Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2455/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağagül qızına qarşı “mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-3731/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağagül qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3/33 nömrəli evin 35 nömrəli mənzilinə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-2139/2017 saylı qətnaməsinə əsasən cavabehlər X5, X3 və X4 müştərək qaydada 76396,18 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3/33 nömrəli evin 35 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-12646/2017 saylı qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli 2(102)-3241/18 saylı qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3/33 nömrəli evin 35 nömrəli mənzili QSCnin mülkiyyətindədir. Bu barədə ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış alınmışdır. Cavabdeh1, Cavabdeh2 Ağagül qızı Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3/33 nömrəli evin 35 nömrəli mənzildə bugünə kimi hələ də qeydiyyatdadırlar, cavabdehlər əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olur. Bununla yanaşı, həmin mənzildə qeydiyyatda olan, həmçinin keçmiş mülkiyyətçinin yetkinlik yaşına çatmayan uşaqları, yəni xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2006-cı il təvəllüdlü X6 qeydiyatdadır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 3731/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3/33 nömrəli evin 35 nömrəli mənzilinə istifadə hüququnun itirilməsi, iddianın qalan hissədə, yəni Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin Cavabdeh2 Ağagül qızına münasibətdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizə ilə eynilik təşkil edən apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdeh2 iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını pozur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, hazırda mənzilin mülkiyyətçisi bankdır, lakin mənzildə kimin yaşaması barədə məlumatı yoxdur. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya qeyd edir ki, hazırki apelyasiya baxışının predmetini qətnamənin iddianın təmin edilməyən – Cavabdeh2 Ağagül qızına aid hissədə yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-3731/2020 saylı qətnaməsi qismən mübahisələndirilən (Cavabdeh2 aid hissədə) ləğv edilməli və həmin hissədə mülki işin icraatına xitam verilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, X1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi Rayonu, X16 küçəsində yerləşən, 3/33 nömrəli evin 35 nömrəli mənzili iddiaçı ilə borcalan arasında kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təmin edilməsi üçün ipoteka ilə yüklü edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbin açıq hərracdan satılmaqla ipoteka predmetinə yönəldilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X3, Cavabdeh1 və X11 həmin mənzildən çıxarılması və həmin mənzilin boşaldılması qət edilmişdir. RX seriyalı, ******* saylı çıxarışa əsasən mənzilə “xxxx” QSC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 754 nömrəli reyestr kitabının 70533 nömrəli vərəqində ********** nömrə ilə xx xxxxxxx 2018-ci il tarixdə qeydiyyata alınmışdır. “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemindən xx xxxxx 2020-ci il tarixli çıxarışdan görünür ki, xx xxxx 1985-ci il təvəllüdlü Cavabdeh1, xx xxx 2014-cü il təvəllüdlü X10, xx xxxxxx 1984-cü il təvəllüdlü Cavabdeh2 Ağagül qızı və xx xxxxxx 2006cı il təvəllüdlü X8 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3/33 nömrəli evin 35 nömrəli mənzilində qeydiyyatdadırlar. Eyni zamanda müəyyən edilmişdir ki, mənzil ipotekaya qoyulan zaman və bununla bağlı məhkəmə qətnaməsi çıxarılan zaman hazırki iş üzrə Cavabdeh2 mənzildə qeydiyyatda olmamışdır. Tərəflər arasında mülki hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göründüyü kimi, ipoteka müqaviləsi bağlandıqdan sonra qeydiyyata alınmış şəxslər də ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş sayılırlar. Birinci instansiya məhkəməsi iddianı Cavabdeh2 Ağagül qızına aid hissədə sonuncunun mübahisəli yaşayış sahəsinə istifadə hüququnun olmaması əsası ilə rədd etmişdir. Kollegiya həmin nəticə ilə razılaşır, ancaq qeyd edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-2139/2017 saylı qətnaməsi ilə eyni zamanda Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3/33 nömrəli evin 35 nömrəli mənzilinin boşaldılması qət edilmişdir, yəni həmin mənzildə kimin (kimlərin) qeydiyyatda olmasından və yaşamasından asılı olmayaraq, mənzil həmin qətnamənin icrası qaydasında başaldılmalıdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mənzilin boşaldılması qət edilmişdir, iddiaçının mənzilə sonradan qeydiyyata alınmış Cavabdeh2 Ağagül qızının mənzildən istifadə hüququnun itirilməsi barədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə zərurət olmamışdır, belə ki, həmin cavabdeh ipoteka predmetinə tutma yönəldilməsi barədə qətnamənin icrası qaydasında məcburi qaydada çıxarılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci hissəsinə görə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə aydın olur ki, şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduqda, onun pasport qeydiyyatından çıxarılması üçün əlavə məhkəmə qətnaməsinə ehtiyac qalmır, belə halda həmin şəxs müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılırmalıdır. Hazırki işin xüsusiyyəti nəzərə alınmaqla qeyd olunmalıdır ki, Cavabdeh2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsində nəzərdə tutulmuş ipoteka müqaviləsi bağlandıqdan sonra həmin mənzilə qeydiyyata alınmış «şəxs» kimi, mübahisəli mənzildən çıxarılması barədə qüvvədə olan məhkəmə qətnaməsi mövcud olduğundan, onun həmin mənzildən istifadə hüququnun itirilməsi barədə əlavə qətnamə qəbul edilməsinə hər hansı zərurət qalmır. Göründüyü kimi, iddiaçı, yəni mübahisəli mənzilin mülkiyyətçisi olan Bank müstəqil iddia qaldırmamalı, ipoteka predmetinə tutma yönəldilməsi (mənzilin boşaldılması) barədə qətnamənin icrasını tələb etməli, eyni zamanda həmin mənzil üzrə cavabdehin qeydiyyatdan çıxarılması üçün inzibati orqana müraciət etməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən isə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.4, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3731/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən - iddia ərizəsinin təmin edilməmiş “Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3/33 nömrəli evin 35 nömrəli mənzilinə istifadə hüququnun itirilməsi” hissəsində ləğv edilsin və həmin hissədə işin icraatına işə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2455/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2455/2021
15.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver