Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2457/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-1732/2021 saylı qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin veridyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1732\2021 saylı qətnaməsinə izah verilməsinə və qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, İddiaçı 2000-ci ildən 2020-ci ilədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində 20 il müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2020-ci il tarixdə Əmək və Sosial Problemlər üzrə ETTM-dən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinə transfer edilərək İnsan resurslarının idarə edilməsi şöbəsinin aparıcı mütəxəsisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi ilə qeyri-qanuni və əsassız olaraq işdən azad edilmişdir. 2020-ci ilin sentyabr ayında Binəqədi Rayon Məhkəməsinə ƏƏSMN-nin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinə qarşı işə bərpa və pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək xx.xx.2020-ci il tarixli **********8 saylı əmrin ləğv edilməsi, Əmək Bazarı və Sosial Müdafiə Məslələri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin İnsan resuslarının idarə edilməsi şöbəsinin aparcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi və məcburi işəburaxma müddətinə görə əmək haqqının cavabdeh tərəfindən ödənilməsini xahiş etmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1732/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, təqribən iki il yarım davam edən məhkəmə çəkişmələrindən sonra Binəqədi Rayon Məhkəməsinin 2(001)-1732/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icra edilməsi üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işci işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə mürciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə bərpa edilməsi haqqında qətnamə qəbul edilərsə onda işə götürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi dərhal icra edilərək işçi əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə bərpa olunmalıdır. Əmək Məcəlləsinin 301-ci maddəsinə görə fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Observatoriya Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsini və 301-ci maddəsinin tələblərini pozaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmir. İddiaçı xx.xx.2023-cü ildə Observatoriyaya dəvət olunaraq, hüquq şöbəsinin və insan resuslarının idarə edilməsi şöbəsinin nümayəndələri ilə görüşmüş, görüş zamanı ona Obsertvatoriyada əvvəl işlədiyi insan resurslarının idarə edilməsi şöbəsində aparıcı mütəxəssis vəzifəsi struktur dəyişikliyi ilə əlaqədar olarq ləğv edildiyinə görə onunla Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndi ilə üç aylıq müqavilə bağlamaqla əvvəlki əmək haqqından az olan və əvvəlki vəzifəsindən aşağı vəzifə, informasiya əlaqələndiricisi vəzifəsi ona təklif edilmiş, məcburi iş buraxmaya görə əmək haqqının 600 manat məbləğilə hesablanıb ödəniləcəyi bildirilmişdir. Həmçinin Əmək Məcəlləsinin 154.1-ci maddəsində müəyyən edilən əmək haqqının tərkibinə daxil olan bütün ödənişləri ödəməkdən imtina edilmiş, 2(001)-1732/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamənin qət etdi hissəsində müddətli işə bərpa olunması yazıldığı əsas tutularaq onunla müddətli əmək müqaviləsi bağlanılacağı bildirilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1732/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, işəgötürən əmək qanunvericiliyi ilə müəyyən olunmuş şərtlərə əməl etmədən işçi ilə müddətsiz əmək müqaviləsi bağlanmalı olduğu halda müddətli əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verməklə iddiaçıya qarşı ayrıseçkiliyə yol vermişdir. Ona görədə məhkəmə iddiaçının tərəflər arasında bağlanan müqavilənin müddətsiz hesab edilməklə əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi tələbini əsaslı hesab edib təmin edir. Həmin qətnamənin qət etdiyi hissəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin tabelyində Əmək Bazarı və Sosial Müdafiyə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli **********8 saylı əmrinin ləğv edilməsi, işəgötürən Azərbaycan Respublikası Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin müddəti bağlanmış hesab edilməklə İddiaçı məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafisə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin İnsan Resurslarının idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi qeyd edilmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 14-cü bəndində qeyd edilmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1732/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin 5-ci vərəqinin 7-ci abzasında qeyd edilmişdir ki, əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixədək aylıq əmək haqqı 1200 manat olmaqla Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin resurslarının idarə edilməsi şöbəsinə əsas iş yeri üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində əmək haqqının 1200 manat məbləğində müəyyən edildiyinə baxmayaraq cavabdeh məcburi işburaxmaya görə əmək haqqının 600 manat məbləğilə ödəcəyini bildirib, Əmək Məcəlləsinin 154.1-ci maddəsində müəyyən edilən əmək haqqının tərkibinə daxil olan bütün ödənişləri ödəməkdən imtina edir. İddiaçı hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1732/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi tam icra olunmalı o, Observatoriyada müvafiq şöbəyə müddətsiz olaraq aparıcı mütəxəssis vəzifəsinə bərabər vəzifəyə bərpa olunmalı, məcburi işburaxma müddəti üçün ödənilən əmək haqqının 1200 manat məbləğilə hesablanmalı həmçinin işburaxma müddəti ərzində verilmiş kollektiv mükafatlar, məzuniyyət ödənişləri də cavabdeh tərəfindən hesablanaraq onun hesabına ödənilməlidir. Ona görə də Binəqədi Rayon Məhkəməsinin 2(001)-1732/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində yol verilmiş yanlışlığın aradan qaldırılaraq əmək müqaviləsinin müddətsiz bağlanmasının qeyd edilməsinə, qətnaməyə izah verilərək əmək haqqının hansı məbləğlə hesablanmalı olmasına, işdən azad olunduğu xx.xx.2020-ci il tarixdən işə bərpa olunma tarixinədək verilmiş məzuniyyət ödənişlərinin, kollektiv mükafatların cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsinə dair izah verilməsinə dair qərardad qəbul edilməsi xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin nümayəndəsi X3 ərizəyə qarşı etirazından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1732/2021 sayl xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli **********8 saylı əmrinin ləğv edilməsi hissəsi tam təmin edilərək qurumun İdarə Heyətinin sədri E.Səfərlinin xx.xx.2023-cü il tarixli 3-17-6/3-4-133/2023 nömrəli əmrinə əsasən İddiaçı işdən azad olunması ilə bağlı müvafiq əmr ləğv edilmişdir. İcra sənədi üzrə tələbin məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsi tam təmin edilərək tələbkara 11 696, 75 manat məbləğində məcburi iş buraxma müddəti üçün əmək haqqı və bununla bağlı məcburi dövlət ödənişləri aidiyyəti üzrə ödənilmişdir. İcra sənədi üzrə tələbin işəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi müddətli bağlanmış hesab edilməklə İddiaçı məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin İnsan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilsin hissəsinin icrası ilə bağlı qeyd edilir ki, xx.xx.2022-ci il tarixdə Milli Observatoriyanın yeni strukturunun təsdiq edilməsi ilə əlaqədar İddiaçı işlədiyi ştat vahidi ləğv edildiyindən, sonuncunun məhz ləğv edilmiş həmin ştat vahidinə bərpası mümkün olmamış, tələbkar xx.xx.2023-cü il tarixdə qurumun yerləşdiyi inzibati binaya dəvət olunaraq onunla görüş keçirilmiş və icra sənədinin icrası ilə əlaqədar ona əvvəlki işi ilə oxşar əmək şəraiti şərtlərinə malik vəzifə - Milli Observatoriyanın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin informasiya əlaqələndiricisi vəzifəsi təklif edilmiş, sonuncu isə təklifə müsbət yazılı münasibət bildirmiş, bununla bağlı müvafiq rəsmiləşdirmə işlərinə başlanılmış, tələbkarın müvafiq işə təyin olunması ilə bağlı ərizə ilə müraciət etmiş, ərizəsinə icra olunmasından ötrü qurumun rəhbəri tərəfindən müvafiq dərkənar verilmiş, əmək müqaviləsinin bağlanmasından ötrü tələbkarla bir-neçə dəfə telefon əlaqəsi saxlanılmış, daha sonra tələbkar votsap proqram təminatı vasitəsilə bir daha əmək müqaviləsinin bağlanmasından ötrü qurumun inzibati binasına dəvət olunmuşdur. Beləliklə, icra sənədinin icrası Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən tam təmin edilmiş, bununla bağlı bütün mümkün zəruri icra tədbirləri həyata keçirilmişdir. Mülki Prosessual Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Odur ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1732/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi tam icra olunduğundan onun izah edilməsinə yol verilmir. Eyni zamanda sözügedən qətnamənin nəticə hissəsində İddiaçı məhz müddətli əsasla işə bərpa olunması barədə tələbin ərizəçi tərəfindən yanlışlıq kimi qiymətləndirilməsi və bununla bağlı izah verilməsi ilə əlaqədar qeyd olunur ki, qətnaməyə izah verilməsi proseduru ilə qətnamədə mövcud olan yanlışlığın düzəldilməsinə yol verilmir. Həmçinin, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1732/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində iddiaçının məhz müddətli əsaslarla işə bərpa edilməsinin qət olunması yanlışlıq hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Belə ki, sözügedən məhkəmə qətnaməsində yalnız işəgötürənin İddiaçı işdən azad olunması ilə bağlı xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi qət edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinin və ya onun müddət müəyyən edən müddəasının etibarsız əqd hesab olunması qət olunmamışdır. Bununla da tərəflər arasındakı xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsi və onun müddət müəyyən edən müddəası qüvvədə olduğundan məhkəmə tərəfindən etibarsız hesab edilmədiyindən və tanındığından onun müddət müəyyən edən şərti əsasında işə bərpa olunan işçi ilə mövcud əmək münasibətlərinin davam etdirilməsinin qət olunması da qanunauyğun olmuşdur. Odur ki, burada hər hansı yanlışlıqdan söhbət gedə bilməzdi. Eyni zamanda qətnamədə yanlışlığın və ya açıq hesab səhvinin düzəldilməsi proseduru əsasında qətnamənin mahiyyətinin dəyişdirilməsinə, yeni tələbin təmin edilməsinə yol verilmir. Bununla yanaşı, hazırki vəziyyətdə isə məhkəməninin izah qərardadı ilə qeyd olunan münasibətlərin tənzimləməsi Ali Məhkəmənin Məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli Qərarının 14-cü bəndinə zidd olaraq qətnaməni izah etmək yolu ilə onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsi cəhdidir. Əvvəla Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Həmçinin həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Beləliklə, hətta işçinin işə bərpa olunması ilə bağlı olsa belə yeni əmək müqaviləsinin bağlanması, onun məzmununun və şərtlərinin, o cümlədən müddət şərtlərinin müəyyənləşdirilməsi tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Eyni zamanda, əmək qanunvericiliyinin normalarından görünür ki, məhkəmənin fərdi əmək mübahisələrinin həllində, habelə əmək hüquqlarının həyata keçirilməsindəki səlahiyyətləri perspektiv deyil, retrospektiv xarakter daşıyır. İddiaçının məcburi iş buraxma müddəti üzrə əmək haqqının hesablanması ilə bağlı ərizəsində göstərdiyi mülahizələrlə əlaqədar qeyd olunur ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş dəymiş zərərin məbləği dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Başqa sözlə, qətnamədə tələbkara məcbiri işburaxma müddəti üzrə əmək haqqının, yəni Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndində və qeyd hissəsində şərh edilmiş dəymiş zərər qismində məcburi işburaxma müddəti üçün əmək haqqının - işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqının ödənilməsini qət etmişdir. Orta əmək haqqının hesablanması qaydası isə Əmək Məcəlləsinin 177-ci maddəsində müəyyən edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 177-ci maddəsinin 1-ci hissəsinə əsasən orta əmək haqqı işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinn Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı müəyyən edilmişdir. Beləliklə, istinad olunan əmək qanunvericiliyi normaları işə bərpa olunan işçiyə məcburi işburaxma müddəti üzrə əmək haqqının hesablanmasının və ödənilməsinin xüsusi qaydasını müəyyən etmiş, bu zaman işçiyə işlədiyi dövrdə işəgötürən tərəfindən faktiki ödənilmiş məbləğlər üzrə hesablamaların aparılmasını və belə hesablamar nəticəsində müəyyən edilən orta əmək haqqının meyar kimi götürülməsini təsbir etmişdir. Müvafiq haqq-hesab sənədlərindən də göründüyü kimi İddiaçı Milli Observatoriyada işlədiyi xx.xx.2020-xx.xx.2020-ci illər üzrə hesablanmış orta əmək haqqı 600 manat olmuş və məcburi iş buraxma müddəti üzrə əmək haqqları da həmin məbləğ meyar götürülməklə ödənilmişdir. İddiaçı Milli Observatoriyada işlədiyi dövrdə aldığı faktiki əmək haqqı ilə razılaşmadığı təqdirdə bununla bağlı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir ki, bu da qanuni qüvvəyə minmiş məhkəmə qərarına izah verilməsinin predmeti ola bilməz. Ona görə də, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1732/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinin təmin olunmaması barədə qərardad qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-1732/2021 saylı qərardadına əsasən, İddiaçı ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1732\2021 saylı qətnaməsinə izah verilməsinə dair hissədə qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1732\2021 saylı qətnaməsinə aşağıdakı məzmunda izah verilmişdir: “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1732\2021 saylı qətnaməsinə əsasən, İddiaçı məcburi iş buraxma dövrü üçün ödənilməli olan məbləğin hesablanması müddəti onun işdən çıxarıldığı gündən işə bərpa olunduğu günə qədər olan dövrü əhatə edir.” Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-1732/2021 saylı qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi tərəfindən verilmiş şikayət məhkəmənin 29 fevral 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati sərəncamverici səlahiyyətlərə malik olur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1732/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli **********8 saylı əmrinin ləğv edilməsi, işəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin müddətli bağlanmış hesab edilməklə İddiaçı məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin İnsan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1732/2021 saylı qətnaməsindən daha sonra müəyyən olunur ki, İddiaçı “xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsinə, onunla bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməsinə, onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada insan resurslarının idarə olunması şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa olunmasına, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsinə dair iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib “işəgötürənin əmək qanunvericiliyi ilə müəyyən olunmuş şərtlərə əməl etmədən işçi ilə müddətsiz əmək müqaviləsi bağlamalı olduğu halda müddətli əmək müqaviləsi bağlamaqla, daha sonra özünün təşəbbüsü ilə bağlanmış müddətli əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verməklə iddiaçıya qarşı ayrı-seçkiliyə yolverilməsi qənatəinə gələrək iddia tələblərini tam həcmdə təmin etmiş, qətnmənin qət etdi hissəsində yanlışlığa yol verərək müddətsiz sözünü müddətli olaraq qeyd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-4354/2022 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1732\2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)- 54/2023 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli 2(103)-4354/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli 3-17-6/3-4-133/2023 saylı əmrindən müəyyən olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-54/2023 saylı qərarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın nizamnaməsinin 4.11.7-ci yarımbəndini rəhbər tutaraq Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli **********8 nömrəli əmri ləğv edilərək İnsan resuslarının idarə edilməsi şöbəsinə bu əmrdən irəli gələn məsələlərin həll edilməsi həvalə edilmişdir. Rabitəbank ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi tərəfindən İddiaçı hesabına 11696,75 manat keçirilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri E.Səfərliyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, işə bərpa olunmasına dair məhkəmə qərarının icrası ilə əlaqədar cavabdehin ona təklif etdiyi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin informasiya üzrə əlaqələndiricisi vəzifəsi təklifini, S.E. İbrahimova məcburi iş buraxma üzrə əmək haqqı tam müddət üzrə, yəni işə təyin olunacağı günə kimi ödənilməsi şərti ilə qəbul etməsini bildirmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri E.Səfərliyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada müvafiq işlə təmin edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri E.Səfərliyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, iş təklifi ilə tanış olmasını, lakin müraciəti ilə bağlı məhkəmənin qərarını gözləmək istədiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri E.Səfərlinin Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru B.Babayevə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-6/2-15\2024 saylı məktubundan müəyyən olunur ki, icra sənədi üzrə borclu İcra haqqında Azərbaycan Respublikası Qanununun 23.1.5, 23.2, 29.1, 70.4-cü maddələrinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1732\2021 saylı icra sənədini onu vermiş məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-1732/2021 saylı qərardadından müəyyən olunur ki, İddiaçı ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1732\2021 saylı qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılmasına dair hissəsində təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1732\2021 saylı qətnaməsinin nəticə hissəsinin üçüncü abzasının aşağıdakı kimi oxunması qərara alınmışdır: “İşəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilməklə İddiaçı məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin İnsan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilsin.” Göründüyü kimi araşdırma zamanı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1732/2021 saylı qətnaməsinin tam icra edilmədiyi müəyyən olduğundan, iddiaçı işə bərpa tələbi ilə məhkəməyə müraciət edərkən əmək haqqının məbləğini mübahisələndirmədiyi üçün bu tələbə məhkəmə tərəfindən baxılmadığından, məcburi iş buraxma dövrü üçün işçiyə ödənilməli olan zərərin məbləğinin düzgün hesablanmasına, yuxarıda istinad olunan maddi hüquq normalarına əsasən, nəzarət etmək vəzifəsinin məhkəmə aktını icra edən icra məmuruna aid olduğundan iddiaçının ərizəsinin qətnaməyə izah verilməsinə dair hissəsi qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1732\2021 saylı qətnaməsinə “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 1732\2021 saylı qətnaməsinə əsasən, İddiaçı məcburi iş buraxma dövrü üçün ödənilməli olan məbləğin hesablanması müddətinin onun işdən çıxarıldığı gündən işə bərpa olunduğu günə qədər olan dövrü əhatə etməsi məzmununda izah verərkən məhkəmə düzgün qənaətə gəlmiş, ona görə də şikayət təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin veridyi şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 1732/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Məmməd Məmmədov Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-2457/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2457/2024
19.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver