Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2464/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər X3 və Cavabdeh1 oğluna qarşı “müqavilədən irəli gələn öhdəliyin icrası” barədə iddia ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1403/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3 və Cavabdeh1 oğluna qarşı “müqavilədən irəli gələn öhdəliyin icrası” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əldə etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 25E, mənzil 8 və ünvan 1 ünvanında yerləşən miras əmlakının dəyərinin müəyyən edilməklə paylarına düşən hissənin 8 faizi məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X4 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə vəsatətlə məhkəməyə müraciət edərək, prosesin Binəqədi rayon məhkəməsinə göndərilib, orada baxılması haqqında vəsatətinin təmin edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, onlara qarşı Nərimanov rayon məhkəməsində Xanaliyev Elsevər tərəfindən açılmış və icraata götürülmüş məhkəmə prosesi aidiyyatı üzrə ünvan 2 ünvanının Binəqədi rayonunda olmasıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1403/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh X4 şikayət verərək, qərardadın ləğv edilərək mülki işin baxılması üçün Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki işə və sübutlara diqqət yetirdikdə aydın olur ki, müqavilənin rəsmiləşdiriməsi iddia edilən ünvan, yəni 11 saylı Vəkil Bürosunun ünvanı Bakı Şəhəri Binəqədi rayonunda yerləşir. Bu səbəbdən də iddia ərizəsi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməli olduğu halda aidiyyat qaydası pozularaq Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə verilmişdir. Hesab edir ki, bu halda şikayəti əsaslıdır və məhkəmə tərəfindən təmin edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1403/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İş materiallarından görünür ki, cavabdehlərdən biri X4 ünvan 5 ünvanında rəsmi qeydiyyatdadır. Belə olan halda məhkəmə kollegiyası iddiaçının seçiminə görə aidiyyat qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, cavabdehlərdən - X2 qeydiyyat ünvanının Bakı şəhəri, Nərimanov rayonu ərazisi olduğundan iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına qəbul edilmiş və həmin məhkəmədə müvafiq mülki icraat başlanılmışdır. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, hazırki iş üzrə iddia tələbi rəsmi qeydiyyat ünvanı müxtəlif olan bir neçə cavabdehə yönəldiyindən, prosessual qanunvericiliyin tələbləri baxımından da iddiaçının seçiminə görə aidiyyat qaydaları müəyyən edildiyindən və iddiaçının da cavabdehlərdən - X2 qeydiyyat ünvanı üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etdiyindən, hazırki mülki işin ərazi aidiyyatı üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin vəsatətin təmin edilməməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1403/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-2464/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2464/2025
07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver