Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2455/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, İlham Əziz oğlu Kərimli və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili X7, Cavabdeh nümayəndəsi və vəkili X5 iştirakları ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5496/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus olan ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Haqverdiyev küçəsi, məhəllə 568, ev 2 “A”, 20 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Həmin mənzildə qeydiyyatda olmaqla X9, X13 və X10 ilə birlikdə yaşayır. Cavabdeh onun qardaşıdır. Lakin cavabdeh başqa yerdə yaşamasına baxmayaraq, bu günə kimi ona məxsus mənzildən qeydiyyatdan çıxmayıb. Cavabdehin mənzilindəki qeydiyyatı formal xarakter daşıyır və ona əlavə problemlər yaradır. Cavabdehin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün Yasamal RPİ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Polis İdarəsi, eləcə də, ASAN Xidmət mərkəzində olan hüquqşünas tərəfindən ona bildirilmişdir ki, cavabdehin qeydiyyatdan çıxarılması daxili işlər orqanlarının səlahiyyətinə aid deyildir, bunun üçün məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Xüsusilə qeyd etmək istəyir ki, Cavabdeh mənzilə hansı əsaslarla qeydiyyata düşməsi ona məlum deyil. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5496/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5496/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında xx.xx.2004-cü ildə, Cavabdeh ünvan 2 ünvanında yerləşən 20 saylı mənzilə pasport qeydiyyatına alınması üçün, nə həmin vaxt mülkiyyətçi olan onun, nə də ki, köhnə mülkiyyətçi olmuş anası Əliyeva Rəhilənin razılıq verməkləri barədə heç bir sübut yoxdur. Beləliklə, ünvan 2 ünvanında yerləşən 20 saylı mənzilin ona bağışlanması müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, yəni xx.xx.2004-cü il tarixdən həmin mənzilə onun mülkiyyət hüququ yarandığı üçün, hər hansı şəxsin, o cümlədən, Cavabdeh da həmin mənzilə qeydiyyata alınması üçün onun razılığı alınmalı idi, belə razılığı isə o, Cavabdeh verməmişdir. Həmçinin, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bu baxımdan, qeydiyyat həmin mənzildən istifadə hüququnun yaranması əsası kimi çıxış edə bilməz. Yuxarıda qeyd edildiyi kimi, xx.xx.2004-cü ildə artıq anası X10 ünvan 2 ünvanında yerləşən 20 saylı mənzilin mülkiyyətçisi, sahibi olmamışdır, həmin tarixdə mənzilin mülkiyyətçisi, sahibi o olmuş, buna görə də, həmin tarixdə anası X4 hər hansı şəxsin həmin mənzilə qeydiyyata alınması üçün razılıq vermək səlahiyyəti yox idi. O isə belə bir razılıq verməmişdir. Həm də, iş materiallarında, anası X4 da cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması üçün razılıq ərizəsi verməsi barədə heç bir sübut yoxdur. Digər tərəfdən, Cavabdeh heç vaxt ünvan 2 ünvanında yerləşən 20 saylı mənzildə yaşamamışdır. O, həmişə öz uşaqları və həyat yoldaşı ilə birgə yaşamışdır. Buna görə də, Cavabdeh heç vaxt Mülki Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuş “yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvü” statusuna malik olmamışdır. Beləliklə, Cavabdeh istinad etdiyi hallar əsassızdır. Belə ki, onun mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması hazırkı mübahisəyə təsir etmir. Çünki qeydiyyat əmlak hüquqlarını yaratmır. Qeydiyyatın məqsədi isə "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda açıqlanmışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyatı və s. məsələlər Mülki Məcəllə ilə tənzimlənir və həmin Məcəllənin tələblərinə görə Cavabdeh mübahisəli mənzilə istifadə hüququ ola bilməz. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X14 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X11 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5496/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2003-cü il tarixli, 218839 saylı müqavilənin surətindən görünür ki, X8 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 saylı mənzili X1. İş materiallarında olan xx.xx.2004-cü il tarixli müqavilənin surətindən görünür ki, X10 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 20 saylı mənzili Əliyeva (İsmayılova) Kərimə Rasim qızına bağışlamışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfındən verilmiş ÖM seriyalı, 203875 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil Əliyeva (İsmayılova) Kərimə Rasim qızının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş və bu barədə 1297 saylı reyestr kitabında 194827-ci səhifədə xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin xx.xx.2019-cu il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Cavabdeh xx.xx.2004-cü il tarixdənünvan 1 ünvanında yerləşən 20 saylı mənzil ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 9 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********92 saylı məktubdan görünür ki, Cavabdeh adına hazırda Bakı şəhərində dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarından 12 saylı DNK tərəfindən 7E-23 saylı reyestrdə aparılmış qeydiyyatdan görünür ki, X4 razılıq ərizəsi xx.xx.2004-cü ildə qeydə alınmışdır. İş materiallarından X10 tərəfindən yazılmış xx xxxxx 2020-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, o, hal-hazırda yaşadığı Haqverdiyev küçəsi, ev 2 ünvanda yerləşən 20 saylı mənzil əvvəl ona məxsus olmuş, həmin mənzili xx.xx.2003-cü il tarixdə alğı-satqı müqaviləsinə əsasən X3 almışdır. 2004-cü ilin iyun ayının 29-da yeni mənzilin mülkiyyətçisi olduğu zaman böyük oğlu Cavabdeh mənzilə qeydiyyatı düşməsi ilə bağlı razılıq vermiş və həmin razılıq ərizəsi 2004-cü ilin iyun ayında Bakı şəhəri Yasamal rayonu 12 saylı notariat kontorunda təsdiqlənərək qeydə alınmışdır. xx.xx.2004-cü il tarixdə isə həmin mənzili qızı X12 bağışlamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri ilə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 228.1-ci maddəsinə əsasən yaşayışbinasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. MM-nin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur.Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur.Beləliklə, Mənzil Məcəlləsinin 30cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur.Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərininmüvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özününsaxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.” MM-nin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkilləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1rci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Həmin tarixli qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, X8 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 saylı mənzili xx.xx.2003-cü ildə X2, Rəhilə Əliyeva mülkiyyətçi olmaqla xx.xx.2004-cü ildə notariat qaydada təsdiq olunmuş ərizə verməklə oğlu, hazırkı iş üzrə Cavabdeh mənzilə qeydiyyata düşməsinə razılıq vermiş, xx.xx.2004-ci il tarixli müqavilə ilə X10 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 20 saylı mənzili Əliyeva (İsmayılova) Kərimə Rasim qızına bağışlamış, ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil Əliyeva (İsmayılova) Kərimə Rasim qızının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş və bu barədə 1297 saylı reyestr kitabında 194827-ci səhifədə xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmış və Cavabdeh xx.xx.2004-cü il tarixdən qeyd edilən ünvanda qeydiyyatdadır. Kollegiya qeyd edir ki, Cavabdeh xx.xx.2004-cü il tarixdən ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilin mülkiyyətçisi olmuş X4 oğlu olmaqla ailə üzvü kimi əvvəllər həmin yaşayış sahəsində yaşamaqla ailə qanunvericiliyinin tələblərinə əsasən istifadə hüququ əldə etdiyindən, hazırkı iddia tələbi əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Kollegiya qeyd edir ki, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 5496/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-2455/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2455/2020
22.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver