Məhkəmə qərarları › İş №2(103)-2466/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2466/2022

16.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2466/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh, onun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5939/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5939/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 21.09.2021-ci il il tarixli, 2(011)-5939/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə araşdırma aparılmış və müəyyən edilmişdir ki, hazırki mülki işlə əlaqədar olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(011)-4336/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin icraatındadır. Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(103)-8564/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı cavabdehin əşyaları ilə birlikdə evdən çıxarılması tələbinə dair mülki iş üzrə icraat İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmış 2(011)-5939/2021 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırda apellyasiya instansiyası məhkəməsində olan mülki işlər bir-biri ilə əlaqəlidir, onlara bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan mülki işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) birbiri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş, məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı “cavabdehin əşyaları ilə birlikdə evdən çıxarılması” tələbinə dair mülki işə birləşdirilsin. Hazırki mülki iş, 2(103)-434/2022 nömrəli mülki işlə bir icraatda baxacaq məhkəmə tərkibinə təqdim olunması məqsədilə məhkəmənin dəftərxanasına təhvil verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərarddadan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar