Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2448/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(011)-3470/2021 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(011)- 3470/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 1-KTKDX-1- 0-76-16 saylı 13.07.2016-cı il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 14.221,93 manat, faiz borcu kimi 139,85 manat, cərimə borcu kimi 700 manat, cəmi 15061.78 manat məbləğində pul vəsaiti, dövlət rüsumu qismində ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi kimi 10 manat və xidmət haqqı kimi ödənilmiş 30 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsində yerləşən, 4 otaqlı, 266.4 kv.m ümumi, 153.5 kv.m yaşayış, 112.9 kv.m yardımçı sahədən ibarət 20 nömrəli evin 66”A” nömrəli mənzilinə yönəldilməsi həmin mənzil açıq hərracdan satılmasıvə borc Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, 66”A” nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, 66”A” nömrəli mənzilin dəyərinin 399600 manat müəyyən edilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsində yerləşən, 4 otaqlı, 266.4 kv.m ümumi, 153.5 kv.m yaşayış, 112.9 kv.m yardımçı sahədən ibarət 20 nömrəli evin 66”A” nömrəli mənzilinə yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə olan istifadə hüququna xitam verilsin, o, həmin mənzildən çıxarılsın və mənzi boşaldılaraq Banka təhvil verilməsi, Cavabdeh1 ilə "Nikoyl” İKB ASC arasında bağlanmış 13.07.2016-cı il tarixli kredit müqaviləsi ləğv edilməsi qət edilmiş, iddia tələbi qalan hissələrdə rədd edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayətləri vermişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddiadan imtina barədə ərizə təqdim edərək, cavabdehlərlə aralarında razılıq əldə edildiyindən, iddiadan imtina etdiklərini bildirdi və iddiadan imtinanın qəbul edilməklə, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiadan imtinası qəbul edilməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(011)-3470/2021 saylı qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiadan imtina etməsi qanuna uyğun təqdim edildiyindən, eyni zamanda hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(011)- 3470/2021 saylı qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(011)-3470/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-2448/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2448/2022
19.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver