Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2445/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12rşı “işə bərpa və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “işə bərpa, əmrin ləğv edilməsi və məcburi surətdə buraxılan iş vaxtlarının məbləğinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-201/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12rşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılmağı barədə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, K-362 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-ci il tarixli 31/K nömrəli əmrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsində işləmişdir. Lakin bununla bağlı işəgötürənlə aralarında əmək müqaviləsi imzalanmamışdır. xx.xx.2021-ci il tarixində ona müraciət edilərək bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinin yeni strukturunun təstiq edilməsi nəzərdə tutulur. Yeni strukturda onun tutduğu vəzifə üzrə ştat ixtisar olunur və bu səbəbdən onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcək. Beləliklə də, xx.xx.2022-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin əmri qanunsuz və əsassız hesab edir. Belə ki, 42 il fasiləsiz olaraq işlədiyi yerdə ixtisar olunmağının səbəbi əsaslandırılmamışdır. Əslində isə cavabdeh qurumda ona qarşı qərəzli münasibət xeyli əvvəl başlamış, bununla bağlı müvafiq dövlət orqanlarına çoxsaylı şikayətlər ünvanlamışdır. Cavabdeh işdən azad etmək üçün tutarlı bir səbəb tapmadığına görə onu saxta ixtisar yolu ilə işdən azad etmişdir. Belə ki, məlum ixtisardan sonra cavabdeh təşkilatda ştat sayı azaldılmamış, əksinə artırılmışdır. Hal-hazırda isə əldə etdiyi məlumata görə xeyli sayda vakant vəzifələr vardır. Həmin vəzifələr isə məhz onun bu günə qədər orada işlədiyi əmək funksiyalarına uyğundur. Cavabdeh qurum onu ixtisar edərək heç bir təcrübəsi olmayan işçiləri işə qəbul edir. xx.xx.2019-cu il tarixində ərizə ilə müraciət edərək xx.xx.2019-cu il tarixindən məzuniyyətə getməyini xahiş etmişdir. Buna dair əmrin xx.xx.2019-cu il tarixindən verilməsinə baxmayaraq ona məzuniyyətdə olmağı xx.xx.2019-cu il tarixində bildirilmişdir. Yəni 3 gün məzuniyyətdə olduğu vaxt əslində işdə olmuşdur. Bu barədə iradını bildirdikdə rəhbərliklə aralarında narazılıq yaranmış və səhhətində problemlər yarandığından təcili yardıma müraciət etmişdir. İlkin yardımdan sonra 5 saylı xəstəxanaya yerləşdirilmişdir. Bu kimi hallarla bağlı aidiyyatı dövlət orqanlarına müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyinin vəzifəli şəxslərinin hərəkətlərinə (hərəkətsizliyinə) hüquqi qiymət verilərək tədbir görülməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Göstərilən hallarla bağlı hal-hazırda cavabdehə qarşı iddia ərizəsi üzrə məhkəmə mübahisəsi davam edir. İşəgötürənin işçilərin sayını ixtisar etmək hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İxtisarın aparılmasının zəruriliyi əsaslandırılmalıdır. Əgər ixtisar əsaslandırılmırsa, bu o deməkdir ki, işəgötürən ixtisar aparmaq hüququndan işçini işdən azad etmək üçün sui-istifadə edir. İşçilərin ixtisarı barədə qərar qəbul edilməsi üçün fəaliyyətin analizi aparılır, müzakirə olunur və bundan sonra hansı işçilərin ixtisar olunmasına zərurət olduğu müəyyən edilir, müzakirə olunur və qərar verilir. Lakin onun ixtisar olunma məsələsi üzrə cavabdeh qurumda, o cümlədən Həmkarlar təşkilatında hər hansı müzakirə yaxud araşdırmanın aparılması barədə ona məlumat verilməmişdir. xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olduğu üçün təqaüd yaşı çatmışdır. Buna baxmayaraq əmək fəaliyyətinin davamı üzrə işəgötürən cavabdeh təşkilatın əmri yaxud hansı bir digər rəsmi bir sənədi yoxdur. Eyni zamanda, cavabdehin qeyd olunan qeyri-qanuni hərəkətləri onun hüquqlarının mütəmadi qaydada pozulmasına və mənəvi zərərə məruz qalmağına gətirib çıxarmışdır. Belə ki, 42 il fasiləsiz mütəxəssis kimi fəaliyyət göstərdiyi, hörmət, nüfuz qazandığı qurumdan təqaüd yaşına çatdıqda sanki lazımsız adam kimi çıxarılmağı bir ailə başçısı kimi həyatına mənfi təsir göstərmişdir.
3. Yasamal Rayon Məhkəməsinin 2(004)-201/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Orxan Məmmədli) ilə iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli, K-362 №-li əmrinin ləğv edilməsi və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində əvvəlki vəzifəsinə bərpa olunması, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının iddiaçıya cavabdeh tərəfindən ödənilməsi qət edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabdeh apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, iddiaçının ştat üzrə işlədiyi vəzifə hazırda mövcud deyildir. İddiaçı ilə əmək müqaviləsinin ləğvi qanunla müəyyən edilmiş əsas və qaydalarla həyata keçirilmiş, ona qarşı hər hansı ayrıseçkiliyə yol verilməmişdir. İşçilərin və ştatların sayının ixtisar edilməsi işəgötürənin əsas hüquqlarından biridir və işçinin hər hansı hüququnu pozmur. İxtisar zamanı da qanunvericiliklə işəgötürənin üzərinə qoyulmuş öhdəliklərin hər biri icra edilmişdir.
5. Eyni zamanda iddiaçının 2017-ci ildən etibarən işdən azad olduğu tarixədək səhhəti ilə əlaqədar olaraq fasilələrlə uzun müddət işdə olmaması, həmçinin çalışmanın yaş həddinə çatması məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçının ardıcıl və mütəmadi şəkildə 2017-ci ildən etibarən işdən azad olduğu tarixə qədər uzun müddət ərzində işdə olmaması əmək funksiyalarını keyfiyyətli və peşəkar səviyyədə icra etməməyinə, vəzifə öhdəliklərinin icrasına məsuliyyətsiz yanaşmasına, vaxtında, tam həcmdə və keyfiyyətlə yerinə yetirə bilməməyinə səbəb olmuşdur. 2017-ci ildən işdən azad olunana qədər bu müddət məzuniyyətlər istisna olmaqla 779 gün təşkil edir. İddiaçı işdən çıxarılması barədə əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla verilmişdir və bu səbəbdən də apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilərək, iddia tələblərinin rəd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, onun əmək müqaviləsinə xitam verilməsi açıq-aşkar qərəzli olmuşdur, rayon məhkəməsinin qətnaməsi tam qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Sübutların tədqiqi:
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunun hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti İddiaçı ünvanladığı 28 dekabr 2021-ci il tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin yeni strukturu təsdiq edilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin yeni strukturunun təsdiq edilməsi nəzərdə tutulur. Yeni strukturda onun tutduğu vəzifə üzrə ştat ixtisar olunur və bu səbəbdən onunla bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəkdir.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, K-362 №-li əmrinə əsasən 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunun hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 20 iyul 2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə ləğv edilmişdir.
10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X18 Təşkilatının sədri X9 ünvanladığı xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi nəzərdə tutulmuşdur. İddiaçıla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə münasibətin bildirilməsi xahiş olunmuşdur.
11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X18 Təşkilatının 11 iyul 2022-ci il tarixli 9 nömrəli Çıxarışına əsasən 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunun hüquqların dövlətqeydiyyatı üzrə baş eksperti İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilməsinə etiraz edilməməsi qərara alınmışdır.
12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 31/K saylı, 29 yanvar 2016-cı il tarixli Əmrinə əsasən İddiaçı Bakı Şəhər Ərazi İdarəsinin Qeydiyyat Sənədlərinin ilkin ekspertizası və qəbulu şöbəsinin hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti 30 yanvar 2016-cı il tarixdən 13-cü dərəcə vəzifə maaşı ilə Bakı şəhər Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunun hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti vəzifəsinə keçirilmişdir.
13. İş materiallarında olan 162 nömrəli, 30 yanvar 2016-cı il tarixli Əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektoruna hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsinə təyin olunmuşdur.
14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 07 may 2021-ci il tarixli Ştat Cədvəlindən görünür ki, Sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsi üzrə 1, hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsi üzrə 5 ştat vahidi mövcuddur.
15. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17 fevral 2022-ci il tarixli Ştat Cədvəlindən görünür ki, Sənədlərin qəbulu və verilməsi sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsi üzrə 3, hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsi üzrə 33 ştat vahidi mövcuddur. Bundan əlavə sektorun nəzdində 3 ştat üzrə baş mütəxəssis, 2 ştat üzrə mütəxəssis və 15 ştat üzrə mütəxəssis vəzifəsi mövcuddur.
16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı 27 dekabr 2022-ci il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin 2021-ci il tarixlu ştat cədvəlinə əsasən Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsində Sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsində işləyən 5 nəfər əməkdaşın kimlər olması, hazırda hansı şöbədə işləməsi və 202-ci ilin ştat cədvəlinə əsasən Qeydiyyat sənədlərinin qəbulu və vətəndaşlara xidmət şöbəsinin Sənədlərin qəbulu və verilməsi sektorunda hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı və mütəxəssis vəzifələrində işləyən əməkdaşlar barədə məlumatlar təqdim olunur. Eyni zamanda bildirilir ki, 1 saylı Bakı Ərazi İdarəsinin vəzifə təlimatları hazırlanma mərhələsində olduğundan vəzifə təlimatlarının təqdim edilməsi mümkün deyildir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4310/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-ə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-895/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır.
18. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 2021-ci ilin 01 mart tarixindən qüvvədə olan Ştat cədvəlindən görünür ki, Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsiSənədlərin qəbulu sektorunda Hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsi üzrə 5 ştat vahidi üzrə işçilər vardır. Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsi Sənədlərin qəbulu sektorunda Hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsində işləyən şəxslər X13, X5, X8, X11, X4r.
19. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 2022-ci ilin 10 fevral tarixindən qüvvədə olan Ştat cədvəlindən görünür ki, Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin şöbəsi Sənədlərin qəbulu və verilməsi sektorunda Hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsi üzrə 3, Hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsi üzrə 32 ştat vahidi üzrə işçilər vardır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 2021-ci ilin 01 mart tarixindən qüvvədə olan Ştat cədvəli üzrə ekspertlər hazırki ştat cədvəli üzrə: X13 - Daşınmaz əmlakın dövlət reyestrinin aparılması şöbəsi Sənədlərin ekspertizası sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı; X5 - Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsi Vətəndaş müraciətləri ilə iş sektorunda baş mütəxəssis; X8 – Qeydiyyat sənədlərinin qəbulu və vətəndaşlara xidmət şöbəsi Sənədlərin qəbulu və verilməsi sektorunda hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı; X11 – Daşınmaz əmlakın dövlət reyestrinin aparılması şöbəsi Sənədlərin ekspertizası sektorunda hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı; X1 qəbulu və vətəndaşlara xidmət şöbəsi Xidmətlərin təşkilinə nəzarət sektorunda mütəxəssis vəzifəsinə keçirilmişlər.
20. Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2017-ci il tarixli çıxarış vərəqəsindən görünür ki, İddiaçı ikinci dərəcə əlildir. Tətbiq edilən maddi hüquq normaları:
21. Azərbaycan Respublikasinin Konstitusiyası Maddə 35.İ. Əmək fərdi və ictimai rifahın əsasıdır.
22. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 16.1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
26. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
27. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
28. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
29. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
32. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
34. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası bildirir ki, apellyasiya şikayətinin əsas dəlili işçinin AR ƏMin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən çıxarılmasının qanunvericiliyinin tələblərinə uyğun olaraq yerinə yetirilməsi və iddiaçının əmək funksiyalarını yerinə yetirməməsinin rayon məhkəməsi tərəfindən lazımınca qiymətləndirilməməsi ilə bağlıdır.
37. Mülki iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 31/K saylı, 29 yanvar 2016-cı il tarixli əmrinə əsasən İddiaçı Bakı Şəhər Ərazi İdarəsinin Qeydiyyat Sənədlərinin ilkin ekspertizası və qəbulu şöbəsinin hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti 30 yanvar 2016-cı il tarixdən 13-cü dərəcə vəzifə maaşı ilə Bakı şəhər Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunun hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti vəzifəsinə keçirilmişdir.
38. Daha sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022- ci il tarixli, K-362 №-li əmrinə əsasən 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunun hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 20 iyul 2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə ləğv edilmişdir.
39. Hazırda İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12rşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılmağı barədə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, K-362 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
40. İş materiallarına əlavə edilmiş işçi İddiaçı işdən azad olunmazdan əvvəl və sonrakı ştat cədvəllərinin müqayisəli təhlilindən görünür ki, işçinin işdən azad olunmasına səbəb kimi göstərilən “işçilərin sayı və ya ştatların ixtisar edilməsi” əsas olmamışdır.
41. Belə ki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan və iş materiallarından da görünür ki, əksinə ştat vahidlərinin sayında artım müşahidə edilmiş, iddiaçı ilə eyni vəzifədə çalışan digər işçilər başqa vəzifəyə keçirilərək işlə təmin olunmuşlar. Mülki iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 07 may 2021-ci il tarixli Ştat Cədvəlindən görünür ki, Sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsi üzrə 1, hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsi üzrə 5 ştat vahidi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17 fevral 2022-ci il tarixli Ştat Cədvəlindən isə görünür ki, Sənədlərin qəbulu və verilməsi sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsi üzrə 3, hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsi üzrə 33 ştat vahidi mövcuddur. Bundan əlavə sektorun nəzdində 3 ştat üzrə baş mütəxəssis, 2 ştat üzrə mütəxəssis və 15 ştat üzrə mütəxəssis vəzifəsi mövcuddur. Həmçinin təqdim olunan sənədlərdən müəyyən olunur ki, əvvəlki ştat vahidi üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunda ixtisar prosesindən əvvəl hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsində işləyən əməkdaşlar (X13, X5, X8, X11, X6) hal hazırda da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin müxtəlif şöbələrində və sektorlarında qeydiyyatçı və mütəxəssis vəzifəsində çalışırlar.
42. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildikə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Belə ki, ixtisarın qanuni olmağı üçün ixtisar prosedurunun da qanunqanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Bunun üçün aşağıdakı tələblərə əməl etmək vacibdir. İxtisar real olmalıdır, ixtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir; -ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; -işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; - həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; -ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd; - işçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əməkhaqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd; - xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); - ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr.
43. Müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və sair. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür.
44. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, ştatları ixtisar etmək işəgötürənin hüququ olmaqla bu hüquq Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndində nəzərdə tutulmuşdur. Lakin bu hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən zəif tərəfdir. İşçinin əmək haqqı onun və ailə üzvlərinin əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
45. Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsinə əsasən Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
46. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
47. Rayon məhkəməsi hesab etmişdir ki, beləliklə, cavabdehin iddiaçının uzun illər xidmət etməsinə baxmayaraq onun müqaviləsinə ixtisarla bağlı xitam verməsi və onunla eyni vəzifədə olan digər şəxslər başqa vəzifəyə keçirilib, yalnız iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi digər işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilməli və bu halın baş verməsi özü-özlüyündə ayrıseçkiliyin əsası kimi hesab olunmalıdır.
48. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşır.
49. Eyni zamanda iddiaçının tutmuş olduğu vəzifənin ixtisara salınmış olması müvafiq nəticəyə gəlinməsinə maneə törədən hal kimi qiymətləndirilə bilməz; belə ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və, məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.
50. Kollegiya apellyasiya şikaytinin iddiaçının ardıcıl və mütəmadi şəkildə 2017-ci ildən etibarən işdən azad olduğu tarixə qədər uzun müddət ərzində işdə olmaması, əmək funksiyalarını keyfiyyətli və peşəkar səviyyədə icra etməməyi, vəzifə öhdəliklərinin icrasına məsuliyyətsiz yanaşması və sair kimi dəlillərinə əsasən bildirir ki, cavabdehin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsas xitam verilmişdir. Bu səbəbdən, qeyd edilən hallar hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir.
51. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən bildirir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
53. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
54. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
55. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-201/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov