 53.Kollegiya hesab edir ki, X26, Umgülsüm Hüseyn qızının, Məmmədkərim İbrahim oğlunun və Heybət İbrahim oğlunun vəfat etmələri və mirasın açılması xx.xx.2000-ci ilədək baş verdiyindən, hazırkı vərəsəlik hüquq münasibətlərindən irəli gələn mübahisəyə həmin vaxt qüvvədə olan (xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllə) maddi hüquq normaları tətbiq edilməlidir. 54.xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır.Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 55.Göründüyü kimi mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan qanunvercilik mirasın qəbul edilməsinin 2 formasını müəyyən etmişdir: 1.Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə; 2.Vərəsə, vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə; Birinci və ikinci halda göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. 56.İstinad olunan normanın məzmunundan göründüyü kimi vərəsə tərəfindən mirasın faktiki qəbulu və ya vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizənin verilməsi üzrə mirasın qəbul edilməsinə əsas verən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. 57.Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qeyd edir ki, anası 1982-ci ildə vəfat etmişdir. Anası vəfat edəndən sonra o, ana nənəsinin İ.Qutqaşınlı küçəsi 25 saylı evində yaşamışdır. O, mübahisəli evə gəlib-getmiş, onun orada əmlakları olmuşdur. 58.Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli evə baxış keçirərkən müəyyən etmişdir ki, miras mülk İddiaçı1 və İbrahimov X40 tərəfindən faktiki qəbul edilərək idarə olunur. Digər vərəsələr isə miras payı qəbul etməmişlər və həmin paya dair heç bir iddia qaldırmamışlar. 59.Həmçinin məhkəmə kollegiyası tərəfindən də xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 3-cü Nərimanov döngəsi 4 saylı fərdi yaşayış evinə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, X4 yaşadığı həmin evin bir qapısı var və qapının açarı iddiaçı X1r. Maraqlı şəxs yaşadığını iddia etdiyi otaq yaşayış üçün tamamilə yararsız vəziyyətdədir. Ümumiyyətlə həmin otaqda yaşayış olduğunda dair hər hansı bir əlamət müəyyən edilmir. Həmin otaqdan İddiaçı1 anbar kimi istifadə edir. Maraqlı şəxs evə daxil olmaq üçün açarının olmadığını, evə gələndə qapını döydüyünü, X4 qapını açdığını qeyd etmiş, İddiaçı1 bu halı təsdiq etməmişdir. 60.Kollegiya qeyd edir ki, Maraqlı şəxs məhkəməyə təqdim etdiyi şahid X21 ifadəsi Maraqlı şəxs tərəfindən mirasın qəbul edilməsinin mötəbər sübutu kimi qəbul oluna bilməz. Belə ki, şahid ifadəsində Maraqlı şəxs anasının sağlığından İ.Qutqaşınlı küçəsi 25 saylı evdə yaşadığını bildirsə də, Maraqlı şəxs izahatında və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı ərizədə anasının vəfatından sonra nənəsinin yanında İ.Qutqaşınlı küçəsi 25 saylı evdə yaşadığını bildirmişdir. Şahid Maraqlı şəxs miras əmlaka gedib-gəldiyini qeyd etsə də, bu hal başqa mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. 61.Digər tərəfdən Maraqlı şəxs mübahisəli evdə qeydiyyatda olması mirasın qəbul edilməsinin mötəbər sübutu kimi qəbul edilə bilməz. 62.Kollegiya qeyd edir ki, Maraqlı şəxs miras əmlakı faktiki surətdə idarə etməsi və mirasa yiyələnməsi və ya vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi barədə mötəbər sübutlar təqdim etməmişdir. 63.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 64.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 65.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 66.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 67.Digər tərədən məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında Maraqlı şəxs özü də etiraf etmişdir ki, 1999-cu ildə bilmişdir ki, 1997-ci ildən Güldəstə öz başına heç kimə bildirmədən bütün həyətə çıxarış çıxartdırmışdır. Əmisi bildikdən sonra məhkəməyə müraciət etmiş, özü yenə kənarda qalmışdır. O vaxt məhkəmə işi gedəndə, o, insanlığa, onların mərhəmtinə görə şikayət etməmiş, heç arxasınca getməmişdir. 68.Qanunvericiliyin tələbinə əsasən, Maraqlı şəxs miras qoyanın vərəsəsi kimi mirasın açıldığı ona bəlli olduğu andan qanunla müəyyən olunmuş müddətlər ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etməli idi. Mirasın qəbuluna dair hərəkətlər isə iki formada ola bilər - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək, yaxud əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. Bu hallar işin faktiki halları ilə də öz təsdiqini tapmamış, iddiaçı bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. 69.Beləliklə kollegiya hesab edir ki, Maraqlı şəxs mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürmüşdür. 70.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. 71.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 72.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 73.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 74.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 75.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 1999-cu il tarixli, 2-400/1999 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Müli Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Elşən Kazmımov

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar