Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2459/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı (Əliyeva Hicran Əhməd qızı mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: mənzilin iki otağının boşaldılması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı (Əliyeva Hicran Əhməd qızı mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilin iki otağının boşaldılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-500/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırılma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM serialı, 201120 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 31 saylı evin, 58,78 kv m yaşayış sahəsindən ibarət 4 (dörd) otaqlı, 30 saylı mənzili Əliyeva Hicran Əhməd qızının adına rəsmiləşdirilmişdir. Bu barədə xx.xx.2004-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 30/17498 nömrə ilə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrdən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yerləşən 31 nömrəli binanın, 30 nömrəli mənzili paylı mülkiyyət hüququ üzrə İddiaçı ½ hissədə, Əliyeva Hicran Əhməd qızının ½ hissədə adlarına daşınmaz əmlakın dövlət reyestrində 911 nömrəli reyestr kitabının 84660 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2600/2009 nömrəli, xx.xx.2009cu il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh2, X6, X8, Cavabdeh3, X9, X7 ümumilikdə bir il müddətində ayda 300 manat kompensasiya (ümumilikdə 12 ay üçün 3.600 manat) verilməklə onların mübahisəli ünvan 1 ünvanına yaşayış və istifadə hüquqlarına xitam verilməsinə dair iddiası rədd edilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1720/2010 nömrəli, xx.xx.2010cu il tarixli qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilmiş, Bakı şəhəri, D.Bünyadzadə küçəsi, 31 saylı evin, 30 nömrəli mənzilinin açıq hərracdan satılması, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Əliyeva Hicran Əhməd qızı arasında onların hər birisinin ½ paylarına mütənasib surətdə bölüşdürülməsi, ekspertiza tədqiqatının 100 manat miqdarında dəyərinin İddiaçı alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3528/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilmiş, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 31 saylı evin, 30 saylı mənzilinə köçürülmüşdür.
6. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3528/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası zamanı digər paylı mülkiyyətçi Əliyeva Hicran Əhməd qızı, həmçinin mənzilə istifadə hüquqları olan şəxslər onun mənzilə köçürülməsinə etiraz etmir, lakin onun tələbinə uyğun olaraq giriş qapısından sağda yerləşən 1 otağın boşaldılmasına Cavabdeh1 və Cavabdeh3 etiraz edərək, mənzildə rəsmi qeydiyyatda olduqlarını və istifadə hüquqlarının olduğunu, onların otaqdan çıxarılması barədə məhkəmə qərarının olmadığını, giriş qapısından sağda yerləşən 2-ci otaqda iki azyaşlı uşağı ilə Cavabdeh2 yaşadığını qeyd etmişdilər. Mənzilin ½ hissəsinə mülkiyyət hüququ olan borclu Əliyeva Hicran Əhməd qızı isə qalan 2 otaqda qızı və oğlu ilə yerləşdiyini və yaşadığını göstərmişdir. Mənzilin giriş qapısından sağda yerləşən 2 otağın boşaldılaraq təhvil verilməməsi səbəbindən onun mənzilə köçməkdən imtina etdiyi və bununla bağlı onun iştirakı ilə aktın tərtib edildiyi onun nəzərinə çatdırılmışdır.
7. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru, habelə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3528/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbkar və borclu, habelə mənzildə yaşayan şəxslər tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akta əsasən icra məmuru X12 Rayon Məhkəməsinin 2(004)- 3528/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tələbkar İddiaçı Bakı şəhəri, Yasamal rayonu D. Bünyadzadə küçəsi 31 saylı evin 30 saylı mənzilinə köçürülməsini təmin etmək məqsədilə həmin ünvanda olmuşdur. Borclu H.Əliyeva tələbkarın mənzil köçürülməsinə etiraz etmədiyini bildirmiş, tələbkar mənzilin sol tərəfində yerləşən 2 otağa köçürülməsini istəmiş, tələbkarın həmin mənzildə qeydiyyatda olan oğlanları buna etirazını bildirərək, yaşadıqları otaqları boşaltmayacaqlarını, mübahisəli mənzildə qeydiyyatda olduqlarını, eyni zamanda tələbkarın tələb etdiyi otaqların boşaldılmasına dair məhkəmə qətnaməsi olmadığını bildirmişdirlər. O cümlədən tələbkarın sözügedən mənzilə köçürülməsinə etiraz etmədiklərini bildirmişdilər.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 31 saylı evin, 30 saylı mənzilin iki otağının Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2009-cu il tarixdən Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 31 saylı evin, 30 saylı dörd otaqlı mənzilin 50 %nin, yəni 1/2 hissəsinin mülkiyyətçisidir. Bu 14 il müddətində Əliyeva Hicran Əhməd qızının və oğlanlarının yaratdıqları maneələrə görə ona məxsus olan 2 otağa köçə bilməmişdir. Onun Bakı şəhəri Yasamal Rayon Məhkəməsində qaldırdığı mənzilə köçürülməsi tələbinə dair iddiası həmin məhkəmənin 2(004)-3518/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilmiş, onun Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 31 saylı evin, 30 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxaırlmışdır. xx.xx.2022-ci il tarixdə bu qətnamənin icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə qeyd edilən qətnamənin icrasını təmin etmək məqsədi ilə icra məmuru ilə birlikdə saat 11 radələrində mənzildə olmuşdular. Əliyeva Hicran həmin mənzilin sol tərəfində, 2 otaqda yerləşmişdir. Mənzilin sol tərəfində yerləşən 2 otağa onun köçməyinə Əliyeva Hicran heç bir narazıçılıq bildirməmişdir. Lakin həmin 2 otaqda yaşayan Əliyeva Hicranın oğlanları, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mənzildən icraçının qarşısına çıxmamışdır. Cavabdeh3 icraçı İsmayıl İsmayılova onların bu mənzildə qeydiyyatları olduğuna görə yaşamaq hüquqlarının olduğunu və 2 otağın boşaldılmasına dair məhkəmə qərarı olmadığına görə yaşadıqları otaqları boşaltmayacaqlarını və mənzildən çıxmayacaqlarını bildirmişlər. O, 2010-cı il tarixdə ikinci dəfə ailə qurmuşdur. Himayəsində 2012-ci il təvəllüdlü Əliyev Araz adlı övladı vardır. Məktəbin 4-cü sinifində təhsil alır. Amma Arazın yaxşı təhsil almaq üçün mənzil şəraiti yaxşı deyil. Kirayə evlərdə yaşadığına görə, oğlunun təhsil alması üçün ona əlverişli şərait yarada bilmir. Arazın da yaşamaq və təhsil almaq hüququ vardır. Onun payına düşən iki otağın Əliyeva Hicranın övladları tərəfindən zəbt edilməsi və boşaldılmaması səbəbindən o, həmin mənzilə köçə bilmir. Məhkəmə qərarı da icra olunmadan qalmışdır. İcra məmuru məcburiyyət qarşısında qaldığına görə akt yazmaqla kifayətlənmişdir.
10. Məhkəmənin təşəbbüsü ilə Əliyeva Hicran Əhməd qızı mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qimsində işə cəlb edilmişdir.
11. Cavabdeh2 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-871/08 nömrəli, 26 may 2008-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Əliyeva Hicran Əhməd qızı arasında bağlanmış 21 oktyabr 1966cı il tarixdə bağlanmış nikah pozulmuş və birgə nikah dövründə alınmış ünvan 4 ünvanında yerləşən 4 otaqlı mənzilin açıq hərracdan satılaraq həmin mənzilin satışından əldə olunan vəsaitin yarısının İddiaçı, qalan yarısının isə Əliyeva Hicran Əhməd qızına verilməsi qət edilmişdir. Sonradan həmin qətnamədən cavabdeh Əliyeva Hicran Əhməd qızının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3647/08 nömrəli, 04 noyabr 2008-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2008-ci il tarixli, 2(004)-871/08 saylı qətnaməsi qismən, mənzil üzrə payların müəyyən edilməsi və mənzilin açıq hərracdan satılaraq payların bölünməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin olunaraq, Bakı şəhəri, D.Bünyadzadə küçəsi, 31 saylı evin, 30 saylı mənzilinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə H.Əliyevanın mülkiyyət hüququnun tanınması və qeydiyyat hüququnun qeydə alınması qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X9, X7, X8 qarşı kompensassiya ödəməklə yaşayış və istifadə hüquqlarına xitam verilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında onların paylarının mütənasib sürətdə bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2600/2009 saylı, 01 sentyabr 2009-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, X9, Cavabdeh3, X8, ümumilikdə 3.600 manat verilməklə onların mübahisəli mənzilə yaşayış və istifadə hüquqlarına xitam verilməsinə dair iddiası rədd edilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 31 saylı evin, 30 nömrəli mənzilin cavabdeh Əliyeva Hicran Əhməd qızı arasında bərabər qaydada real bölünməsini tələb etmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası 27 may 2010-cu il tarixli rəy verərək, həmin mənzilin tərəflər arasında iki təcrid mənzil şəklində bölünməsini texniki cəhətdən mümkünsüzlüyünü qeyd etmişdir. Həmin rəy Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 dekabr 2010-cu il tarixli, 2(004)-1720(2010) saylı qətnaməsində qeyd olunmuşdur. Bununla belə, iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququnun yaranması həmin mənzilin cavabdeh Əliyeva Hicran Əhməd qızı ilə birgə nikah dövründə alınması olmuşdur. Halbuki, mənzilə görə 118.000.000 manat onun tərəfindən mənzilin ilkin mülkiyyətçisi X4 onun tərəfindən ödənilmiş və mənzili anası Əliyeva Hicran Əhməd qızının adına rəsmiləşdirmişdir. Mənzilin alqı-satqısı zamanı iddiaçı 12 saylı cəzaşəkmə müəssisəsində həbsdə olduğu səbəbindən bu əməliyyatda iştirak edə bilməzdi. Belə ki, iddiaçı 1999-cu ildə Bakı şəhər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. həbsdən azad olunduqdan sonra onlarla bir mənzildə yaşayan zaman iddiaçı ailəyə məxsus olan ailəvi “Dalğa” kooperativini (sonradan “Ceyhun” şəxsi kiçik müəsissəsi kimi yenidən qeydiyyatdan keçmişdir) 1.350.000 manat pula sataraq, mübahisəli mənzildən köçmüşdür. İddiaçının cavabdeh X13 qarşı müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1099/2010 saylı, 14 aprel 2010-cu il tarixli qətnaməsi). Həmin qətnamə ilə müəyyən edilmişdir ki, X23 oğlu tərəfindən “Ceyhun” şəxsi kiçik müəssisəsinin təsisçisinin həmin müəssisədəki 100% payı alıcı X11 mülkiyyətinə verilməsinə görə iddiaçıya münasibətdə alıcının 1.350.000 manatlıq öhdəliyi tamamilə icra olunmuşdur. Belə ki, müqaviləyə əsasən ona 138.500 manat pul vəsaiti nağd ödənilmiş, qalan məbləğin əvəzi olaraq, ona bir neçə mənzil və qeyri-yaşayış sahəsi verilmişdir. Nəticə etibarı ilə iddiaçı Əliyeva Hicran Əhməd qızı ilə birgə nikah dövründə əldə etdiyi “Ceyhun” şəxsi kiçik müəssisəsinin satışından Emil Tağıyevdən 1.377.500 manat dəyərində pul vəsaiti və daşınmaz əmlak almışdır. İddiaçı mübahisəli mənzilin 2 (iki) otağına ehtiyacı yoxdur, sadəcə övladlarının onun qeyri-qanuni və cinayət tərkibli əmrlərinə tabe olmadığı üçün bu vasitə ilə onlara (övladlarına) qarşı düşmənçilik mövqeyindən çıxış edərək, təzyiq nümayiş etdirir. O, alındığı tarixdən həmin mənzildə qeydiyyatdadır. 2010-cu ildə ailə həyatı qurmuş və hazırda həyat yoldaşı və 2 (iki) azyaşlı övladları ilə birlikdə həmin mənzildə yaşayır. Onlar da həmin mənzildə qeydiyyatdadırlar. Göstərilənlərə əsasən İddiaçı iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-500/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mənzilin iki otağının boşaldılmasına dair iddia tələbi rədd edilmişdir. (hakim X10)
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli mənzilin ½ hissəsinə paylı mülkiyyət hüququna malikdir. Paylı mülkiyyətçi kimi mülkiyyətçinin payı üzrə əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququ vardır. Lakin sözügedən mənzildən istifadə qaydaları və iddiaçıya mənzilin hansı hissəsində payın (otaq) məxsus olması dəqiq müəyyən olunmamışdır. İddiaçı məhz onun tələb etdiyi iki otaq ona təqdim edilmədiyindən, mənzilə köçməkdən imtina etmişdir. Cavabdehlərin etiraz ərizələrinin və icra məmuru tərəfindən tərtib edilən aktın məzmunundan da aydın olur ki, cavabdehlər iddiaçının mənzilə köçürülməsinə etiraz etmirlər. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçıya mübahisəli mənzilin hansı otaqlarının məxsus olması və mənzildən istifadə qaydaları dəqiq müəyyən edilmədiyindən Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 31 saylı evin, 30 saylı mənzilinin iki otağının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən boşaldılması barədə iddia tələbi təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 60-cı, “İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”nin 8-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1-ci, 152.1-ci, 152.5-ci, 157.2-ci, 157.4-cü, 213-cü, 215ci, 228-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə qətnaməsi ilə tərəflər arasında pay müəyyən olunmuşdur. Həmin qətnamənin icrası zamanı tərəflər razılığa gəlmişlər ki, mənzil 4 otaq olduğundan həmin mənzilin 2 otağı Hicran Əliyevaya, digər iki otaq isə ona məxsusdur. Mənzilin ona məxsus olan 2 otağının ona verilməsinə cavabdehlər maneəçilik törətdiyi üçün sözügedən otaqlara o, yeni ailəsi ilə birlikdə köçüb yaşaya bilmir. Bu hal cavabdehlərin etiraz ərizələrində də öz əksini tapmışdır. Məhkəmənin subyektiv hüquqla bağlı yanaşmasını da düzgün hesab etmir. Belə ki, onunı mülkiyyətçi kimi həmin mənzilə dair öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını icra edə bilmir. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş həddə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkəti edə bilər. Bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı, eyni zamanda bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. O, da qanunvericiliklə ona verilmiş bu hüquqdan istifadə edərək, onun sözügedən mənzilin 2 otağına köçürülməsinə maneə olan şəxslərin həmin otaqlardan çıxarılmasını tələb edir. Əgər məhkəmə onun iddia ərizəsini məhz qətnamədə qeyd etdiyi kimi payın müəyyən edilməməsi kimi nəzərə alaraq rədd etmişdirsə, belə çıxır ki, hakim maddi hüquq normaları pozmaqla qətnamə qəbul etmişdir. Çünki o, mübahisəli mənzil üzərindəki mülkiyyət hüququnun ona verdiyi imkandan istifadə edərək cavabdehlərin qeyd edilən yaşayış sahəsindən çıxarılmasını və boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur. İddia tələbi onun tərəfindən kifayət qədər əsaslandırılsa da məhkəmə işə səthi yanaşaraq və ya formal xarakterli əsaslandırma ilə iddianı rədd etmişdir. Məhkəmə iddiaya baxarkən cavabdehlərin sözügedən mənzildə ona aid otağın boşaldılması tələbi üzrə mülkiyyət hüququ olan iddiaçının hüquqları və ona aid otaqdan istifadə edə bilməməsini nəzərə almamış, lakin heç bir mülkiyyət hüququ olmayan şəxsin maraqlarını qoruyaraq iddiaçının hüquqlarını pozmuşdur. İş üzrə cavabdehlərin etiraz etməsi məhkəmə üçün əsas hesab edildiyi halda, iddiaçının paylı mülkiyyətçi olması və sözügedən mənzildə iddiaçının yaşadığı otağın icra sənədləri üzrə iddiaçıya verilməsi barədə rəsmi sənədlər məhkəməyə təqdim edilsə də məhkəmə həmin halları nəzərə almamış və nəticədə yanlış qənaətə gələrək iddianı təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin mənzmununa uyğun izahat verərək, təmin edilməsini, iş üzrə birinici instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
20. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əliyeva Hicran Əhməd qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər; 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər; 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası işin materiallarına, habelə apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, mübahisə predmetini təşkil edən Bakı şəhəri, Yasamal rayonu D.Bünyadzadə küçəsi, 31 saylı evin, 30 saylı mənzili ilk olaraq üçüncü şəxs Əliyeva Hicran Əhməd qızının mülkiyyətində olmuş, onun mənzilə dair mülkiyyət hüququ xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı xx.xx.2009-cu il tarixdə həmin mənzilin 1\2 hissəsinə mülkiyyət hüququ əldə etmiş və qeyd edilən tarixdə onun bu hüququ dövlət qeydiyyatına alınmışdır. Hazırda mənzil iddiaçı (1/2) ilə üçüncü şəxs Əliyeva Hicran Əhməd qızının (1/2) paylı mülkiyyətindədir. Cavabdehlər iddiaçının övladlarıdır. Hazırda həmin mənzildə yaşayırlar. İddiaçı baqşa yaşayış yerinin olmamasını və mənzilin ½ hissəsinin mülkiyyətçisi olmasını əsas gətirərək, mənzilin hazırda cavabdehlərin yaşadığı iki otağının onlar tərəfindən boşaldılmasını tələb edir.
30. Qeyd olunmalıdır ki, iddiaçı, mənzilin paylı mülkiyyətçisi olaraq mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Mənzilə münasibətdə eyni hüquqlara mənzilin digər mülkiyyətçisi üçüncü şəxs Əliyeva Hicran Əhməd qızı da malikdir. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ da vermişdir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. İddiaçının isə mübahisəli mənzilin ½ hissəsinə payı tanınsa da, onun sözügedən mənzilin iki otağına köçməsi üçün əmlakın naturada bölgüsü aparılmamış, iddiaçının mənzilin hansı hissəsində payın (otaq) məxsus olması dəqiq müəyyən olunmamışdır.
31. Digər tərəfdən cavabdehlər uzun illərdir, hətta müddət etibarı ilə iddiaçının mənzilin paylı mülkiyyətçisinə çevrilən vaxtdan əvvəl həmin mənzildə yaşayır və onların mənzildən istifadə hüquqları yaranmışdır. Onlar bügündə həmin mənzildə yaşamağa davam edirlər bu da onların hazırda da mənzildən istifadə hüquqlarının olmasını təsdiq edir. Mənzildən istifadə hüququ olan şəxslər olaraq cavabdehlər hətta mülkiyyətçidən həmin mənzilə olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Cavabdehlər də mövcud olan istifadə hüquqlarına əsaslanaraq, iddiaçının tələb etdiyi 2 otağı boşaldıb ona təhvil verilməsinə etiraz edirlər. Nəzərə alınmalıdır ki, mənzildən istifadə qaydaları da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Hazırda mənzildə yaşayan şəxslər öz aralarında olan razılığa əsasən mənzilin otaqlarını tutmuşdular və istifadə edirlər. Bununla belə, hazırki vəziyyətdə payına uyğun olaraq mənzilin hansı hissəsinin, o cümlədən otaqların iddiaçının mülkiyyətində olması dəqiq müəyyən edilməmişdir.
32. Məhkəmə kollegiyası o halı da vurğulayır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(004)-3528/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Lakin həmin qətnamə üzrə verilmiş icra sənədinin icrası zamanı mənzildə yaşayan şəxslər iddiaçının mənzilə köçürülməsinə ümumilikdə etiraz etməsələr də, cavabdehlər onun tələb etdiyi (mənzilin giriş qapısından sağda yerləşən) 2 otağın boşaldılaraq, ona təhvil verilməsindən imtina etdiklərindən iddiaçı mənzilə köçməkdən imtina etmişdir. Hüquqi nəticə etibarı ilə iddiaçı icra sənədinin icrası zamanı tələb etdiklərini hazırda ayrıca iddia üzrə tələb qismində cavabdehlərə qarşı irəli sürmüşdür.
33. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-500/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.