Məhkəmə qərarları › İş №2(103)-2460/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2460/2023

18.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2460/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : ("əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi”) hakimlər X8 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-305/2023 saylı işi üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı xidməti ilə onun arasında bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli 213 saylı əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunması və xx.xx.2022-ci il tarixdən hazırkı vaxta kimi məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının tam şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-305/2023 saylı işi üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ, Vİİİ hissələrinə; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5, 10, 70, 71, 72, 80.1, 186.2, 292.2; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 220.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində əmək vəzifələrini kobud şəkildə pozmuş və bununla da işəgötürənin qanuni mənafeyinə ciddi ziyan dəymişdir. İddiaçı meşə fondunun qorunub saxlanılmasına, meşələrin mühafizə edilməsinə dair öhdəliyini düzgün şəkildə yerinə yetirməmiş, yoxlamaları vaxtı-vaxtında aparmamışdır. Nəticədə, təhvil-qəbul yoxlaması aparılarkən iddiaçının meşəbəyi olduğu Lerik rayonu Lerik meşəbəyliyi üzrə 139,1 m3 həcmində 16777,3 manat dəyərində 59 ədəd ağacın qanunsuz kəsildiyi aşkar edilərək aktlaşdırılmışdır. Həmçinin Lerik meşəbəyliyində 52.5 ha əkinin batdığı müəyyən edilmişdir. İddiaçı həmin pozuntuların onun tərəfindən aşkar edilərək aktlaşdırıldığını qeyd etsə də, özü də izahatında ağacların özbaşına kəsilməsi hallarının 2021-ci ilin dekabr ayında baş verdiyi bildirmişdir. Halbuki, özbaşına qırıntı halları onun tərəfindən 2022-ci ilin yanvar ayının sonunda və fevral ayının əvvəllərində təhvil-qəbul işləri ilə əlaqədar aparılan yoxlama nəticəsində aşkar edilmişdir. Həmin dövrə qədər də 139,1 m3 həcmində 16777,3 manat dəyərində 59 ədəd ağac qanunsuz olaraq kəsilmişdir. Məhkəmə araşdırması zamanı həm də, əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmış, həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılığı alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmışdır.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - İddiaçı Ağali oğluna aid əmək kitabçasının surətinə əsasən, xx.xx.2021-ci il tarixdə Əsədov X21 və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X37 X13 meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin edilmişdir; - Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 27 may 2022-ci il tarixli 213/Ü nömərli əmrinə əsasən, təhvil qəbul yoxlamasında 205,7 m3 həcmində 9764,3 manat nırx və ziyan dəyərində 254 ədəd, həmin müddətdə aparılan digər yoxlamalarda isə 471,2 m3 həcmində 94128,9 manat nırx və ziyan dəyərində 266 ədəd ümumilikdə 676,9 m3 həcmində 103893,2 manat nırx və ziyan dəyərində 520 ədəd ağacın qanunsuz kəsildiyi aşkar edilərək aktlaşdırılmışdır. O cümlədən, Lerik rayonu Lerik meşəbəyliyi üzrə 139,1 m3 həcmində 16777,3 manat dəyərində 59 ədəd (meşəbəyi İddiaçı) ağacın qanunsuz kəsildiyi aşkar edilərək aktlaşdırılmışdır. Mərkəz üzrə dövriyyədə olan 659.9 ha əkinə baxış keçirilmiş və Lerik meşəbəyliyində 52.5 ha əkinin batdığı müəyyən edilmişdir. Əmək funksiyasını və öhdəliklərini yerinə yetirmədiyinə görə X37 X13 meşəbəyliyinin meşəbəyi İddiaçı Ağali oğlu ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışının surətinə əsasən, X37 X13 rayronu üzrə Lerik meşəbəyliyinin 15 saylı meşə dolayında 11-13 yanvar 2022-ci il tarixdə aparılmış yoxlamaya dair tərtib olunmuş akt üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə başlanmış ********* saylı cinayət işinin hazırki istintaq mərhələsində müəyyən edilmişdir ki, Lerik meşəbəyliyin 15 saylı meşə dolayısında yuxarıda göstərilən tarixdə aparılmış yoxlamada naməlum şəxslər tərəfindən 2021-ci ilin noyabr-dekabr aylarında qanunsuz kəsilməsi aşkar olunaraq qeydə alınmış ağaclardan bir neçə ədədi həmin meşə sahəsinə yaxın məsafədə yerləşən, Lerik rayonunun Zardonu kəndində yaşayan həmin kənd sakini X1 Regional Meşə Təsərrüfatı mərkəzinin əməkdaşlarından gizli və qanunsuz kəsərək işlik hissələrini emal etməklə meşə sahəsindən atla daşıyıb aparılması halları meşəbəyi və meşə gözətçisinin səyi və ifadələri əsasında sübuta yetirilmiş, digər ağacların kimlər tərəfindən qanunsuz kəsilməsinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir. Cinayət işinin istintaqı zamanı Meşəbəyi İddiaçı və meşə gözətçisi Nail Şahbazovun vətəndaşlarla, yəni ağacları qanunsuz kəsimiş şəxslərlə əlbirliyi sübuta yetirilməmişdir; - X37 Təsərrüfatı Mərkəzinin işçiləri ilə bağlı keçirilmiş Meşələrin İnkişafı Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin iclasının 25 may 2022-ci il tarixli protokolun əsasında qərara alınmışdır ki, Lerik üzrə meşəbəyliyinin meşəbəyisi İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "ç” bəndinə əsasən ləğv edilməsi tövsiyə edilmişdir. Əsədov X17 iclasında iştirak etmiş və çıxışında bildirmişdir ki, meşəbəyliyini 2021-ci ilin fevral ayında təhvil almışdır. 2015-2016-cı illərdən qalan 33 ha ərazinin ona təhvil verilməmişdir. Meşəbəyiliyin ümumi sahəsi 52 ha təşkil edir. 19 hektar əkin sahəsi onun fəaliyyəti dövründə batmışdır. Bu əkin sahələrinin batma səbəbini əlverişsiz hava şəraiti, eləcə də relyefin dağlıq olması ilə əlaqələlidir; - İddiaçı xx.xx.2022-ci il tarixli izahatında qeyd olunur ki, rəhbərlik etdiyi meşəbəylikdə aşkar edilmiş qanunsuz qırıntılar və tərtib edilmiş akt inzibati orqanlara göndərilmiş, inzibati orqan tərəfindən araşdrıma aparılmış və təqsirkarlar müəyyən edilmişdir. Batmış meşə əkinləri barəsində bildirmişdir ki, o meşəbəyli 02 aprel 2021-ci ildə təhvil götürən zaman dövriyyədə olan meşə əkinlərindən 2015-ci və 2016-cı illərdə meşə əkinləri ona təhvil verilməmiş, 2017-ci ildən 2021-ci ilə qədər meşə əkinlərinin vəziyyəti 16%- dən aşağı olduğundan o əkin sahələrində doldurma işləri aparmışdır; - Lerik meşəbəyliyinin 14 saylı meşə dolayısında yoxlama aparılarkən Lerik meşəbəyliyinin meşəbəyisi İddiaçı Ağəli oğlu, meşəbəyliyin qonşu 6 saylı meşə dolayı gözətçisi Zamanov Əmirağa və meşəbəyliyin qonşu 14 saylı meşə dolayı gözətçisi X14 tərəfindən tərtib edilmiş 29 dekabr 2021-ci il tarixli aktın surətinə əsasən, 14 saylı meşə dolayı gözətçisi X6 verdiyi şiafahi məlumat əsasında 14 saylı meşə dolayında yoxlama aparılmışdır. Yoxlama zamanı ağcaqayın cinsindən olan 36 sm diametrində 2 ədəd işlik, 40 sm diametrində 1 ədəd işlik, 44 sm diametrində 3 ədəd işlik, 48 sm diametrində 3 ədəd işlik, 52 sm diametrində 1 ədəd işlik, ağcaqayın cinsindən olan 10 ədəd, fısdıq cinsindən 48 sm diametrində 1 ədəd odunluq, vələs cinsindən 36 sm diametrində 2 ədəd odunluq, 10 sm diametrində 1 ədəd odunluq, 60 sm diametrində 1 ədəd odunluq, vələs cinsində cəmi 4 ədəd olmaqla cəmi 15 ədəd kök üstə yaş ağaclar kəsilib, meşə sahəsindən aparılmışdır. Qanunsuz kəsilib aparılmış ağacların dib kötükləri meşəbəyiyə məxsus N-103 nömrəli damğa ilə damğalamışlar. Akta həcm və qiymət cədvəli əlavə olunanda ağacların dib kötükləri döş hündürlüyünə qaldırılıb hesablanmışdır; - Həcm qiymət cədvəlinə əsasən kəsilmiş ağacların nırx dəyəri 901,232 manat müəyyən edilmişdir; - Lerik meşəbəyliyinin 5 saylı meşə dolayısında yoxlama aparılarkən Lerik meşəbəyliyinin meşəbəyisi İddiaçı Ağəli oğlu, meşəbəyliyin qonşu 6 saylı meşə dolayı gözətçisi Zamanov Əmirağa və meşəbəyliyin qonşu 5 saylı meşə dolayı gözətçisi Salmanov Qəhrəman, Lerik rayonun Cəgəmiran kənd sakini Qafarov Raqib Hicran oğlu, Lerik rayonun Cəgəmiran kənd sakini X5 iştirakı ilə tərtib edilmiş 03 fevral 2022-ci il tarixli aktın surətinə əsasən 5 saylı meşə dolayı gözətçisi Salmanov Qəhrəmanın mərkəzə verdiyi xx.xx.2022-ci il tarixli məlumatı yerində yoxlamaq məqsədi ilə 5 saylı meşə dolayısının 57 saylı kvartalında olmuşlar. Araşdrıma zamanı məlum olmuşdur ki, Lerik rayonun Cəgəmiran kənd sakinləri Qafarov Rafiq və Mirzəyev Fikrət əllərində heç bir meşə buraxılış orderi olmadan qanunsuz olaraq palıd cinsindən 68 sm diametrində 1 ədəd, 72 sm diametrində 1 ədəd və 100 sm diametrində 1 ədəd, cəmi 3 ədəd kök üstə yaş odunluq ağaclar kəsilib, yerində saxlanmışdır. 5 saylı meşə dolayı gözətçisi Salmanov Qəhrəman vətəndaş Qafarov Raqib Hicran oğluna telefonla zəng edərək meşə sahəsinə dəvət etmişdir. O, iştirakdan imtina etmişdir. Kəsilmiş ağacların dib kötükləri meşəbəyiyə məxsus N-103 nömrəli damğa ilə damğalamışlar. Kəsilib yerdə qalan 12,36 kubmetr oduncağın qorunması 5 saylı meşə dolayı gözətçisi Salmanov Qəhrəmana təhvil verilmişdir; - Həcm qiymət cədvəlinə əsasən, 12,36 kubmetr odunun nırx dəyəri 61,07 manat müəyyən edilmişdir; - Lerik meşəbəyliyinin 15 saylı meşə dolayısında yoxlama aparılarkən Lerik meşəbəyliyinin meşəbəyisi İddiaçı Ağəli oğlu, meşəbəyliyin qonşu 6 saylı meşə dolayı gözətçisi Zamanov Əmirağa və meşəbəyliyin qonşu 14 saylı meşə dolayı gözətçisi Sərxanov Ramin, Lerik meşəbəyliyinin 15 saylı meşə dolayı gözətçisi Şahbazov Nail, Lerik rayonun Almu kənd sakini X15 iştirakı ilə tərtib edilmiş 01 fevral 2022-ci il tarixli aktın surətinə əsasən 15 saylı meşə dolayı gözətçisi X25 mərkəzə verdiyi xx.xx.2022-ci il tarixli məlumatı yerində yoxlamaq məqsədi ilə Lolayev 13 saylı kvartalında olmuşlar. Araşdrıma zamanı məlum olmuşdur ki, Alma kənd sakini X27 əlində heç bir meşə buraxılış orderi olmadan qanunsuz olaraq nəhəng ağcaqayın cinsindən 64 sm diametrində 1 ədəd işlik, qızılağac cinsindən 88 sm diametrində 1 ədəd işlik, cəmi 2 ədəd kök üstə yaş işlik ağaclarını kəsib istilik mişarı ilə inşaat xarakterli materiallar hazırlamış, at vasitəsi ilə meşə sahəsindən aparmışdır. X18 meşə sahəsinə gələrək onlarla iştirak edilməsi xahiş edilsə də, vətəndaş meşə sahəisnə gəlməkdən imtina etmişdir. Kəsilmiş ağacların dib kötükləri meşəbəyiyə məxsus N-103 nömrəli damğa ilə damğalamışlar; - 31 yanvar 2022-ci il və 04 fevral 2022-ci il tarixlərində Lerik meşəbəyliyinin 15 saylı meşə dolayısında, 31 yanvar 2022ci il tarixində Lerik meşəbəyliyinin 14 saylı meşə dolayısında, 2021-ci ilin sentyabr ayında Lerik meşəbəyliyinin 5 a saylı meşə dolayısında, 04 fevral 2022-ci il tarixdə Lerik meşəbəyliyinin 1 a saylı meşə dolayısında araşdırma aparılmış və qanunsuz olaraq ağac kəsilməsi halları aşkar edilərək aktlaşdırımışdır; - Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X37 Təsərrüfatı Mərkəzinin 06 iyun 2022-ci il tarixli 142/Ü nömrəli əmrinə əsasən, mərkəzin ziyanvericilər və xəstəliklər üzrə baş mütəxəssisi X28 əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən töhmət verilməsi əmr edilmişdir; - Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X37 Təsərrüfatı Mərkəzinin 01 avqust 2022-ci il tarixli 182/K nömrəli əmrinə əsasən, mərkəzin əkin üzrə baş mühəndisi X9 əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissədinin a bəndinə əsasən töhmət verilməsi əmr edilmişdir; - Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X37 Təsərrüfatı Mərkəzinin 03 iyun 2022-ci il tarixli 139/K nömrəli əmrinə əsasən, Lerik meşəbəyliyi üzrə 15 saylı meşə dolay gözətçisi X29 əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən töhmət verilməsi, Razvandoband meşəbəyliyi üzrə 19 saylı meşə dolay gözətçisi X10 əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən şiddətli töhmət verilməsi, Lerik meşəbəyliyi üzrə 5 saylı meşə dolay gözətçisi X3 əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən töhmət verilməsi, Razvandoband meşəbəyliyi üzrə 17 saylı meşə dolay gözətçisi X7 əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissədinin a bəndinə əsasən töhmət verilməsi, Gürdəsər meşəbəyliyi üzrə 23 saylı meşə dolay gözətçisi X11 əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq xəbərdarlıq edilməsi əmr edilmişdir(iş səh. 5- 8, 23, 28, 42, 45, 78, 79, 81, 85, 96,99, 63, 64). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il, 2(004)-305/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə İnsan Hüquqlarının müdafiəsi haqqında Konvensiyanın 6; Azərbaycan Respublikası Konstitusiyasının 35; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 186; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, X38 Akademiyasını bitirməklə ali təhsilldir. Himayəsində iki azyaşlı uşağı vardır. 2010-cu ildən etibarən X39 və X2 meşəbəyliyinin meşabəyisi vəzifəsində işləmiş, 2018-ci ildə X40 Təsərrüfatı Mərkəzi yaradıldıqdan sonrakı dövrdə də işinə davam etmişdir. Ailə vəziyyəti ilə bağlı olaraq işinə bir il fasilə verdikdən sonra yenidən işinə bərpa olunmuşdur. 2021-ci ilin fevral ayından isə Lənkəran RMTM-nin Lerik meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzinda heç vaxt intizam tənbehi almamış, əksinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və X37 Təsərrüfatı Mərkəzinin rəhbərliyi tərəfindən dəfələrlə pul mükafatı ilə mükafatlandırılmışdır(Lənkəran RMTM-nin 16 fevral 2023-cü il tarixli arayışını şikayətinə əlavə edir). Meşəbəyi işlədiyi dövr ərzində üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, barəsində hər hansı təqsirləndirici material, yaxud cinayət işi olmamışdır. Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin 27 may 2022-ci il tarixli, 213/Ü saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur. Məhkəmə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edərkən əmək qanunvericiliyinin, o cümlədən bu sahədə mövcud olan beynəlxalq normativ hüquqi aktların tələblərini, xüsusən də Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində nəzərdə tutulmuş əmək hüquqlarını kobud surətdə pozmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilir: iddiaçı meşə fondunun qorunub saxlanılmasına, meşələrin mühafizə edilməsinə dair öhdəliyini düzgün şəkildə yerinə yetirməmiş, yoxlamaları vaxtlı-vaxtında aparmamışdır. Nəticədə təhvil-qəbul yoxlaması aparılarkən iddiaçının meşəbəyisi olduğu Lerik rayonu, Lerik meşəbəyliyi üzrə 139,1 kub metr həcmində, 16777,3 manat dəyərində 59 ədəd ağacın qanunsuz kəsildiyi aşkar edilərək aktlaşdırılmışdır. Həmçinin Lerik meşəbəyliyində 52,5 ha əkinin batdığı müəyyən edilmişdir. İddiaçı həmin pozuntuların onun tərəfindən aşkar edilərək aktlaşdırıldığını qeyd etsə də, özü də izahatında ağacların özbaşına kəsilməsi hallarının 2021-ci ilin dekabr ayında baş verdiyini bildirmişdir. Halbuki, özbaşına qırıntı halları onun tərəfindən 2022-ci ilin yanvar ayının sonunda və fevral ayının əvvəllərində təhvil-qəbul işləri ilə əlaqədar aparılan yoxlama nəticəsində aşkar edilmişdir. Həmin dövrə qədər də 139,1 kub metr həcmində, 16777,3 manat dəyərində 59 ədəd ağac qanunsuz olaraq kəsilmişdir». Bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 07 aprel 2006-cı il tarixli, 171/Ü nömrəli Əmri ilə təsdiq edilmiş «Meşələrin qanunsuz qırıntılardan və digər meşə pozuntularından mühafizəsinin vəziyyətinə operativ nəzarətin təşkili barədə» Təlimatın «Meşə dolayılarına operativ nəzarət» bölümündə qeyd olunmuşdur; «Operativ nəzarət hər bir dolayıda 2 ayda 1 dəfədən az olmayaraq ərazinin tam yoxlanılması ilə həyata keçirilir. Operativ nəzarət biləvasitə meşəbəyi köməkçisi və ya meşə ustası tərəfindən həyata keçirilir». Qeyd etmək istəyir ki, o, X37 X13 meşəbəyliyinin meşəbəyisi vəzifəsinə 19 fevral 2021-ci il tarixdə təyin olunmuş və meşəbəyliyin ona tam təhvil verilməsi 12 aprel 2021-ci il tarixdə başa çatmışdır. 19 fevral 2021-ci il tarixinədək Lerik meşəbəyliyinin meşəbəyisi vəzifəsində X19 işləmiş və meşəbəylik ondan təhvil verilmişdir. Bir müddət sonra isə Əyyar Qurbanov ona müavin təyin olunmuşdur. Yuxarıda qeyd olunmuş Təlimatın tələblərinə görə meşəbəylikdə operativ nəzarət hər 2 aydan 1 dəfədən az olmayaraq, meşəbəyi köməkçisi Əyyar Qurbanov tərəfindən aparılmalı idi. Bununla belə, qətnamədə göstərilir ki, guya o, işlədiyi meşəbəylikdə yoxlamaları vaxtlı-vaxtında aparmamışdır. 2022-ci ilin aprel ayında meşəbəyilikdə apardığı yaz yoxlamasına dair aktların surətlərini 12 vərəq olmaqla apellyasiya şikayətinə əlavə edir. Cavabdehin məhkəmədə verdiyi izahatından da göründüyü kimi, kadr tələbatının komplektləşdirilməsi məqsədi ilə aparılan islahatlarda meşəbəyi köməkçisi ştat vahidi ixtisar olunduğu üçün Lerik meşəbəyliyinin meşəbəyi köməkçisi X19 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu fakt əməkdaşlar barəsində intizam tənbehi tətbiq olunarkən nəzərə alınmışdır. Yəni, Əyyar Qurbanov barəsində heç bir intizam tənbehi görülməmişdir. Bununla belə o, qanunsuz olaraq işdən çıxarıldıqdan sonrakı dövrdə E və TSN-nin Meşələrin İnkişafı Xidmətinin rəhbərliyi tərəfindən X45 meşəbəyliyinin meşəbəyisi vəzifəsinə təyin edilmiş barəsində hər hansı intizam tənbehi tətbiq olunmamışdır. İşlədikləri Lerik meşəbəyliyində qanunsuz qırıntılar aşkar olunsa da, bu qırıntıların çox hissəsini özü aşkar edərək rəsmiləşdirmişdir. Hansı ki, həmin qırıntıların vaxtında aşkar edilməsi meşəbəyi köməkçisinin funksional vəzifələrinə aiddir. Belə ki, yuxarıda göstərilən Təlimatın «Meşə dolayılarının təftişi» bölümündə qeyd olunmuşdur; «Meşə dolayılarının təftişi növbəti, növbədən kənar, nəzarəti və qəfləti olaraq həyata keçirilir. Növbəti təftiş 1 ildə iki dəfə aparılır: a)yaz təftişi - mayın 1-nə qədər; b) payız təftişi - noyabr ayının 1-nə qədər aparılır. Növbəti təftişlər meşəbəyi, meşəbəyi köməkçisi və direktorun sərəncamı ilə meşə mühafizə xidmətinin digər işçiləri tərəfindən həyata keçirilir». Hal-hazırda da qüvvədə olan həmin Təlimatın tələblərindən göründüyü kimi o, meşəbəyi olaraq işlədiyi meşəbəylikdə ildə yalnız 2 dəfə, yəni yaz və payız yoxlaması aparmalı olmuşdur. Apellyasiya şikayətinə əlavə etdiyi 12 vərəqdən ibarət aktların surətlərindən də görünür ki, 2022-ci ilin yaz dövründə Lerik meşəbəyliyinin ayrı-ayrı dolayılarında növbəti təftişlər aparmış, bundan əvvəl isə 2021-ci ilin noyabr ayının 1-dək iştədiyi meşəbəyliyin bütün ərazisində payız yoxlaması apararaq müvafiq aktlar tərtib etmişdir. Bundan başqa, iddia tələbinin rədd edilməsinin əsası kimi qəbul olunmuş qətnamədə Lerik meşəbəyliyində 52,5 ha əkinin batdığının müəyyən edildiyi göstərilmişdir. Bu arqument də tamamilə əsasızdır. Belə ki, o, Lerik meşəbəyliyinə meşəbəyi təyin olunduqdan sonra təhvil-qəbul yoxlaması aparıldı. Yoxlamanın nəticəsi üzrə tərtib olunmuş 12 aprel 2021-ci il tarixli aktdan görünür ki, həmin yoxlama zamanı Lerik meşəbəyliyinin müxtəlif dolayılarının ərazisindəki mədəni əkinlərin çox hissəsinin, yəni 29 hanın 25 % və ondan aşağı, 22,5 ha-nın isə 25 % və ondan yuxarı vəziyyətdə olduğu aşkar edilmişdir. Mövcud meşə qanunvericiliyinə əsasən meşə əkinləri 25 % və ondan aşağı olduqda həmin əkinlər batmış hesab edilir. Yəni meşəbəyliyi təhvil alarkən mövcud olan meşə əkinlərinin çox hissəsi batmış vəziyyətdə olmuşdur. Eləcə də müəssisə rəhbərliyinin dəyişdirilməsi ilə əlaqədar olaraq Lerik meşəbəyliyində aparılmış yoxlamanın nəticəsi üzrə tərtib olunmuş 11 aprel 2022-ci il tarixli aktdan da görünür ki, meşəbəylikdə mövcud olan mədəni əkinlərin yalnız 19,5 ha-nın batmış halda olduğu aşkar edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə və məhkəmə qətnaməsində göstərilmiş 59 ədəd müxtəlif cins və diametrlərdə olan ağaclardan 35 ədədini özü aşkar etmişdir. Digər 24 ədəd ağac isə müəssisənin əməkdaşları tərəfindən aparılmış yoxlamalar zamanı aşkar edilib aktlaşdırılmışdır. Eləcə də tərəfindən aşkar olunmuş qanunsuz qırıntılarla bağlı toplanmış bütün materiallar prokurorluğa göndərilmiş və Lerik RPİ-nin İstintaq qrupunda iki cinayət işi başlanaraq istintaq aparılmışdır. Aparılmış hər iki cinayət işinin ibtidai istintaqı zamanı tərəfindən qanun pozuntusuna yol verildiyi müəyyən edilməmişdir. İstintaq orqanının ona təqdim etdiyi 05 iyul 2022-ci il və 22 avqust 2022-ci il tarixli qərarlardan görünür ki, tərtib etdiyi aktlar əsasında Lerik rayon sakinləri X20 və X4 meşəbəyliyinin 15 saylı meşə dolayında müxtəlif cins və diametrlərdə 24 ədəd ağacı qanunsuz kəsərək meşə sahəsindən aparmaqla dövlət mənafeyinə xeyli miqdarda ziyan vurmuşlar. Həmin qərarların surətlərini apellyasiya şikayətinə əlavə edərək elektron kabinet vasitəsilə göndərmək mümkün olmadığından sonradan ayrıca təqdim edəcəkdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixili qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən (X12 və yaxud digər aidiyyəti müəssisədən) mütəxəssis cəlb edilməklə, Azərbaycan Respublikası Auditorlar Palatasının ekspertlərinə (auditorlarına) həvalə edilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2023-cü il tarixli məktubu ilə müvafiq rəyin verilməsindən imtina edilmişdir. Məktubda qeyd edilmişdir ki, daxil olmuş sənədlər (məhkəmə aktları) ilə tanış olduqdan sonra 2(103)-2460/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadın icrası üçün əlavə sənədlərin və materialların öyrənilərək qiymətləndirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən tədqiqat obyektləri olan iş materialları və zəruri sənədlərinin təqdim edilməsi üçün vəsatət verilmişdir. Lakin tərəf tələb edilən sənədləri tam təqdim etməmiş, bir neçə izahatın oxunmayan surəti və əmək müqaviləsinin surətlərini təqdim etməklə kifayətlənmişdir. Tam maddi məsuliyyət müqaviləsi, vəzifə təlimatı, işə qəbul, işdən azad zamanı rəsmiləşdirilmiş iş və vəzifələrin qəbulu, təhvil təslim aktları, işdən azad edilərkən iş və vəzifələrin təhvili sənədləri və digər ziyan dəymə ilə əlqədar aktlar təqdim edilməmişdir. Əmək müqaviləsində vəzifə öhdəlikləri hissəsində “əsasnaməyə uyğun” qeyd aparılmışdır. Qeyd edilən çatışmazlıqlar barədə və təqdim edilməyən sənələrlə əlaqədar dəfələrlə AR Ekologiya və Təbii sərvətlər Nazirliyi yanında Meşələrin İnkşafı Xidmətinə telefon zəngi və yazılı müraciət edilsə də, həmçinin hüquq bölməsi ilə əlaqə yardılsa da, bu günədək sənədlər və məlumatlar təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, İddiaçı vəzifə öhdəliklləri müəyyən edilməmiş, həmçinin onun hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı ziyanın dəyməsini müəyyən etmək mümükün olmadığından müvafiq rəyin verilməsindən imtina edilir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, iddiaçının meşəbəyi vəzifəsinə təyin olunub meşəbəyliyi təhvil aldıqda artıq əkinlərin 50 hektara yaxın hissəsinin batdığını, cinayət işinin istintaqı zamanı ağacların kimin tərəfindən kəsilməsinin müəyyən edildiyini, həmin şəxslərlə bağlı ittiham hökmünün çıxarıldığını, hökmün qanuni qüvvəsini aldığını, iddiaçının vəzifə təlimatına uyğun yoxlamalar apardığını bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2, 7, 68-75, 287-293; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 560; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 76, 77, 80-82, 88, 106.2, 217.4, 220, , 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına (həqiqətə) uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməmiş və bununla da yanlış nəticə hasil olunmuşdur. Belə ki, işdən azad edilməsi barədə əmrin verilməsinə əsas olan halları cavabdeh sübuta yetirməli və bu zaman işçinin Əmək Məcəlləsinin (əmək müqaviləsi üzrə vəzifə) tələblərinin pozulmasının müəyyən edilməsi işəgötürənin vəzifəsidir. Mübahisə edilən əmrə əsasən isə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən əmək funksiyasının və öhdəliklərinin yerinə yetirilmədiyi göstərilsə də, bunun əsaslı təfərrüatları müəyyən edilməmişdir. Belə ki, iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin işçinin əmək funksiyası adlanan bəndində işçinin təsdiq edilmiş Əsasnamayə uyğun olaraq əmək funksiyasının icrası öhdəliyi müəyyən edilmişdir. Lakin, əmrdə Əsasnamənin müddəalarına istinad edilməmişdir.

10. İş materiallarından görünür ki, işəgötürən cinayət təqibi üzrə istinad edilə bilən əməllərə müvafiq hüquqi qiymət verilməsinə zidd olaraq əmək qanunvericiliyinin müddəasının dispozitiv şərtlərinə uyğun gəlməyən qərar qəbul etmiş və nəticədə əsassız olaraq şəxsin əmək hüquqlarının pozulmasına səbəb olan əmr vermişdir. İşəgötürənin əmrinin verilməsinə dair əsaslar cinayət təqibi üzrə araşdırmanın nəticəsi ola bilərdi ki, iddiaçının əmrdə istinad edilən əməllərə görə cinayət təqibi aparılmamış və aparılan cinayət təqibi üzrə isə onun təqsirli olması müəyyən edilməmişdir.

11. xx.xx.2021-ci il tarixdə Əsədov X21 və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X37 X13 meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin edilmiş, 27 may 2022-ci il tarixli əmrinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilməsi əmr edilmiş və əsas olaraq “Xidmətin 2022-ci il 27 aprel tarixli DX-273 və 18 may tarixli DX-311 nömrəli xidməti məruzələr, onlara əlavə edilmiş sənədlər və işçilərin izahatı” göstərilmiş, qeyd edilən əsaslar birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən əsaslar üzrə İddiaçı vəzifə öhdəliklərinə(Əsasnaməyə) dair pozuntuların olub-olmaması araşdırılmamış, həmçinin məhz öz funksional vəzifələrinə zidd olaraq onun hansı hərəkət (və ya hərəkətsizliyi) və ya bunların nəticəsində ziyan dəyməsi müəyyən edilməmiş, apellyasiya icraatı zamanı isə ekspertiza təyin edilsə də, ekspertin tələb etdiyi sənədlər təqdim edilmədiyindən müvafiq rəyin verilməsindən imtina edilmişdir. Cavabdehdən fərqli olaraq iddiaçı özünün fəaliyyətinə və təqsirli olmamasına dair kifayət qədər sübutlar təqdim etmişdir.

12. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri adlanan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 192-ci maddəsinə əsasən: 1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən: Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

14. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə: Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

15. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən: Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c)təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

16. Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

17. Məcəllənin 186-cı maddəsinə əsasən: 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.

18. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın istinad edildiyi əsasları müəyyən edilmədiyindən apellyasiya şikayəti təmin edilməli, işəgötürən əmək qanunvericiliyinin tələblərinə riayət etmədiyindən və əsassız əmr verdiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-305/2023 saylı işi üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 305/2023 saylı işi üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddiası təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 213/Ü saylı əmri ləğv edilərək, iddiaçı Əsədov X22 Regional Meşə X13 meşəbəyliyinin meşəbəyi vəzifəsinə bərpa edilsin, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar