Məhkəmə qərarları › İş №2(103)-2466/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2466/2023

13.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2466/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4024/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4024/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 8609/2022 saylı qərardadı ilə qeyd olunan qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır İddiaçı tərəfindən yenidən verilmiş apellyasiya şikayəti Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. İddiaçı məhkəməyə yenidən apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə ilə müraciət edilərək, qətnamədən apellyasiya şikayəti verilmə müddətinin üzrlü buraxılmasını hesab edilərək, bərpa olunması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qeyd olunan qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpa olunması və baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4024/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və şikayətə dair etiraz və ona əlavə edilmiş sənədlərin təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər etiraz və ona əlavə edilmiş sənədləri, həmçinin işə məhkəmə iclasında baxılması barədə vəsatətlərini məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 4024/2022 saylı tarixli qərardadı ləğv edilməli, iddiaçının buraxılmış müddətin bərpasına dair ərizəsi təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı X2 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4024/2022 saylı qətnaməsini iddiaçı xx.xx.2022-ci il tarixdə qəbul etmiş, bundan sonra ilk dəfə apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə “Elektron Məhkəmə” İnformasiya Sistemininə yerləşdirmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-8609/2022 saylı qərardadı ilə apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Rerspublikasının Mülkü Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (maddə 129.2). İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (maddə 128.3). Göründüyü kimi, iddiaçı tərəfindən ilk dəfə verilən apellyasiya şikayəti prosessual qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilmiş, şikayət qaytarılması qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən forma və məzmuna uyğun olmaması səbəbi ilə olmuşdur. Bundan sonra yenidən verilmiş apellyasiya şikayətinin müddəti artıq iddiaçıdan asılı olmayan səbəblədrən keçmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı X3 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət üzrlü səbəbdən buraxılmışdır və ona görə də həmin müddət bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X1 şikayəti təmin olunsun. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4024/2022 saylı qərardadı ləğv edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4024/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab olunaraq bərpa edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar