Məhkəmə qərarları › İş №2(103)-2447/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2447/2024

27.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2447/2024 27.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılması tələbinə dair mülki iş üzrə QƏRARDADİ Açar sözlər: ərazi aidiyyatı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılması tələbinə dair iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2(002)-18/2024 nömrəli qərardadından cavabdeh X1 verdiyi şikayətə yazılı icraat qaydasında bаxаrаq aşağıdakı qərardadı qəbul etdi. . Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı BOKT ASC 21 fevral 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən əmlak üzərində olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin tam şəkildə boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İşə birinci irnstansiya məhkəməsində baxılarkən Cavabdeh5 nümayəndəsi 17 may 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək “hərracın nəticələrinə dair yekun protokolunun, alqı – satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğunu bildirmiş və həmin işə baxılana kimi iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, e-2(002)- 877/2022 nömrəli qərardadına əsasən vəsatət təmin olunaraq iş üzrə icraata dayandırılmışdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(005)- 2283/2022 nömrəli qətnaməsinə əsasən Cavabdeh5 hərracın nəticələrinə dair yekun protokolunun, alqı – satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” barədə iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2022ci il tarixli, 2(103)-6325/2022 nömrəli qətnaməsinə əsasən dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəsini almışdır.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli,e-2(002)- 51/2023 nömrəli qərarjadına əsasən mülki iş üzrə icraat təzələnmişdir.

6. 15 yanvar 2024-cü il tarixdə Cavabdeh5 nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işin baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə ümumiyyətlə əsaslandırılmamış, yalnız qeyd olunmuşdur ki, “... işin hallarından görünür ki, mülk Abşeron Rayon Məhkəməsinə aiddir.”

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2(002)- 18/2024 nömrəli qərardadı ilə mülki işin aidiyyəti üzrə baxılması üçün göndərilməsinə dair cavabdeh X2 ərizəsi təmin edilməmişdir.

8. Qərardadın əsaslarına görə, daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Bununla bağlı hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2 iyul 2021-ci il tarixli Qərarında təsbit olunmuşdur.

9. Cavabdeh X4 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir.

10. Şikayət ümumiyyətlə əsaslandırılmamış, şikayətin “İşin halları”, “Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər”, “Birinci instansiya məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər”, “Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər” bölmələrində eyni cümlə - “Belə ki, işin hallarından görünür ki, mülki işin Abşeron Rayon Məhkəməsinə aiddir” qeyd olunmuş, başqa heç bir əsaslandırma aparılmamışdır.

11. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, e-2(002)- 18/2024 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 33.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.

13. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 02 iyul 2021-ci il tarixli Qərarı: Daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

15. Vəsatət və şikayət əsaslandırılmasa da, bu müraciətlərdə “Belə ki, işin hallarından görünür ki, mülki işin Abşeron Rayon Məhkəməsinə aiddir.” cümləsi qeyd olunduğundan məhkəmə kollegiyası işin aidiyyatla bağlı hallarını MPM-nin həm 35.1, həm də 39.1-ci maddələrinin tələbləri baxımından qiymətləndirir.

16. Hər 2 maddənin tələbi baxımından qiymətləndirmə aparıldıqda müəyyən olunur ki, cavabdehlərin qeydiyyat ünvanı ünvan 4aşı, iddiaçının mülkiyyətində olan və cavabehlərin çıxarılmasının tələb edildiyi ünvan da eynidir. Yəni, hazırkı mübahisənin Abşeron rayonu ilə hər hansı bir bağlılığı yoxdur.

17. Bundan başqa ərizə və şikayətdə işin Abşeron Rayon Məhkəməsinə aidiyyatı ilə bağlı hər hansı bir əsaslandırma aparılmamaqla yanaşı bu müraciətlərə heç bir sənəd də əlavə olunmamışdır.

18. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

19. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Cavabdeh X1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2(002)-18/2024 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2(002)- 18/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Məhəmməd Rüstəmli

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar