Məhkəmə qərarları › İş №2(103)-2456/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2456/2020

31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2456/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Nümayəndə iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Nümayəndə və Cavabdeh3 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 3453/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işəBakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Nümayəndə birgə qaydada H015KK15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 47069,57 manat əsas, 29385,96 manat faiz və 183535,66 manat cərimə borcunun və İ017KK15 saylı, xx.xx.2015-ci il tarixli digər kredit müqaviləsi üzrə isə 24779.60 manat əsas, 15775,42 manat faiz və 72325,09 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh1 məxsus olan Salyan rayonu, Boranıkənd kəndində 0,03 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsi və üzərində yerləşən 490.5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası və Cavabdeh3 məxsus ünvan 1 ünvanlarına yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracda satılması və əldə olunan vəsaitlərin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda həmin mənzil satıldıqdan sonra 1 ay ərzində oranı tərk etmədikdə Cavabdeh3 mənzildən çıxarılması və hər iki əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 3453/2019 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış H015KK15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 47069,57 manat əsas borc, 17218,48 manat faiz borcu, 4700 manat cərimə borcu, cəmi 68988,05 manat və İ017KK15 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 24779,60 manat əsas borc, 13892,17 faiz borcu, 2478 manat cərimə borcu, cəmi 41149,77 manat, ümümilikdə 110137,82 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun 9 manat hissəsinin cavabdehlər Cavabdeh1 və Nümayəndə müştərək qaydada tutularaq İddiaçı-yə ödənilməsi, xx.xx.2015-ci il tarixli H015KK15 saylı kredit müqaviləsi üzrə tutmanın Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş Salyan rayonu, Boranıkənd kəndində 0,03 ha xüsusi torpaq sahəsi və üzərində yerləşən 490,5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına və Cavabdeh3 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsi, 5 saylı evin 2 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, xx.xx.2015-ci il tarixli İ017KK15 saylı kredit müqaviləsi üzrə tutmanının Cavabdeh3 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsi, 5 saylı evin 2 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmeti olan Salyan rayonu, Boranıkənd kəndində 0,03 ha xüsusi torpaq sahəsi və üzərində yerləşən 490,5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 160000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsi, 5 saylı evin 2 saylı mənzilin ilkin satış qiymətinin 60000 manat məbləğində müəyyən edilməsi Salyan rayonu, Boranıkənd kəndində 0,03 ha xüsusi torpaq sahəsi və üzərində yerləşən 490,5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh1 tərəfindən boşaldılması, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsi, 5 saylı evin 2 saylı mənzili satıldıqdan ən geci 1 ay ərzində mənzili tərk etmədiktə Cavabdeh3 həmin mənzildən çıxarılması və mənzilin onun tərəfindən boşaldılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin borcun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə mühasibatlıq ekspertizasının təyin olunması və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 ərizə təqdim edərək, ödənişlərə dair Bankla əldə olunmuş razılığa əsasən kredit borcunu yeni şərtlərlə ödəyəcəyinə görə apellyasiya şikayətindən imtina etdiyini bildirərək, apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili və digər cavabdeh apellyasiya şikayətindən imtinanın qəbul edilməsini və apellyasiya icraatına xitam verilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. MPM-nin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. MPM-nin 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-nin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-3453/2019 saylı saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar